Azərbaycan Respublikası
Nazirlər Kabineti Aparatının rəhbəri
cənab Ağa-Bala Hacıyevə
04 mart 2016-cı il tarixli
17/PA-368-13 nömrəli dərkənara
Hörmətli Ağa-Bala müəllim,
Azərbaycan Respublikası “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin müraciətinə Səhiyyə Nazirliyində baxılmışdır.
Bildiririk ki, Çernobıl AES-də baş vermiş qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış şəxslər, onların qəzadan sonra doğulmuş övladları və həlak olanların ailə üzvləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətlə, həmçinin dərman preparatları ilə təmin olunurlar.
2013-cü ilin mart ayında qəbul olunmuş “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu Çernobıl əlillərinin övladlarına tibbi nəzarətin artırılması, müayinəsi, xəstəliklərin erkən aşkarlanması və müalicəsi üçün geniş imkan yaratmışdır.
Bununla yanaşı, Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış şəxslərə, onların qəzadan sonra doğulmuş övladlarına və həlak olanların ailə üzvlərinə tibbi xidmətin aparılmasının daimi nəzarətdə saxlanılması barədə Səhiyyə Nazirliyinin tibb müəssisələrinə müvafiq tapşırıqlar verilmişdir.
Hörmətlə,
Nazir Oqtay Şirəliyev
Dostları ilə paylaş: |