Samuray
Pərviz Abubəkirovla
Test-drive
Qarşınızda 2009-
cu il istehsalı
və 2000 sm
3
mühərriklə olan
“
Mitsubishi
Lancer
”dir
“Mitsubishi Lancer”in
xarici görünüşü
idman üslublu avtomobil sevənlər üçün
çox cəlbedicidir. Kənardan baxanda
o, aqressiv və sürətli avtomobil təsiri
bağışlayır. Yük yerinin üzərinə quraşdırılmış
spoyler avtomobilin idman üslubunda
olmasını bir daha göstərir. Spoyler olmasa
“Mitsubishi Lancer”in arxa görünüşü klassik
sedanlardan heç nə ilə fərqlənməyəcək.
Yeri gəlmişkən, onu da qeyd edim ki,
maşının yük yeri o qədər də böyük deyil.
Salona əyləşəndə anlayırsan ki,
avtomobilin istehsalı zamanı yaponların
əsas şüarı “maksimum dərəcədə
qənaət” olub. Sükan və oturacaqlar
istisna
olmaqla salonun içi tam
plastikdən hazırlanıb. Əlimi qabaq
panelə və spidometrin üstündəki
gündən qoruyucu qapağa vuranda
qoşa nağara səsinə bənzər səslər gəlsə
də, nahamar yolda belə qabaq panelin
səsini eşitmədim.
Sizə təqdim etdiyim avtomobilin
yürüşü 65. 000 kilometrdi. Sahibinin
sözlərinə görə, 65 mindən cəmi 8
min kilometrini özü sürüb. Bu müddət
ərzində təkcə bir dəfə yağını dəyişib və
bu ona 38 manata başa gəlib.
Dediyinə
görə, hal-hazırda maşının qabaq əyləc
qəlibləri dəyişdirilməlidir və usta
xidməti ilə birlikdə qəliblərin qiyməti 45
manat olacaq.
Sükan arxasına əyləşəndə salonun
geniş olmasını hiss edirsən. Sağ tərəfdə
iki oturacağın arasında dirsəkaltı və
iki ədəd su qabı var. Mən həmin o
su qabının içinə mobil telefonumu
qoydum, çünki mobil telefon qoyula
biləcək başqa yer tapmadım. Sükanın
yanında dönmə, yaxın və uzaq
işıqlardan savayı sürət qutusunun əllə
idarə edilməsi
üçün nəzərdə tutulan
rıçaqlar yerləşdirilib. Sağdakı rıçaq sürət
qutusunu yüksək, soldakı isə aşağı
pilləyə keçirmək üçündür. Oturacaqlar
mexaniki idarə olunur. Sükan arxasında
özümü çox rahat hiss edirdim.
Ümumiyyətlə, maşını hərəkətə
gətirərkən məndə elə bir təsəvvür
yarandı ki, sanki bu avtomobillə coxdan
tanışam.
Avto
Stop
28
Samuray
Pərviz Abubəkirovla
Test-drive
Təkərlərin 18 düym olması
avtomobilə bir qədər sərtlik
verir. Bunu balaca çalaya
düşəndə belə hiss etmək
mümkündü. Qazı artırmaqla
60-a qədər sürət demək olar
ki, bir göz qırpımında yığılır.
Ən maraqlısı
da elə bundan
sonra başlayır. Spidometrin
göstəricisi 100 km.-ə catanda
mühərrikin “oborotu”
4000-i keçir. Mühərrik
elə hey “qışqırıq” salır və
salonda əyləşənlər saatda
150 kilometrlə hərəkətdə
olduqlarını zənn edirlər.
Hesab edirəm ki,
“Mitsubishi Lancer”
sürəti sevən, amma əsl
idman avtomobilinə pulu
çatmayan cavanlar üçün
maraqlı ola bilər.
Avto
Stop
29
Müsbət cəhətləri:
-Cəlbedici xarici görünüşü var
-Qabaq oturacaq yerləri çox rahat
və genişdir
-Çox manevr etmək imkanlarına
malikdir
-Əyləc sistemi əla işləyir
-İdarə edilməsi çox rahatdır
Mənfi cəhətləri:
-Salonun aşağı keyfiyyətli plastiklə
işlənilməsi
-Mühərrik
səsinin salonda
eşidilməsi
-Arxa oturacaqda boyu 180 sm.-
dən yuxarı olan adamın başının
tavana dəyməsi.
Avtomobil şəhərdə
100 kilometrə 12-13
litr, şosse yolda 7-8 litr
yanacaq işlədir. Mənim
idarə etdiyim avtomobilin
sahibi Aİ 92 markalı
yanacaqdan istifadə edir.
Əgər bu avtomobili
eyni ilin istehsalı olan
“VW Jetta” ilə müqayisə
etsək: “Jetta”nın yük yeri
“Lancer”dən böyükdür.
“Lanser”in salonunun
dizaynı “Jetta” ilə
müqayisədə daha müasir
olsa da “Jetta”nın qabaq
panelindəki plastmasın
üzərinə keyfiyyətli
səsboğucu material
çəkilib. “Lancer”in sükanı
yalnız aşağı və yuxarı
hərəkət edir, “Jetta”nın
sükanını
isə qabağa
və arxaya çəkmək
mümkündür. “Jetta”da
kondisionerin havasının
arxa oturacaqda
əyləşənlərə də çıxışı var,
“Lancer”də isə bu yoxdur.
Xarici görünüşə
gəldikdə, “Jetta” “Lancer”ə
tam uduzur. “Mitsubishi
Lancer”in xarici
görünüşü idman üslublu
avtomobil sevənlər
üçün çox cəlbedicidirsə,
“Jetta” daha cox evdar
xanımların diqqətini
çəkən maşındır (Əlbəttə
bu
mənim subyektiv
fikrimdir).
«“Lancer” təmirə daha az ehtiyacı olan
avtomobildir. Qiymət baxımından isə “Jetta”nın
ehtiyyat hissələri daha bahadır».
«Yeri gəlmişkən, təqdim etdiyimiz “Mitsubishi
Lancer”
10.000
$ satılır. Məncə, o qədər də
baha deyil...»
Avto
Stop
31