43
Müasir bioloqlar sübut edirlər ki, həyatın universal
formulu (yəni elə
bir formul ki, onu tam əks etdirsin) yoxdur
və ola da bilməz.
Bioenerjiinformasiya dəyişməsi nəzəriyyəsi
Həyatın Yerdə əmələ gəlməsi barədə ən yeni
nəzəriyyələrdən biri də bioenerjiinformasiya dəyişmə
nəzəriyyəsidir. Bioenerjiinformasiya dəyişmə anlayışı elmin
biofizika, bioenergetika və ekologiya sferalarında meydana
gələn
son
nəaliyyətlərlə
əlaqədar
yarandı.
Bioenerjiinformatika termini 1989-cu ildə Moskvada
bioenerjiinformatika üzrə ilk Ümumittifaq konfransı
keçirilən zaman N.E.Bauman adına Moskva Dövlət
Universitetinin professoru
V.N.Volçenko tərəfindən irəli
sürülmüşdür
{32}. Bu nəzəriyyə Kainatda yalnız materiya
və enerji kimi məlum substansiyaların deyil, həm də
“İnformasiya- Şüur” varlığı barədə fikir irəli sürməyə əsas
verdi. Bu konsepsiyanın elementlərindən biri Kainatda
ümumi bir fikrin, məntiqin və ya planın olmasıdır. Bu
hipotez müasir astrofiziklər tərəfindən təsdiqlənir; belə ki,
Kainatın fundamental xüsusiyyətləri, əsas fiziki kostantların
əhəmiyyəti və hətta fiziki qanunauyğunluqlar Kainatın
bütün masştablarında strukturu və həyatın mümkünlüyü ilə
sıxı surətdə əlaqədardır. Buradan bu konsepsiyanın ikinci
elementi meydana çıxır – Kainata canlı sistem kimi baxmaq
lazımdır. Canlı sistemlərdə isə Şüur (informasiya) faktoru
materiya və enerji kimi çox mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, Kainatın materiya, enerji və informasiya kimi
üçvahidliliyi barədə danışmaq lazımdır.
44
İlkin həyat molekulu - RNT
Üzvi maddələrin bəsit qeyri-üzvi maddələrdən alına
bilməsi ideyası üzrə alimlər çoxlu sayda laboratoriya
təcrübələri aparmış və müyyən qənaətbəxş nəticələr əldə edə
bilmişlər. Məsələn, 1953-cü ildə
Stenli Miller ammonyak,
metan və su içərisindən şimşəyi təqlid edən elektrik cərəyanı
keçirməklə aminoturşu ala bildi. Sonralar Millerin
eksperimentləri şübhə altına alındı. 1990-cı ildə alınan yeni
geoloji nəticələrə əsasən, Yer atmosferinin ilk yaranış
dövründə tərkibi çoxlu miqdarda karbon qazı ilə dolu imiş
ki, bu da Millerin təcrübələrində nəzərə alınmamışdır.
Karbon qazının iştirakı ilə bu reaksiya öncə baş vermədi. Bu
problem bu yaxınlarda 2008-ci ildə
Klivs və kolleqaları
tərəfindən həll olundu. Onlar aşkar etdilər ki, şimşək karbon
qazı olan şəraitdə belə bu reaksiyanı aktivləşdirə bilər,
sadəcə reaksiya mühitinə katalizator olaraq az bir miqdar
“
X” maddəsi (?) əlavə edilməlidir ki, bu da ilkin atmosferdə
şübhə yoxdur ki, ola bilərdi. Bundan əlavə, şimşək qədim
Yer üzərində üzvi maddələrin əmələ gəlməsində katalizator
kimi fəaliyyət göstərən yeganə amil hesab edilməməlidir.
İndiki zamanda abiogen üzvi maddələrin “fabriki” kimi
işləyən iki növ etibarlı və real – kosmos və hidrotermal kimi
mənbələr məlumdur. Bütünlüklə bu gün həyatın əsasını
təşkil edən üzvi birləşmələrin – zülal və nuklein turşuları
kimi mürəkkəb maddələrin “tikinti bloklarının” abiogen
sintezi artıq problem deyildir. Aminoturşular (zülalın tərkib
hissələri), azot təkibli əsaslar və şəkərlər (nuklein turşularını
əmələ gətirən nukleotidlərin tərkib hissələri), həmçinin
başqa tip vacib molekullar bir neçə üsullarla abiogen sintez
oluna bilirlər. Çətini budur ki, bu bloklardan ilk
replikatorları – öz-özünü hasil edən molekul və ya
molekullar komplesini necə almalı?