13
Borclu – müəssisə
Müəssisə - investor
İstiqrazlar üzrə öhdəliklər
30000
Pul vəsaitləri
300000
Pul vəsaitləri
300000
İstiqrazlara investisiyalar 300000
İstiqrazlar ödənildikdən sonra onların hüquqi fəaliyyəti dayandırılır.
Müəssisə tərəfindən fond bazarında yerləşdirilən uzunmüddətli borclar üzrə
faizlərin elan olunan və bazar stavkaların yuxarıda araşdırdığımız bərabərliyi
xüsusi hal olsa da nadir hal deyildir. Əksər hallarda isə uzunmüddətli borclar üzrə
faizlərin elan olunan və bazar stavkaları arasında xeyli fərqlərə təsadüf olunur.
Əgər elan olunan stavka bazar stavkasında yüksəkdirsə, onda istiqraz mükafatla
satılır. Əvvəlki misaldan istifadə edək lakin bu dəfə faizin bazar stavkası elan
olunan stavkadan 10 % aşağıdır. Borc yerləşdirildikdə isə həmin göstərici 8 %
olmuşdur:
30000 x (PVI, 10 %, 7) + 30000 x (PVI, 10 %, 8, 7) = 30000 x 0,58349 +
30000 x 5,20637 + 4,868419 = 331288 manat
Qeyd etmək istəyirik ki, borcların bazar qiymətləri müəyyənləşdirilən zaman
ona faizlər elan olunan stavkalar üzrə hesablanılır. Borcun qüvvədə olduğu müddət
ərzində faizlərin ödənilməsinə çəkilən xərclərin ümumi məbləği müəyyən
hesablamaların köməyilə tapılır. Borcların bazar qiyməti nominal dəyərdən çox
olduqda faizlərin ödənilməsinə çəkilən ümumi xərclər mükafatın kəmiyyətinə
çəkilən faizlərin nominal məbləğindən aşağı olur. Başqa sözlə, borclu təşkilatın
faizlərin ödənilməsinə çəkdiyi xərclər ödənilən faizlərin məbləğindən aşağıdır.
Borcların nominal dəyəri
300000
Faizlərin ümumi məbləği
210000
Borc üzrə mövcud vəsaitlərin ödənilən məbləği
510000
Borcun bazar qiyməti
3312238
Borcun qüvvədə olduğu müddətdə
faizlərin ödənilməsinə çəkilən ümumi xərclər
178762
14
Borclar mükafatlı qaydada yerləşdirildikdə borclu və kreditor təşkilatlarda
jurnal qeydləri aşağıdakı şəkildə təsvir etmək mümkündür:
Borclu – müəssisə
Müəssisə - investor
Pul vəsaitləri
331238
İstiqrazlara investisiyalar 331238
İstiqrazlar üzrə öhdəliklər
300000
İstiqraz mükafatı
31238
Pul vəsaitləri
331238
31238 min manat məbləğində mükafat xüsusi, əlavə qiymətləndirmə hesabına
köçürülür. Onun kəmiyyəti həcmində borclar üzrə ümumi məbləğ artırılır.
Beləliklə, borclu müəssisə özünün mühasibat yazılışlarında borcların həm nominal
dəyərini, həm də onun satışı ilə əlaqədar mükafatın məbləğini qeydə alır.
1.3 Qısamüddətli öhdəliklərin mahiyyəti və uçotu
Qısamüddətli öhdəliklər dedikdə, onların ləğv edilməsi üçün istifadə olunan
resurslar (cari aktivlər) başa düşülür. Cari öhdəliklərin daha xarakterik növlərinə
kreditor borcları, qısamüddətli veksellər ödəniləsi dividendlər, avanslar və geri
qaytarılan depizitlər, qabaqcadan ödənilən qazanılmamış gəlirlər, vergi ödənişləri,
şərti ödənişlər, tələb olunanadək kreditor borcları və s. aiddir.
Cari öhdəliklərin ödənilməsi elə resurslardan istifadəni tələb edir ki, belə
öhdəliklər olmadıqda, həmin resurslardan müəssisənin gündəlik ehtiyacları üçün
istifadə oluna bilsin. Cari öhdəliklər daha bir fərqləndirici xüsusiyyətləri ondadır
ki, onlar pul vəsaiti formasında tədavül olunur və yaxud müəssisənin fəaliyyətində
bir mərhələ ərzində istifadə olunur. Müəssisənin fəaliyyətinə normal mərhələsi
dedikdə, orta aralıq vaxt başa düşülür. Pul vəsaitlərinin malların və xidmətlərin
əldə olunmasına sərf edilən andan həmin xidmət və malların pula çevrilən anadək
olan dövr orta aralıq dövr kimi xarakterizə olunur. Qeyd etdiyimiz mərhələ
aşağıdakı fazaları özündə birləşdirir:
a) pul vəsaitlərinin mal-material ehtiyatlarının satın alınmasına sərfi;
b) mal-material ehtiyatlarının hazır məhsul əldə etmək üçün yenidən emalı;
c) məhsulların kreditə satılması (debitor borcu hesabı açmaq yolu ilə);
15
d) malalan təşkilatların debitor borclarının ödənilməsi.
Cari öhdəliklərin ödənilməsi üçün cari aktivlərin istifadə olunduğu üçün ömür
müddəti də eynidir.
Kreditor borcların və yaxud ödəniləsi hesablar və ödəniləsi ticarət hesabları
müəssisənin fəaliyyət müddətində mallara və xidmətlərə görə hesablaşmaların
forması kimi başa düşülür. Beləliklə, borcun bu növü müəssisənin əsasını
faəliyyətinə xidmət göstərən ticarət əməliyyatlarının həyata keçirilməsi üçün
istifadə olunur. Kreditor borclarının ödənmə müddəti malalan və malsatanlar
arasında bağlanılan kontraktda göstərilir.
Qısamüddətli veksellər də kreditor borcları kimi eyni məqsədlər üçün tətbiq
olunur. Belə veksellər müəssisənin əsas fəaliyyətində istifadə olunmayan malları
və xidmətlərin dəyərini ödəməyə xidmət edir. Cari uçot dövründə ödənilməsi
uzunmüddətli öhdəliklər və qısamüddətli veksellərə aiddir.
Kontraktda nəzərdə tutulan şərtlərdən asılı olaraq öhdəliyin bu növü
müəssisənin bu və ya digər aktivləri ilə həm təmin edilə, həm də edilməyə bilər.
Vekselin təminatı dedikdə, borclu – müəssisənin əmlakının həbsi başa düşülür.
Veksellər yerləşdirilən zamanı onun təminatı kimi hansı aktivlərdən istifadə
olunması razılaşdırılır. Cari veksellər üzrə müəssisədə qısamüddətli öhdəliklər
olduqda, onun təminatı üçün hansı aktivlərdən istifadə olunacağı konkret şəkildə
göstərilməlidir.
Kreditorun tələbi üzrə ödəniləsi öhdəliklər cari qaydada aşağıdakı iki halda
əks etdirilə bilər:
1.
Kreditorun tələbi üzrə öhədliklər bir il ərzində ödənilmədisə, onda balans
hesabatı tarixindən və yaxud müəssisənin əməliyyatı mərhələsi ərzində;
2.
Uzunmüddətli öhdəliklərin ödənilməsi zəruri olan mövqelərdə.
Hesablanılan öhdəliklər özündə əməkdaşların əmək haqqını, hesablanılan,
lakin hələlik ödənməyən kredit faizlərini birləşdirilir. Hesablanılan öhdəliklər
düzəliş yazılışları əsasında hesablara uçot dövrünün arxasında köçürülür. Məsələn,
hesabat dövrünün axırında əks olunmamış və ödənilməmiş əmək haqqı istehsal
xərcləri uçota alınan hesabların debetinə və əmək haqqı üzrə borc hesabını
Dostları ilə paylaş: |