Nazim Tapdıqoğlu
rayonunun
Şəfəq kəndində
1 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilir...
16 yanvar 1990-cı il - Ermənilər böyük qüvvə ilə Naxçıvan M R-nm
K ə r k i
kəndinə hücum edirlər...
16 yanvar 1990-cı il - Laçın rayonunun
Hacılar kəndində
1 nəfər a z ə r
baycanlı ermənilər tərəfindən öldürülür...
16 yanvar 1992-ci il - Xocavənd rayonunun
Əmirallar kəndinin atəşə tu tu l
ması nəticəsində rayon icra hakimiyyəti başçısının müavini
Şahlar İbrahimov
həlak olur; daha 3 nəfər isə ağır yaralanır...
16 yanvar 1992-ci il - Fərrux kəndi və "
Qlobus" yüksəkliyi yaxınlığında
gərgin döyüşlər gedir. Azərbaycan hərbi rəhbərliyi nədənsə müdafiəyə keçməyə
əmr verir...
16 yanvar 1993-cü il - Sərdar Həmidovun başçılıq etdiyi batalyon
Çıldıran
istiqamətində hücuma keçirsə də dərhal əvvəlki mövqeyinə qayıdır...
16 yanvar 1993-cü il - Qarabağın
Çıldıran, Sırxavənd, Fərrux kəndləri və
«Qlobus» yüksəklikləri istiqamətində iri miqyaslı hücum əməliyyatı keçirilir.
Azərbaycan ordusu qələbə qazana bilməyib geri çəkilir.
30 nəfər azərbaycanlı
əsgər şəhid olur...
16
yanvar 2001-ci il - Baş qərargahı Parisdə olan
"Vartan cəngavərləri” ra
dikal erməni qrupu dünyanın müxtəlif ölkələrində məskən salmış separatçı er
məni diasporaları öz aralarında əslində azərbaycanlılara və türklərə qarşı
yönəlmiş razılaşma və bağlaşma imzalayırlar...
17 yanvar 1915-ci il - Rus qoşunları Təbrizin işğalına başlayır...
17 yanvar 1918-ci il - Naxçıvanın
Əznaburd kəndində erməni cəlladlarının
törətdikləri vəhşiliklər nəticəsində 22 nəfər azərbaycanlı dinc sakin qətlə yetiri
lir...
17
yanvar 1990-cı il - Bakıda respublika rəhbərliyinin istefası tələb olunan
Ümumxalq mitinqləri keçirilir...
17 yanvar 1993-cü il - Qarabağın
Vəng kəndi ərazisində gedən döyüşlərdə
igid tərtərlilər -
İlham Arif oğlu Allahverdiyev və
Əli Zakir oğlu İsmayılov həlak
olurlar...
17 yanvar 1994-cü il - Tərtər bölgəsində şəmkirli döyüşçülər -
Bəylər Əli oğlu
Abdullayev, Zakir Xalıqverdi oğlu Alırzayev şəhid olurlar...
17
yanvar 1994-cü il - Səhər tezdən erməni quldurları Füzuli rayonu ərazi
sində,
Horadiz qəsəbəsi istiqamətində yenidən hücuma keçir. Tələfat və dağın
tılar olur...
20
Azərbaycan faciələrinin təqvimi
18
yanvar 1293-cü il - Görkəmli elm və hünər sahibi, xəttat, musiqiçi, şair,
filosof
Səfiyəddin Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi 80 yaşında həbsxa
nada keçinir...
18 yanvar 1915-ci il
-
Sarıqamış əməliyyatı
rusların qələbəsi ilə başa çatır...
18
yanvar 1920 ci il
-
Silahlı ermənilər
Böyük Vedı-Dəvəli
yolunu tuturlar.
Burada çoxlu sayda azərbaycanlılara qarşı amansız
qətllər törədilir...
18
yanvar 1920-ci il - Rusiya K(b)P MK-nin Siyasi Bürosu Azərbaycan hö
kumətinə münasibət məsələsini müzakirə edir. G.Çiçerinin məruzəsi və V.İ.Le-
ninin təklifi üzrə iclas Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə
ruhunda
qərar qəbul edir. Qərarda göstərilir ki,
Xalq Xarici İşlər Komissarlığına
tapşırılır ki, Azərbaycan hökuməti barəsində etimadsızlıq siyasəti yeritsin, ona
qarşı qəti protest elan etsin
. . .
18
yanvar 1990-cı
il - Ermənilər Naxçıvan MR-nm
Sədərək qəsəbəsinə və
Kərki kəndinə güclü hücuma keçirlər. Kərkililər kəndi tərk etmək məcbu
riyyətində qalırlar...
18 yanvar 1992-ci il - Milli Qəhrəman
Malik Hamil oğlu Əsədov Şuşanın
Nəbilər və Qaybalı kəndləri ərazilərində erməni yaraqlıları ilə döyüşdə həlak
olur. Nəbilər kəndi işğala məruz qalır. Kənd işğal edilərək yandırılır.
Qaybalı
kəndi də müvəqqəti boşaldılır...
18 yanvar 1992-ci il - Erməni silahlı dəstələri Şuşa rayonunun
Nəbilər kən
dinə hücum edərək kəndi yandırırlar. Ölənlər və yaralananlar olur. Bu qədim
yaşayış məntəqəsi erməni hücumu nəticəsində xarabalığa çevrilir. Kəndin
əhalisi
doğma yurdlarını tərk etmək məcburiyyətində qalaraq Şuşaya pənah aparır...
19
yanvar 1920-ci il - Erməni yaraqlıları
Şuşa ətrafında azərbaycanlılar ya
şayan kəndlərə basqınlar edirlər. Çoxlu sayda günahsız insanlar qətlə yetirilir...
19
yanvar 1920-ci
il - İri erməni quldur birləşmələri
Şuşa və
Laçın istiqa
mətlərində hücumlarını davam etdirərək yollar üstündəki bütün kəndləri dar
madağın edirlər. Uşaqlar, qadınlar, əlillər də vəhşicəsinə öldürülür...
19
yanvar 1943-cü
il - Böyük Vətən müharibəsinin tərkib hissəsi olan
Sta
linqrad döyüşü başlanır. Həmin gün baş verən döyüşdə yüzlərlə azərbaycanlı da
həlak olur...
19
yanvar 1990-cı
il - Saat
19.00-da yarımhərbi formada olan 4 nəfər silahlı
adam teleradio mərkəzinə gələrək enerji blokunun növbə rəisi İ.Hüseynov və
növbə rəisi V.Romanovla söhbət aparırlar. Saat 19.25-də televiziyanın enerji
bloku partladılır...
21
Nazim Tapdıqoğlu
19 yanvar 1990-cı il - Naxçıvanın
Sədərək rayonunda
10 nəfər azərbaycanlı
ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilir. Ölənlər arasında
4 və
6
yaşlı körpələr də olur. Naxçıvan MR Ali Soveti SSRİ tərkibindən çıxmaq h a q
qında
qərar qəbuledir...
19 yanvar 1990-cı il - M.S.Qorbaçov və SSRİ Ali Soveti Rəyasət
Heyəti
Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq olunması haqqında
fərman verir.
Fövqəladə vəziyyətin elan olunacağı vaxt xalqdan gizli saxlanılır...
19
yanvar 1990-cı il - Sədərək müdafiə xəttində ermənilərin atdığı m ərm i
atəşi nəticəsində
İdris Ələsgər oğlu Məmmədov, Etibar Rzaqulu oğlu Əhmədov,
Abbasəli Qaragöz oğlu Nəzərəliyev, Mirhəşim Mirşəmil oğlu Seyidov, Məhəm
məd Əli oğlu Məmmədov, Vəli Məmməd oğlu Zeynalov, Elvin (7
yaş) və
Malik
(5 yaş)
Nəsirovlar və başqaları qəlpə yarasından həlak olurlar...
19
yanvar 1990-cı il - Milli Qəhrəman
Məhərrəm Mirəziz oğlu Seyidov Sə
dərək uğrunda erməni yaraqlıları ilə baş verən döyüşdə həlak olur...
19
yanvar 1991-ci il - A.Baqmanyan, S.Baqmanyan və A.Antonyan növbəti
terror aktı törədirlər. Belə ki, onlar DQMV Dİİ-nin rəisi, rus generalı
V.Ko
valyova silahlı hücum edərək, onu ağır yaralayırlar...
19
yanvar 1992-ci il - Şuşa şəhərinin ermənilər tərəfindən atəşə tutulması
nəticəsində
2 nəfər dinc sakin həlak olur. Onlarla ev və qiymətli memarlıq abi
dələri dağıdılaraq zədələnir...
19
yanvar 1993-cü il - Ağdam şəhəri və rayonun ətraf kəndləri ermənilər
tərəfindən toplardan və qrad qurğularından atəşə tutulur...
19 yanvar 1994-cü il - 701
saylı hərbi hissənin komandir müavini
Nəriman
Zeynalov
140 əsgərlə
Susuzdağ mövqelərinədək irəliləyir. Ölənlər və yaralanan
lar olur...
20 yanvar 1915-ci il - Rus qoşunları
Təbriz şəhərini işğal edir...
20
yanvar 1975-ci il - Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu -
ASALA terroçu təşkilatı
(banisi mücahid Akop Akopyandır) yaranır...
20 yanvar 1920 -ci il - Silahlanmış ermənilər Zəngəzur qəzasımn
Qaladərəsi
-
Xocahan arasındakı azərbaycanlılar yaşayan kəndlərə hücum edirlər. Sayı
dəqiq qeydə alınmayan
qətllər törədilir. Evlər yandırılır; 3-cü sahənin bütün
kəndləri dağıdılır...
20 yanvar 1989-cu il - Silahlı ermənilər Naxçıvan MSSR-m
Sədərək qəsəbə
sinə basqın edir.
10 nəfər qəsəbə sakini
(o cümlədən, 3 uşaq) vəhşicəsinə
öldürülür...
20 yanvar 1990-cı il - Silahlı ermənilər Naxçıvanın
Sədərək yaşayış məntə
22
Azərbaycan faciələrinin təqvimi
qəsini atəşə tuturlar. 10 nəfər qəsəbə sakini vəhşicəsinə qətlə yetirilir...
20 yanvar 1990-cı il - Erməni silahlı dəstələri Naxçıvan MR-nın
Kərki kən
dini tam ələ keçirirlər...
20
yanvar 1990-cı il - Sovet ordusu və
"Sovet əsgərləri" adı altında Rostov
vilayətindən və Stavropol diyarından yığılmış əsasən erməni mənşəli əsgər və
zabitlər Bakı şəhərinə hücum edərək burada dinc əhaliyə amansız
silahlı divan
tuturlar; dəhşətli qırğın törədilir. Bu
faciəli Yanvar qırğınında Bakıda və digər
bölgələrdə
131 nəfər (
119 azərbaycanlı,
3 yəhudi,
3 tatar,
6 rus) dinc sakin
öldürülür,
700 nəfərdən çox adam yaralanır.
400 nəfər həbs olunur. Həmin gün
Bakıda fövqəladə vəziyyət rayonunun komendantı, general-leytenant Du-
binyakm
1 saylı əmri elan edilir...
20
yanvar 1991-ci il - V.Qalayanın başçılıq etdiyi erməni terrorçular qrupu
Azərbaycan Respublikasının Qarabağ Vilayətinin dağlıq hissəsinin Ağdərə
rayonundakı
Drmbon kəndi yaxınlığında Kəlbəcər şəhərinə gedən avtomobil
dəstəsinə silahlı hücum edir. Maşının sürücüsü öldürülür...
20 yanvar 1992-ci il - Xocavənd rayonunun
Qaradağlı kəndini erməni bas
qınından xilas etmək məqsədi ilə
Muğanlı, Əmirallar, Kuropatkin kəndlərinin
döyüşçüləri və Milli Ordunun köməyə gələn bir neçə üzvləri Xocavənd yaşayış
məntəqəsinə hücum edir. Kömək gəlmədiyindən döyüşçülər tutduqları Xoca
vənd postlarını boşaltmağa məcbur olur. Bu hücum da müsbət bir nəticə vermir.
Şahmar İbrahimov həlak olur;
Eyvaz, Şahid və
Niyaz adlı döyüşçülər isə ağır ya
ralanırlar...
20
yanvar 1993-cü il - Ağdam şəhəri növbəti dəfə ermənilər tərəfindən qrad
qurğularından atəşə tutulur. Dağıntılar olur...
20
yanvar 1994-cü il - Kəlbəcər istiqamətində sağ cinahda kəşfiyyat koman
diri
Rəhman İsgəndərov, sol cinahda isə
İntiqam Mirzəyevin başçılığı altında
hücum başlayır.
Yanşaq və
Almalı kəndləri azad olunur. İtkilər olur...
21 yanvar 1732-ci il - Səfəvi dövləti ilə Rusiya arasında bağlanmış
“Rəşt
müqaviləsi"nə əsasən
Bakı və
Dağıstan Rusiyaya verilir. Kür çayından cənubda
yerləşən Azərbaycan torpaqları Səfəvi dövlətinə qaytarılır. Müqavilədə Səfəvi
dövləti daxilində rus tacirləri üçün güzəştli şərtlər də nəzərdə tutulur...
21
yanvar 1938-ci il - Azərbaycan SSR XDİK-in sədri vəzifəsini icra edən
DT mayoru
Borşovun əmri ilə 7 nəfər güllələnir...
21 yanvar 1990-cı il - Ağdam rayonunun
Mərzili kəndi ermənilər tərəfindən
atəşə tutulur...
21 yanvar 1990-cı il - Bakının
Salyan kazarmasında hələ də döyüş gedir.
23