boş yerlərin olması barədə elan verilməsi və sınaqlar
keçirilməsi ilə başlanır. Məsələn, Böyük Britaniyada bu
sınaqlar müəyyən edilmiş mövzu üzrə yazılı məruzə,
Kanadada xüsusi testlər və ya imtahan, Fransada müsabiqə
yolu ilə xüsusi təyin edilmiş jüri tərəfindən seçilməklə
aparılır.
Lakin qeyd edilməlidir ki, bir sıra ölkələrdə
müsabiqə sistemi nəinki dövlət qulluğundakı boş vəzifələrin
komplektləşdirilməsi üçün, həmçinin vəzifəsinin (ranqının)
yüksəldilməsi üçün də tətbiq edilir.
Analoji olaraq, bir çox ölkələrdə vəzifəyə təyin
edilmədə sınaq müddəti müəyyən edilir. Bu müddətlərin
sürək- liliyi qanunvericiliklə müəyyən edilir və hər vəzifə
kateqoriyası üçün müxtəlif müddətlər tətbiq edilir. Sınaq
müddəti eləcə də dövlət qulluqçusunun vəzifəsinin
böyüdülmə- sində də nəzərdə tutula bilər. Məsələn,
Almaniyada belə müddət bir ildən az olmamalıdır. ABŞ
qanunvericiliyində isə hazırlıq xidməti (qulluğu) anlayışı
var. İdarəetmənin yuxarı eşelonunda vəzifə tutmaq üçün 3
ildən az olmayan hazırlıq qulluğu stajı tələb olunur, sonra
namizəd kvalifıka- siya imtahanı verir, daha sonra isə 2,5 il
ərzində onun müəyyən vəzifə tutmağa yararlılığının
səviyyəsi yoxlanılır.
Ciddi və sərt münasibət tərəfdarı olan bir sıra
ölkələrdə dövlət qulluğunun yüksək səviyyədə saxlanılması
üçün attestasiya qaydaları tətbiq edilir. Məsələn, ABŞ-da hər
il qulluqçulara vəzifələrinə irəli sürülən tələblər barədə
məlumatlar çatdırılır. Bu ölkədə ali rəhbər heyətin
fəaliyyətinin qiymətləndirilmə meyarı aşağıdakılar hesab
edilir; işin səmərəliliyi və keyfiyyətinin təkmilləşdirilməsi, o
cümlədən kargüzarlıq həcminin azaldılması; vəzifə üzrə
öhdəçiliklərin
vaxtında
yerinə
yetirilməsi;
işin
səmərəliliyinin
22
-
digər göstəriciləri.
Attestasiya qulluqçular üçün hər il keçirilir. Qulluqçu
qeyri-məqbul qiymət aldıqda ya vəzifəsindən azad edilir, ya
da başqa vəzifəyə keçirilir. Amma 5 il ərzində qulluqçu iki
dəfə qeyri-məqbul qiymət almışsa başqa vəzifəyə keçirilmə
qadağan edilir.
Bəllidir ki, dövlət qulluqçularının hüquq və vəzifələri
heç də həmişə konkret bir ölkənin vətəndaşlarının hüquq və
vəzifələri ilə üst-üstə düşmür. İlk növbədə bu siyasi
hüquqlara aid edilir. Böyük Britaniyada və Kanadada siyasi
fəaliyyətlə məşğul olmağa tam və qismən qadağalar tətbiq
edilir. Böyük Britaniyada dövlət qulluqçularına seçkilərdə
namizəd kimi iştirak etmək, siyasi təşkilatlara üzv olmaq,
mübahisəli siyasi məsələlər üzrə çıxış etmək hüququ
verilmir. Kanadada seçkilərdə iştirak etməyə dövlət
qulluqçuları üçün ümumi qadağa yoxdur, onlar mülkü qulluq
komissiyasından müvafiq icazə almaqla vətəndaşlıq
hüquqlarını reallaşdıra bilərlər.
İnkişaf səviyyəsindən asılı olmayaraq müxtəlif
ölkələrdə dövlət qulluqçularının tətillərdə iştirak etmək
məsələsi də müxtəlifdir. Məsələn, Kanadada dövlət
qulluqçularına bu sahədə geniş hüquqlar verilir. ABŞ-da belə
hüquqlar
çox
məhduddur.
Fransada
isə
dövlət
qulluqçularının tətili Konstitusiya ilə qadağan edilir. Bundan
başqa “qəfil” tətillər ümumiyyətlə qadağandır.
Real olaraq, dövlət qulluqçularının hərəkətləri
(əxlaqı) bir sıra ölkələrdə xüsusi normalarla tənzimlənir,
məsələn, “Əxlaq Məcəlləsi” (ABŞ), “Dövlət qulluqçularının
etika məcəlləsi” və s... Böyük Britaniyada qanunvericilik
belə bir normanı nəzərdə tutur ki, yüksək ranq məmurları
23
istefaya çıxdıqdan sonra, əgər onların işi konfıdensial
informasiyalarla əlaqədar olubsa, hökumətin icazəsi olmadan
biznes sahəsində işləyə bilməzlər.
İnkişaf etmiş ölkələrdə dövlət qulluqçuları üzərində
nəzarətin bir forması kimi qulluqçular tərəfindən dövlət
qulluğu haqqında qanunvericiliyin pozulmasına görə
məsuliyyətin geniş hüquqi reqlamentasiyasmdan istifadə
edilir. Dövlət qulluqçuları intizam, mülki-hüquqi və cinayət
məsuliyyətinə cəlb edilə bilərlər.
Nümunə olaraq, göstərə bilərik ki, ABŞ-da intizam
tənbehi kimi - xəbərdarlıq, töhmət, aşağı vəzifəyə keçirilmə,
xidməti fəaliyyətə aşağı qiymət verilməsi, pulu ödənilməyən
məzuniyyətə göndərmə (30 gün), vəzifə kvalifıkasi- yasmın
azaldılması, vəzifə maaşının azaldılması, xidmətdən
qovulma (azad edilmə) və s. tətbiq edilir. Ən ciddi cəzalar
dövlət sirri barədə qanunvericiliyin pozulmasına görə tətbiq
edilir. Məsələn, Böyük Britaniyada vəzifəli şəxs tərəfindən
yazılı və ya şifahi formada istənilən sirrin rəsmi icazə blma-
dan verilməsinə görə, o, cinayət məsuli)^ətinə cəlb edilə
bilər.
Xarici ölkələrin əksəriyyətində dövlət aparatı
qarşısında duran məsələlərin mürəkkəbləşməsi onun say
tərkibinin artması ilə müşahidə olunurdu. Bu da öz
növbəsində rəhbərlikdə struktur dəyişikliyinə gətirib
çıxarırdı. Dövlət qulluğuna rəhbərliyi ənənəvi olaraq
prezident üsul-idarəsi olan ölkələrdə dövlət başçısı,
parlament üsul-idarəsi olan ölkələrdə isə hökumət başçısı
həyata keçirirdi. Fransada bu sahədə özünəməxsus vəziyyət
yarandı. Mülki qulluq üzrə ümumi rəhbərliyi idarəetmə
sahəsində səlahiyyətləri çərçivəsində baş nazir həyata
keçirir. Eyni zamanda 1958-ci ildə
24
-
Dostları ilə paylaş: |