11
aşağı alın qırışlarında, gicgah hissəsində və gicgahın əmək və ənsə nahiyələri ilə birləşdiyi yerdə yerləşən nitq
ünsiyyətinin sensor cəhətini (qavrama) və motor (hərəkət) aktlarını idarə edən beyin qabığı hissələrini deyil, habelə
xüsusən müasir arxitektonik şəkildə beynin alın hissəsini məhz bu morfo-funksional aparata aid etmək lazımdır. B. F.
Porşnev yazır: «Bu əsas həlqə olmadan yol və sistemlərin çox hissəsini əylədərək və cüzi hissəsini fəallaşdıraraq nitq
mərkəzi bütün beynin, bütün əsəb sisteminin fəaliyyətini idarə edə bilməzdi»
1
. İnsan beyninin nitq mərkəzi yerləşən
alın hissəsi mürəkkəb məqsədəyönlü aktların icrasını idarə edir. Belə aktlar verbal və mücərrəd anlayışların işlədilməsi
ilə əlaqədar olan müəyyən uzunmüddətli məqsədlərin mühafizəsini tələb edir. Beynin alın hissəsi bu funksiyaları
həyata keçirir:
1) birinci siqnal reflekslərini, ətraf mühitə bilavasitə-reaksiya verməyən əyləndirir;
2) nitqi davranışa çevirir, bilavasitə reaksiya verilməsindən azad edilmiş davranışı tapşırığa. komandaya yaxud
fikrə - başqa sözlə desək, nitq başlanğıcına, planına və proqramına tabe edir.
Xüsusi nitq zonaları ilə fəaliyyətdə olan beynin bütün şöbələri arasındakı transmissiya əsas etibarilə beynin alın
bölməsində cəmlənmişdir. Beyin bölməsinin kütlə halında zədələnməsi (şiş olması, yaralanması, qan dövranı və s.)
zamanı insan nitq qabiliyyətini itirmir, lakin onun davranışı eksperimentorun sözlə verdiyi təlimata tabe olmur.
N. İ. Çuprikova belə bir fərziyyə irəli sürür ki, beyin bölmələri sözün həqiqi mənasında nitq zonaları olmasa da
hər halda insanın ali əsəb fəaliyyətində ikinci siqnal sisteminin idarəedici funksiyasının həyata keçirilməsi ilə əlaqəsi
olan nahiyələrdir.
«Beləliklə, güman etmək olar ki, insan beyninin spesifik fəaliyyəti üç mərtəbədən təşkil edilmişdir: 1) sensor və
motor nitq zonaları yaxud mərkəzləri; 2) alın bölmələri, xüxüsən alınönü, nrefrontal formalaşmalar və xüsusi olaraq
Homo sapiyens-ə məxsus olan gicgah-əmgək-ənsə nahiyəsində yerləşən zonalar; 3) beynin digər bölmələri - bunlar
insanda və ali heyvanlarda eynicinslidir. İkinci mərtəbə nitq işarələrini istiqamətləndirici məqsədə və onun idarəsinin
həyata keçirilməsinə çevirir. Bununla da sosial olan fərdin daxilinə daxil olur, insan mühitinə ünvanlandırılan işarələr
onun fəaliyyətinin daxili qanunları olur»
2
.
1, 2- V. F. Porşnev. O naçale çeloveçeskoy istorii
İnsan əməyini başqa canlıların fəaliyyətindən fərqləndirən də məhz budur - beynin sensor və motor nitq
mərkəzlərinin, habelə alın və gicgah-əmgək-ənsə nahiyələrinın insanın bütün fəaliyyətini idarə etməsidir.
Hazırda paleoantropologiya elminə mötəbər surətdə məlumdur ki, troqloditid ailəsinin bütün üzvlərinin, hətta
onların ən yüksək inkişaf etmişi olan paleoantropların (neandertal adamının) beyininin arxitektonikasında baş beyin
qabığının bütün yuxarı prefrontal formalaşmaldarı, habelə giçgah və əmgək nahiyələrinin ikinci siqnal idarə və
fəaliyyəti, qavrama və ümumiyyətlə insan orqanizminin bütün funksiyalarını həyata keçirən zonaları olmamışdır.
Bütün bunlar yalnız Homo sapiens-ə məxsusdur və onun digər ali məməlilərdən bir sinif kimi fərqlənib ayrılmasında
əsas rol oynamışdır. Əvvəllər iki səbəb belə bir nəticəyə gəlməyə mane olurdu. Əvvələn, inkişafın dərəcəsini beynin
çəkisinin bədənin çəkisinə nisbəti ilə ölçürdülər. Bu fikir xüsusən sonralar beyin qırışları sayının və dərinliyinin
beynin daha yüksək səviyyədə təkamülü ilə heç bir əlaqəsi olmadığı aydın olduqda daha da intişar tapdı. Qominidlərin
inkişafı xəttini beynin həcmi (deməli, çəkisi) əlaməti əsasında qurmağa çalışırdılar. Lakin məlum oldu ki, neandertal
adamının baş beyninin həcmi Homo sapiensin baş beyninin həcmindən nəinki kiçik deyil, hətta orta hesabla (bəzi
növlərdə) bir az böyükdür. "insan beyni fəaliyyətinin tədqiqi göstərdi ki, təfəkkürə digər ali funksiyalarda beyni təşkil
edən əsəb hüceyrələri, sahələri və strukturunun kiçik bir hissəsi iştirak edir. Hətta belə bir məsələ qaldırılırdı ki, belə
böyük beyin insana lazımdırmı, beynin bu qədər böyüklüyü atavizm deyilmi? Getdikcə elm aləmində belə bir fikir
yarandı ki, heyvanlar insana keçiddə (meymunun insana çevrilməsində) baş beynin həcminin də, çəkisinin də heç bir
əhəmiyyəti yoxdur.
12
İkincisi, bir halda ki, ikinci siqnal sistemi təkcə mikroyaranmalar surətində deyil, habelə alın bölməsinin qabaq
hissəsi kimi böyük formalaşmalar şəklində beyin substratına malikdir, onda onun, məsələn, neandertal adamında
mövcudluğunu yaxud yoxluğunu endokranlar əsasında asan müəyyənləşdirmək olar. Buna görə də ikinci siqnal
sisteminin alın bölmələrinin spesifik funksiyaları ilə qırılmaz əlaqəsinin müəyyənləşdirilməsinin insanın mənşəyi
haqqındakı elm üçün fundamental əhəmiyyəti vardır. Əgər beynin alın bölməsinin yuxarı qabaq formalaşması mövcud
deyilsə, onda nitq mövcud deyil, deməli, insan özü də mövcud deyildir.
V. İ. Koçetkovanın gərgin və məhsuldar əməyinin nəticəsində indi bizdə insanın əcdadının, demək olar ki,
bütün növlərinin - avstralopiteklərin, Homo habilsərin, pitekantropların, sinantropların, müxtəlif paleoantropların,
kromanyon adamlarının baş beyinlərinin mulyajı (qipsdən hazırlanmış beyin modeli) vardır. Bunlar beynin xarici
formalarını əks etdirsə də primatların və insanın beyin anatomiyası haqqındakı müasir məlumatlar imkan verir ki,
xarici forma əsasında daxili strukturu və fəaliyyəti bərpa etməyə doğru gedək. Bu iş bir də ona görə asanlaşır ki,
insanın mənşəyi probleminin həllində bizi baş beynin aşağı və-orta hissələrinin yox, beyin qabığının təkamülü
maraqlandırır. Antropomorf meymunlardan başlamış ta Homo saiyensə qədər inkişafda böyük beyin yarımkürələrinin
bütün nahiyələrinin taleyi izlənilmişdir. Orijinal kəmiyyət və qrafik metodlar tətbiq edilmişdir. Nəticələr
dəqiqləşdirilməsə də insanın mənşəyi probleminin həllində maraqlı olan suallara cavab almaq olar.
Çox vaxt insanın yaranmasını onun ulu əcdadının əmək alətlərindən istifadə etməsi ilə əlaqələndirirlər.
Dunyanın bir sıra atropoloqları Homo habilis-i (prezincantropu) ən qədim insan hesab edirlər, çünki o, ən qədim
geoloji laylarda, lakin süni çay daşı alətləri ilə tapılırdı. V. İ. Koçetkovanın tədqiqatları göstərdi ki, prezincantropun
beyni daha sonra yaşamış və süni əmək alətlərindən istifadə etməmiş avstralopiteklərin beynindən heç bir şeylə
fərqlənməmişdir. Öz növbəsində avstralopiteklərin beyni də əsas əlamətlərinə görə, məsələn, şimpanze tipli
antropoidlərin beynindən fərqlənmir və Homo sapiyens-in beyni üçün spesifik olan heç bir şeyə malik deyildir.
Deməli, insanın əsas fərqi-süni daş alətlər hazırlaya bilməsi - meymun beyni ilə bir araya sığır.
Növbəti təkamül həlqəsində, arxeoantroplarda beyin nitq fəaliyyəti üçün, deməli, əmək fəaliyyəti üçün spesifik
olan hissələrə malik deyildir, halbuki onun beyninin bəzi hissələri ali meymunlar və avstralopiteklərin-dəkinə nisbətən
böyümüşdür. Paleoantroplarda beyin quruluşunun dəyişməsi xeyli irəli gedir, lakin onlarda da insanın nitqini
tənzimləyən və fəaliyyətini, xüsusən əmək fəaliyyətini proqramlaşdıran beynin yuxarı alın bölməsinin inkişafı çatmır.
Paleoantropların beyninin görmə-iybilmə və ənsə hissələri intensiv inkişaf edir; bu hissələr sonralar Homo sapiyens-də
yenidən o qədər azalır ki, insan əcdadlarının bütün təkamül ərzində qazandıqlarını itirir. Buradan belə bir nəticə
çıxarmaq olar: nitq və insan əməyi meymun beyni (hətta antropomorf beyni) bazasında yarana bilməzdi. Troqloditid
ailəsinin təkamülü dövründə, xüsusən paleoantropların sonunda baş beynin ümumi inkişafı və ali əsəb sistemi
fəaliyyətinin ixtisaslaşması təbiətdə yeni varlığın - insanın yaranması üçün bioloji bünövrə oldu.
Beləliklə, lap əvvəldən nitq insan fəaliyyəti ilə, xüsusən insanın əmək fəaliyyəti ilə sıx və qırılmaz əlaqədə
olmuş, birinin inkişafı digərinin təkamülünə təkan vermişdir.
3 - Əmək, Cəmiyyət və Dil
Əvvəldə qeyd etdiyimiz geniş yayılmış fikrə əsasən insanı da, dili də əmək yaratmışdır, həm də dil təcrid
edilmiş fərd tərəfindən deyil, cəmiyyətdə ünsiyyət ehtiyacından, ünsiyyət prosesində yaranmışdır. Bu nöqteyi-
nəzərdən əmək, cəmiyyət və dil arasındakı münasibətləri nəzərdən keçirmək zəruridir. Həm genealoji, həm də ontoloji
baxımdan ilkin gələni əməkdir. Əmək cəmiyyətin də, dilin də yaradıcısıdır.
Əmək nədir? İnsan əməyinin təhlilinə həsr edilmiş əsərlərdə irəli sürülən fikirləri yekunlaşdırsaq, insan
əməyinin nə olduğu haqqında belə demək olar: «Əmək hər şeydən əvvəl insanla təbiət arasında baş verən bir
prosesdir, insanın öz fəaliyyəti sayəsində özü ilə təbiət arasındakı maddələr mübadiləsində vasitəçi olduğu, bu