2
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin
sifariĢi ilə nəĢr olunur.
REDAKTORLAR: Budaq BUDAQOV,
akademik;
Vəli ƏLĠYEV,
tarix elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü;
Cəfər QĠYASĠ,
memarlıq doktoru,
AMEA-nın müxbir üzvü.
MƏSLƏHƏTÇİLƏR: MəĢədixanım NEMƏT,
tarix elmləri doktoru,
AMEA-nın müxbir üzvü;
Həsən MĠRZƏYEV,
filologiya elmləri doktoru, professor;
Süleyman MƏMMƏDOV,
tarix elmləri doktoru, professor.
RƏYÇİLƏR: Hüseyn ĠSMAYILOV,
filologiya elmləri doktoru;
Ġsrafil MƏMMƏDOV,
tarix elmləri namizədi;
Abbas SƏFƏROV,
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri.
Əziz Yusif oğlu Ələkbərli. Qərbi Azərbaycan abidələri, Bakı, "Nurlan"
nəĢriyyatı, 2007, 272 səh.
ĠSBN - 978-99528108-0-6
Kitabda qədim Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası)
ərazisindəki Azərbaycan xalqına məxsus maddi mədəniyyət nümunələri haqqında qısa məlumat və
abidələrin bir və ya bir neçə görüntüdə Ģəkilləri verilmiĢdir.
Ə 0503020907 Qrifli nəĢr
N-098-2007
© Ə.Ələkbərli, 2007.
5
TARĠXĠMĠZĠ YAġADAN ABĠDƏLƏRĠMĠZ,
ABĠDƏLƏRDƏ YAġAYAN TARĠXĠMĠZ
Qərbi Azərbaycan (indiki "Ermənistan") ərazisi Bütöv Azərbaycanın
tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə ən
zəngin bölgələrindən biridir.
KeçmiĢdə Azərbaycanın Ģimalı ilə cənubunu, bütün Qafqazla Yaxın ġərqi
birləĢdirən mühüm karvan yollarının üstündə yerləĢən, hazırda isə Ģimaldan
Gürcüstan, Ģərqdən və cənub-Ģərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə,
cənubdan Ġranla həmsərhəd olmaqla 29.8 min km
2
sahəni əhatə edən bu diyar
çağdaĢ dünyada "Ermənistan Respublikası" adı ilə erməni-hay dövləti kimi tanınsa
da, onun ərazisi son qarıĢına qədər qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan
torpağıdır.
Bunu həmin ərazidəki saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət
nümunələri – qədim yaĢayıĢ məskənləri, nekropollar, kurqanlar, qala, saray və
istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaĢlar, at-qoç
heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar da təsdiq edir.
Çoxsaylı maddi mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu
arasıkəsilməz hərbi yürüĢlər, nıüharibələr nəticəsində, xüsusilə zaman-zaman bu
yerlərə köçürülüb gətirilən, tarixi torpaqlarımızda isti yuva tapan ermənilər
tərəfindən məhv edilsə də, digər hissəsi isə erməniləĢdirilərək mənimsənilsə də,
daĢlara yazılmıĢ yaddaĢı pozmaq və ya dəyiĢmək yadellilərə heç də həmiĢə nəsib
olmamıĢdır. E. ə. V-II minilliklərə aid
Soyuqbulaq və Qarakilsə qayaüstü
təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxĢarlıq,
Nüvədi-
QarqadaĢı yazıları ilə Orxon-Yenisey kitabələrinin dil və əlifba eyniliyi, qədim
qala, saray və məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləĢən adları
bu ərazilərin
ən qədim dövrlərdən üzü bəri Türk-Oğuz boylarının anayurdu olduğuna heç bir
Ģübhə yeri qoymur.
Qərbi Azərbaycan ərazisinin qədim Türk tarixi ilə bağlı bilgilərə qədim
Asur və Urartu mixi yazılarında da tez-tez rast gəlirik. Öncə xatırladaq ki, e. ə.
1200-cü ilə aid Asur yazılarında adı çəkilən türksoylu
Xarxar//Qarqar ölkəsinə
həm də indiki Qərbi Azərbaycan ərazisi daxil idi. Təsadüfi deyil ki,
Xarxar//Qarqar//Gərgər//Herher variantlarında günümüzə qədər gəlib çıxan bu
etnonimin izləri bu gün Bütöv Azərbaycan, o cümlədən Qərbi Azərbaycan
ərazisində qeydə alınmıĢ yüzlərlə toponimdə yaĢamaqdadır. Təkcə elə Ġrəvan
xanlığı tərkibinə daxil olan 15 mahaldan 2-si (
Qarnibasar və Qarbibasar) bu
etnosun adını daĢımıĢdır.
Urartu mixi yazılarında Qərbi Azərbaycan ərazisinə dair məlumatlara e. ə.
VIII yüzilin əvvəllərindən baĢlayaraq rast gəlirik. Belə ki, e. ə. 782-ci ildə Urartu
çarı I ArgiĢti Araz çayını keçərək mənbələrdə
"Az ölkəsi" adlanan indiki
"Ermənistan" ərazisinə daxil olmuĢ, Göyçə gölünə qədərki böyük bir ərazini iĢğal