MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI
11
Sənədi və ya ərizəni qəbul etdikdən və qeydiyyat jurnalında müvafiq qeydiyyatdan keçirdikdən
sonra komissiyanın katibi sənədin və yaxud ərizənin qəbul olunduğu tarix və dəqiq vaxt
göstərilməklə, eləcə də jurnalda ona qeydiyyat nömrəsi verilməklə arayış verməyə borcludur.
Komissiyanın katibi qeyd ediləni özünün imzası ilə təsdiq etməlidir (Məntəqə seçki komissiyasının
reqlamenti –maddə 11.5).
DİQQƏT
II.Məntəqədən çıxan sənədlər
Komissiya katibi qeydiyyat jurnalında sənədin verildiyini çıxan sənədlər hissəsində
qeydə almağa borcludur.
Qeydiyyat jurnalı hər gün saat 18–də bağlanır. Jurnalın hər iki hissəsində, sonuncu
qeyddən sonra belə bir qeyd verilir “jurnal bağlanmışdır”, sonra tarix və dəqiq vaxt
göstərilir. Göstərilən qeydi komissiyanın katibi öz imzası ilə təsdiq edir. Qeydiyyat
jurnalının bağlanmasından sonra həmin tarixdə hər hansı bir sənədi qeyd etmək
qadağandır. (Məntəqə seçki komissiyasının reqlamenti ‒ maddə 11.15).
Səsvermə günü Qeydiyyat jurnalı bütün səsvermə prosesinin paralelində yazılırş Səsvermə
günü bütün prosedurların bitdikdən və müvafiq seçki sənədlərinin qeydiyyatdan keçirdikdən
sonra Qeydiyyat jurnalı komissiya katibinin və sədrinin imzalaarı ilə bağlanır və Məəntəqə
Seçki Komissiyasının möhürü ilə təsdiqlənir.
DİQQƏT
MƏNTƏQƏ SEÇKİ KOMİSSİYASININ İCLASINDA
SƏRƏNCAMIN QƏBUL OLUNMASI QAYDASI
Məntəqə seçki komissiyasının sərəncamlar layihəsini komissiya katibi hazırlayır (Mənt
əqə seçki komissiyasının reqlamenti ‒ maddə 9.4). Komissiya sədrinin sərəncamı
iclasda iştirak edənlərin əksəriyyəti–ən azı komissiyanın tam tərkibinin üçdə biri (ən azı
5 üzvü) tərəfdar çıxdıqları halda qəbul olunmuş hesab edilə bilər, lakin səslərin bərabər
bölündüyü halda isə iclas sədrinin səsi həlledici hesab oluna bilər (Seçki məcəlləsi ‒
maddə 8.45).
12
Seçki komissiyası üzvünə seçki təbliğatında iştirak etmək qadağan olunur (Seçki məcəlləsi –
maddə 45.4.a).
DİQQƏT
Komissiyanın sərəncamına iclasın sədri və komissiyanın katibi imza atır. Komissiyanın
sərəncamı ertəsi gün komissiya məntəqəsində asılır (Seçki məcəlləsi ‒ maddə 26.3;
maddə 30.4; maddə 26.3; Məntəqə seçki komissiyasının reqlamenti ‒ maddə 6.4).
MƏNTƏQƏ SEÇKİ KOMİSSİYASININ SEÇKİQABAĞI TƏBLİĞATI
VƏ YA KAMPANİYAYA QOŞULMASI VƏ MƏHDUDİYYƏTLƏR
Məntəqə seçki komissiyası namizədlərin siyahılarını və partiya siyahılarını səsvermə
binasında nəzərəçarpan yerdən asır (Seçki məcəlləsi ‒ maddə 58.4.d; Məntəqə seçki
komissiyasının reqlamenti ‒ maddə 8.2q).
SEÇKİQABAĞI DÖVRDƏ MƏNTƏQƏ
SEÇKİ KOMİSSİYASININ FƏALİYYƏTİ
II HİSSƏ
14
SEÇİCİLƏRİN VAHİD SİYAHISI VƏ ONUN DƏRC OLUNMASI QAYDASI
(Seçki məcəlləsi – maddə 31)
Seçicilərin vahid siyahısında seçicilər haqqında aşağıdakı məlumatlar daxil
edilir:
▸
Ad, soyad;
▸
Doğum tarixi (gün,ay,il);
▸
Ünvan (Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsində və ya Dövlət servislərinin
inkişaf agentliyinın bazasına görə);
▸
Gürcüstan vətəndaşının şəxsi nömrəsi;
▸
Faktiki yaşayış yeri (Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçən şəxs
üçün, ünvanı göstərilmədən qeyd edilən şəxs üçün, yaşayış yeri üzrə qeydiyyatdan
çıxarılan şəxs üçün, həmçinin Dövlət servislərinin inkişaf agentliyinın qərarı ilə
qeydiyyatı ləğv edilmiş şəxs üçün, göstərilmiş müvəqqəti yaşayış ünvanı, digər
ölkədə olan şəxs üçün göstəriləcəkdir “Konsulluğun qeydiyyatına alınıb”, əgər belə
bir şəxs Gürcüstanın konsulluq qeydiyyatında deyilsə ‒ “Xaricdədir”);
▸
Seçicilərin vahid siyahısında qeydiyyat tarixi;
▸
Foto şəkil (Dövlət servislərinin inkişaf agentliyinın məlumat elektron bazasında olan
ən son fotoşəkil rəqəmsal formatda);
▸
Cinsi.
Dəqiqləşdirilmiş siyahıların son versiyaları səsvermə gününə ən azı 2 gün qalmış (6
oqtyabr) Məntəqə seçki komissiyasına verilməlidir:
▸
Seçki komissiyası üçün nəzərdə tutulmuş versiya (masa siyahısı);
▸
Kütləvi informasiya üçün nəzərdə tutulmuş versiya (divar siyahısı).
I FƏSİL.
SEÇİCİLƏRİN SİYAHILARI
▸
Divar siyahılarının ilkin versiyası götürülməli və həmin yerdən dəqiqləşdirilmiş versiya
asılmalıdır.
▸
Masa siyahısının və onun surətinin kütləvi informasiya şəklində göstərilməsi yolverilməzdir.
DİQQƏT
SEÇİCİLƏRİN VAHİD SİYAHI GÖSTƏRİCİLƏRİNİN YOXLANILMASI
(Seçki məcəlləsi – maddə 26.2. b)
Məntəqə seçki komissiyası:
▸
Seçicilərin vahid siyahısının doğruluğunu yoxlayır; Səhvlərin və yaxud dəqiqsizliyin
aşkara çıxarıldığı təqdirdə, ertəsi gündən gec olmayaraq, lakin seçkilər gününədək
MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI
15
ən azı 16 gün qalmış (22 sentyabr), siyahıda dəyişikliklər olunması təklifi ilə Dairə
Seçki Komissiyasına müraciət edir;
▸
Siyahılarla əlaqədar daxil olmuş ərizələri dərhal Dairə seçki komissiyasına təqdim
edir.
SEÇİCİLƏRİN XÜSUSİ SİYAHISI
(Seçki məcəlləsi – maddə 32)
Seçicilərin xüsusi siyahısını Dairə seçki komissiyası seçki gününə ən geci 3 gün qalmış
(5 oktyabr) təyin edir və müvafiq məntəqə seçki komissiyasına verir.
Əgər seçici siyahıda qeydiyyatdan keçmək xahişi ilə seçicilərin siyahısının dəqiqliyini
təmin edən komissiyaya seçki gününə ən azı 16 gün qalmış (22 sentyabr) Məntəqə
seçki komissiyasına seçkilərdə iştirak etmək xahişi ilə müraciət edə bilməmişdirsə
(xaricdən gəlmişdir, xəstəxanadan çıxmışdır, həbsxanadan azadlığa buraxılmışdır)
müvafiq sənədlərin təqdim olunduğu təqdirdə (sərhədi keçmək barədə arayış (pasportda
qeydiyyat), müalicə idarəsindən çıxması barədə arayış, yaxud həbsxanadan azadlığa
buraxılmaq haqqında arayış təqdim olunduğu təqdirdə) Məntəqə seçki komissiyası onu
xüsusi siyahıda qeydə alır və təqdim olunmuş sənədlərin foto surətlərini seçicilərin
siyahısına əlavə edir (Seçki məcəlləsi ‒ maddə 31.12).
APARILASI SEÇKİ QUTUSU SİYAHISININ TƏRTİB EDİLMƏSİ QAYDASI
(Seçki məcəlləsi – maddə 3334)
Aparılası seçki qutusu siyahısının tərtibinə görə Məntəqə seçki komissiyası məsuliyyət
daşıyır. Aparılası seçki qutusunun siyahısı vahid və xüsui siyahıları əsasında tərtib olunur.
Seçicini aparılası seçki qutusu siyahısına daxil edirlər, əgər:
▸
Sağlamlıq vəziyyəti ilə əlaqədar səsvermə binasına gedə bilməyirsə (bu cür seçicilərin
sayı seçki məntəqəsində vahid siyahıda mövcud olan seçicilərin 3 faizindən artıq
olmamalıdır. Qeyd olunan sayın doldurulmasından sonra Məntəqə seçki komissiyasının
sədri hər bir yeni daxil olan ərizə barədə dərhal Dairə Seçki Komissiyasına məlumat
verməyə və müvafiq göstərişlər gözləməyə borcludur);
▸
Seçki məntəqəsinin ərazisindədir, lakin çətin gediləsi yerdədir (belə halda Dairə
Seçki Komissiyası ilə məsləhətləşmə aparmaq tövsiyə edilir);
Dostları ilə paylaş: |