Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Fransanın “ASTRİUM”
şirkətinin prezidenti və baş direktoru Fransua Oku, “European Aeronautic Defence and Space”
şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Jan-Pyer Talimonini qəbul etmişdir.
Görüşdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın ilk süni
peykinin orbitə buraxılmasını tarixi hadisə kimi qiymətləndirdi və Fransa hökumətinin ölkəmizin
kosmos proqramlarının həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini vurğuladı.
Fransanın “ASTRİUM” şirkətinin prezidenti və baş direktoru Fransua Ok rəhbərlik etdiyi
şirkətin bu sahədə Avropanın ən böyük şirkətlərindən biri olduğunu vurğulayaraq şirkətin həyata
keçirdiyi layihələr barədə dövlətimizin başçısına məlumat verdi.
Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını kosmos sənayesinin inkişafında yeni
mərhələnin başlanğıcı kimi dəyərləndirən dövlətimizin başçısı göstərilən dəstəyə görə təşəkkürünü
bildirdi. Fransanın bir çox sahələrdə ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan
Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və kosmos
texnologiyası sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu
bildirdi.
* * *
Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdə olmuşdur.Dövlətimizin başçısı əvvəlcə Hacıqabul şəhərində ulu öndər Heydər
Əliyevin abidəsi önünə gül dəstəsi qoydu. Sonra Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu, Hacıqabulun mərkəzindəki Heydər Əliyev Parkını
gəzdi.
Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev rayonun Rəncbər-Qubalı Baloğlan–“Pir Hüseyn” Xanəgahı avtomobil yolunun açılış mərasimində iştirak etdi.
Sonra Prezident İlham Əliyev Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak etdi, Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan
yenidənqurma işləri ilə tanış oldu.
Rəsmi xronika
Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 67 (20.721)
16 aprel 2013-cü il, çərşənbə axşamı
Aprelin 15-də Naxçıvan şəhərindəki
Heydər Əliyev Muzeyində görkəmli oftal-
moloq-alim, akademik Zərifə xanım Əliyevanın
90 illik yubileyi qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov yubiley təd-
birində çıxış edərək demişdir: “Yaradıcı
əməyi və böyük xidmətləri ilə Azərbaycan
elminin və səhiyyəsinin tarixində silinməz
izlər qoyan görkəmli alim, akademik Zərifə
xanım Əliyevanın 90 illik yubileyini qeyd
edirik. Akademik Zərifə xanım Əliyevanın
alim, həkim, pedaqoq və insan kimi yaşadığı
mənalı ömrü, keçdiyi şərəfli həyat yolu
nəsil lərə mənəviyyat məktəbidir. Bu məktəb
özünün ən layiqli qiymətini akademik Zərifə
xanım Əliyevanın 90 illik yubileyinin ke-
çirilməsi ilə bağlı Azərbaycan Respublika-
sının Prezidenti hörmətli İlham Əliyevin
2013-cü il 7 fevral tarixli Sərəncamında
tapmışdır. Həmin Sərəncamda qeyd olunur
ki: “Akademik Zərifə xanım Əliyeva res-
publikamızda tibb elminin inkişafına mü-
hüm töhfələr verərək oftalmologiyanın ak-
tual problemlərinə dair sanballı tədqiqatları
ilə böyük şöhrət qazanmışdır. Onun elmi-
pedaqoji və ictimai fəaliyyəti həkimlərin
yeni nəslinin yetişməsinə və Azərbaycanda
oftalmologiya elminin inkişafına güclü
təsir göstərmişdir”.
Ali Məclisin Sədri demişdir: “Bu böyük
şəxsiyyətin keçdiyi həyat yoluna nəzər sa-
larkən aydın görmək mümkündür ki, elmi
tədqiqatların bacarıqlı təşkilatçılığı, dərin
elmi düşüncə və parlaq pedaqoji istedad
onun şəxsində üzvi surətdə qovuşmuşdur.
Böyüklüyündən-kiçikliyindən asılı olma-
yaraq, məşğul olduğu sahələrin hamısı Zərifə
xanımın istedadı və fədakarlığı sayəsində
aparıcı istiqamətə çevrilmiş və bir nümunə
səviyyəsinə qalxmışdır. Bu gün istisnasız
olaraq demək mümkündür ki, Zərifə xanım
Əliyeva həm həkimliyin, həm alimliyin,
həm pedaqoqluğun, bunlarla yanaşı isə həm
də insanlığın ali zirvəsinə yüksəlmişdir. Bü-
tün bunlar nəyin hesabına qazanılmışdır?
Şübhəsiz ki, şəxsiyyətin bütövlüyü əsas
məsələdir. Filosoflar böyük insanların hə-
yatdakı missiyasını təhlil edərkən birmənalı
olaraq həmişə şəxsiyyətin həyat yolunun
başlanğıcına və sonuna diqqət çəkirlər.
Naxçıvanda akademik Zərifə xanım Əliyevanın
90 illik yubileyi qeyd olunmuşdur
2012-2015-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərə-
vəzçiliyin inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq, muxtar respublikada unudulmaqda
olan məhsuldar meyvə sortları bərpa olunur, yeni meyvə bağları salınır. Keçirilən
iməciliklərdə də meyvə bağlarının salınması, relyefə və iqlim şəraitinə uyğun meyvə
sortlarının yetişdirilməsi diqqət mərkəzində saxlanılır.
Aprelin 13-də Naxçıvan şəhərində keçirilən növbəti iməciliklərdə də yeni meyvə
bağları salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər
İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarında – Şorsu
ərazisində keçirilən iməcilikdə iştirak etmişlər.
İməcilik keçirilən 3 hektarlıq ərazidə yeni bağ salınmış, 3500 ədəd müxtəlif meyvə
tingi əkilərək suvarılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak
etmiş, meyvə tingləri əkmişdir.
Ali Məclisin Sədri iməciliklərin davam etdirilməsi və salınan meyvə bağlarına aqrotexniki
qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Muxtar respublikada keçirilən iməciliklərdə
yeni meyvə bağları salınır
Ardı 2-ci səhifədə