22.2.
Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına
əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə
verilən əlavələr) ibarətdir.
22.3.
inzibati vəzifələrin 9-cu təsnifatı üzrə dövlət qulluqçusunun maaşının
məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün
müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin 6-cı
təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının
qanunvericiliyi ilə yardımçı vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına
bərabər tutulur. Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği dövlət qulluğu
vəzifələrinin təsnifatına uyğun müəyyən edilir. (2, 33)
22.4.
Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli (34), yaxud xü- sı.silə
ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir.
Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği
Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.
22.5.
Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının
Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir.
22.6.
Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul
edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün
qanunvericiliklə (2) müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir.
22.1.
Dövlət qulluqçusuna (34) qulluq stajına görə xidmətin ikinci ilindən
başlayaraq əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş
qaydada (9) artırılır. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir (2). Bu maddə
Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar
Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi
icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri,
yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil
olunur (10).
22.8.
Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə
haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə
müəyyən edilir.
21
Madda 22-1. Dövlət qulluqçusunun təcrübə, yenidənliazırlannta və
ixtisasartırma keçinəsi (34)
22-1.1. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma
keçməsi dövlət qulluqçusunun əlavə peşə təhsilini təşkil edir.
22-1.2. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma
keçməsi vaxtı onun qulluq stajına daxildir.
22-1.3. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma
keçməsi üçün aşağıdakılar əsasdır:
22-1.3.1. dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi;
22-1.3.2. dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi;
22-1.3.3. dövlət qulluqçusunun attestasiyası və ya onun xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticəsi;
22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbiMİ.
22-1.4. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma
keçməsi həmin dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
22-1.5. Dövlət qulluqçusunun yenidənhazırlanma və ixtisasartırma keçməsi
dövlət təhsil müəssisələri və mərkəzləri tərəfindən aparılır.
22-1.6. Dövlət qulluqçusu əlavə peşə təhsili almaq üçün xarici ölkələrə ezam
edilə bilər.
22-1.7. Dövlət qıılluqçu.sunun əlavə peşə təhsili qullııqkeçmədən ayrılmaqla,
qismən ayrılmaqla və ya ayrılmaniaqla həyata keçirilir.
22-1.8. Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və
maliyyə təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfimdən təsdiq edilən
qaydalarla tənzimlənir. (34)
Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı
23.1.
Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu
maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq
Qanunu ilə müəyyən edilir.
23.2.
Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət
illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi
üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.
23.3.
Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına,
əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən
çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həd
------------------------------------- 22 ---------------------------------------
dinə və əmək pensiyası alınaq hüququna (32)
malik olmayan dövlət
qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin
edilir. (2)
23.4.
Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə
olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara
uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfimdən müəyyən edilən qaydada
yenidən hesablanır. (9)
23.5.
Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını
itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə (24) pensiyanın
müvafiq qanunvericiliklə (2) müəyyən edilən faizi ödənilir.
Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması
24.1.
Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması
hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlan- dınlmasının növləri
və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
24.2.
Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və
vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Onun
xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi “Vətənə xidmətə görə” ordeninin üç
dərəcəsi, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, digər orden və
medallarla təltif olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını
almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və
onlara fəxri adların verilməsi haqqında əsasnamələr və qaydalar qanunvericiliklə
müəyyən edilir.
Maddə 25, Dövlət qulluqçusunun məsuliyyəti (34)
25.1.
Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilmə- məsi və
ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu qanunla müəyyən edilmiş
məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa,
intizam məsuliyyətinə səbəb olur.
25.2.
Dövlət qulluqçusu bu qanunun l8-ci, 20-ci və ya 25.8-ci maddələrində
nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh
tədbirlərindən biri tətbiq edilə bilər:
25.2.1.
töhmət;
25.2.2.
bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək
azaldılması;
23
Dostları ilə paylaş: |