ÀÇЯÐÁÀJ†ÀÍ МИЛЛИ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ
ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ
_______________________________________________
MASALLI
FOLKLOR ÖRNƏKЛЯРИ
1-ci kitab
ÁÀÊÛ – 2013
2
Àçяðáàj‡àí МÅÀ
Фолклор Èíñòèòóòó Åëìè Øóðàñûíûí
ãяðàðû èëя ÷àï îëóíóð.
ТОПЛАЙЫБ
ТЯÐÒÈÁ ÅÄЯÍИ:
ôил.ц.å.ä., ïðîô. Fцzuli BAYAT
ÐÅÄÀÊÒÎÐУ:
ôил.ц.е.ä. Мухтар КАЗЫМОЬЛУ
(ИМАНОВ)
Masallы folklor örnəkləri, 1-ci kitab, Áàêû, “Elm vя тящсил“
íяøðèjjàòû, 2013, 418 сящ.
Kitaba Àçяðáàj‡àíын гядим тарихя малик бюлэяляриндян
олан Масаллы районундан топланмыш ôîëêëîð материаллары дахил
едилмишдир.
А 4603000000 Ãðèôëè íÿøð
Í-098-2013
© Фолклор Институту, 2013.
3
TARİXİNİ FOLKLORUNDA,
SÖZÜNÜ TARİXİNDƏ YAŞADAN DİYAR
Ön Söz
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazi-
rinin 01 fevral 2012-ci il tarixli, 37 saylı əmri ilə Masallı şə-
həri 2012-ci ildə Azərbaycanın Folklor Paytaxtı elan olun-
muşdur. Bu məqsədlə Masallı Folkloru kitabını hazırlamaq
üçün Folklor İnstitutunun əməkdaşları ilə ekspedisiya təşkil
olundu və nəticədə gec də olsa Azərbaycan Respublikasının
Cənub bölgəsi rayonlarından biri olan Masallının söz yara-
dıcılığı, el sənəti, unudulmağa üz tutan toy adətləri, halaylar,
yaxın tarixlə bağlı əhvalatlar toplanmağa başlandı. Masallı
folklorunun toplanmasına 22.03.2012 tarixindən etibarən baş-
lanıldı və 05.11.2012 tarixinə q
ə
d
ə
r aralıqlarla davam etği.
lk
öns
4
Səkkiz aylıq qısa bir zamanda (folklor materialları
illərlə toplanır) 40 yaxın kənddə (Masallı mərkəzi də daxil
olmaqla Mahmudavar, Köçəkli, Alışanlı, Göylənni, Xalıcallı,
Şatıroba, Hacıtəpə, Xırmandalı, Ərkivan, Şərəfə, Bədəlan,
Boradigah, Ərəb, Qasımlı, Qızılağac, I Yedioymaq, II Yed-
dioymaq, Mollahəsənli, Təklə, Çaxırlı, Gəyəçöl, Dadva, Mu-
saküçə, Həsənli, Qəriblər, Hişkədərə, Rüdəkənar, Mişkəmi,
Köhnə Alvadı, Digah, Bambaşı, Molloba, I Şıxlar.ş II Şıxlar
2, Seybətin, I. Səmidxan, II. Səmidxan) toplama işi aparıldı,
200-dən çox söyləyici ilə görüşüldü. Bu kəndlərin bəzilərinə
bir dəfə, bəzilərinə isə 3-4 dəfə gedildi, bəzi söyləyicilərlə də
bir neçə dəfə söhbət aparıldı.
Qısa Tarixi Ekskurs
Qədim insanların 15-20 min il bundan əvvəl yaşadığı
Masallı eramızdan çox-çox əvvəllər türklərin yaşayış məskəni
olmuş, tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə,
Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları, yenə tunc
və dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə,
İstiottəpə, Alıtəpə kurqanları, tunc dövrünə aid Şərəfə və
Mahmudavar kurqanları bunu sübut edir. Masallının tarixi lə
bağlı Abasqulu Ağa Bakıxanovun “Gülistani-İrəm” (1841),
Mirzə Seyidəli Kazımbəy oğlunun “Cavahirnameyi Lənkə-
ran” (1896), Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbar-
namə” (1882) və digər əsərlərdən məlumat alırıq.
Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonra-
lar Qafqaz Albaniyasının Kaspina vilayətinin, XVI yüzildən
başlayaraq XVIII yüzilin ortalarına qədər Səfəvilər dövləti-
nin, XVIII əsrin ortalarında isə Lənkəran xanlığının tərkibin-
5
də olmuşdur. Sovetlərin qurulmasından sonra 08 avqust 1930-
cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı
respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.
Masallının bir hissəsi orta əsr ərəb tarixçilərinin haqqında
geniş məlumat verdikləri Muğan şəhərinə düşür. Xırmandalı,
Hacıtəpə ərazilərində aparılan qazıntılar zamanı Muğan şə-
hərinə aid çoxlu maddi-mədəniyyət abidələri tapılmışdır. Ancaq
arxeoloji qazıntılar sistemli olmadığından və mütəxəssislər tərə-
findən aparılmadığından Muğan şəhərı haqqında yetərli məlu-
mat əldə etmək mümkün deyildir. Muğan şəhəri ərazisindən
tapılan küp qəbirlər, tunc və dəmir dövrlərinə aid alətlər bu
şəhərin uzun müddət tarix səhnəsində qaldığından xəbər verir.
Maddi mədəniyyət abidələri – qalaları, türbələri, ocaqla-
rı, məscidləri, hamamları ilə zəngin olan Masallı təbii gözəl-
likləri ilə seçilir. Rayonun İstisu istirahət və müalicə kom-
pleksi sadəcə Azərbaycandan deyil, həm də yaxın ölkələrdən
də turist qəbul edir. İstisu həm də el arasında Fatmeyi-Zəhra
ocağı kimi tanınır. Burada Fatma nənə təndiri, Hz. Həsənlə
Hz. Hüseynin ayaq izləri və digər ziyarət yerləri Masallının
inanc turizmində önəmli yer tutduğundan xəbər verir.
Masallı Folklorunun Özünəməxsusluğu
Adını məsəllidən alan, yəni bir-birinə məzəli əhvalatlar
danışan, bir-birinə məsəl çəkən, Masallı Azərbaycanın Cənub
bölgəsinin böyük yaşayış yerlərindən biridir. Masallı Azər-
baycanın əhalisi ən sıx bölgəsidir. Qədimdən bu bölgənin
türklər yaşayan qisminə Muğan deyilmişdir. Həm də burada
qədim Muğan şəhəri olmuşdur.
Azərbaycan folklorunun regional xüsusiyyəti əslində mil-
li folklor düşüncəsinin ayrı-ayrı bölgələrdə ifadələşməsi, mətn-