Nazim Tapdıqoğlu (Vəlişov): "Azərbaycan faciələrinin təqvimi".
B akı-2010
Kitabın işıq üzü görməsində “Kitab Evi” İctimai Birliyinin sədri
Salatın Əhmədliyə
və
A rif Rəsulova
dərin təşəkkürümüzü bildiririk.
Son dərəcə qiymətli, tədqiqat səviyyəli bu kitabda başı tarixən min bir
bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciə
lərin təqvim tarixləri toplanmışdır. Kitabda təqvimin xronoloji ardıcıllı
qla düzülən hər bir gününün müxtəlif faciəli hadisələri əks olunmuşdur.
Kitab faciəli, amma eyni zamanda dəyərli tarixi keçmişimizi əks etdirən
və bu səpkidə ürəklə, əsl vətənpərvərlik ruhu, türkçülük eşqi ilə yazılan
ilk sestemli, universal nəşrdir. M üəllif hər bir təqvim gününün Azər
baycan xalqı üçün faciəvi xarakter daşıdığını sübut etməyə çalışmış və
buna, demək olar ki, nail olmuşdur. Gərgin axtarışlar və böyük zəhmət
bahasına araya-ərsəyə gətirilən və geniş oxucu auditoriyası üçün nəzərdə
tutulan bu kitab yəqin ki, oxucular tərəfindən maraqla qarşılanacaq və
öz layiqli qiymətini alacaqdır. İnanırıq ki, bu kitab gənc nəslin milli və
tənpərvərlik ruhunda tərbiyə almasında böyük rol oynayacaq, tarixi fa
ciələrimizi əks etdirən tədqiqatlar arasında özünə layiqli yer tutacaqdır...
ISBN: 978-9952-29-033-2
© N .Tapdıqoğlu
“MBM” nəşriyyatı 2010
ÖN SÖZ
Hörmətli oxucu! Yəqin ki, bu kitabı oxuduqca yanıb-yaxılacaqsan, ürəyin
ağrıyacaq. Mən də bunları yazdıqca yanıb-yaxılmışam, ürəyim ağrıyıb. Bu kitab
əsrlərdir ki, başma min bir məşəqqətlər, müsibətlər, faciələr gətirilən azəri
türkünün, Azərbaycan xalqının arxiv oyanışıdır, xalqın əzilib-küsdürülən tale
yinin ağlayan səhifələridir. Ümumilikdə Azərbaycanımızın ömrünə, tale qismə
tinə yazılan və bizi alovsuz, tüstüsüz yandıran bu qara, qanlı səhifələr onun qan
yaddaşıdır. Bu kitabdakı faciəli təqvim tarixləri adi yazılar deyil; əslində onlar
sözlərlə əfsanələşərək qeyri-adiləşmiş qəmli nəğmələrdir. Uzun illər topladığım
bu mühüm materialları övladlarımıza ibrət olsun deyə tarix üçün, gələcək üçün
qələmə almışam.
Faciə - ərəb sözü olub,
“bəla”, “müsibət”, “bədbəxtlik", “fəlakət", “dəhşətli,
üzücü hadisə ” mənasını ifadə edir. Azərbaycan xalqının keçdiyi
şərəfli tarix yolu
əfsuslar olsun ki, faciələrlə zəngindir. Elə faciələr vardır ki, onun ictimai-tarixi
məzmunu olur. Bu tip faciələrdə taleyin hökmünə qarşı çıxan,
məğlub olduqda
belə onunla barışmayan şəxsiyyətin, xalqın qəhrəmancasına fəallığı özünü əks
etdirir. Azərbaycan xalqının tarixi haqqım, şərəfini qorumaq ictimai
fikrimizin
əsas vəzifəsi olmalıdır. Fikrimcə, Azərbaycan xalqı minlərlə dünya xalqları içə
risində başı ən çox bəlalar çəkən, haqqı daha artıq tapdanan, saysız-hesabsız
fəlakətlər görən, faciələr yaşayan 10 xalqdan biridir və bəlkə də birincisidir. Ki
tabda zaman-zaman xalqımızın başma gətirilmiş fəlakətlər konkret faktlarla
göstərilib.
Məlumdur ki, Azərbaycan türklərinin tarixi dədə-baba torpaqlarında sonra
dan məskunlaşan ermənilər gəldikləri andan bu torpaqlara sahib olmaq iddia
sındadırlar və onlara xaricdən havadarlıq edənlər də çoxdur. Başımıza gələn
faciələrin bir qismi də bu məkrli planlarla bağlıdır. Erməni vəhşiliklərini bu gün
yaddaş tariximizdən silsək, hələ bundan sonra da neçə faciələrə rast gələ bilərik.
Tarix özü bir məktəbdir. Ondan yaxşı dərs alanlar heç vaxt məğlub olmurlar.
K itabda ermənilərin uzun zaman Azərbaycan türkünə qarşı törətdiyi qanlı
hadisələr
(cinayətlər, vəhşiliklər, qarətlər, talanlar, terror aktları, soyqırımlar...)
baş verdiyi dəqiq tarixlərlə
(gün, ay, il) əks olunub. Ayrı-ayrı təqvim tarixlə
rində həyata keçirilən bu qanlı olaylar Azərbaycan xalqının eyni zamanda er
məni işğalçı qəsbkarlarına qarşı mübarizə əzminin göstəricisidir. Məlumdur ki,
ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aktları saya gəlməyəcək
qədər çoxdur. Əlbəttə, mənim toplayıb-araşdıraraq araya-ərsəyə gətirdiyim
mövcud bu erməni vəhşilikləri onların xalqımıza qarşı törətdikləri terror aktla-
3
Nazim Tapdıqoğlu
rınm miqyası cəhətdən kitabda öz əksini hələ tam şəkildə tapmamışdır. Sadəcə
olaraq mən zaman-zaman xalqımıza qarşı ermənilərin törətdikləri bəzi terror
aktlarının, necə deyərlər, sxemini cızmışam.
Yanvar ayının ilk günündən başlayaraq, dekabrın son gününə qədər hər ayın
günlər və illər üzrə xronoloji ardıcıllıqla olan hadisələrini sistemləşdirib kitabda
ayrıca bir fəsil kimi verməyə çalışmışam. Bəzi hadisələr, olaylar özlüyündə
müəyyən dərəcədə xüsusi faciə xarakteri daşımasa da, məhz tarixilik baxımın
dan xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyinə görə onları kitaba salmağı
lazım bilmişəm. Bir sıra təqvim tarixlərində bəhs olunan olaylar müxtəlif
mənbə və sənədlərə əsaslandırıldığı üçün təkrarlara da yol vermişəm. Kitabda
1988-ci ilin fevralından başlayan və 12 may 1994-cü ilə
(atəşkəsə)
qədər davam
edən Qarabağ müharibəsinin yaddaşımıza köçürülməsi vacib olan ayrı-ayrı
təqvim tarixlərinə də geniş yer ayırmışam. Məlumdur ki, biz Qarabağ mühari
bəsində
(1988-1994-cü illər)
ümumiyyətlə, Qarabağ ərazisində irili-xırdalı
880 yaşayış məntəqəsi itirmişik. Əlbəttə ki, bütün bunların hər biri bizim üçün
böyük faciədir. Mən Qarabağda yaşadığım üçün bu kəndlərin əksəriyyətini
görmüşdüm. Füzuli, Cəbrayıl, Ağdam, Şuşa, Xocavənd, Xocalı rayonlarının
əksər yaşayış məntəqələrini qarış-qarış gəzmişəm. Qarabağ ərazisində erməni
lərlə müxtəlif döyüşlərin, onların vəhşiliklərinin, eləcə də bir sıra yaşayış mən
təqəsinin işğala məruz qalmasının şahidi olduğum üçün onlara da kitabda bəzi
yer ayırmağı vacib hesab etmişəm.
Əziz oxucu! Ümidvaram ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan
bu kitab nə qədər kiçicik qüsurları, məziyyətləri olsa da belə, Siz Oxucular tə
rəfindən kifayət qədər maraqla qarşılanacaqdır...
Hörmətlə: müəllif Nazim Tapdıqoğlu (Vəlişov)
4
Azərbaycan faciələrinin təqvimi
Y A N V A R
1 yanvar 1813-cü il - Möhkəm qala olan
Lənkəran qalası ruslar tərəfindən
qəti hücumla tutulur. Çoxlu sayda adamlar həlak olurlar...
1 yanvar 1841-ci il -
10 aprel 1840-cı il tarixli qanun qüvvəyə minir, komen
dant idarə üsulu ləvğ edilir, ümumrusiya idarə sisteminə keçilir...
1 yanvar 1862-ciil- Zaqafqaziya
mərz palatası fəaliyyətə başlayır...
1
yanvar 1868-ci il - "Qafqaz və Zaqafqaziyanın idarə olunmasının dəyişdiril
məsi haqqında" adlı imperator fərmanı
(9 dekabr 1867-ci ildə təsdiq olunub)
qüvvəyə minir...
1 yanvar 1906-cı il - Erməni yaraqlıları Ağdam rayonunun
Papravənd kən
dinə hücum edir.
15 nəfər həlak olur...
1 yanvar 1906-cı il - Silahlı erməni daşnaqları Xaçın dərəsindəki
Sırxavənd
kəndində günahsız müsəlmanları qətlə yetirirlər...
1 yanvar 1919-cu il - Qarakənddə məskən salmış erməni daşnaqları
Qaryagin
(indiki Füzuli rayonu) - Ağdam yolunda günahsız azərbaycanlıları amansızlıqla
qətlə yetirirlər...
1 yanvar 1920-ci il - Erməni daşnaqları
Üçmüəzzin mahalının azərbaycanlılar
yaşayan
Əxis kəndinə basqın edərək, burada amansız
qətllər törədirlər. Sağ
qalan kənd əhalisi doğma yurd-yuvalarından didərgin düşür...
1 yanvar 1940-cı il - Azərbaycanda
Latın əlifbası
Kiril əlifbası ilə əvəz olu
nur...
1 yanvar 1990-cı il -
Ağdam-Şuşa yolu ilə hərəkət edən azərbaycanlıların
idarə etdikləri avtobuslar ermənilər tərəfindən daşa basılır...
1 yanvar 1992-ci il - Laçının Təzəkənd kəndinin müdafiəsində
Qarıqışlaq
kənd sakini, 1973-cü il təvəllüdlü
Rafiq Həsən oğlu Orucov həlak olur...
1 yanvar 1992-ci il - Erməni yaraqlı quldurları Ağdam rayonunun
Əhmədavar
və
Çuxurməhlə kəndlərinə basqın edirlər.
4 nəfər azərbaycanlı həlak olur,
28 nəfər yaralanır...
1
yanvar 1994-cü il - Murovdağ ətrafında uğursuz döyüş əməliyyatı aparılır.
Milli Ordunun könüllü əsgəri, bakılı
Aydın Allahverdi oğlu Quliyev və onunla
bərabər digər
9 nəfər azərbaycanlı əsgər həlak olurlar...
2
yanvar 1918-ci il - Terrorçu daşnaq qrupları indiki Türkiyə ərazisində olan
Qətranlı kəndinə və onun yaxınlığındakı oymaqlara
silahlı basqın edirlər. Vali-
5