NƏRGİZ ARİF qızı PAŞAYEVA
akademik
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri
İş telefonu: 012
-510-92-02
İmeyl: npashaeva@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
1962-ci il dekabr 13-də Bakı şəhərində anadan olub.
1978-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir.
1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Ailəlidir, üç övladı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1983-1987-ci illərdə Bakı Dövlət Universitetinin aspirantı olub.
1987-ci ildə “Sabirin novatorluğu” mövzusunda dissertasiya müdafiə edib
və filologiya elmləri
namizədi elmi dərəcəsi alıb.
2004-cü ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki” (xalq yazıçısı Elçinin
yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyası müdafiə edib və filologiya elmləri
doktoru alimlik dərəcəsi alıb.
2005-ci ildə professor elmi adı alıb.
2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
2017-ci ildən AMEA-nın həqiqi üzvüdür.
ƏMƏK FƏALİYYƏTİ
1987-1994-cü illərdə BDU-nun filologiya fakültəsi Azərbaycan ədəbiyyatı tarixi kafedrasında
müəllim,
baş müəllim, dosent.
1994-2005-ci illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının
professoru və kafedra müdiri.
2005-2006-cı illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
professoru.
2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə
prorektor.
2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri
doktoru və fəlsəfə doktoru
dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının sədri.
2008-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri.
2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
TƏDRİS ETDİYİ FƏNLƏR
Azərbaycan ədəbiyyatı tarixi
Orta əsrlərdə ədəbi proses
TƏDQİQAT SAHƏSİ
Klassik və müasir Azərbaycan ədəbiyyatı
Ədəbiyyatşünaslıq
İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİNQLƏR
2004, Bakı, Azərbaycan. “Müqayisəli ədəbiyyat
”
adlı I Beynəlxalq elmi konfrans.
2006, Bakı, Azərbaycan. “Əsatir. Millət. Ədəbiyyat“ adlı Beynəlxalq simpozium.
2006, Bakı, Azərbaycan. Görkəmli jurnalist, alim və ictimai xadim Nəsir İmanquliyevə həsr
edilmiş “Nəsir İmanquliyev – 95
”
adlı elmi konfrans.
2008, Bakı, Azərbaycan. Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlalın 100 illik yubileyinə həsr
edilmiş “Mir Cəlal – 100
”
adlı Beynəlxalq elmi konfrans.
2009, Bakı, Azərbaycan. “Milli geyim və müasir modada ümumilik
”
adlı Beynəlxalq simpozium.
2009, Moskva, Rusiya Federasiyası. M.V.Lomonosov adına MDU. MDB ölkələri tələbə və
gənclər təşkilatları liderlərinin
IV Forumu (gənclər siyasəti məsələləri).
2009, Bakı, Azərbaycan. Görkəmli alim-şərqşünas Aida İmanquliyevanın 70 illik yubileyinə həsr
edilmiş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr
”
adlı Beynəlxalq İbn-Ərəbi
simpoziumu (eyni zamanda Simpoziumun təşkilatçısı).
2010, Bakı, Azərbaycan. “Qloballaşma dövründə mədəniyyətlərin dialoqu
”
adlı filosofların
Beynəlxalq elmi konfransı.
2010, Paris, Fransa. Əl-Farabi və Avropa İntibahı
”
adlı Beynəlxalq elmi konfrans.
2011, Bakı, Azərbaycan. “Multikulturalizm: nailiyyətlər və problemlər
”
Bakı Beynəlxalq
Humanitar Forumu.
2011, Bakı, Azərbaycan. “Qloballaşma dövründə Azərbaycan jurnalistikası: mənbələr və
perspektivlərin icmalı
”
elmi-praktik konfrans.
2012, Moskva, Rusiya Federasiyası. “Qədim Rus dövlətindən Rusiya Federasiyasınadək: Rusiya
dövlətçiliyinin tarixi
”
Beynəlxalq elmi konfrans.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
1997,
Sabirin novatorluğu (monoqrafiya).
2000, Antik ədəbiyyatının tarixi
(dərslik).
2002, Dünya deyilən sənmişsən. İstanbul,
(kitab).
2003, İnsan bədii tədqiq obyekti kimi
(monoqrafiya).
2003, İnsan-obraz-ədəbiyyat
(monoqrafiya).
2004, Yeniləşən ədəbiyyatın yeni insanı (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)
(monoqrafiya).
2013,
V cildlik, Mir Cəlal. Əsərləri
(kitab).
TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI
2008-ci il noyabrın 18-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və
mədəni
əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq
münasibətlərində göstərdiyi xidmətlərə görə “Dostluqda göstərdiyi xidmətlərə görə
”
nişanı ilə
təltif olunmuşdur.
2009-cu ildə “Əməkdar elm xadimi
”
fəxri adına layiq görülmüşdür.
2011-ci ildə Rusiya Federasiyasının Prezidenti D.Medvedevin 20 aprel 483 saylı Sərəncamına
əsasən Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində
göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı ilə – “Dostluq
”
ordeni ilə
təltif edilmişdir.
2011-ci ildə Rusiya Federasiyasının Prezidenti D.Medvedev Prezidentin Moskva yaxınlığındakı
“Qorki
”
iqamətgahının Mavi zalında xüsusi xidmətlərinə görə əcnəbi vətəndaşlara ali dövlət
mükafatlarının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasimdə “Dostluq
”
ordenini şəxsən
təqdim etmişdir.
2011-ci ildə Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə YUNESKO-nun “Mədəniyyətlərin
müxtəlifliyinə görə
”
medalı ilə təltif olunmuşdur.
2012-ci ildə Rusiya və Azərbaycanın strateji tərəfdaşlığında humanitar tərkib hissənin
möhkəmlənməsinə şəxsi töhfələrinə görə Rusiya Federasiyasının Prezidenti D.Medvedevin
Sərəncamı ilə “Dostluq
”
ordeni ilə təltif edilmişdir.
2012-ci ildə Macarıstanın Prezidenti Pal Şmidtin 11 mart tarixli Sərəncamı ilə professor Nərgiz
Paşayeva Macarıstanın dövlət mükafatı ilə – “Xidmətlərə görə
”
Komandor xaç ordeni ilə təltif
edilmişdir.
2012-ci ildə “Ticarət, kommersiya və sənaye Avropa iqtisadi palatası
”
nın (“European Chamber of
Trade, Commerce and İsndustry – EEİG
”
) Qızıl ordeni ilə təltif olunmuşdur.
2013-cü ildə Azərbaycan və Fransa əməkdaşlığının inkişafında göstərdiyi aramsız fəaliyyətinə
görə zabit dərəcəli “Akademik Palma
”
fransız ordeni ilə təltif olunmuşdur.
2015-ci ildə Moskva Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb.
2017-ci ildə müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm
beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki
müstəsna xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl
medalına layiq görülmüşdür