49
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elmlər seriyası
2010
TƏBRİZ YOLU – ORALIYAM MƏN...
A.Y.ABUŞOVA
Bakı Dövlət Universiteti
faust_maks23@mail.ru
Süleyman Rüstəm Sovet ideologiyasının buxovlarını qırmış, Cənub mövzusunda silsilə
şeirlərlə bütöv Vətən ideyasıна sadiq qalmışdır. «Ağladı», «Laylay», …şeirlərində Cənublu
qardaş və bacılarınıн Vətən nisgili, kədəri, məhəbbəti əks olunmuşdur.
Söz şeiri yaratmır. Sözü Yaradan şeirdir. Bəs, şeirin yaradıcısı olan ürək onu
dünyaya bağlayanda yaranan ümumbəşəri varlığın adı sevgi deyilsə, nədir? Bəzən bir
metodla yazan şairin, nasirin öz cığırından daha fərqli yolla getməsi o qədər qəlbəya-
xın, o qədər məhrəm, misilsiz və qənirsiz olur ki, heç bir tərifə əsas qalmır. Bu
qəbildən fikirləri sadalamaq olar. Lakin onu da qeyd etmək lazımdır ki, hüdudsuzluq
hüdud bildikdə nə qədər çərçivədə görünürsə, konkretdirsə, bir o qədər də haqqında
danışılası olur. Sözü gedənlərdən, yazı metodunda zamanın tələbi ilə Sovet ideolo-
giyasına sadiq qalan Süleyman Rüstəmin “Cənub şeirləri” silsiləsini yaratması
yuxarıdakı qeydlərimizi əsaslandırır. Azərbaycanda Cənub şeirinin görkəmli nüma-
yəndələrindən olan Süleyman Rüstəm hələ ilk ədəbi fəaliyyətində (1923-1924-cü
illər) bu mövzuya öz yaradıcılığında geniş yer vermiş və bu əsərlərini ilk şeirlər
kitabçası olan “Ələmdən nəşəyə” də nəşr etdirmişdir. O böyük həyəcanla:
Biz gülürük, amma uzaq ellərdə
Ömründə bir kərə gülməyənlər var. (1, 260)
deyərək xalqın hissini tərənnüm etmişdir. Cənubi Azərbaycan mövzuları, demək olar
ki, şairlərimizin hamısından daha çox Süleyman Rüstəmi məşğul etmişdir. O, ardıcıl
surətdə bu mövzunu izləmiş, müxtəlif şeir və poemalarında müxtəlif şəkildə onu
ifadə etmişdir. S.Rüstəm bəzən “Üsyan yarat, üsyan” deyə xalqın qurtuluş yolunu
üsyanda görərək “bu əsrdə məsud yaşamaq, haqq yolu bulmaq, üsyanladır, üs-
yanladır, üsyanladır ancaq” qərarına gəlmişsə, bəzən də bizim nailiyyətlərimizlə
Cənubi azərbaycanlıların geriliyini müqayisə edib həyəcanlanmışdır.
Hələ 1933-cü ildə yazmış olduğu “Yaxşı yoldaş” poemasında Süleyman Rüs-
təm Mil düzündə canlanan sosialist həyatını Arazın tayındakı həyatla müqayisə
edərək, oradakı geriliyə kədərlənmişdir. Lakin şair Cənubi Azərbaycan xalqına
ümidsiz yanaşmamış və xalqın ayılacağına böyük inam bəsləyərək demişdi:
....Baxıram sonra Arazdan o taya,
Nə deyim, ah, nə deyim mən bu çaya.
Görürəm orda öküz, xış və kotan,
Ayılar bir gün o torpaqda yatan! (1, 261)
50
Süleyman Rüstəm qabaqcıl bir şair gözü ilə, Cənubi Azərbaycandakı həyatın
geriliyini, ictimai zülmü, feodal-patriarxal münasibətlərin hakim olmasını, din,
mövhumat və xürafatın xalqı əzib məhv etdiyini təsvir edir. Bütün bu saydıqlarımız
onun təsvirində ona görə daha aydın və təsirli çıxır ki, şair mövzuya ehtirasla yanaşır
və bədii ifadə vasitələrindən olan kontrastdan istifadə edir.
“Yaxşı yoldaş” poemasını şair kənd təsərrüfatını, mədəni-texniki nailiyyətlərini
Cənubi Azərbaycandakı kənd təsərrüfatını primitiv lövhələri ilə müqayisə edərək
başlayır. O, gözəl kontrast yaratmaq üçün öz boyalarını əsirgəmir. Gah təsvirdən, gah
müqayisədən, gah da rica, nida və xitablardan istifadə edərək, öz ehtirasını oxuculara
çatdırır. O, Araza xitabən deyir ki:
Yaxşı bax, gör, nə olur bir o cənubunda sənin
Yanır odlarda yazıq həmvətənin.
Orda aclar, yalavaclar yığılırlar bazara,
Dinləyirlər qoca dərviş babanı.
Çoxunun qəlbi tutulmuş azara...
Baba dərviş yığaraq pul, dolanır meydanı...
Orda qurşun tökülür ağzına üsyançıların.
Hələ də ağrısı var qamçıların-
Qanlı çiynində həqiqət deyənin
Qan soran xanlara nifrət deyənin. (1, 261)
Cənubi Azərbaycan mövzusunda olmasa da, müxtəlif vasitələrlə şair bu möv-
zuya toxunmağı lazım bilmişdir. Bu nöqteyi-nəzərdən onun “Qaçaq Nəbi” pyesi də
maraqlıdır.
XIX əsrin sonlarında Azərbaycan xalqının çarizm və yerli mülkədarlar əleyhinə
apardığı mübarizəni təmsil edən dastanı Süleyman Rüstəm əsas götürərək tamamilə
orijinal bir dram əsəri yaratmışdır. 1939-1940-cı illərdə başa çatdırılan bu pyesində
dramaturq Cənubi Azərbaycan məsələsini də unutmur. Dastanda çar idarələrinin
təqibindən qaçıb Təbrizdə gizlənən Nəbi haqqında əhvalata Süleyman Rüstəm yeni
məna vermiş və Nəbi ilə Musa kişi simasında xalqın qardaşlığını təmsil etmişdir. Dra-
mın axırında maraqlı bir finala rast gəlirik: Musa kişi Şimali Azərbaycana gələrək
həyəcanla xəbər verir ki, Arazın o tayında başlanan üsyan genişlənmişdir. Onu
yatırtmaq üçün şah qoşunları hücuma keçmişlər:
Kömək etməsəniz, qardaşlar, bizə,
Düşmən od vuracaq gözəl Təbrizə (2, 262)
Bu məsələni eşidən Nəbi:
Atlanın, dostlarım, Təbrizə birbaş
Köməyə çağırır qardaşı qardaş (1, 262)
- deyə öz dəstəsini hərəkətə gətirir. Müasir tamaşaçı və oxucuların alqışına səbəb olan
bu çağırışda böyük məna vardır.
İllər keçdikcə şairin yaradıcılığında Cənub mövzuları da genişlənir. O daha
bədii, daha dolğun əsərlər yazır. Şair bu sahədəki yaradıcılığının yüksək nöqtəsinə
Böyük Vətən Müharibəsi (II Dünya müharibəsi) illərində çatır.
Böyük Vətən Müharibəsinin ilk aylarında Qızıl Ordu sıralarında Cənubi
Azərbaycana gedən Süleyman Rüstəm illər boyu arzuladığı bir xalqın ağır həyatı ilə
yaxından tanış olur. O, “Qızıl əsgər” qəzeti, “Vətən yolunda” və yerli mətbuat
51
səhifələrində fəal surətdə iştirak edərək öz təəssüratını bildirən, onlarca şeirini orada
nəşr etdirir. Şair bu təəssüratı hələ 13 oktyabr 1941-ci ildə yazmış olduğu bir lirik
şeirində belə ifadə etmişdir:
Sənin çiçəyinə, gülünə qurban,
Mənə qardaş deyən dilinə qurban.
Vətəninə qurban, elinə qurban,
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim (1, 263)
Bu şeirdəki səmimiyyət və ondan doğan nəcib arzular elə ilk misradan özünü
göstərir. Azad ellər, yüksək əməllər şairi, hüsn-rəğbət bəslədiyi böyük bir xalqın acı-
nacaqlı həyatına qətiyyən biganə qala bilmir. O, bir şair ehtirası ilə öz ürək sözlərini
xalqa çatdırır, həm də açıq danışmaq istəyir. Xalq isə onun dərdinə qəlbdən alışıb ya-
nan bu şairin ürək sözlərini həvəslə dinləyir, onun sözlərində böyük xalqının dostluq
və qardaşlıq münasibətinin bir nümunəsini oxuyur.
Süleyman Rüstəmin şair xəyalı əhalinin qarşısında böyük vəzifələr qoyur. O,
vəziyyətdən çıxış yolunu göstərir və bu yolun yalnız mübarizədə, həm də silahlı mü-
barizədə olduğunu bir şeirində təbrizli qardaşlarına müraciət edərək bildirir:
Böylə, qəhrəman oğullar gərək,
Qoy
vətən eşqilə döyünsün ürək
Atıl cəbhələrə, gücünü görək,
İgidlər əyilməz, qardaş, əyilmə. (1, 263)
Süleyman Rüstəm gördüyü ağır həyatı dəyişdirmək üçün çalışır və bu qayədə
ardıcıl hərəkət edir. Eyni mövzuda müxtəlif şeirlərin yazılması və bunların hamısında
mübarizəyə çağırış ruhu fikrimizi təsdiq etməkdədir. Süleyman Rüstəm “Cənublu
qardaşımın dərdidir mənim dərdim” deyərkən biz onun xalqın faciəsinə alışıb yandı-
ğını görürük. O başqa bir şeirini daha həyəcanlı şəkildə aşağıdakı misralarla başlayır.
Qəlbimdə dəniz var yenə kindən,
Qan-
yaş tökəcək el gecə-gündüz.
Bu ölkə dəyişməzsə kökündən. (1, 264)
Süleyman Rüstəm sadəcə təsvir və ya nida ilə kifayətlənmir. şahidi olduğu acı-
nacaqlı həyatın tərənnümündə bədbinləşmir də, əksinə, onun bütün şeirlərində bir nik-
binlik, qurtuluş ümidi nəzərə çarpır. Şair bu ümidini öz oxucularına da çatdırıb deyir:
Səni qorxutmasın bu qəmli diyar,
Gələcək bir gözəl səhər gələcək. (1, 264)
Süleyman Rüstəmin Cənub şeirləri şəkli cəhətdən də maraqlıdır. Heca vəznində
yazılmış yeni şeirlərin görkəmli nümayənlərindən olan Süleyman Rüstəmin Cənub
şeirlərində bunlarla birlikdə əruz vəzninin müxtəlif bəhrlərində yazılmış qəzəllərə də
rast gəlirik. Süleyman Rüstəmə görə:
Günah deyil nə qəsidə, nə də qəzəl yazmaq,
Məharət istəyir ancaq bir söz yazmaq. (1, 264)
Şübhəsiz, xalqın tez mənimsəyə biləcəyi bu janrdan istifadə edib, öz yeni fikir-
lərini deməklə şair düzgün hərəkət etmişdir. Onun qəzəlləri heç də klassik ədəbiy-
yatımızdakı aşiqanə qəzəllərə bənzəmir. Bu qəzəllərdən birini nəzərdən keçirək:
Araz, hər yaz şimalında, cənubunda çəmən birdir,
Bu torpaqda, o torpaqda qərənfil, yasəmən birdir,
Suya xəncər, bıçaq vursan da, ayrılmaz həqiqətdir.
52
Uzaqdır ayrılıq bizdən, ürək birdir, bədən birdir.
Araz tən ortasından qəlbinin axdıqca, ey Rüstəm,
Haray sal, qoy bütün aləm eşitsin ki, Vətən birdir! (1, 265)
Göründüyü üzrə şair ən səmimi ürək sözlərini yüksək bədii vasitələrlə qəzəl
formasında ifadə etmişdir. Burada oxucunu formadan çox məzmun maraqlandırır.
Şair özü də məzmun məsələsinə xüsusi fikir verir. O, bu şeirləri ilə oxucularında milli
qürur, vətənpərvərlik hiss və duyğularını, ən həyəcanlı ifadələrini vermək üçün
qəzəldən istifadə edir:
Qəmin, dərdin əlindən od tutub axır bədən yandı
Süleyman qafil olma, yaxşı bax ətrafa şairsən,
Cinayət aşdı həddindən, haray sal ki, vətən yandı. (1, 265)
Süleyman Rüstəm Cənub mövzusunda epik əsərlər də yazmışdır. Hələ Təbrizdə
ikən yazdığı “Gülbahar” poeması bir Təbrizli qızın acınacaqlı həyatından unudulmaz
və kədərli lövhələr təsvir etməkdədir. Bu cür epik əsərləri içərisində “12-ci tüfəng”
poeması həm keyfiyyət, həm də kəmiyyətcə xüsusi yer tutmaqdadır. “Bu diyarın
dərdlərinə mən hamıdan yaxınam” deyən şair poemasında Cənubi Azərbaycanda
şahidi olduğu bir hadisəni qələmə almış və lirik-epik janrın nümunəsində bir əsər
yaratmışdır.
Cənubi Azərbaycanda milli demokratik hərəkatın yatırılması Süleyman Rüs-
təmi yenidən intiqam hissi ilə dolu siyasi lirik şeirlər yaratmağa vadar etmişdir. 1947-
ci ildə yazdığı “Cənub həsrəti” şeiri buna misaldır:
Yenə şair ürəyim döndü qana,
Yağır ətrafa dilimdən odlar.
Baxıram dərdli Arazdan o yana,
Görürəm qanla üzür cəlladlar.
Öldürürlər bacımı, qardaşımı,
Tökürəm bir daha mən göz yaşımı.
İntiqam nəğməsi var könlümdə,
Xalqın ölməz səsi var könlümdə. (1, 265)
Belə bir ağır vəziyyətə düçar olmuş xalqın bir gün intiqam alacağına şair əmin-
dir. O belə bir intiqam gününün gələcəyinə və düşmənlərə qarşı onun amansız olaca-
ğına əmindir.
Süleyman Rüstəmin şeirləri Cənubi Azərbaycan şairlərinə təsir edən ilk şeir
nümunələri kimi orada yaranan yeni ədəbiyyatda silinməz izlər buraxmışdır. Təbriz
şairləri onun şeirlərindən ilham və qüvvət alaraq bir sıra gözəl şeirlər yazmışlar.
Müasir Cənubi Azərbaycan şeirində genişlənməkdə olan siyasi lirikanın
inkişafında Süleyman Rüstəmin təsirini xüsusilə qeyd etməliyik.
Süleyman Rüstəmin Cənub şeirləri Şimali Azərbaycan şeirimizin ən yaxşı
nümunələri kimi bizim oxucular tərəfindən də hərarətlə sevilməkdədir. O bu mövzuda
bu gün belə gözəl lirik və epik əsərlər yaratmaqdadır.
Cənub mövzusu və İran irticasının ifşası adlarını çəkdiyimiz bu ədib və şairləri-
mizin yaradıcılığı ilə bitmir. Demək olar ki, bütün Azərbaycan yazıçılarının bu möv-
zuya həsr etdikləri əsərlərini toplayan Azərbaycan Mədəni Rabitə Cəmiyyəti onların
bir qismini “Vətən eşqi” adlı 190 səhifəlik bir kitabda nəşr etmişdir.
Kitaba müqəddimə yazan yazıçı H.Mehdi haqlı olaraq deyir:
53
“Ayrılıq dərdi, bacı və qardaş həsrəti, bu məcmuədəki bir çox parçaların əsas
məzmununu təşkil edir. Qan qardaşlarının dərdini həqiqi bir ürək ağrısı ilə duyan və
təsvir edən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Əhməd Cəmil və
başqa şairlərin əsərlərində bu mövzu həqiqi şiddətlə ifadə olunmuşdur. Xüsusən, Os-
man Sarıvəllinin “Panamalı dilənçi” şeiri bu cəhətdən olduqca mənalı və qiymətlidir:
Sənin yurdun da var, vətənin də var.
Dünyada nə desən vətənində var.
Burda kef çəkənlər ac deyil, yəqin
Öz ana yurdunda sən ki, gülmədin... (1, 267)
Bu sözü Sabirin qəzəbli və ölməz satiraları ilə yanaşı qoysaq, heç də səhv
etmərik. O, Sarıvəlli Cənubi Azərbaycan yoxsulunun həyat lövhəsini, doğrudan da,
böyük məharətlə yaratmışdır. Bu misralara diqqət edək:
Boğdu fəryad səni, boğdu ah səni,
Yaman günə qoydu Rza şah səni.
Sönən gözlərində qaraldı cahan,
Məhəl qoymadılar axan yaşına.
Sən çörək istədin hökmdarından,
O, panama qoydu sənin başına. (1, 267)
Təbriz həyatını yaxından müşahidə etmiş müəllif başqa yazıçılarımızdan
fərqli olaraq, bütün İran üçün səciyyəvi olan bir xüsusiyyəti və onun fəlsəfi mündə-
ricəsini, sərvətlə yoxsulluğun ziddiyyətli lövhəsini, xalqın faciəsini böyük məharətlə
ifadə etməyi bacarmışdır”.
Azərbaycan şeirinin təravətlərini Cənuba aparan ilk şairlər sırasında Suley-
man Rüstəm Osman Sarıvəllinin adı vardır. Balaş Azəroğlu, Əli Tudə kimi şairlərin
heca vəznində yazmaları işində bu şairlərin təsiri güclü olmuşdur.
Süleyman Rüstəm yaradıcılığı üçün Cənub mövzusu yad görünə bilərdi. La-
kin əsil yazar incəliyi bütün qadağa və tabuları zərifcə sındıra bilmək qabiliyyətində
cəmləşir:
Çoxdandır toy-düyün görməyib obam,
Xırmanda özgə üçün iş görür yabam.
Səttarxandır babam, Babəkdir atam... (4, 49)
Dövrün Sovet senzuralı vaxtı, igtişaşların sıcaq dönəmi, Vətən qeyrətinə
arxalanıb yazmaq, susmamaq, qələmə bayraq kimi sancılıb Vətən önündə şair kimi
borcunu yerinə yetirmək şairə “Oralıyam mən” deməyə haqq verir:
Harda alnıaçıq insan görsəniz,
Harda ürəklərdə üsyan görsəniz,
Harda məktəbdən çox zindan görsəniz,
Bilin o yerliyəm, oralıyam mən. (4, 49)
Təbii ki, burada sətiraltı mənada müharibələrə, davaya, ikiyə bölünmələrə ik-
rah, müstəqim mənada nifrət, ifşa və tənqid öz əksini tapır. Şairə görə, “Araz deyir” –
insan susur, “Araz deyir” – ürəklər riqqətə gəlir, “Araz deyir” – məntiqlər heyran
qalır, “Araz deyir” –
Yox, yaranmamışam mən göz yaşından,
Göyərçin dalğalı Arazdı adım.
Ay ellər, qardaşı qan qardaşından
Ayıran ayırdı, mən ayırmadım. (4, 49)
54
Əslində “Nigaranam” deyən də şairdir, qoca dünyanın şöhrətinə, adına
vurğun olmayan, əbədi olan da
Könlümdə müqəddəs bir həsrətim var,
Ləkə götürməyən həqiqətim var.
Görün,
nə maraqlı bir qismətim var,
O
taylı, bu taylı Süleymanam mən. (4, 50)
O tay-bu tay, Cənub-Şimal, Güney-Quzey mövzuları dönəm-dönəm bütün
Vətən həsrətli, batini Vətən, xarici Vətən, hər anı Vətən olanın vücudunu, ruhunu
titrətmiş, üşəndirmişdir. Bu zaman “Ağladı” deyən şair nə qədər də haqlıdır. Ona görə
ki, Urmiya gölünə qan çilənib, baharı, yazı ağlar qalıb, sonaları, nazlı gözəlləri sahi-
lindən gedib. Cənub şeirləri sırasında şairin “Könül mahnısı” şeirinin də özünəməxsus
yeri vardır. Şeir simvolik olaraq Təbriz gözəlinə xitabən yazılmışdır. Əslində isə digər
şairlərin (əsasən klassik şairlərin) istifadə etdiyi metod uyğunluğu görünür. Klassik
ədəbiyyatda tez-tez rast gəlinən Gözəllik-Eşq, Eşq-İlahi-Gözəl, Vətən-Gözəl motivi
ilə həmahəng şəkildə davam etdirilir. Onu da qeyd etməliyik ki, şair heç də “Ağladı”
şeirindəki kimi hər bir şeirində bədbin deyil. Bunu aşağıdakı misralar təsdiqləyir:
Gül kimi bəxtim açacaq,
Can
sıxan həsrət köçəcək.
Səslənəcək arzularım,
Hər gün Arazdan keçəcək,
Odlu könül mahnılarım! (4, 50)
Maraqlı ədəbi situasiyadır ki, adətən, “Türkes-hünərəs” (Türk dili – hünər
dilidir) deyilərkən heca vəzni də nəzərdə tutulur. Lakin şairin patriot, vətənpərvər
mahnılarına sanki heca vəzni də tab gətirmir, çərçivələrə sığmayan Süleyman Rüstəm
vətənpərvərliyi heca, əruz sərhədlərini aşır, hətta sərbəst vəznə də yetişir:
Dinlə məni, ey Təbrizli qan qardaşım,
Bağrı yara can sirdaşım,
Nə qədər ki, hicran kəsib yolumuzu,
Sağımızı, solumuzu,
Tələs, qardaş, bircə ovuc torpaq göndər Bakıdakı qardaşına
Səni səndən artıq sevən sirdaşına...
Paylaşmaq
− sevinci paylaşmaq, sevgini paylaşmaq, uğrunda can qoyduğun
torpağı paylaşmaq (təbii ki, qan qardaşınla, doğmanla) paylaşmaq anlayışının ən ali
şəklidir. Şairə görə, Cənubdakı hər kəs onun bacı-qardaşıdır. Odur ki, şair “Amandır,
getmə” şeirini “Təbrizdən ayrılarkən qardaşımdan eşitdiklərim” nidasıyla başlayır.
Şeir quruluş etibarilə heca vəznində yazılmışdır. “Getmə” sözü rədifdir. Mükəmməl
qafiyə uyarlığı, şifahi xalq ədəbiyyatı təməlləri üzərində qurulmuş rədif incəliyi şeirin
ruhuna o qədər uyğun gəlir ki, “aşıq şeiri” şəklində “patriot şeir yazıla bilməz” tabusu
aradan qalxır. Şair yenə bədbinliyə qapılmışdır. Lakin bu bədbinlik ötəridir, keçəridir:
Sənə göz dikmişdir bu el, bu oymaq,
Üzünə baxmaqla mümkünmü doymaq?
Sən öz evindəsən, deyilsən qonaq,
Bağrı bu ellərin al qandır, getmə.
“Laylay” şeiri də bu baxımdan çox təsirlidir. Vətən ikiyə bölünmüşdür, ana
laylay deyir, ikiyə bölünmüş ana Vətənin bayatısını, ikiyə bölünməz ana dilində oxunur.
Mən tanışam bu laylanın hər sözüylə,
55
Təbrizdəki o daxmada beşiyi də görürəm.
Qana dönmüş ürəyimin gözüylə
Bu laylanın hər səsində,
....Mənə doğma, bir mahnının sətri var. (4, 10)
Bu
mahnı Vətən marşıdır, hər notunda şəhid qanlarıyla “Azadlıq” yazılmış
Vətən himnidir. Ümumən, Süleyman Rüstəm nikbin ruhlu şairdir. Demək olar ki, o,
hər şeirinin sonunda ənənəsinə sadiq qalaraq nikbin əhval-ruhiyyəni əsirgəmir.
Eşitsin ana Vətən,
Bilirəm bu sirri mən,
Körpə sabah öz əliylə,
Xalqın böyük əməliylə,
Quracağı dünyasından razıdır,
Anasının laylasından razıdır. (4, 10)
ƏDƏBİYYAT
1.
Əliqızı A. Cənubi Azərbaycan məsələləri, Bakı, BDU, 2007, 261 s.
2.
Xəndan Cəfər. Uğur yolu. Bakı: Azərnəşr, 1987, 281 s.
3.
Müasir Azərbaycan ədəbiyyatı. 2 cilddə, I c., Bakı: BDU, 2007, 482 s.
4.
Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə, II c., Bakı: BDU, 2007, 541 s.
5.
Süleyman Rustəm. Seçilmiş əsərləri. 3 cilddə. I c., Bakı: Şərq-Qərb, 2005, 320 s.
6.
Süleyman Rüstəm. Seçilmiş əsərləri. 3 cilddə. II c., Şərq-Qərb, 2005, 320 s.
7.
Süleyman Rüstəm. Cənub şeirləri. Bakı: Şərq-Qərb, 2005,318 s.
ДОРОГИ ТЕБРИЗА – Я РОДОМ ОТТУДА
А.Д.АБУШЕВА
РЕЗЮМЕ
Входящие в цикл Южные стихи Сулейман Рустама “Agladi”, “Laylay”, “Oraliyam
man”, “Araz deyir” и др. отражают любовь к родине и тоску по родине южных сестёр
и братьев.
“THE WAY TO TABRIZ” - “I’m FROM THERE” (“ORALIYAM MAN”)
A.Y.ABUSHOVA
SUMMARY
The poems «Agladi», «Laylay», «Oraliyam man», «Araz deyir» etc. by Suleyman
Rustam reflect love to motherland and yearn for the country of southern sisters and brothers.
Dostları ilə paylaş: |