18
rasına və ya Komissiyaya təqdim edilmədikdə yalnız yenidən mü-
zakirədən keçirildikdən sonra qəbul oluna bilər.
Dissertasiya şurasında ilkin müzakirələrin nəticəsi olaraq
mənfi rəylər və qərarlar verildikdə belə, iddiaçının tələbinə əsasən
ş
ura dissertasiyanı müdafiəyə qəbul edə bilər.
Dissertasiya işinin müzakirəsi üzrə iclası sədr tərəfindən
aparılır. İclasın açılışından sonra sədr dissertasiya işinin müzakirə-
sinə dair məlumat verir, dissertasiyanın mövzusunu, rezentlərin ad-
larını elan edir. İddiaçının təqdim etdiyi sənədlər və onların müəy-
yən edilmiş tələblərə uyğunluğu haqqında çıxış etmək üçün sözü
elmi katibə verir.
İ
ddiaçı dissertasiyanın mahiyyətini və əsas müddəalarını
şə
rh edir. Sonra ona yazılı və şifahi formada suallar verilir. İddiaçı-
nın cavablarından sonra söz elmi rəhbərə və ya elmi məsləhətçiyə
verilir.
Bundan sonra resenzent çıxış edir.Onların hər birinin çıxı-
ş
ından sonra resenzentlərin iradlarına cavab vermək üçün iddiaçıya
söz verilir. Bundan sonra müzakirədə iştirak edənlər müzakirələrə
qatılmaq hüququna malikdirlər.Müzakirələrin sonunda iddiaçıya
yekun sözü verilir.
İ
ddiaçının yekun sözündən sonra sənədlərin Dissertasiya
ş
urasına təqdim edilmək məsələsi səsvermə keçirilir. Kafedranın
Qərarı səsvermə hüququ olan kafedra üzvlərinin ən azı üçdə ikisi
səs verdikdə müsbət sayılır.
2.5. Dissertasiya işinə rəy
Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təh-
kim olunduğu elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisə (birlik,
təşkilat) və ali təhsil müəssisəsi dissertasiyanın ilkin ekspertizasını
keçirir və dissertasiya haqqında rəy verir. Rəydə dissertasiyada şərh
olunan elmi nəticələrin alınmasında müəllifin konkret şəxsi iştirakı,
tədqiqat nəticələrinin dürüstlük dərəcəsi, onların yeniliyi və elmi-
praktiki əhəmiyyəti, dissertasiyanın müvafiq ixtisasa uyğun gəlmə-
si, müəllif tərəfindən dərc olunmuş işlərdə dissertasiya materialları-
nın əks etdirilməsi dərəcəsi göstərilməlidir.
19
Opponent dissertasiyanı və onun mövzusu üzrə dərc olun-
muş elmi işləri araşdıraraq dissertasiya şurasına yazılı rəy təqdim
edir. Həmin rəydə seçilmiş mövzunun aktuallığı, nəticələrin yenili-
yi və dissertasiyanın bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə
cavab verməsi öz əksini tapmalıdır.
2.6. Dissertasiyalarin tərtibi qaydalari
1.
Dissertasiyanın strukturu:
2.
üz vərəqi
3.
mündəricat
4.
ixtisarların siyahısı (dissertasiyada varsa)
5.
giriş
6.
əsas hissə (dissertasiyanın məzmunu)
7.
nəticə
8.
istifadə edilmiş ədəbiyyat
9.
əlavələr
Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənil-
məlidir. Kompyuterdə dissertasiyaların mətni Times New Roman -
14 şriftləri ilə çap olunmalıdır. Dissertasiyanın mətni boş sahələrin
göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol boş sahə – 30 mm,
sağ – 10 mm, yuxarı və aşağı –20 mm (yuxarı və sonuncu sətirə qə-
dər). Elmlər doktoru dissertasiyasının həcmi 200-250 səhifə, fəlsəfə
doktoru dissertasiyasının həcmi 100-150 səhifə (şəkillər, cədvəllər,
qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır.
Humanitar elmlər üzrə dissertasiyanın həcmi 20-30% artıq ola
bilər.
2.7. Dissertasiyasının avtoreferatı
Avtoreferatda dissertasiyanın əsas ideyaları və nəticələri
şə
rh olunmalı, onun yenilik dərəcəsi və tədqiqatın nəticələrinin el-
mi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda müəllifin şəxsi
töhfəsi göstərilməlidir.
Elmlər doktoru dissertasiyasının avtoreferatı iki çap vərəqi
(32 səhifə), fəlsəfə doktoru dissertasiyasının avtoreferatı isə bir çap
20
vərəqi (16 səhifə) həcmində (əsərlərin siyahısı və xülasələr istisna
olmaqla), mətni A5 formatda (210x148 mm) boş sahələrin ölçüləri
gözlənilməklə çap edilir: sol, sağ, yuxarı – 15 mm, aşağı boş sahə –
20 mm; sətirlərarası interval – 1, şriftin ölçüsü – 11 olmalıdır. Av-
toreferatın çapı zamanı “Dissertasiyaların tərtibi qaydaları”nda nə-
zərdə tutulmuş şriftlərdən istifadə olunmalıdır.
2.8. Dissertasiya şuralarının tərkibi
Dissertasiya şuraları elmi və elmi-pedaqoji kadrların attes-
tasiyası sisteminin əsasını təşkil edir. Dissertasiya şurasının sədri
elmin müvafiq sahələri üzrə böyük nüfuz qazanmış, öz elmi məktə-
bi olan, bir qayda olaraq dissertasiya şurasının fəaliyyət göstərdiyi
təşkilatda işləyən (əsas iş yeri) mütəxəssis təyin edilir.
Dissertasiya şuralarının tərkibinə fəal elmi və ya elmi-peda-
qoji iş aparan, elmi kadrların hazırlanmasında fəal iştirak edən nü-
fuzlu alimlər daxil edilirlər.
Dissertasiya şurasının elmi katibi – ixtisası dissertasiya şu-
rasına verilmiş ixtisaslardan birinə uyğun olan, dissertasiya şurası-
nın fəaliyyət göstərdiyi təşkilatda işləyən (əsas iş yeri) mütəxəssis
təyin olunur.
2.9. Elmi dərəcə iddiaçısının dissertasiya şurasına
təqdim etməli olduğu sənədlərin siyahısı
1. İddiaçının ərizəsi;
2. İş yerində təsdiq olunmuş, üzərində fotoşəkil olan
kadrların şəxsi uçot vərəqi - 1 nüsxə;
3. Dissertasiya mövzusunun və elmi rəhbərin (məsləhətçi-
nin) təsdiq olunması haqqında protokoldan çıxarış – 2 nüsxə; Dis-
sertasiya mövzusunun müvafiq elm sahəsi üzrə problem şurasında
qeydə alınması haqqında protokoldan çıxarış – 2 nüsxə;
4. Doktorluq imtahanlarının verilməsi haqqında vəsiqə – 2
nüsxə;
4.1. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi
iddiaçısının dissertasiyasının profili üzrə ali təhsili olmadıqda hə-
Dostları ilə paylaş: |