1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
Süleymanov Elvin Natiq oğlu
(MAGİSTRANTIN A.S.A)
“
Azərbaycanda turizmin inkişafının sosial-iqtisadi rolu
” mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı __060404 “İqtisadiyyat”_
İxtisaslaşma “Turizmin iqtisadiyyatı”
Elmi rəhbər:
_________________________
Magistr proqramının rəhbəri:
______________________________
Kafedra müdiri
_________________________
BAKI - 2016
2
Mündəricat
Giriş ...................................................................................................................3
I FƏSİL: Turizmin inkişafının nəzəri-metoloji əsasları
1.1. Turizmin sosial- iqtisadi mahiyyəti və inkişafının nəticələri......................5
1.2.Turizmin inkişaf dinamikası və əsas amilləri.............................................13
1.3. Turizmin inkişafının müasir problemləri.................................................. 21
II FƏSİL: Azərbaycanda turizmin inkişafının mövcud
vəziyyəti və dinamikası
2.1. Turizmin regional xüsusiyyətləri və Azərbaycanda formalaşmasının tədqiqi..29
2.2. Turizm potensialının formalaşma mənbəələri və təhlili ..................................37
2.3. Azərbaycanda turizmin inkişaf nəticələrinin təhlili........................................45
III FƏSİL: Azərbaycanda turizmin inkişafının
perspektiv istiqamətləri
3.1. Azərbaycanda turizmin sosial-iqtisadi səmərəsinin yüksəldilməsi yolları... 54
3.2. Turizmin inkişaf mexanizmlərinin təkmilləşdidirilməsi................................63
3.3. Azərbaycanda turizmin inkişaf perspektivlərinin proqnozu..........................72
Nəticə və təkliflər ...............................................................................................80
İstifadə edilmiş ədəbiyyat...................................................................................83
3
G İ R İ Ş
Mövzunun aktuallığı –
Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial
institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın
həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. Azərbaycan
dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru
üzrə prioritet istiqaməti elan etmişdir. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər,
qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir
daha sübut edir. Dövlət və regional səviyyələrdə həyata keçirilən sosial siyasətdə
turizm strateji əhəmiyyətli məsələ kimi çıxış edir.
Tədqiqatın məqsədi və vəzifələri – tədqiqat mövzusunun məqsədi Azərbaycanda
turizmin sosial-iqtisadi səmərəsinin yüksəldilməsi və inkişaf potensiallarının təhlili
yollarının araşdırılmasıdır. Müəyyən olunmuş məqsədə çatmaq üçün qarşıya
aşağıdakı vəzifələr qoyulmuşdur:
- Azərbaycanda turizmin inkişafının mövcud vəziyyətinin araşdırılması;
- Turizm sahəsində ölkədə həyata keçirilən dövlət siyasəti və proqramlarının
öyrənilməsi;
- Turizmin ölkə regionlarının və ümumi iqtisadiyyatın inkişafına təsirinin
öyrənilməsi;
- Turizmin inkişaf və təkmilləşdirilməsi yollarının araşdırılması;
Tədqiqatın predmeti – Tədqiqatın predmetini Azərbaycanın turizm sisteminin
inkişaf perspektivləri təşkil edir.
Tədqiqatın obyekti – Tədqiqatın obyektini isə turizm sahəsinin Azərbaycan
İqtisadiyyatının sosial-iqtisadi inkişafında əsas prioritet sahə kimi seçilməsi, mövcud
vəziyyəti, problemləri və inkişaf perspektivlərinin araşdırılması və təhlili təşkil edir.
Tədqiqatın elmi yeniliyi – Tədqiqat işində Azərbaycan turizminin mövcud vəziyyəti
sahələr və regionlar üzrə hərtərəfli araşdırılmış, inkişaf potensialı təhlil edilmişdir.
Dövlətin turizm siyasəti və onun istiqamətləri araşdırılmışdır.
4
Tədqiqatın informasiya bazası - Turizmin inkişaf konsepsiyası, onun qanunları,
ölkə iqtisadiyyatında gələcəyə baxış konsepsiyası, turizm nazirliyinin fəaliyyət
mexanizmləri və beynəlxalq turist təşkilatlarının əsas iş prinsipləri, Azərbaycanda
turizm sisteminin inkişafı mövzusunda müxtəlif yerli və xarici məqalə və
ədəbiyyatlardan istifadə olunmuşdur. Ölkənin turist ixrac, idxalına, yerli və xarici
investisiyalarına dair və digər statistik göstəricilərinin öyrənilməsində Dövlət
Statistika Komitəsinin, və s. rəsmi statistik məlumatlarından istifadə olunmuşdur.
Tədqiqatın praktik əhəmiyyəti – Dövlətin qeyri – neft sektorunun inkişafında
turizmin prioritet sahə kimi seçilməsini nəzərə aldıqda bu mövzunun araşdırılması,
təhlili, Azərbaycanın regional və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən
birinə çevrilməsi perspektivləri gələcəkdə elmi konfranslarda iştirak üçün, həmçinin
Turizm sistemini öyrənilməsi və təkmilləşdirilməsində istifadə oluna bilər.
İşin strukturu – Dissertasiya işinin birinci fəslində daha çox turizmin inkişafının
nəzəri-metoloji əsasları müzakirə olunmuşdur. Bu fəsildə turizmin sosial- iqtisadi
mahiyyəti və inkişafının nəticələri, onun inkişaf dinamikası və əsas amilləri, turizmin
inkişafının müasir problemlərinə dair məlumatlar verilmişdir.
Dissertasiya işinin ikinci fəslində Azərbaycanda turizmin inkişafının mövcud
vəziyyəti regionların iqtisadiyyatında rolu və yeri, bu sahədə dövlətin həyata
keçirdiyi siyasət və proqramlar, onların turizm sisteminin inkişafına təsiri
araşdırılmışdır. Dissertasiyanın üçüncü fəslində Azərbaycanda turizmin sosial-
iqtisadi səmərəsinin yüksəldilməsi yolları, turizmin inkişaf mexanizmlərinin
təkmilləşdidirilməsi, Azərbaycanda turizmin inkişaf perspektivlərinin proqnozu və
ölkədə turizm potensialının, inkişaf perspektivlərinin təhlili aparılmışdır.
Ümumilikdə dissertasiya işi - mündəricat, giriş, hərəsi 3 sualdan ibarət 3 fəsil,
nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat, və dissertasiya işinin referatından
ibarətdir.