AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ
AZƏRBAYCAN MÜƏLLĠMLƏR ĠNSTĠTUTU
Firədun Nadir oğlu Ġbrahimov
Rüfət Lətif oğlu Hüseynzadə
PEDAQOGĠKA
Dərslik
II cild
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.12.2011- ci il tarixli,
2062 №-li əmri ilə təsdiq edilmiĢdir.
Bakı 2012
2
“Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”
Heydər Əliyev
Kitab Ulu Öndərimiz Heydər Əliyevin - “Mənim ən sevimli
müəllimim!” – nidası ilə əzizlədiyi görkəmli pedaqoq, ədəbiyyatşünas
alim, ”İstiqlal” ordenli, Əməkdar müəllim Lətif Hüseynzadənin əziz
xatirəsinə ithaf olunur.
Elmi redaktor:
Ə.Ə.Ağayev
Pedaqogika üzrə elmlər doktoru, professor
Rəyçilər:
Akif Abbasov
Pedaqogika üzrə elmlər doktoru, professor
Ləzifə Qasımova
Pedaqogika üzrə elmlər doktoru, professor
Ağahüseyn Həsənov
Pedaqogika üzrə elmlər doktoru, professor
Mircəfər Həsənov
Pedaqogika üzrə fəlsəfə doktoru, professor.
Məmmədəli Ağayev
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Firədun Ġbrahimov, Rüfət Hüseynzadə. PEDAQOGĠKA: 2
cilddə. II cild. – Bakı: Mütərcim, 2012, s.
Dərslikdə təhsilin Bolonya prosesi, kredit sistemi, yeni pedaqoji tex-
nologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə
yanaĢmada yeni pedaqoji təfəkkür ümumiləĢmiĢ Ģəkildə Ģərh olunur, müasir
pedaqoji elmin və son pedaqoji təcrübələrin nailiyyətləri əsasında pedaqogikanın
nəzəri və praktiki məsələləri geniĢ planda təqdim olunur.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edil-
miĢ “Pedaqogika” proqramı əsasında hazırlanmıĢ və Bolonya prosesi, kredit sis-
temi üzrə ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuĢdur.
İ
026
4702060000
хх-11
© F.N.İbrahimov, R.L.Hüseynzadə. 2012
4
I fəsil
TƏRBİYƏ, ONUN MEYDANA GƏLMƏSİ
VƏ İNKİŞAF DÖVRLƏRİ
Əhatə olunan məsələlər:
1.1. Tərbiyə.
1.2. İbtidai icma quruluşunda tərbiyə.
1.3. Antik yunan fəlsəfəsində tərbiyə.
1.3.1. Sparta tərbiyə sistemi.
1.3.2. Afina tərbiyə sistemi.
5
1.1. Tərbiyə
“Tərbiyə” sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökün-
dən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol göstər-
mək; “Rəbi”- bəsləmək, yetiĢdirmək, böyütmək, tamamlamaq; “ri-
ba”-çoxaltmaq.
“Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sö-
zündən sonra ən çox (935) iĢlənən sözdür. Mənası “tərbiyə edən”,
“nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ər-
səyə çatdırma” deməkdir.
“Mürəbbi” sözü də
“rəbb” kəlməsindən
əmələ gəlmiĢdir.
“Ərsəyə çatdırma” dedikdə, uĢağın sərbəst yaĢamaq, öz taleyi
haqqında düĢünməyi bacarmaq və davranıĢını sərbəst olaraq qaydaya
salmaq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə yiyə-
lənmək səviyyəsinə çatdırmaq mənası baĢa düĢülür.
ġəxsiyyətin təĢəkkül tapıb formalaĢmasında digər amillərlə
yanaĢı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu vardır.
Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə) buyururdu ki, “tərbiyə
valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”.
Hər bir Ģəxs-istər uĢaq, cavan, istərsə də yaĢlı olsun daim
tərbiyəyə möhtacdır. Hələ vaxtilə ingilis filosofu Con Lokk göstə-
rirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır.
Tərbiyənin əsas qayəsi geniĢ, mütərəqqi dünyagörüĢlü, xeyir-
xah, mədəni, humanist insanlar yetiĢdirməkdir.
Pedaqoji anlayıĢ kimi tərbiyənin məzmununun üç əlaməti gös-
tərilir: birinci, məqsədyönlülük; ikinci, bəĢəriyyətin tarixi inkiĢafı-
nın nailiyyətləri olan sosial-mədəni dəyərlərə müvafiqlik; üçüncü,
təĢkil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu.
“Tərbiyə iĢi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən
meydana gəlmiĢ, Ģəхsiyyətin fоrmalaĢması, inkiĢafı, davranıĢı
prоsesidir”.
“Tərbiyə yaĢlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübə-
nin məqsədyönlü, planlı, mütəĢəkkil Ģəkildə gənc nəslə aĢılan-
masıdır”