1
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН
ELMИ
МЯЪМУЯСИ
№ 14 SENTYABR (EYLÜL) 2010
“Allah” sözünün arxetipinə dair
53
“ALLAH” SÖZÜNÜN ARXETİPİNƏ DAİR
Süsən Yusif qızı ASLANOVA
BDU, İlahiyyat fakultəsi
Açar sözlər: Allah, ərəb dili
Key words: Allah, arabic language
İslam dininin prinsipləri ilə yaxından tanış olan mömin bəndələrin Uca
dinimizə olan inamının nədən ibarət olduğunu çox gözəl bilirik. Çünki bu
din ilə müasir elm insan vücudundakı ruh və cisim kimi bir-birini
tamamlayır. Din insanları doğru yollara səsləyir, məqsədi və hədəfi məlum
olan elm isə bu yolları bir məşəl kimi işıqlandırır.
Din sayəsində insanın ağlı, məntiqi, zəka və iradəsi mükəmmələşir,
könül dünyası ülviləşir, onun iş və hərəkətlərində ahəng, təmkin, səbr və
uyğunluq nəzərə çarpır.
Bəndələrinə saysız-hesabsız nemətlər verən, onları hər yerdə mühafizə
edib qoruyan Uca Allahımızın sifətlərini zati və sübuti olmaqla iki yerə
ayrılması. yəni onun Vucud, Qidəm, Bəqa, Vahdəniyyət, Muxaləfətun
lilhavadis və Qiyəm binəfsihi kimi səlbi sifətləri, Həyat, Elm, Səmi, Basar,
İradə, Qüdrət, Kəlam və Təkvin kimi subuti sifətlərinə malik olması
şəksizdir.
Bəs bizə öldürmək, diriltmək, ruzi və nemət vermək, əzaba düçar etmək
kimi sifətləri də daxil olmaqla Təkvin, yəni yaratmaq sifətinə malik uca
Tanrımızın dilimizdə “Allah” kəliməsi ilə ifadə olunmasının arxasında nələr
dayanır?
Gəlin bu suala cavab tapmağa çalışaq.
Qeyd edilməlidir ki, bu məsələ istər xristiyan alimləri,istərsə də
müsəlman alimləri tərəfindən uzun illərdən bəri geniş şəkildə araşdırılmış,
hər bir dildə bu sözün ifadə etdiyi forma və məzmun arasındakı əlaqə
açıqlanmışdır.
Süsən Yusif qızı ASLANOVA
54
Ərəb dilçiləri də bu sahədə öz səylərini əsirgəməmiş, bu mövzuda
dəyərli əsərlərini qələmə almış, və ümumən sami dillərin işığında “Allah”
kəliməsinin morfoloji və məna xüsusiyyətlərini incələmişlər.
“Allah” sözü ərəb dilində xüsusi isim hesab olunur və “Allah”
deməkdir.Ərəb leksikoqrafları bu sözün izahında (məsələn, İbn Mənzur
özünün “Lisən əl- arab”ensiklopedik lüğətində)
1
هلا bölməsinə müraciət
etməklə هللاا sözü ilə “Allah” və “məbud” mənalarının ifadə olunmasına
işarə etmiş, bu sözün cəm formasının ةھلا olduğunu yazmışdır. Bu
istiqamətin tərəfdarları arasında Sibeveyhi, Ət-Təbəri və Əz-Zəməxşəri də
vardır. Məsələn, Sibəveyhi belə hesab edir ki, ﷲ sözünün kökü هلا dir.
Burada əlif və ləm hərfləri bu sözdə həmzə samitin atılmasından(hərfindən)
onun əvəzinə işlənmişdir.Ət-Təbəri “Cəmi əl-bəyan fi təfsir əl-Quran”
əsərində, eləcə də Əz-Zəməxşəri “Əl-Kəşşaf” əsərində bu müddəanın
tərəfdarları kimi çıxış edirlər. Lakin Sibəveyhinin əksinə olaraq Ət-Təbəri
belə hesab edir ki, ﷲ sözü هللاا kökündəndir, əlif və ləm hərfləri isə atılmış
həmzənin yerində işlədilmişdir. Müəllif həmzə samitini sözün ağzı, ləm
hərfini sözün gözü əlavə ləm hərfini isə sükunlu olub digər ləm hərfi ilə
qovuşmasında görür.
Əz-Zəməxşəri isə iki məhfum arasında qalaraq belə bir fikir irəli sürür
ki, əlif və ləm müəyyənlik ifadə etmək üçündür, həmzə samiti isə atılmışdır.
Digər ərəb dilçisi İbn Malik ﷲ sözünün هللاا sözü ilə heç bir əlaqəsi
olmadığını göstərir və deyir ki, bu söz yalnız tanrıya dəlalət edən xüsusi
addır.Çünki ﷲ və هللاا sözləri ləfz və məna baxımından iki müxtəlif
anlayışlardır.
Üçüncü istiqamətin nümayəndələri belə hesab edirlər ki, ﷲ sözü ərəb
mənşəli deyildir. Ərəblər bu sözü yəhudi və suryani dillərindən almışlar.Bu
dillərdə ﷲ sözü
"
اھلا
"
kimi səslənir. Ərəblər bu sözü alarkən onun sonundakı
mədd səsini (uzun saiti) tələffüzü asanlaşdırmaq və sözə yığcamlıq vermək
məqsədilə atmışlar. Bu müddəanın banisi Əbu Yəzid əl-Bəlxidir.O göstərir
ki, dilimizdəki
"
ﷲ
"
sözü ərəb sözlərindən deyildir. Çünki yəhudi və
nəsranilər "
اھلا
"
deyirlər. Ərəblər bu sözü almış və sonundakı uzun saiti
1
،روظنم نبا
"
برعلا ناسل
"
ةد ام
)
للا
(
“Allah” sözünün arxetipinə dair
55
atmışlar. Ərəblər təxfir (yüngülləşdirmə) və icaza ( yığcamlıq) meyl etdikləri
üçün sonundakı uzun saiti atmışlar.
2
هلا sözünün qadın cinsində variantına cahiliyyə dövründə ةھلاا mənasında
işlədilmiş دوبعم şəklində rast gəlinir, bu söz də “günəş” anlamında nəzərdə
tutulur, çünki onlar günəşə sitayiş edirdilər.
Adı çəkilmiş müəllif öz müddəasında Ər-Rağib əl- İsfahaninin “Fi ğarib
əl-Quran” əsərinə istinad edərək göstərir ki, cahiliyyə dövründə هلا hər bir
sitayiş olunan tanrı və tanrıçalara verilirdi.
Məlumdur ki, Qurani-Kərimdə adları çəkilən bütlərdən biri də cahiliyyə
dövründə sitayiş olunan
"
تلالا
"
bütü idi.Ər-Rağib əl-İsfahaniyə görə
"
تلالا
"
sözünün mənşəyi də ﷲ kəlməsidir. Bu sözün sonundakı ه samiti
atılmış və oraya qadın cinsinin morfoloji əlaməti kimi ت samiti əlavə
edilərək bu sözü ﷲ sözündən fərqləndirmişlər.
Bu mövzuda Avropa şərqşünaslarının xidmətləri də əvəzsizdir.
Onlardan biri də alman şərqşünası Qothelf Berqstrasserdir (5.04.1836-
16.08.1933). O, iyirminci yüzilliyin ən böyük elm sahələrindən olan sami
dillər üzrə alman dilçilik məktəbinin nümayəndəsi olmuşdur. O, Birinci
Cahan savaşı zamanı Türkiyənin Konstantinopol Universitetində professor
vəzifəsində çalışmış, həmin vaxt ərzində o, Suriya və Fələstində olmuş, ərəb
və arami dillərinin dialektlərinin öyrənərək onları tədqiq etmişdir.Onun ən
böyük elmi əsərlərindən Bilhelm Qezeniusun yarımçıq qalmış Yəhudi
Qrammatikasının 29-cu sonuncu kitabının yenidən işlənmiş variantı sayılır
(bu kitab ona görə yarımçıq qalmış adlanır ki, orada yalnız felin
formologiyası və morfologiyası tədqiq olunmuşdu). Digər bir elmi əsəri
1928-ci ildə yazdığı “Sami dillərə giriş”əsəridir.Sonralar bu alim Münhen
Universitetində sami dillər üzrə professor vəzifəsində çalışmışdır.
Berqstrasser əsasən ərəb dilinin tədqiqi ilə məşğul olmuş və bu işdə
Qurani-Kərimin mətnlərinə istinad etmişdir. Yeri gəlmişkən, Berqstrasser
1933-cü ildə alpnizm zamanı yoxa çıxmışdır. O,antifaşist ruhlu olmuş, bir
çox yəhudi mənşəli alimləri faşistlərin təqibindən qurtarmışdır.
Bu alman şərqşünasının fikrincə, تلالا sözü “əl-ilat”kökündən
törəmişdir və bu sözdəki əlif əlif məmdudədir. تلالا sözünün qadın cinsində
2
،عبارلا ددعلا ، لولاا دلجملا ، ةغللا مولع يف رظنا
1998
ص
1
Süsən Yusif qızı ASLANOVA
56
variantı ərəb ədəbi dilində mövcud deyildir, bu sözə əkkəd və qədim yəhudi
dillərində rast gəlinir.
3
Yuxarıda deyd olunmuş mülahizələrdən belə bir nəticə çıxarmaq olur ki,
تلالا sözünün kökünü ء ،ل və ه samitlərindən ərəb mənşəli üçsamitli bir kök
təşkil edir və bu sözün sonundakı ه samiti düşmüşdür. Qadın cinsini ifadə
etmək sözün sonuna ت samitinin əlavə olunmasına gəlincə, Berqstrasser onu
qeyri-ərəb mənşəli sözdən törədiyinə işarə edərək onun ikisamitli bir kökdən
olduğunu göstərir. Tədqiqatçı تلالا sözünü əkkəd dilində olan ةھلالاا
mənasını verən “Ellilitu” sözünə bənzədir.Bu sözün kişi cinsində olan
variantı “Ellil”dir.
Ərəb dilində هلا sözünün təsniyəsi ناھلا , cəmi isə ةھلآ modeli ilə
düzəlir.
Ərəb dilində هلا sözünə bənzəyən لا
ّ və ليا sözləri də mövcuddur ki,
hər ikisi ﷲ mənasında işlədilir.
Bu fikrə Əl-Cauhərinin “Əs-Sıhah” və İbn Sidənin “Əl-Lisən”əsərində
rast gəlinir. Hər iki leksoqrafın fikrincə, لا
ّ ِ sözü ərəb dilində ﷲ mənasında
işlədilmişdir.
Bu sözlərin ( لا
ّ ِ və ليا ) ﷲ mənasında işləndiyi ərəb mətnlərinin
tədqiqinə gəlincə, digər bir dilçi əl-Fərranın fikrincə bu sözlər “Allah”
mənasında işlənməməmişdir. Əl-Fərranın fikrincə, للاا
ّ
sözü ةبارقلا , ةمدلا və
دھعلا mənalarını verir və ona istinad edir ki, biz heç vaxt dua edənin لا اي
ّ ِ
dediyini eşitməmişik. لا
ّ ِ sözünün Qurani-Kərimdə və dualarda ﷲ mənasında
işlədilməməsi bu sözlərin digər ərəb mətnlərində həmin mənada
işlədilməsinə sübut deyildir. Bu söz əkkəd və babil dillərində ﷲ mənasında
işlədilmişdir.
Bu xüsusda Avropa alimlərinin müddəaları diqqəti cəlb edir.Xüsusilə,
Berlində anadan olmuş qabaqcıl alman şərqşünası Volfram fon Zodenin
(1908-1996) sami dillərdən olan əkkəd dili üzərində apardığı tədqiqatları
diqqətəlayiqdir. Bu şərqşünas Qottingen universitetində professor
vəzifəsində çalışmış, İkinci cahan müharibəsində III Reyxə xidmət
göstərmişdir. 1924-cü ildən yaradılmış faşist ruhlu “qəhvəyi köynəkşilər”
(terrorçu alman polis dəstələri) zümrəsinə qoşulmuş və 1944-cü ildə millətçi
sosialist partiyasının üzvlüyünü qəbul etmişdi.
3
Информасия из “Vikipediya” свободной енсиклопедии
“Allah” sözünün arxetipinə dair
57
Baron fon Zoden 1931-ci ildə əkkəd əlyazmaları üzrə doktorluq
dissertasiyası müdafiə etmiş və bu sahədə bir çox əsərləri, o cümlədən ərəb
dilində hərbi istilahlar kimi əsərləri var idi. 1939-1945-ci illərdə alman
ordusu sıralarında hər şeydən əvvəl tərcüməçi kimi fəaliyyət göstərmişdi.
İkinci dünya muharibəsindən sonra tədris fəaliyyətinə başlamaqda bir
sıra çətinliklərlə üzləşmiş, lakin Benno Landsbergerin köməyi ilə və özünün
istedadı sayəsində o, 1945-ci ildə Vyanada işlə təmin olunmuş, 1961-ci ildə
Myunsterdə Şərq Seminariyasına direktor vəzifəsində 1976-cı ilədək
çalışmış, 1996-cı ildə ölümündən sonra öz kademik kitabxanasını Leyspiq
Universitetinə vəsiyyət etmişdir.
Ərəb tədqiqatçıları “Allah”sözünün ərəb dilində tədqiqini qohum dillərlə
müqayisə etmişlər. Buraya əkkəd (babil,assur), yqarit,ibri (qədim yəhudi
dili), finikiya,arami,suryani,ərəb dilinin cənub qolu və həbəş dilləri daxildir.
“Allah” sözünün bu dillərdən hər birində təkdə və kişi cinsində
işlədilməsi, qədim yəhudi dilində isə bu sözün cəm formasının işlədilməsinə
baxmayaraq, onun kəmiyyətə görə tək məna bildirməsi, habelə “məbud”,
“tanrı” mənasında bu sözün həm də təkdə qadın cinsində işlənməsi açıqlanır.
Bu tədqiqatlardan doktor Məhəmməd Rəcəb əl-Vəzirinin adı xüsusilə
diqqətəlayiqdir. Onun 1999-cu ildə Qahirədə Dər əl-Qarib tərəfindən çapdan
çıxmış
"
تلا يف ةسارد ﷲ ظفل
و ةيبيكرتلا و ةيجئولوفوملا صئاضحلا و ةيماسلا يف يمجعملا ليصا
ةيللادلا
."
məqaləsi bu mövzuya həsr olunmuş çoxsaylı elmi araştırmalara bir töhfədir.
Yenidən Fon Zodenin əkkəd əlyamazlarına həsr olunmuş tədqiqatında bu
mövzuda irəli sürdüyü fikrinə qayıdaq.O göstərir ki, ərəb dilindəki لا
ّ ِ sözü
əkkəd dilindəki “Ellil” sözünə bənzəyir ki, bu söz də ﷲ mənasında
işlədilmişdir. Həmzə və ləmdən ikisamitli kökə əsaslanan bu sözün ləm
samiti qədim əkkəd dilində nun samiti ilə əvəz olunaraq “Enlil” arxetipi
şəklində rast gəlinir. Sumer dilində bu söz
ا كلام
حيرل
, yəni, “küləyin sahibi”
mənasını verib. Babil dilində isə qadın cinsinin əlaməti olan “tə” samitini
qəbul etməklə “uca tanrıça” kimi işlədilirdi. Bu həm də ilu(m) və ya elu(m)
formaları ilə də qadın cinsini ifadə edirmiş.
Ərəb dilində ليا ِ sözünün ﷲ mənasında işlədilməsinə gəlincə, bu söz
ليئاكيم، ليئارسا ، ليئاربج ، ليئارزع kimi sözlərin tərkib hissəsi də hesab oluna
Süsən Yusif qızı ASLANOVA
58
bilir və bu sözün həmzə samiti düşmüş variantı kimi
يربج ،ليحارش ،ليمھش
،ل
ليعامسا ،ليفارسا izafət tərkibli sözlərdə rast gəlinir.
Əl-Xəlil ibn Əhməd “Kitəb əl-ayn” əsərində göstərir ki, ərəb dilində
işlədilən ليا sözü qədim yəhudi dilindən alınmışdır. Alimin fikrincə,
təfsirlərdə sonu ليا ilə bitən birləşmələr (məsələn,
بج
ليئار kimi) ﷲ sözünün
məbədidir (məsələn, Abdulla, Ubeydulla). ليا sözü isə ibrani dilində Allahın
adlarındandır.
4
Əl-Xəlilin fikrinə zidd olaraq, Əl-İsfahani “Əl-Mufradət fi ğarib əl-
Qurən” əsərində belə deyir:
5
ليا ليق ،حيصب كلذ سيل و ﷲ مسا
Qədim Yəhudi mənşəli ليا sözünə gəlincə isə, Əl-Xəlil bu sözün ərəb
dilinə keçdiyi zaman ( هلا) mənasında işlənməsinə işarə edərək göstərir ki,
sözün həmzəsinin hərəkəsi uzun (i) saitinə çevrilmişdir.
Bu sözün əkkəd, finikiya və həbəş dilləri digər sami dillərdə mövcud
olmasını sübuta yetirən dəlillərə də rast gəlinir.
Ərəb dilində (ﷲ) sözünün işlədilməsinin bir sıra morfoloji, tərkibi və
məna xüsusiyyətləri vardır ki, bunlar aşağıdakılardır:
Bu söz altı morfoloji xüsusiyyəti ilə fərqlənir ki, yalnız bu sözə xasdır,
(ﷲ) sözü و ,ب, ت və ل and ədatları ilə yiyəlik halda, اي ədatı ilə adlıq halda
işlənir. Sonuncu altıncı morfoloji xüsusiyyəti yalnız (ﷲ) sözü ilə əlaqədardır
və bu, təşdidli “mim”morfeminin (ﷲ) sözünün sonuna əlavə olunması ilə
meydana gəlir.
And ədatlarının (ﷲ) sözünün əvvəlinə əlavə olunması onunla
səciyyələnir ki, bu ədatlar yalnız bu sözün əvvəlinə artırılaraq and, təəccüb
bildirir.
Qurani-Kərimdə Hz.İbrahim əleyhissəlamın dilindən oxuyuruq:
مكمانصا نديكلآ ات و
6
(Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə
quracağam).
And ədatları ت ədatı istisna olmaqla بر və ةبعكلا بر sözlərinə əlavə
oluna bilər. Bu fikrə Rəşidəddin əl-Astarabadinin “Şərh əl-Kəfiyəti” və İbn
Hişamın “Muğni əl-ləbib” əsərlərində rast gəlirik. Ər-Rida “Şərh əl-
4
، ةرھاقلا ، بيرغ راد رشانلا، ةنسلا يف تارم عبرا ردصت ةمكحم ةيملع تاسارد ،ةللا مولع
1999
ص ،
.
23
5
يناھفسلاا بغارلا
:
ص ،نارقلا بيرغ يف تادرفلا
:
2
6
ةيلاا ،ءايبنلاا ةروس
571
“Allah” sözünün arxetipinə dair
59
Kəfiyət” əsərində Əl-Əxfəşdən rəvayət edərkən onun يبرت və ةبعكلا برت
ifadələrini istisna olaraq işlətdiyini göstərir. İbn Hişam isə “ola bilsin ki,
ərəblər يبرت , ةبعكلا برت , və نمحرلات ifadələrindən istifadə ediblərmiş” fikrini
irəli sürmüşdür.
7
ﷲ sözünün morfoloji qrammatik xüsusiyyətlərindən biri də onun اي xitab
ədatı ilə işlədilməsidir. Qəribə orasıdır ki, bu xitab ədatı Allahın digər 99
adına əlavə olunsa da, onların müəyyənlik artiklı qəbul etmədən
işlədilməsini tələb edir. Məsələn,
مون لا و ةنس هذخأت لا ،مويق اي ،يح اي
ّ
8
(O, əzəli və əbədidir. Onu nə yuxu tutar, nə mürgü)
Lakin ﷲ sözü xitab kimi işlədildikdə artiklini itirmir və bu zaman
müəyyənlik artiklinin birləşdirici həmzəsi istisna olaraq ayırıcı həmzə kimi
tələffüz olunur. Məsələn: انلرفغا ﷲ اي
Bu fikri Sibəveyhinin öz “Kitab”ında, Əl-Mübərrəd “Əl-Müqtadəb”
əsərində, Ridauddin əl-Astarabadi “Şərh əl-Kəfiyəti” traktında qeyd edir.
Bu sözün digər bir morfoloji xüsusiyyəti onun مسا sözü ilə izafət
yaratdığı zaman ب ön qoşması ilə işlədildikdə مسا sözündə həmzə samitinin
düşməsidir, yəni مساب yazılmaq əvəzinə مسب şəklində olur.
Nəhayət, (ﷲ) sözünün altıncı və sonuncu marfoloji xüsusiyyəti onun
təşdidli “mim” morfemini sonluq kimi qəbul etməsidir. Bu mürəkkəb söz
xitab kimi işlənir və cahiliyyə dövründə bu söz artiklsız, yəni مھلا
(ləhummə) kimi işlənmiş, sonralar əvvəlinə müəyyənlik artiklı artırılmışdır.
Alimlər (ﷲ) sözünün sonuna artırılmış təşdidli “mim” haqqında üç
müxtəlif fikir irəli sürürlər.
Birinci rəy ondan ibarətdir ki, مھللا sözü xitabdır və buradakı təşdidli
“mim” اي xitab ədatını əvəz etmişdir. Bu rəy Əl-Xəlil ibn Əhməd tərəfindən
irəli sürülmüşdür və Bəsrə dilçiləri arasında yayılmış bir rəydir.
İbn Sərrac, Sibəveyhi, İbn Cinni, Əs-Suyuti və başqaları da bu
fikirdədirlər.
İkinci rəyin tərəfdarları مھللا sözünün təşdidli “mim” morfemini atılmış
bir cümlənin ünsürü kimi qəbul edirlər. Bu cümlə ريخي انما ﷲ اي şəklində
7
ماشھ نبا
:
بيبلا نغم
8
255
وس
ةيلاا،ةرقبلا ةر
Süsən Yusif qızı ASLANOVA
60
olmuşdur. Bu rəy Əl-Fərraya məxsusdur və Kufə dilçiləri arasında yayılmış
bir fikirdir.
Üçüncü bir rəy ondan ibarətdir ki, مھللا sözündəki təşdidli “mim”
morfemi qədim yəhudi dilində əzəmətli olmaq mənasında işlədilmişdir.
Digər tərəfdən (ﷲ) sözü artikl qəbul etməzdən öncə sonluğu “təmyimli
mim” ilə bitdiyində və tarixi inkişafda ( əl-) atrikli qəbul etdiyi zaman assuri
dilində mövcud olan təşdidli “mim” morfemini qoruyub saxlamışdır.
Doktor Ramazan Abduttəvvab göstərir ki, “təmyim”in (“mimləmə”)
qalıqları ərəb dilində مف , منيا kimi sözlərdə saxlanılmışdır.
9
Bütün bu morfoloji-qrammatik xüsusiyyətləri ilə yanaşı (ﷲ) sözünün
digər məna xüsusiyyətləri də mövcuddur ki, bu da ayrıca bir tədqiqat
mövzusunu təşkil edir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.Qurani-Kərim.(tərcüməsi)
2.
باوتلا دبع ناضمر
:
يوغللا ثحبلا جھانم و ةغللا ملع يف لخدملا
3.
ماشھ نبا
:
بيبلا نغم
4. ةرھاقلا ، بيرغ راد رشانلا، ةنسلا يف تارم عبرا ردصت ةمكحم ةيملع تاسارد ،ةللا مولع
،
1999
5.
يناھفسلاا بغارلا
:
لا
م
نارقلا بيرغ يف تادرف
6.
با
،روظنم ن
"
برعلا ناسل
"
9
باوتلا دبع ناضمر
:
ص ، يوغللا ثحبلا جھانم و ةغللا ملع يف لخدملا
.
241
-
247
“Allah” sözünün arxetipinə dair
61
РЕЗЮМЕ
В данной статье, исследовая лингвистические предположения в
отношении к корню «ALLAH» в литературном арабском языке, автор
стремится довести ко вниманию проблему происхождения этого корня
как в арабском, так и на некоторых семитских языках.
В статье были использованы труды известных арабских
лингвистов–лексикографов, а также научные исследования евро-
пейских востоковедов, как Готхельф Бергестрассер, Вольфрам фон
Зоден и другие. Предусмотренны некоторые морфологическо–грамма-
тические свойства этого корня как на арабском, так и на некоторых
родственных ему древним семитских языках.
SUMMARY
In the presented article the author have researched linguistic ideas on
origin of “ALLAH” word used in Arabic language and also tried to present
origin of word root as it is in Arabic and some of other Semitic languages.
In the article works of well known Arabian linguists–lexicographers, as
well as scientific researches of European Orientalists, Gothelph
Bergestrasser, Wolfram fon Zoden and others. Some morphological
characteristics of this root were provided as in Arabic and other ancient
Semitic languages related to Arabic.
Təqdim etdi:
i.f.d. Q.F.Səlimli
Tövsiyyə etdi:
BDU İlahiyyat Fakültəsinin Elmi Şurası,
Protokol No 4, tarix 21.10.2010
Dostları ilə paylaş: |