Fatir və Falək olan Allahın ismi ilə!
Sərdar Z. tərəfindən\14 oktyabr, 2012-ci il.
Sosial dövlət prinsipi və istehlkaçı mədəniyyətli toplum.
#Rəhman olan Allahın qulları.... onlardır ki,....o şəxslər ki, israfçılıq etmədən və xəsislik
etmədən, bu ikisi arasında orta bir yol tutaraq xərclərlər”
Fürqan surəsi, 63-cü və 67-ci ayələr.
Insanlıq israfçılıq mərəzindən yoxsulluq, aclıq, səfalət və bunlardan irəli gələn xəstəliklər
məngənəsində həlaka doğru sürüklənib getməkdədir. Yer üzü nemətlərindən sabit
istehlakçılıq metodları ilə istifadə edilməməsi artıq bəşəriyyəti fəlakətlərlə üz-üzə
qoymuşdur. 900 milyon yoxsul insan bir günə bir dollar qazanır. Hava çirklənməsi ildə
iki milyon uşağın ölümünə səbəb olur. Təmiz su çatışmamazlığı 900 milyon adamda
bağırsaq qurdu xəsətliyi yaratmışdır. Hər il 25 milyon ton əkinə yararlı torpaq qatları
irtirilir. Hər il yoxsulluq içində yaşayan milyonlarla insan korlanmış torpaqları tərk
edərək yeni yaşayış və iş yeri əldə etmək məqəsdi ilə ya ölkə daxilinə, ya da xaricə köç
edirlər. Təkcə Somalidə 1993-cü ildə yarım milyon qaçqın qonşu ölkələrə, yedi yüz min
nəfər isə ölkə daxilində məskunlaşmışdır. Bu böyük ekoqaçqın axını adlanır. Bu cür
qaçqın axını həm də münaqişə ocaqları formalaşdırır. İnsanın israflı həyat tərzi
nəticəsində dəniz heyvanalrının 65% istismar edilmişdir və dəm qazlarının atmosferdəki
konsentrasiyası 30% artmışdır. 25% quş növü yoxa çıxmışdır.
Dünya Bankının 2000-2001-ci illər üçün olan hesabatında 2,8 milyard insanın 2 dollardan
az məbləğlə, 1,5 milyard insanın isə 1 dollardan az məbləğlə yaşadıqları göstərilir.
İnkişaf etməkdə olan ölkələrdə hesablamalr əsasən hər beş uşaqdan biri beş yaşına
çatmadan ölür.
Bunlar nə deməkdir? Bu qeyd edilən faktlar, rəqəmlər, mövcüd ağırlaşmış şərait onun
göstəricisdir ki, biz insanlar bizə nemət olaraq verilən hər bir şeyi insafsıcasına və israfla
tükətməkdəyik. Allah hər şeyi nizam və ölşü içərsində yaratmışkən, biz Adəm övladı
olaraq qoyulan ölçünü və uyğunlanmalı olan nizamı aşdıq. Allah, hər bir yaratdığı
nemətlər üçün ölşülü davranışda hərəkət etməyimizi buyurmuşdur. Lakin bizlər Allahın
qoyduğu həddləri aşdıq. Bunun üçündü rki, Rəbbimiz olan Allah belə buyurur:
# insanların əlləri ilə törətdiklərindən quruda və suda fitnə meydana çıxdı...#
Rum surəsi,41-ci ayə.
Zənginləşmiş insanların və dövlətlərin zərurətdən deyil də, dəb-dəbə və göstəri məqsədi
olaraq israf etdikləri xərclər və bununla da eyni anda ətraf mühitə olan qeyri-sabit
istehlakçı davranışları yuxarıda qeyd olunan yoxsulluq və eko problemləri doğrumuşdur.
İsalmiyyətin ilkin illərində, kafirlərlə, müşriklərlə savaşdan əldə edilmiş müharibə
qənimətlərinin bölüşdürülməsi ilə bağlı hökmündə Allah Öz rəsuluna və müsülmanlara
belə buyurur:
#Allahın məmləkətlərin əhalisindən sizə verdiyi qənimətlər Allaha, rəsula, yaxın yoxsul
əqrabaya, yetimlərə, yoxsullara məxsus edildi ki, aranızdakı zənginlər arasında
dağıdılmasın#
Haşr surəsi, 7-ci ayə.
Allahın qoyduğu nizamdan birisi, zənginlərin öz mallarından ehtitaclılara pay ayırmasıdır.
Bu gün bu bir çox dövlətlərdə sosial ədalətlilik prinsipi adı altında sosial dövlət metodu
ilə həyata keçirilir. Bu metod, Allahın uyğunladığı yardımlaşma proqramı olaraq
islamiyyətin ilkin dövrlərində və Osmanlı imperiyasının müəyyən çağlarında
müslümanalr tərəfindən həyata tətbiq edilmişdir.
#Allah, dünya həyatında birnizi digərindən var-dövlət cəhətdən üsütün etdi. Ancaq zəngin
edilmişlər, verməli olduqları paylarını sağ əllərinin sahib olduqlarına
1
qaytarıb
verməzlər ki, onlar da bunlara bərabər olsunlar. Yoxsa onlar Allahın rəhmətinimi inkar
edilər?#
Nəhl surəsi, 71-ci ayə.
Sosial dövlətin əsas prinsipi, cəmiyyətin çətin həyat şəraitində yaşayan üzvlərinə
paylaşımda, bölüşməkdə xidmətlərin təqdimidir. Burada önəmli olan çətin həyat
şəaritində olan insanlara cəmiyyətin bütün üzvlərinin səfərbər edilərək yardıma
qoşulmaslarının təmin olunmasını reallaşdırmaqdır. Müsülmanalra düşən vəzifə isə bu
sosial xidmətdə Allahın kitabında buyurlanı yerinə gətirməkdir. Quranda zəkat-sədəqə
sistemi - sosial yardımlaşmanı önəmini müsülmanlara vacib buyuran Allah əmri vardır.
Yuxarıda yoxsulluq və eko sistemlə bağlı fəlakətlərin səbəbi olan israfçı tükətimin bir
bağlılığı da söz yoxdur ki, zəngin ölkələrin vətəndaşlarının qeyri-sabit istehlakçılığı və
ən ümdəsi isə faiz bankaçılığı hesabına cəmiyyətin böyük bir qsiminin yoxsullaşması, az
hissəsinin isə varlanmasıdır. Faizçılıq israfçı istehlakın istismar metodlarının ən çox
yayılmış formasıdır. Insanlara və ölkələrə bərəkətsizlik gətirən faizçılıq bankaçılığı artıq
Azərbaycanı da yoxsull ölkələr sırasına daxil etmişdir. Allah zəkat-sədəqə sistemindən
fərqli olaraq faizlə bağlı belə hökm edir:
#insanların mallarından faiz olaraq artsın deyə verdikləriniz Allah yanında artmaz.
Ancaq Allahın razılığını diləyərək zəkat olaraq verənlər-onlar artanlardır.#
Rum surəsi,39-cu ayə.
1
Sağ əllərinin sahib olduqları altında müharibə zamanı əldə edilən əsirlər nəzərdə tutulur ki, onlar haqqında
da Allah, Mühəmməd surəsinin 4-cü ayəsində Öz hökmünü vermişdir. Həmin ayədə Allah buyurur ki,
əsirləri ya fidyə ya da fidyəsiz azad edilməlidirlər. Islamiyyətdə cariyyə və köləlik yoxdur. Qeyd edilən ayə
isalmda cariyə və köləliyin olmadığının bir hökmüdür. Nəhl surəsinin verilən ayəsində də Allah, əsirlərin
hüriyyətə qovuşdurulmalı olduğuna və onlara maddi imkan yaradılmasına açıqlama gətirmişdir.
Zəkat-sədəqə üçün Allah konkret sosial xidmət dairəsinə aid insanlar qurupu müəyyən
etmişdir. Bunu Tövbə surəsində hökm şəklinə salmışdır.
#Sədəqə-zəkatlar-yoxsullar üçün, fəqirlər üçün, zəkat işçiləri üçün, ürəyi islama
isnişənlərüçün, əsirlərin azad eilməsi üçün, borc altında olanlar üçün və Allah yolunda
xərcləməyə -Allahın hökmü ilə qətt edilmişdir. Allah alim və hikmət sahibidir#
Tövbə surəsi,60-cı ayə.
Müsülmanların –iman gətirən şəxslərin mallarından ehtiyac sahibləri və sıxıntıda olub
diləyənlər üçün pay ayırmaları Quranda möminlərin xüsusiyyətləri olaraq bərilənmişdir.
# təqvalılar Rəbblərindən veriləni qəbul edərək bağlar və çeşmələr arasında yer alarlar.
Onlar ki, bundan əvvəl saleh əməl işləyənlər idi. Gecənin az bir qsimini yatardılar. Və
sübh çağında bağışlanma dilərdilər.və mallarından da diləyənlər və ehtiyac içərisndə
olanlara pay ayrımışılar.#
Zariyat surəsi,15-19-cu ayələr.(həmçinin bax:Leyl surəsi,18-20-ci ayələr və Məraic
surəsi,24-25-ci ayələr)
Islamın bu özəliyi müsülman toplumlarında sosial dayanaqlılıq işinin əsaslılığını və
davamiyyətliliyini təmin etmiş olur. Ancaq , bu gün BMT-nın İnkişaf Etmiş Ölkələrin
Ümüum milli gəlirlərinin müəyyən bir faizini ianə olaraq bağışlamları tövsiyəsini ABŞ
kimi dövlətlər biganəliklə qarşılayır və ödəmə etməkdən yayınırlar. Hal bu ki, ABŞ-ın və
onun müttəfiqlərinin “anti-teror” adı altında apardıqları işğalçı savşalara xərclədikləri
məbləğlər milyardlarla ölçülür.
Təbii müsülman-iman gətirən insanlara düşən, Allahın Quranda buyurduğu hökmləri
həyatlarına tətbiq etmək gərəyi duymalardır.. Quran müsülmanlara sosial ədaləti və
ehtiyacların ödənməsindəki vəzifələrini dürüst icra etmiyəcəkləri səbəbindən nicat tapa
bilmiyəcəklərini açıq bir bəyanla ifadə etmişdir.
# sevdiyiniz şeylərdən xərcləmədikcə nicat tapmasınız. Nə xərclədiyinizi isə Allah yaxşı
bilir#
Ali-İmran surəsi,92-ci ayə. (həmçinin bax:Bəqərə surəsi, 254-cü, 261-ci, 262-ci və 267-ci
aylərə)
Allah Quranda zəkat-sədəqə sisteminin ayyaqda tutulmasının təməl prinsipini çalışıb,
işləməklə şərtləndirmişdir. Bunu Allah, Mümin surəsinin 4-cü ayəsində #zəkat üçün
çalışanlar# olaraq vurğulayır.
Tövbə surəsinin 99-cu ayəsində isə Allah xərcləməyi Allaha yaxınlaşmaq olaraq
qiymətləndirmişdir. Islamda olan bu cür sosial yardımlaşma və ehtiyacları qarşılama
prinsipləri yoxsulluğun aradan qaldırılmasına, cəmiyyəti iç-içə, əl-ələ maddi və mənəvi
sıxntılara qarşı səfərbər etməyə yönəldilməsi, günümüzün az əvvəl yuxarıda qeyd edilən
fəlakətlərini azaltmağa yönəlik ilahi dəyərlərdir.
Müsülmanlar bu günlərdə Həc ziyarətinə və bu ziyarət sırasında gerçəşləcək qurban
kəsimi olan Qurban bayramına hazırlaşır. Bu mərasimin özündə də yardımlaşma,
ehtiyacları ödəmə önəm daşıyır. Həc surəsində Allah bu mərasimin sosial-ictimai və
vəhdətlilik vacibliyini, eyni zamana Allaha təqvalı olmağın dəyərini açıqca ifadə etmişdir.
Həc surəsinin 28-ci, 30-31-ci , 36-37-ci ayələrində Uca Rəbbimiz müsülmanları fəqirləri,
yoxsulları, ehtiyac içərisndə olanları unutmamağa və Allah qarşısında təqvalı olmağa
çağırır. Lakin yuxarıda da bəhs etdiyim kimi müsülmana-iman gətirən şəxsə öz malından
veriləcək pay ayırmaq Allah tərəfindən vəzifə edilən bir haqqdır. Bəqərə surəsinin həclə
əlaqəli 197, 198-ci ayələrində və davamında da Allah, bu mərasimin yaxşılıq, yardım əli
uzatmaq üçün bir vasitə olduğuna diqqət çəkmişdir.
Qeyd etdiyim kimi Allah Quranda iman gətirənlərin xüsusiyyətləri sırasına və imanın
əlamətlərinə zəkat verməyi şərt olaraq qoymuşdur. Zəkatı verməmək müşriklərin bir
əlaməti olaraq Quranda keçmişdir. Və zəkat verməmək Quranın imanın şərti olaraq irəli
sürdüyü axirətin inkarına da səbəb olan küfür kimi qiymətləndirilmişir.
# vay olsun müşriklərin halına, onlar ki, zəkatı verməz və axirətə iman etməzlər#
Füsullət surəsi,6-7-ci ayələr.
Bütün bunları yekunlaşdırarkən demək istədiyim budur:
1.
Allah Quranda gerçəkçi sosial dövlət projesinin iqtisadi-mənəvi tərflərinin nədən
ibarət olduğuna dair açıq göstərişlər ortaya qoymuşdur və biz müsülmanlara
düşən bunu həyata tətbiq edərək yoxsulların, fəqirlərin, kimsəsizlərin aqibətini
yaxşılaşdırmaqdır;
2.
Allah Quranda Onun verdiyi nemətlərlə israfçılıqla davrandığımız halda naşükür
olacağımızı buyurmuş (İsra surəsi-27-ci ayə) və Fürqan surəsində bizə bir ölçü
bəriləmişdir ki, tükədim mədəniyyətimizi bunun üzərində quraq;
3.
Allah Quranda cəmiyyətin çətin şəraitdə yaşayan insanlarına əl tutmaq üçün hər
kəsə gücünün yetdiyi imkanlar daxilində ölçü müəyyənləşdirərək, toplumun bütün
fərdlərini problemlərin həlli üçün səfərbəyliyə təşviq edir.
#Rəbbi ilə qarşılaşacaqlarına ümid edənlər saleh əməllər etsinlər və Rəbbinə qulluqda
Ona heç kimi şəriklər etməsin#
Kəhf surəsi, 110-cu ayə.
Dostları ilə paylaş: |