2
Fatihə surəsinin şərhi.
Fatihə surəsinin şərhi.
Müəllifin ön sözü.
Rəhman və Rəhim olan Allahın adı ilə! Həqiqətən həmd Allahadır! Biz Ona həmd edirik,
Ondan kömək və bağışlanmağımızı diləyirik! Nəfslərimizin şərindən və pis əməllərimizdən
Allaha sığınırıq! Allah kimə hidayət verərsə, onu heç kim azdıra bilməz. Kimi də azdırsa, ona
heç kim hidayət verə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa haqq ilah yoxdur. O,
Təkdir və Onun heç bir şəriki yoxdur. (Eyni zamanda) Şəhadət edirəm ki, Məhəmməd Allahın
qulu və Elçisidir. Allahım Məhəmmədə, Onun əhli-beytinə, əshabələrinə və Qiyamət gününə
qədər, onun göstərdiyi doğru yola sadiq qalanlara xeyir-dua və çoxlu salam et!
Möhtərəm müsəlmanlar! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram və Uca Allahdan
bizləri doğru yola müvəffəq etməyini diləyirəm. (Amin.) Beləliklə hörmətli oxucular
Azərbaycan dilində Fatihə surəsinin şərhi haqqında tam əhatəli bir əsərə rast gəlmədiyim üçün
bu mövzu haqqında bir kitab yazmağı özümə vacib bildim. Çünki mənim bu kitabı təqdim
etməyimin əsası budur ki, namaz qılanların çoxu Fatihə surəsinin mənasını bilmirlər, və zəruri
hal olduğu üçün qeyd edirəm. Buna görə də, bu məsələ ilə bağlı müxtəlif şərhlər qeyd etmişəm.
Mən hesab edirəm ki, bu kitab möminlər tərəfindən yaxşı qarşılanacaqdır. Uca Allahdan
müsəlmanlar üçün bu kitabı oxuyub faydalanmağını diləyirəm. O, Eşidən və cavab verəndir.
Bununla belə, şərhlərin ən üstün dərəcəsi və mükəmməl olanı, bir şeyi açıqlamaq istəyən adamın
düşüncələrini ən gözəl şəkildə ortaya qoyan sözü söyləyənin, məqsədini ən gözəl şəkildə bəyan
edən və sözü dinləyənin anlamasına ən yaxın olanı Allahın kəlamıdır. Həmd və təriflər tək olan
Allahadır.
ﻢﯿﺣﺮﻟا ﻦﻤﺣﺮﻟا ﷲا ﻢﺴﺑ
1. Rəhman və Rəhim olan Allahın adı ilə!
2. Həmd və təriflər aləmlərin rəbbi, Allaha məxsusdur.
3. O. Rəhman və Rəhmdir,
4. (Ey) Haqq-hesab gününün hökmdarı!
5. Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik.
6. Bizi doğru yola hidayət et!
7. Nemət verdiyin xoşbəxt şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!
Fatihə surəsinin nazil olma səbəbləri.
Fatihə surəsi yeddi ayədir və Məkkədə nazil olmuşdur. Fatihə Surəsinin harada və nə vaxt nazil
olduğu mövzusu ixtilaflıdır və bu mövzuda dəyişik rəvayətlər vardır. Əli (r.a) belə demişdir:
“Fatihatu'l-Kitab Məkkədə Ərşim altında bir xəzinədən nazil olmuşdur.” Bu rəvayətə baxaraq
təfsirçilər, Mücahidin "Fatihə Surəsi Mədinədə nazil olmuşdur." sözünü səhv olaraq başa
düşmüşlər. Übeyy ibn Ka'b'dən (r.a) gələn səhih bir rəvayətdə: “Fatihə, Qurandan ilk nazil
olanlar arasındadır.” Bu rəvayətdə isə Fatihə Surəsinin ilk nazil olan surə olduğu irəli
sürülməkdədir. Eləcə də, Fatihə surəsi Məkkədəmi enmişdirmi? Yoxsa Mədinədəmi
enmişdirmi? Bu haqda Quran təfsirçiləri fərqli rəylər qeyd etmişdilər. Beləliklə Əli ibn Əbu
Talib, İbn Abbas, Katabə, Əbul-Əliy ər-Riyahi Rufey və başqaları: “Məkkədə nazil olmuşdur”
deyiblər. Lakin Əbu Hurəyrə, Mücahid, Ata b. Yesəyər, əz-Zühri və başqaları: “Mədinədə nazil
3
Fatihə surəsinin şərhi.
olmuşdur” deyiblər. Digər rəyə görə isə: “Yarısı Məkkədə, yarısı da, Mədinədə nazil olmuşdur”
deyilmişdir. Bu fikri Əbu'1-Leys Nəsr b. Məhəmməd b. İbrahim əs-Səmərqəndi öz təfsirində
qeyd etmişdir. Beləliklə birinci rəy daha doğru və səhihdir. Çünki Hicr surəsi Məkkədə nazil
olmuş və icma ilə qəbul edilmiş və bununla belə, bu barədə heç ixtilaf olmamışdır. Eyni
zamanda da Hicr surəsinin 87-ci ayəsində Uca Allah belə buyurmuşdur:
"(Ya Rəsulum!) Biz
sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzamətli
Quranı verdik." (əl-Hicr, 15/87)
Fatihə surəsinin bir çox adları vardır.
Beləliklə Fatihə surəsinin bir neçə adlarını qısa olaraq qeyd edək:
1-ci “Əl-Fətiha”: "Açılacaq bir şeyin və yaxud ilk açılan, oxunub yazılacaq, bir şeyin əvvəli"
deməkdir. Quran-Kərimin tərtibində ilk surə Fatihə olduğu üçün bu surəyə bu ad verilmişdir.
2-ci “Əlhamdulillah” Həmd surə: Surənin birinci sözü "Əlhamd" olduğu üçün və ya surə,
Allaha Həmd etdiyi üçün ona bu ad da, verilmişdir.
3-cü “Ummul Kitab”: yəni "Kitabın anası" deməkdir, Fatihə surəsinə bu adın verilməsi,
Quranın təməl prinsiplərini əhatə etməkdədir. Belə ki, surədə Uca Allah, layiq olduğu sifətlərlə
xatırlanmaqda, qulların, tək ona qulluq etmələri və yalnız ondan kömək diləmələrinin lazım
olduğunu, və eyni zamanda, keçmişdəki azmış ümmətlərin vəziyyətinə qayıtmasınlar deyə, zikir
edilmişdir. Beləcə də, bu surədə ümumi prinsiplər zikr edilməkdədir və bunun üçündə bu surəyə
"Ummul Kitab" adı verilmişdir.
4-cü “Ummul Quran”: Quranın anası" deməkdir. Çünki bu haqda Allahın Elçisi, (Allahın xeyir-
duası və salamı onun üzərinə olsun) buyurdu: “Əlhəmdulilləh, Ummul Qurandır...”
5-ci “Əl-Əsas”: Fatihə surəsi Quranın təməl prinsiplərini əhatə etdiyi üçün ona
"Əl Əsas" da, deyilmişdir,
6-cı “Əs-saləh” “Namaz surəsi” deməkdir. Fatihə surəsinə bu ad da, verilmişdir. Çünki
Fatihəsiz namaz qəbul olunmaz. Ona görə ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) : “Fatihəni oxumayan adamın namazı yoxdur” buyurmuşdur. Bununla belə, hər
bir vacib namazda ən azından hər bir rükətində bir dəfə Fatihə surəsini oxuması vacibdir.
7-ci “Əş-Şəfa”: Fatihə surəsi mənəvi xəstəliklərə şəfa mahiyyətində olduğu üçün ona bu ad da
ona verilmişdir.
Fatihə surəsini nazil edən Mələk.
Bəzi elm adamları, Hz. Cəbrayılın Fatihə surəsini nazil etmədiyini iddia etmişdilər. Buna səbəb
isə Müslim tərəfindən İbn Abbasdan (r.a) gələn rəvayətdir: Belə ki: “Hz. Cəbrayıl Peyğəmbərin
(Allahın xeyir-duası və salamı onun üzərinə olsun) yanında olduğu zaman üst tərəfdən bir səs
eşitdi. Başını qaldırdı və belə dedi: Bu, bu ana qədər açılmamış və bu gün açılan səmadakı bir
qapıdır. O qapıdan bir mələk endi, bunun haqqında da, belə dedi: Bu, bu günə qədər nazil
olmamış və ilk olaraq bu gün yer üzünə nazil olan bir mələkdir. Bu mələk salam verib belə dedi:
Səndən əvvəl heç bir peyğəmbərə verilməmiş və sənə verilən iki nurun müjdəsini sənə gətirirəm.
Bunlar, Fətihatu'1-Kitəb (Fatihə surəsi) ilə Bəqərə surəsinin son ayələridir. Bu surələrdən
oxuduğun zaman hər bir hərfin mütləq qarşılığı savabı sənə veriləcəkdi.” (Müslim, Salətu'l-
müsafirin 248). İbn Atiyyə (rahiməhullahi təalə) deyir ki: “Ancaq bu vəziyyət sözü keçən elm
adamının zənn etdiyi kimi deyil. Bu hədis Hz. Cəbrayılın Peyğəmbərə (Allahın xeyir-duası və
salamı onun üzərinə olsun) sözü keçən mələkdən daha əvvəl gəlmiş olduğunu, o mələyin gəlişini
və onunla birlikdə nazil olacaq olanı xəbər vermək üzrə gəldiyini göstərməkdədir. Buna görə
Hz. Cəbrayıl, bu surənin nazil olma səbəbində ortaq hərəkət etmiş olar. Doğrusunu ən yaxşı
bilən Allahdır.” İmam Qurtubi bu mələ ilə bağlı deyir: “Bizlər bu ayənin nazil olmağını
Məkkədə olduğunu əvvəldən açıqlamışdıq. Hz. Cəbrayıl, Uca Allahın buyruğu səbəbi ilə bu