1
“Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzinin
Yaradılması” layihəsi üzrə əməkdaşlığa həsr edilmiş tədbir
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Qordon Birrellin çıxışı:
19 oktyabr 2016-cı il
Hörmətli rektor Paşayev, cənab nazirlər, möhtərəm
qonaqlar, xanımlar və cənablar,
Bu gün burada BP və tərəfdaşlarının adından
Azərbaycanın aparıcı universitetlərindən biri ilə
mühüm bir əməkdaşlığın əsasını qoymaqdan
məmnunluq duyuram.
BP və tərəfdaşları bu ölkənin təhsilində yeni inkişaf
sahəsinin yaradılmasına imkan verəcək bu layihəyə
dəstək olmaqdan məmnundurlar.
Azərbaycanda ilk dəfə olaraq yaradılan Böyük
Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzinə
dəstək olmaqdan qürur duyuruq.
Bu mərkəzin əhəmiyyəti yalnız onun ölkədə ilk bu cür
mərkəz olmasında deyil. Düşünürük ki, bu mərkəz
həm də ölkədə elm və tədqiqatlar üzrə yeni inkişaf
sahəsinin –böyük verilənlər sahəsinin başlandığını
göstərir.
İnanırıq ki, bu mərkəz verilənlər üzrə yerli
mütəxəssislərin və
böyük verilənlər üzrə yerli
analitiklərin yetişdirilməsi istiqamətində yeni yol
açacaq. Həmçinin ən qabaqcıl proqram təminatı və
2
aparat təminatı texnologiyalarında yeni sahələr üzrə
yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan
yaradacaq.
Biz, BP və tərəfdaşları, bu layihəyə ölkədə təhsilə,
təlimə və yerli potensialın yaradılmasına dəstək olmaq
öhdəliyimizin bir hissəsi olaraq qoşuluruq. Bu layihə
həmin məqsədlərə tam cavab verir, çünki o, dövlət
qurumlarının və özəl sektor təmsilçilərinin mərkəzdəki
resurslardan istifadəsinə imkan yaratmaqla daha geniş
təsir dairəsinə malik olacaq.
Bu layihə həmçinin BP və tərəfdaşlarının Təhsil Nazirliyi
və ADA Universiteti ilə olan əməkdaşlığını
genişləndirməyə imkan yaradır. Biz bu yeni tərəfdaşlığı
alqışlayırıq.
ADA Universiteti haqqında bir neçə söz demək
istərdim. Bu universitetin nailiyyətlərindən xəbərdarıq.
Baxmayaraq ki, nisbətən qısa müddətdir fəaliyyət
göstərir, yəni 10 ildən bir az çox tarixə malikdir, o,
Azərbaycanda təhsilin inkişafına əhəmiyyətli töhfə
verməklə ölkənin aparıcı universitetlərindən birinə
çevrilib.
Ümid edirik ki, bizim bu birgə layihəmiz universitetin
imkanlarını daha da genişləndirəcək. O, ölkədə
verilənlər üzrə ixtisaslaşmış mütəxəssislərin, verilənlər
və informasiya mühəndislərinin və böyük verilənlərin
təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə
birlikdə töhfə verməyimizə imkan yaradacaq. Ümid
edirik ki, bu da öz növbəsində həm özəl sektorda,
həm də dövlət sektorunda bir sıra sahələrdə və
3
ixtisaslarda təhlil bacarıqlarının təkmilləşdirilməsinə
yardım edəcək.
BP və onun tərəfdaşları Azərbaycanın uzunmüddətli
tərəfdaşları kimi öz sosial məsuliyyətlərinə çox ciddi
yanaşırlar. Bizim sosial sərmayə proqramımız fəaliyyətə
başladığı andan etibarən icmalarda, peşə
məktəblərində və universitetlərdə bir çox möhtəşəm
inkişaf və təlim təşəbbüsləri həyata keçirməklə təhsilə
dəstək verib. Biz bilirik ki, hökumət, Təhsil Nazirliyi və
universitetlər ölkənin təhsil sisteminin və
infrastrukturunun inkişafı istiqamətində çox işlər görüb.
Azərbaycanın neft və qaz layihələrinin korporativ
iştirakçıları olaraq biz də ötən iyirmi iki il ərzində
bacardığımız hər yerdə bu inkişafa dəstək vermişik.
Nəticədə, bir çox məktəblər və universitetlər və
Azərbaycandakı yüzdən artıq kənd icmaları bizim təhsil
sahəsindəki təşəbbüslərimizdən faydalanıb. Biz bu
ölkədə digər sosial inkişaf sahələri ilə yanaşı təhsil
sahəsinə dəstək olmaqdan qürur duyuruq və bu
dəstəyi davam etdirəcəyik. İnanırıq ki, uşaqlara,
gənclərə və təhsilə sərmayə qoymaqla biz ölkənin
gələcəyinə sərmayə qoyuruq.
Birlikdə təhsili uğurlu edək!
Təşəkkür edirəm!