60
boyunluq mənaları göstərilir
149
. Salyan rayonu şivələrində ancaq
ikinci mənada işləndiyi müşahidə edilmişdir.
- Gərdənəmədin ipin
bərk bağlaginən ki, at yaxşı güc eləsin.
Kələsər // giləsər «eşşək arısı» (Q.). Tat dilində 1) yekəbaşlı; 2)
eşşək arısı mənalarında işlənən bu söz Quba dialektində ancaq 2-ci
mənada işlənir
150
.
Zərəndaz «zərli baş örtüyü» (Ln.). Əslində
sərəndaz fars
sər
«baş» və
əndaz
نتخادنا
(əndaxtən) «atmaq» felinin kökü) sözlərinin
birləşməsindən yaranıb. Lənkəran şivəsində
s > z samit əvəzlənməsi
baş vermiş, «zərli» semantikası həmin samit əvəzlənməsi ilə
meydana çıxmışdır.
Pərəndə «qanadlı, quşlar sinfinə aid olan» (Ln., M.) fars
هدنرپ
(pərənde sözündəndir). Söz sonunda
e > ə əvəzlənməsi baş
vermişdir. Fars dilində 1) quş; 2) uçan, qanadlı; 3) uçucu, tez
buxarlanan mənaları göstərilir
151
. Lənkəran və Masallı rayonu
şivələrində «qanadlı quşlar sinfinə aid olan» mənasında qeydə
alınmışdır.
-Hər pərəndənin əti yeyilmir (M.).
Püşraz «tez yetişən, tez dəyən» (B.) fars
سرشيپ
(pişrəs)
sözündəndir. Aşağıdakı mənalarda fars dilində işlənir: 1) tez
yetkinləşən; 2) tez yetişən; 3) erkən
152
. Bakı dialektində «tez
yetişən, tez dəyən» mənalarında işlənir:
püşraz qarpız
153
. Dialektdə
i > ü və
s > z əvəzlənmələri baş vermişdir.
Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrində İran
mənşəli sözlərin mənalarında keyfiyyətcə daralma hadisəsi
müşahidə edilir. Mənanın keyfiyyətcə daralması dedikdə mənbə
dildə daha geniş və ümumi məfhumu ifadə edən sözün dialekt və ya
şivə leksikasında konkret anlayış və hadisəni ifadə etməsi nəzərdə
tutulur. Alınma sözün mənasında keyfiyyətcə daralma hadisəsi
müəyyən mənada həmin sözün Azərbaycan dilinə çoxdan keçdiyini
149
Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), т.II, стр.390
150
Ахмедов Т.М. Лексические взаимоотношения азербайджанского и татс-
кого языков. АКД, стр.30
151
Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), т.I, стр.114
152
Yenə orada, s.152
153
Şirəliyev M.Ş. Bakı
dialekti, s.209