Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova
İNSAN VƏ HEYVAN
FİZİOLOGİYASI
I hissə
Bakalavr hazırlığı üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyi
28.06.2005-ci il 522 saylı əmri ilə dərslik
kimi təsdiq edilmişdir.
BAKI - 2007
1
Redaktorlar:
ADPU-nin insan və heyvan fiziologiyası kafedrasının
müdiri, b.e.d., prof.
Ə.N.Fərəcov
AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun
böyük elmi işçisi, b.e.n.
Ş.M.Hacıyev
Rəyçilər: Rusiya
EA-nın üzvü, Beynəlxalq Noosfer Akademiya-
sının
həqiqi üzvü, b.e.d., prof.
M.S.Babayev
AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun
«Analizatorların müqayisəli və yaş fiziologiyası» labora-
toriyasının rəhbəri, b.e.n.
A.Q.Qazıyev
Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin
dekanı, anatomiya, fiziologiya, zoologiya kafedrasının
dosenti
A.M.Rüstəmov
Əliyev Ə.H., Əliyeva F.Ə., Mədətova V.M. İnsan və heyvan fizio-
logiyası (
bakalavr hazırlığı üçün dərslik). Bakı, «Bakı Universiteti»
nəşriyyatı, 2007, 416 s.
Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş əsas bölmələrinə aid
müasir məlumatlar verilmişdir.
Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən
biri hesab edilən
«İnsan və heyvan fiziologiyası» üzrə nəzərdə tutulan mühazirə materialları ikicildlik dərslik
kimi təqdim edilir. Dərsliyin birinci hissəsində fiziologiya sahəsində son nailiyyətlər Avropa
standartları nəzərə alınmaqla fiziologiyanın inkişaf tarixi (giriş), əsas anlayış və prinsiplər,
hüceyrə fiziologiyasının əsasları, oyanan toxumaların fiziologiyası və ya elektrik oyanması ilə
məlumatların nəql olunması, əzələnin fiziologiyası, sinir sisteminin ümumi və xüsusi fiziolo-
giyası, analizatorların fiziologiyası və daxili sekresiya vəziləri haqqında məlumat verilir.
Dərsliyin ikinci hissəsində isə qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat,
maddələr
və enerji mübadiləsi, bədən temperaturu və tənzimi, əməyin fiziologiyası, ekoloji
fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti bəhsləri və fizioloji göstərici, termin
göstəricisi, müəllif arayışı, kafedranın tanınmış alimləri, terminlər lüğəti,
testlər verilmişdir
Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarının
fəaliyyət mexanizminin avropa təhsil standartlarına uyğun şəkildə izah edilməsi və əvvəlki
dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası, əmək və ekoloji fiziologiya, qocalma və
qocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilirməsidir.
Proqrama uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində təhsil alan
tələbələri, eləcə də fizioloq magistrantlar, nəzəri və təcrübi biologiyanın müxtəlif sahələrində
çalışan bioloqlar üçün faydalı mənbə ola bilər.
2007
062
062
07
658
29
1903000000
−
−
−
−
−
)
(
M
Ə
©
«Bakı Universiteti» nəşriyyatı, 2007.
downloaded from KitabYurdu.org
2
3
MÜQƏDDİMƏ
Tibb və psixologiya elmlərinin nəzəri və təcrübi əsasını təşkil
edən, digər bioloji elmlərin açarı olan fiziologiya elminin XXI
əsrdə də çox sürətlə inkişaf
etdiyini nəzərə alsaq, bu sahədə
günün tələbinə cavab verən fundamental dərslik yazmaq son
dərəcə çətin və məsuliyyət tələb edir. Ona görə də XXI əsrin
əvvəlində fiziologiya elminin real vəziyyətinə əsaslanaraq kitabda
olan materialları Azərbaycan təhsil sisteminin tələbini nəzərə
alaraq, Avropa ölkələrinin universitetlərində tədris olunan insan
fiziologiyası kursuna uyğun yazmağa çalışdıq.
İnsan və heyvan fiziologiyası –
tarixən orqanizmin quru-
luşunu öyrənən anatomiya elminə əsaslanmış və onun bir bölməsi
kimi meydana gəlmişdir. Bu elm XVII əsrdən müstəqil bir elm
kimi tədris olunmağa başlamış, sonralar biokimya və tibbi
fiziologiyanın inkişafı üçün zəmin yaratmışdır.
Bakı Dövlət Universitetinin, digər dövlət və özəl
universitetlərinin bakalavr və magistrant
tələbələrinin baloniya
təhsil sistemi nəzərə alınmaqla insan və heyvan fiziologiyasına
dair Avropa standartlarına cavab verən Azərbaycan dilində
yazılmış dərsliyə böyük ehtiyac olduğunu nəzərə alıb, hazırkı ki-
tabı nəşrə hazırladıq.
Dərsliyin tərtibatında müxtəlif dillərdə yazılmış elmi
ədəbiyyatlardan və dərsliklərdən istifadə edilmişdir. Bu kitabın
tərtib olunmasında AMEA-nın müxbir üzvi, prof. F.İ.Cəfərovun,
prof. M.A.Qarayevin və prof. O.M.İsmayılovun Azərbaycan
dilində olan, Rusiyanın REA-nın İ.M.Seçenov adına Təkamülün
Fiziologiyası və Biokimyası İnstitutunun professoru,
tibb elmləri
doktoru, akademik P.S.Orlovun, Sankt-Peterburq Universitetinin
insan və heyvan fiziologiyası kafedrasının müdiri, REA-nın
akademiki, professor P.S.Nozdraçevin, R.F.Smidt və Q.Tevesin
redaktorluğu ilə ingilis dilindən rus dilinə tərcümə edilən «İnsan
fiziologiyası» kitabından, bir sıra digər elmi əsərlərdən və onlarda
olan cədvəl və şəkillərdən istifadə edilmişdir. Dərsliyin işıq üzü
görməsində BDU-nun insan və heyvan fiziologiyası kafedrasının
və biostimulyatorlar ETL-nin əməkdaşlarından dos. Ş.Məhərrə-
mov, dos. V.Mədətova, dos. M.Nəsibov, biologiya elmləri
namizədləri F.Əliyeva, R.Babayeva, N.Məmmədova,
S.İbrahimova, S.Məmmədova, F.Zamanova, aspirantlardan
F.Rəhimova, Y.Firudinbəyov, elmi işçilərdən A.Musayev,
Q.Həsənova, S.Miriyeva, S.Quliyeva, M.Qasımzadə,
X.Rizvanova və b. öz bacarıqlarını əsirgəməmişlər. Onlara,
rəyçilərə, redaktorlara minnətdarlığımı bildirirəm.
Kitabın baloniya təhsil sisteminin tələblərinə uyğun olaraq
hər 2-3 ildən bir yeniləşdirilməsi nəzərdə tutulmuşdur.
Ona görə
də kitab haqqında fikirlərini bildirənlərə, həm də gələcək nəşrlərin
hazırlanmasında yaxından iştirak etmək istəyənlərə əvvəlcədən
minnətdarlığımızı bildiririk.
Müəlliflərdən
downloaded from KitabYurdu.org