30
temperatur rejimini elə seçmək lazımdır ki, bu temperaturda toxumaların kəsilməsi
işi ən əlverişli olsun.
Kəsmə işini uzunluğu 10 sm olan yarımkeçirici mikrosoyuducularda
apardıqda iş sadələşir, vaxta isə xeyli qənaət edilir. Burada cərəyanı və bundan
asılı olaraq soyuqluğu seçmək çox asandır. Onu elə seçmək olar ki,
mikrosoyuduculardakı toxumalar tədqiqatçının iş aparmasına ən yaxşı imkan
versin. Bunlar hətta bir sahədə külli miqdarda xeyir verdikdə alimlər və
mühəndislər yenə də bu maddələrin yeni, ən yeni sahələrdə tətbiq olunmasına
çalışmışlar.
Belə bir tədqiq kvant generatoru kimi istifadə olunan yarımkeçiricilərə tətbiq
olunmuşdur. Kvant generatorları ən çətin əriyən materialları ani olaraq yandırıb
deşə bilən, hətta bəzi hallarda külə döndərən gözqamaşdırıcı işıq seli buraxırlar. Öz
şüası ilə 3-4 min dərəcə temperaturda əriyən metallı bir dəqiqənin içərisində deşə
bilən, eyni zamanda həm də soyuducu kimi roll oynaması çox maraqlıdır.
Kvant generatorları doğrudan da soyuducu kimi işləyə bilər. Onlardan
istifadə edərək ən yaxşı buzxanalar hazırlamaq olar. Alimlər qalliumarsen
yarımkeçirici materialını tədqiq edərkən çox maraqlı bir hadisəni kəşf etmişlər.
Bu yarımkeçirici kristallardan elektrik cərəyanını buraxdıqda məlum
olmuşdur ki, kristallı əhatə edən fəzanın temperaturu aşağı düşür. Həmin hadisə
haqda Ingiltərədə kvant generatorları üzrə keçirilən simpoziumda Hollandiya alimi
doktor Boljer ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, bu tip kristallardan
keçirilən cərəyanın sıxlığı müəyyən qiymətdən kiçik olduqda, o, xaricdən aldığı
enerjidən çox enerxi şüalandırır. Burada belə bir sual olmuşdur ki, enerjinin
saxlanması qanunu harada qalır? Alim cavab vermişdir ki, qanun heç vaxt
pozulmur, burada əlavə enerji əhatə edilən mühitdən götürülür. Bu cavab həm
qanunun saxlanmasına verilirdi, həm də kvant generatorlarının bir soyuducu kimi
işləyə bilməsini yəqin edirdi.
31
Biz burada yarımkeçirici soyuducuların texnikada, məişətdə, elmi işlərin
aparılmasında və s. yerlərdə apardıqları vəzifələrin müəyyən bir hissəsini saymaqla
kifayətləndik.
Biz qeyd etdik ki, yarımkeçiricilər vasitəsilə istilik enerjisi maşınsız olaraq
elektrik
enerjisinə
çevrilir.
Bundan
istifadə
edərək
yarımkeçiricidən
termogenerator düzəldirlər. Belə termogeneratorlar icra etdikləri vəzifələrinə
uyğun konstruksiyada düzəldirlər. Məsələn, böyük gərginliklər almaq lazım
gəlirsə, onda çoxlu miqdarda termoelementləri ardıcıl birləşdirməliyik. Güclü
cərəyanlar almaq tələbi irəli sürülürsə, onda elementlər paralel birləşməlidir. B
usahədə aparılan təcrübi və nəzəri işlərin hamısını, əsasən akademik A.F.Ioffe
görmüşdür. Belə elementlərin faydalı iş əmsalı 10%-ə çatır.
Termoelementin çox sadə quruluşu vardır. Neft lampası və lampanın
şüşəsinə çoxlu qanadı olan bir cihaz bərkidilmişdir. Bu cihaz yarımkeçirici
materiallardan hazırlanmış termogeneratorlardır. Əgər lampanı yandırıb bir neçə
dəqiqə gözləsən, onda cihaz elektrik enerjisi hasil edəcəkdir. Bu elektrik enerjisi ilə
radionu və başqa elektriklə işləyən ev avadanlığını işlətmək olur. Burada yaranan
elektrik enerjisi lampanın istiliyi hesabına yaranmışdır.
Yaponiya firmalarından birinin istehsalı olan bir radioqəbuledcini işlətmək
üçün ovucun içini onun gövdəsinə qoymaq kifayətdir. Həssas yarımkeçirici
termoelementlərdən quraşdırılan xüsusi üzlük əlin istiliyini elektrik enerjisinə
çevirir və beləliklə də qəbuledici işləyir. Belə termoelementlər təbabətdə daha çox
tətbiqlər tapmışlar. Məsələn, həkim yarımkeçirici elektrometrlə xəstənin bədəninin
istiliyini 5-7 saniyədə təyin edə bilir. Digər tərəfdən, termoelementli cihazlar
həkimlərə xəstələrin vəziyyətinə daim nəzarət etmək imkanı verirlər.
Radiovericilər insan bədəninin istiliyi və mexaniki enerjisi ilə
qidalanacaqdır. Heç şübhə yoxdur ki, yarımkeçirici termoelementlər yaşayış
binalarının, müəssisələrin, məktəb binalarının və s. yerlərin temperaturunu
müəyyən səviyyədə saxlamaq üçün geniş istifadə olunur. Eyni bir cihazın köməyi
32
ilə binanın havası soyudulur, qışda isə qızdırılır. Bu cihazın quruluşu çox sadədir.
Yarımkeçirici termoelementlərdən hazırlanmış radiator binanın divarında elə
yerləşdirilir ki, termoelementlərin bir ucu binanın xaricində açıq havada, o biri ucu
isə otağın daxilində olur.
Texnikada güclü aqreqatlarla bərabər, həm də kiçik cərəyanlardan istifadə
edilən yerlər vardır. Bu yerlərdə mikro termoelektrogeneratorlardan istifadə edilir.
33
2.3. Yarımkeçiricilərin fotoqrafiyada tətbiqi
Fotoşəklin çəkilməsi üçün səthi işığa həssas maddə ilə örtülmüş şüşə
lövhələr və ya lentlər hazırlanır. Lövhə və lent qaranlıqda fotoaparatın içərisində
yerləşdirilir. Apparat işığa çıxarıldıqda onun içərisinə heç bir yerdən işıq düşmür.
Çəkdiyimiz obyektin ilk əksini fotolentdə almaq üçün həmin obyektdən əks
olunmuş işıq şüaları müəyyən zaman fasiləsində fotoaparatın içərisindəki lentə və
ya lövhəyə salınmalıdır. Düşən işıq həddindən artıq güclü və ya zəif olduqda
keyfiyyətli fotoşəkil hasil etmək olmur. Lentin üzərinə lazımi işıq porsiyasının
salınmasını tənzimləmək üçün fotoaparatlarda avtomatik işləyən açarlar vardır.
Biz əvvəlcədən açarı seçdiyimiz bölgüyə qoyub, lentin qabağının bir müddət
açıq qalıb, sonradan avtomatik bağlanacağını bilirik. Həmin müddət ekspozisiya
zamanı adlanır.
Uzun müddət foto işləri ilə məşğul şəxslər adi gözlə ekspozisiya və
diafraqmanı müəyyən dərəcədə düzgün təyin edə bilərlər. Lakin bu işdə təcrübəsi
az olan adamlar ekspozisiya və diafraqmanın düzgün seçilməsində çətinlik
çəkirlər. Burada bir səbəb də var. O da bundan ibarətdir ki, müxtəlif fotolentlərin
və lövhələrin işıta həssaslığı müxtəlifdir. Odur ki, eyni həssaslıqlı lentlə şəkil
çəkən bir adam ekspozisiya və diafyraqmanı düzgün vərdiş edir.
Müxtəlif yollarla ekspozisiya və diafraqmanı təyin etmək imkan verən
eksponometrlər vardır. Bunların ən əlverişlisi selen fotoelementi ilə işləyən
yarımkeçirici foto eksponometridir. Ovucun içərisində yerləşən bu sadə və eyni
zamanda dəyərli cihaz, 2-3 saniyə ərzində ekspozisiya və diafraqmanı dəqiq təyin
etməyə imkan verir. Bunun üçün cihazı açıb fotoelement yerləşən pəncərəsini şəkil
çəkilən obyektə tərəf yönəltmək kifayətdir.
Yarımkeçirici ilə işlədilən fotoeksponometr foto həvəskarlarının işini xeyli
asanlaşdırır. Foto həvəskarlarının yarımkeçiricilərin tətbiqi ilə əlaqədar olan ikinci
misal ilə tanış edək.
Dostları ilə paylaş: |