145. AT BOYDA CANAVARLAR
Əmimgil dağda görüflər ki, bir dəsdə at var. Əmim deev, ə, atım yoruluf, qoy bunun birin tutum. Demeynən, at döyül, canavarmış. Əlin belə atıf ki, tuta, qayıdıf buna belə tərs-tərs baxıf. Baxanda bu qorxuf, atı çapıf aralanıf. Sora başa düşüflər ki, canavar dəsdəsi. O da dağda oluf. Yekeymişdər, at boydaymışdar.
146-147. TƏRƏKƏMƏ ALAÇIĞI
Alaçığı dağda qururdular. Uzun-uzun ağaşdar var ey, onnardan. Zoğal ağacınan. Başqa meşə ağaşdarı da olsa, olur. Hansı əyilirsə, onnan. Qırırdılar, çubuğu biləyim yoğunnuxda. Belə-belə mıxları sancırdılar, çubuğu qoyurdular onun yerinə. Ya yer boş olanda (torpağın yumşaq olmasını nəzərdə tutur – top.) elə-belə sancırdılar. Evin boyu on metir olanda ora yarım metirdən bir iyirmisin sancırdın çubuğun. İyirmi o tərəfə, iyirmisin bu tərəfə, iyirmi arxaya, iyirmi qabağa. Düz hamısın, elə bil, ip tutufsan. Bunu elə basdırasan gərəy, başdarı biri-birinə düz gəlsin, çubuğun üjdəri nəziy olur də. Bu üjdərin ağız-ağıza qoyurdux, bir neçə yerdən çubux bağıynan bağlıyırdıx. Başdan iki tərəfdən bunu on metirrihdən, iyirmi metirrihdən belə bağlıyırdıx çubux bağıynan. Qəşəh qırmızı qatmalardan bağlar qayırıdıx, belə sallanırdı hamısı dərə aşağı. Elə bil ki, qırmızı güllərdi ey. Rəhbərəh kəndir (bağ) hörürdüh, hərəsinin də altında bir qotaz. Nə bilim, əlli dənə, atmış dənə kəndir hörürdüh dana irəhbərəh ifdən. (Toxudumuz gəvələrin kəsiy iflərinnən). Onun kəndirin hörürdüy, onnan da belə qəşəh çubuğların arasın bağlıyırdıx ki, küləh vuranda qopmasın.
Boyu (uzunluğunu nəzərdə tutur – top.) on metirdisə, ona alaçıx deyirih. Hamma iyirmi metir tikəndə muxuru deyirih. Muxuru böyüh olurdu. Alaçığı keçeynən bağlıyırdıx. Keçəni nətəəri eliyirih? Keçəni hazırrıyana atıcı28 deyirdih. Qoyunnar qırxılanda yunun yuyurdux, çırpırdıx, gediv atıcı gətirirdih. Tökürdüh bu yunu xırmana. Atıcı gəlirdi, yaynan partapart atırdı, yığırdı. Qazanı qaynadırdı suynan, atıcı yunnan götürüf bir parçanın arasına qoyurdu belə yekə. O suyu tökürdü o yunun üsdünə. Ox deyirdilər. Oxa doluyurdu. Oxa doluyannan sora bir yer qayırırdı. O atıcının simi var, bir də belə ağacı var də, dəmiri var. Onnan bu yunu belə içində çırpırdı, çırpırdı, açılırdı. Onu belə on metir, om beş metir (evin boyunnan asılıdı o) salırdılar. Evdən də yarım metir bu yannan sallanmalıdı. Onun ölçüsündə keçəni salırdılar. Düzürdülər yunu. Düzənnən sorasına bunu bax-bax belə eşirdilər (göstərir – top.). İndi dört dənə, beş dənə kişi biri burdan, biri burdan təpiyiynən vururdu. Belə-belə, belə-belə, vura-vura, vura-vura çatdırırdılar o başa. Bir də ordan vura-vura, vura-vura qayıdırdılar bu başa. Yun bitir axı, yunu açıllar. Bu yun tamam bitiv olur belə ağapbax keçə. Dümağ. Sora ona qara yunnan naxış qoyurdular, hərif yazırdılar, bu kimin alaçığıdı, bu kimin evidi. Bir də görürdün kü, yannara qırmızı da yazırdılar, onnan qara yun da qoyurlar, bənöyüş də (hər cürə qoyun var də). Onun yunnarınnan da keçəni helə bəziyirdilər. Deməli, keçənin biri üsdünündü, ikisi yannarınındı, biri arxasınındı, ikisi qapısınındı.
Qapıya da qapılıx deyirdih. Qapılığı hanada toxuyurdux qırmızı ipdən, gəbə-zad toxunan ipdən toxuyurdux. Gəbə kimi toxumurduğ ha, elə-belə palaz kimi toxuyuv onu da qapıya asardılar. Alaçığın qabağına da əvvəldən bir dəmir aşağıdan, bir dəmir yuxarıdan, birin ortadan vururdular. Heylə qoyuv alaçığı tikəndə onu da qapıya vururdular. Açanda açıf girirdilər, çıxanda da örtürdülər.
Keçə qoymurdu alaçığa yağış dama. Üsdünnən süzüf gedirdi. Qarım29 çəkirdih çöldən, keçənin ujun qoyurdux qarıma. Bu keçədən süzülən su tökülür qarıma. Qabağını açırsan, ağzıaşağı çıxır, gedir. Yerə də keçəni döşüyürdüh. Üsdünnən də gəbələri döşüyürdüh. Yan döşəhləri qayırırdığ ey, bu qəlbilihdə. Enini elə eliyirdih ki, bir adam oturanda elə olsun ku, ayıf da olmasın, arxasın da tutsun, qabağın da, soyux çəhməsin. Alaçığı heylə qəşəh tikirdilər, heylə döşüyürdüh. Qapını açanda adamın üzünə gülürdü. Bu otaxlar nədi onun yanında. Bizim helə evlərimiz vardı.
Kim varrıdı, onun alaçığı da yaxşıydı. Məsəlçün, bu, filan yüzbaşının evidi. Onnan tanınırdı ki, bunun evi muxurudu. Adi adamnarın alaçığı adi olardı. Amma böyüh adamların alaçığı muxuru olardı. Yan-yana üş-dörd muxurunu tikərdilər. Varrı adamdı də, bunun min qoyunu var. Qoyun yatanda bir uju burda, bir uju harda.Yaylağın bir tərəfini götürürdü. Alaçığına da girəndə ləzət alırdın, alışıf-yanırdı. Deməli, mitilə prasdoy parçadan üz çəkif evə qoymazdılar. Hamısı o vaxdın xar-xar parçaları olardı. İndiki ipəhlər hamısı çürüh şeylərdi. O vaxdın paltarı indi yoxdu, parçası yoxdu, yeməyi yoxdu, ləzəti yoxdu.
147.
Bizdə çadır-madır yoxuydu. Alaçığa qışda yer evi deerdih. Öy yeri adı verirdih ona. Nəydi bu ev yeri? Torpağı qazırdıx bura qədər (sinəyə qədər). Eni olurdu hardasa üş metir. Uzunu olurdu hardasa dörd metir. Dördün üçə. Təxmini deerəm, elə olardı da. Çünkü on iki qəlif gederdi. Qəlivin biri iki metir. Onun on ikisi tikilirdi bir-birinə, baş keçə deerdilər ona. Üş-dört adam götürürdü onu, o tərəfli, bu tərəfli. Qoyurdux çuvuxlar bərkidilən yerə. Otuz iki dənə çuvuxnan tikilərdi alaçıx. Özü də fındığ ağacınnan olur bular. Başqa ağaşdan yox. Onun yoğunnuğu iyirmilih turba boyda olur. Özü də çox yüngül olur olar. Çubuxların addarı var: orta çuvux, baş çuvux, gədə çuvux. O orta çuvuğun biri burdan sancılır, biri ordan. Ağız-ağıza gəlillər, bir-birinə bağlanıllar. Gədə çuvuğu – ikisi oannan, ikisi buannan. O gədə çuvuxların hamsı o cür qabax-qabağa bağlanardı, orta çubuxlar bağlanannan sora. Orta çubux iyirmi dört dəneydi. Dört dənə gədə çubuğudu. Kənardan biri burdan, çuvuxların arxasınnan sancılır böyrünə. Biri də o biri tərəfinnən bağlanır qarşı-qarşıya. O bağlanır o orta çuvuxlara. Gədə çuvux dörd küncün çuvuğudu. Baş çubux ən uzunudu. İkisi də arxadan bağlanır. Olar da qavax-qavağa gəlir, bağlanır. Baş çubux qavaxdan, arxadan bağlanır. İkisi gənə qavaxdan, (qapı deerih) o qapının yanınnan bağlanır. Deməh, otuz iki çuvuxdu, on altısı bu tərəfdə, on altısı o tərəfdə.
Səbəb nədi, niyə fındıx çubuğunnan? Həm əyilməyi rahatdı, həm də sınmır. Onu da yerə sancanda boş yer olanda heş-zad olmur, elə ujunu, türkün məsəli, sancırsan yerə. Qılçannan basırsan, güjnən girir yerə. Ama dağ daşdıxdı. Orda mıx deellər, ağaşdan qayrılma olur. Onu ağaşdan qayrılma toxmaxnan çalırdıx yerə. Təxminən bir yeddi-səkgiz santı, on santı. Ora da su tökürdüh. Sora o mıxı çıxardanda orda deşik qalır axı. Ora çuvuğun ujunu qoyannan sora bir də möykəm təkan verirdin ki, orda boşdux yaranmasın. Helə sancıf qutarannan sora iki yüz iyirmi bir çubux bağı var, o şanqalanqatar30 onun hər yeri bağlanır. Da bir də ip (bax budey bu uzunnuğundoydu) iki dəfə dolanır döşünə. Çəkirdin. İpin keşdiyi yerrərin hamsı bağlanırdı. Alaçığın qapısını xanada toxuyardı arvatdar. Toxuduxları qapı da bəzəhli olurdu. Kimi saya eliyirdi, kimi rəhli eleerdi. Baxırdı qabiliyətə. Təxminən eni olurdu bir metir, uzunu olurdu üş metir. Onun bir baş tərəfinnən, bir ortadan, bir də əyaxdan – üç yerinnən taxdıya bərkidirdih. Keçə salınmamış qapının əyağın tarazdıyırdıx ki, yerə dəyif palçığa, suya batmasın. Çəkiv orta, uzun çubuxların ortasınnan bağlıyırdığ ipnən. Orda razmeri tapannan sora keçəni aşırırdıx. Keçəni də qavaxcadan aşılıyırdıx. Altı dənə, yan qəlif deerdih. Olar bağlana-bağlana gedirdi gənə həmin bağnan. Bağlanırdı, yannar düzəlirdi, orta qalırdı açıx. Orta açıx qalanda o keçəni qaldırıf yumruluyuf qoyurdux, ağaşnan hər tərəfdən itələnirdi. Aşıra-aşıra, aşıra-aşıra gedirdih. Onun ölçüsün bilirdih də. Harda nədi, razmerin hardan qoymax lazımdı, qoyurdux. Örtürdü təmiz ortanı. Onun da yannarınnan bağları vardı. Acca belə çuvuxlardan bağlıyırdılar. Onu da sancırdılar yerə, bağlandı. İçərini lampa işıxlandırırdı. Köməy olannan sora alaçığı qurardılar bir iyimi beş dəyqiyə, yarım sahata. Üş-dörd adam. Tək olsa, biraz gej olurdu.
Ortada ojax yanırdı bizdə. Peç qoyulmurdu. Arvatdar palçığı həll eliyirdilər. Onu belə-belə yumruluyurdu əlində, bu qoldan biraz yoğun. Bax belə bant qoyurdular. Burasınnan da çıxıntı qoyurdux. Biz burda gərmə yandırırdıx. O bantdarın ujdarı gəlirdi bir-birinə tərəf, amma birrəşdirmirdih. Biz burda gərmə yandırırdıx. Üst qəlibin o küncün də, bu küncün də bağlamırdıx, açıx qalırdı. Evdə gərmə yananda tüsdü çıxır axı. Tüsdü ordan çıxsın deyin o qəlibin orası da atılırdı, burası da. İçəridə bir dənə tüsdü olmazdı. Hamsı çıxırdı. Tərəkəmə camahatında gözü xəsdə adam olmuyuf. Gərmənin tüsdüsünün hesavına insannarın gözü sağlam oluf. Söz yox ki, içəri qurumlanırdı. Tüsdünün hesavına qaralırdı. Bağlar yuyulurdu təmiz. Keçə çırpılırdı, təmizdənirdi. Amma keçəni əvvəlcədən rəhliyirdih, olurdu qara keçə. Keçənin rəhlənməsində səbəb elə həmin o qurumun, kirin əmələ gəlməsi və görünməməsi idi.
Alaçığın növləri varıydı. Bizdə qonağ evi deerdih. Qonağ evi ayrı tikilirdi. Təmiz ağ keçədən hazırranırdı. Boyax vurulmurdu ona. Üsdündə belə qara yunnardan naxış qoyurdular. Qonağ evinin çubuğu fərqliydi. Qonağ evinin çubuğu qalın soyulurdu. Amma adi evlərin çubuxlarının qabığı üsdündə qalırdı.
148-151. QOYUNÇULUQ
Qoyunun balasına əvvəl quzu deyillər, sora əmlih. Əmlih, uşax nətəər totuxlanır e, bax elə totuxlanır. Ona görə əmlih deellər. Biraz böyüyür. Onnan sora quzu yekəlir. Yekələnnən sora toğlu deerdilər. Dişisinə də toğlu deyilir, erkəyinə də. Sora kərə olur. Qulaxsız qoyunnarın adı sarı kürə, qara kərə, ağ kürə, boz kərə. Rənginə baxıv ad qoyurdux də. Kərənin qulağı gödəy olur. Kürənin qulağı uzun olur. Qulağı gödəyə kərə, qulağı uzuna kürə deellər. Ağ qaraöz varıdı, qumral varıdı. Ağ qaraöz üzü, gözü qara olurdu. Ağappağ olurdu qoyunun özü, cəmdəyi. Ona Ağ qaraöz deerdilər. Qumral da elə bax o rəngə (şabalıdı rəngi göstərir – top.) qumral deerdilər. Bənöüş də ki teyxa bənöüş olurdu dana (tünd şabalıdı rəngi göstərir – top.). Buynuzduya buynuzdu qoç deyirdih. Dişi qoyunda buynuz olmur, bircə qoşdarda olur. Təsadüf halda olur buynuzdu qoyun. Murcumnu (boğazın altından sallanan ət parçası – top.) var. Murcumnu qoyun – qotazdı qoyun.
Qoyun otaranda deellər, qoyun neçə baş otdadı? Deer, qoyun iki baş otduyur, bir kürə, bir kərə. Qavaxcan kərə otduyur, sora qayıdan başı kürə otduyur, eyni yeri.
149.
Anadan doğulanda quzuydu. Altı aydan sora oldu toğlu. Toğlu bir ildən, səkgiz aydan sora qoça gəlir. Onda olur şişəh. O dişi qoyundu ki, ana qoyun deerih. Bir il ana qoyundu, doğdu, quzu verdi, oldu şişəh. Erkəh də gənə toğlu var, şişəh var, azman var, dızman var. O da erkəhlərin adıdı. Quzudu əvvəl, sora toğlu olur. İkinci ilə keçən şişəy erkəhdi. Dişisi bala verir, bir il tamam olanda. Erkəy ikiyə keçir. İki yaşa keçir. Döl dəyişəndə ona deellər, şişəy erkəh. Erkəhdən sora artıx geder öəç. Öəç dörd yaşına keçir. Azman, dızman dört yaş, dört yaş yarımında olannardı, beşə keçənnərdi.
150.
Qoyunnarı aprel ayında, ildə bir dəfə qırxırıx. Quzuya bir yaşı tamam olanda şişəh deyirih. Orda var (Güzün qarşısındakı heyvanları göstərərək sadalayır – top.) qumral quzu, orda var qumral kərə, qumral kürə, boz kərə, boz kürə. Orda alayöz var. Alayöz nadir şeydi. Xalları olan, rəngi olannara çal kərə deyillər. Bənöyüş olannar qumral kərədi. Alayöz ağ rəh olur, gözdəri,dizi, dırnağının ujdarı qara olur.
Tərəkəmələr, əsasən, kərəni saxlıyıllar. Ətinə görə deyil. Elə kürə qoyunnar olur ki, iki qat kərədən ağır gəlir. Soyuğa davamsız olduğuna görə kürəni saxlamıllar. Qulax həssas olduğuna görə soyuxlamanı götürür. Ona görə də tərəkəmə kürə saxlamaxdansa, kərə qoyunu saxlamağı daha məqsədəuyğun bilif həmişə.
Kəlim buynuzdu qoyuna deyilir. Doğar qoyuna sağmal qoyun deyillər. Erkəy ayrı olur. Erkəh də bölünür toğlu, erkəh toğlu, soram erkəh. Erkəh toğlu ayrıdı, erkəy ayrıdı. Qaradiş öəç. O artıx şişəhlihdən keçir. Üç il-dörd il keçir. Yaşı artdıxcan azman erkəh, dızman erkəh deyillər. Deyillər, öəc erkəh də kəsdih, camahat yedi. Öəc erkəh deyəndə artıx qırx klo, otuz beş klo ət verən erkəhlərdən gedir söypət. Dörd illih, beş illiy, üç illih erkəyə öəc erkəh deyilir.
Çəpiş həmi kürədı, həm də kərədi. Kərə qulaxsızdı, kürə qulaxlıdı. Buynuzsuz çəpişə kola deyillər. İndi çəpişdi, bir az iri olsa, ona oylax deyəllər, ota çıxsa, oylağ olur. Sora böyüyür, yetginnih yaşına çatanda erkəhlərə dıbır deyillər. Sora lap böyüyünə təkə deyillər. Böyüyür, bir neçə illiy olur. Artığ ona status verilir, qoyunun qabağın çəhməyə. Erkəh, adətən, təh saxlanılır qoyunun içərsində.
151.
Yun qırxımı yazın 45-də, ildə bir dəfə olur. Savetin vaxdında iki dəfə qırxılırdı. Çünkü plan verməliydin. Ona görə heylə qırxılırdı. O iki dəfə qırxanda budey belə-belə tük olurdu (barmağını göstərir – top.). Amba bir dəfə qırxırsan, bir qarış tükü olur. Onnan da qutarır. Quzunu da iyun ayında qırxırıx. O da ildə bir dəfə qırxılır.
Heyvanın yunu onun cinsinnən asılıdı. Yorğan-döşəhdə Qarabağ cinsinin yununnan isdifadə olunur. Heyvanın qarnının altında tühlər var, bax ona qlan tüh deellər. O bəzən heyvanın üsdündə də olur, onnan istifadə olunmur. Ama Qarabağın qoyun cinsi var ki, iki kiloya qədər yun verir, üç kiloya qədər yun verir. Yəni saxlanmasından asılıdı. Azərbaycanda qaradolax kimi cinsi ləğv eliyif, savet cinsini gətirdilər, merinos cinsi. Bunun yunu səkgiz, on iki kiloya qədər gəldi çıxdı. Amba ildə bir dəfə qırxırdılar.
152-153. DÖLBURNU
Deməli, sürüdə ilk doğulan quzu, yanı ilin başlanğıcında ilk doğulan quzu dölburnu adlandırılırdı. Yanı həmən il üçün, həmən möösüm üçün döl götürürdü da. Elə bil ki, təsərüfatda məhsul götürülürdü, bunun birincisi – birinci doğulan quzu dölburnudu.
153.
Quzu döldən bir ay qabağ doğulanda ona dölburnu deyirih. Elə bil, məndə min beş yüz qalxoz qoyunu oluf. Bir gejədə, məsələn, yüz qoyun doğuf, yetmişi doğuf. Amba biri, ikisi payızdan doğulur, ona dölburnu deyillər.
154. BİJVƏR
Döl vermə vaxdınnan əvvəl doğulan quzuya bijvər deyillər. Bijvər quzuynan o birisi quzunun inkişafında fərq olur. Çünkü bijvər quzunun anası yaşca balaca olduğuna görə südü də az olurdu, yaxşı yarıda bilmir onu. Yetginnih dövrünə çatmıyıb axı bu qoyun. Birinci balası bijvər olan şişəyin sorakı balaları normal olur. Çünki sorakı quzular yetginnih yaşında doğulur.
155. QUZULAR POTRAXLAYIR
Məyyən korrux çəkən quzulara tərəkəmələr deyillər ki, quzular potraxlıyır. Bu söz işdənəndə digər tərəkəmə bilirdi ki, quzu artıx korrux çəkir. Yanı bunun, deyəh ki, ətində, çəkisində, eyni zamanda sağlamlığında prablem var. Digər tərəkəmə bilirdi ki, bunun quzularında inkişaf yaxşı getmir. O, potraxlıyıf deyəndə onu başa düşürdülər ki, nədi. Da demirdi e, quzularım xəsdələnif. Deyirdi ki, bizim quzular potraxlıyıf. Uje bilirdi ki, nədənsə korrux çəkir, yaxut da ki, hansısa bir qurt dərmanı və sayrə verməh lazımdı.
156. GƏVƏL QUZU
Anası ölürdü, yaxut da bir qoyunun balası ölürdü. Bu yetim quzuya ana, balalamış qoyuna da bala verməlidi ki çoban, nə o quzu tələf olmasın, nə də qoyun bekar qalmasın.
Anadan yetim qalan quzular inəh südüynən, qoyun südüynən bəslənirdi. Bu quzular böyüyəndə digər quzulardan fərqlənirdi. Çünkü bu, normal qidalanmadığına görə, gözü orda-burda olduğuna görə bunun görkəmi, forması digərrərinnən fərqlənirdi. Əgər Elçin həmən quzunu gətirif mənə verirdisə, mən o dəyqə bilirdim ki, Elçin mənə seşmə quzu gətirmiyif. Tutax ki, biri soruşurdu, dəəsən, sənə pay gətirmişdi. Mən də deyirəm ki, hə, sağ olsun, bir gəvəl quzu gətirmişdi. O gəvəl quzunu da Elçin mənə verməməliydi, çünkü bu quzunun qarnı-zadı yekə olurdu, damazdığa, nə də kəsif yeməyə bir o qədər uyğun gəlmirdi. Çünkü gözü orda-burda olduğuna görə, qarnın şişirtməy üçün çalışır. Bizdə bir söz də var e, ə, o gəvəl qarının biridi. Həmən o gəvəl sözü ordan gəlip. Tərəkəmə sözüdü o.
157. TƏLİMƏK
Deməli, quzu qalıv ortada, bu quzunun anası yoxdu. Ya da qoyun ekiz balalıyıf, yarıda bilmir. Bir qoyunun da balası ölüp. Təsadüfən ölüpdü balası. Yaxut da ölü bala verib. Çoban neyniyir? Bı götürürdü həmin quzunu – anası yarıtmıyan quzunu, yaxut da anası ölmüş quzunu, yaxut da məqsədli şəkildə tapdığı quzunu bı bekar qalmış qoyuna gətirirdi. Təliməh deyilən bir şey varıdı – metod. Quzunu qoyuna təliyirdi. Yanı tanıdırdı bını. Qoyunu alladırdıllar. Qoyun elə bilirdi ki, özü doğufdu. Onu məjbur eliyirdi ki, o quzunu yalasın. Bəzən üzərinə duz səpirdilər, bəzən o qoyunu təh yerdə bir səsnən-küynən aldadırdılar. Quzunu qoyunun arxa yannarına sürtürdülər, neyniyirdilər, artıx bu qoyun bunu öz balası kimi qəbul eliyirdi. Artığ o iy varıdı ha, heyvannar balalarını iynən tanıyıllar. O iyi alannan sora onu öz balası kimi qəbul eliyirdi. Belə quzuya deyirdilər, təlih quzudu. Təlih toxumnux da ola bilərdi. Çünkü onun cinsi də varıdı, sadəcə, anası ölmüşdü. Ama yetim olan – gəvəl artıx cırraşırdı. Çünkü inkişaf eliyə bilməmişdi vaxdında. El arasında bir təliməh sözü də var. Məsələn, gəlirəm, bının zəhləsin tökürəm həmişə. Bı da bir neçə adamnandı. Bu mənə acıxlanır: “Ə, bı da aralammır e, elə bil, bını maa təliyiflər.” Yanı mənim deyil, bını mənə zornan təliyiplər, uyğunnaşdırıplar, ama əslində mənim deyil.
158-160. OĞURSAX QOYUN
Balası ölən qoyuna oğursax deyirdilər. Oğursağa quzunu təliyənnən sora artığ oğursağ demirdilər.
159.
Oğursax qoyunun əmcəyinin biri kor olur. Oğursax odu.
160.
Oğursağı sürüdə saxlıyıllar ki, yetim quzuları əmizdirsinlər. Balası ölən qoyunu sürünün içində saxlayıllar, qoymullar qurutmağa. Südünün kəsilməyinə imkan vermir çoban onun. Onu dayimi əmizdirir quzuya. Onu oğursax şəklində saxlıyır da. Sürüdə elə qoyunnar var ki, doğur, amma balasın yarıda bilmir, olları saxlamağ üçündü.
161. GƏR QOYUN
Gər qoyun gejə neçə dəfə sürüyə deyir ki, dur, qaçağ, gedəy otdamağa. Duruf gəzsən, hər sürüdə bir gər qoyun tapa bilərsən. Bax o naxışdarınnan seçilir. Görürsən ki, qara zolax gedir bədənində. Məsəlçün, qırmızıdı, görürsən bırasıynan qara zolax gəlir. Yanı o gər seçilir. Tərəkəmə saxlamır onu.
162. KƏMSİY
Kəmsiy ilgəhnən bağlanır. Kəndirin hərəkət etməsi üçün halqa düzəldillər. Kəndirin əsas hissəsi həmin halqanın içərsiynən hərəkət eliyir. Kəmsiy kəndiri boğmax, sıxmağ üçün yararlı vəzyətə gətirir.
163. QANCIĞABAĞI
Hörüyü yəhərin qaşına, tərkinə bağlamağ üçün lazım olan kəndirə qancığabağı deyillər. Deməli, heybəni, xurcunu yəhərə bərkitməy üçün, hörüh kəndirini bağlamağ üçün isdifadə olunan bağdı o.
TƏRƏKƏMƏ AĞILLARI
164. KÜZ
Küzə çətyan31 döşüyürdülər. Köhnə çətyanı çıxarırdılar, təzeynən döşüyürdülər küzü. Quzu yığılırdı ora. Bir-iki günnən sora təzdən bir də dəyişilirdi. Quzu süd əmdiyinə görə onun sidiyi də çox olur və o sidiy altında torpax nəmliyir, yaş olur. Quzu da nəm yerdə yatır deyən isdər-isdəməz soyux götürür ordan. Bir də küzün divarlarına çətənə hörürdülər qarğudan, yaxut da qamışdan. Bu da onnan irəli gəlirdi ki, quzu yan divarrardan soyux götüməsin. Bir də quzular divardan torpağı yeyillər və onnarın həzm orqannarı, bağırsaxları xarab olur, qarınağrısı deyilən bir xəsdəliyə tutulur, bəzən kütləvi ölüm də ola bilir. Ona görə də küzün kənarrarını çətəneynən hörürdülər. İndi də hörüllər.
165. DƏLMƏ
Quzunu daş tikilidə bəsdəməh məqsədəuyğun deyil. Sərt keçən qışda körpə quzuları saxlamağ üçün neynirdilər? Torpağı qazırdılar. Bir metr enində, bir metir dərinniyində torpağı qazırdılar, divarrarını yenə də samannan, yaxut da qarğuynan tuturdular. Onun ağzına qapax düzəldirdilər. Dəlmə deyillər ona. Ora dört-beş quzunu atırdılar. Üsdünə də malın altınnan çıxan peyini yığırdılar.
Yerin quruluşunnan, eyni zamanda həmin adamın ənənəni necə saxlamasınnan asılı olarax, ya dəlmə düzəldirdilər, ya da külfə. Məsələn, mənim əmilərim, babam dəlmə düzəldərdilər. Elçingil də, külfə qururdular.
Təzə doğulan quzunu küzə atsan, qoyunnarın ayağı altında qalıv əzilib ölər. Digər bir küz qurulsa, təzə doğulan quzuların da o qədər nəfəsi yoxdu ku, küzü isitsin. Ən salamatı onu dəlmiyə atırdılar. Üsdünə də malın altınnan çıxmış samannı peyin atırdılar, qalaxlıyırdılar. Malın altınnan çıxmış samannı peyin isdi olur axı, məyyən qədər isdiliyi özündə saxlıyır. Gecədən sabaha qədər, yemləməy üçün də götürənə qədər, o yerin içindəki hava quzuya bəs eliyir. Yanı kənardan hava girməsi lazım deyil. Bir az dırnağı bərkiyənnən sora olar nisbətən böyüh quzuların içərsinə qatılır. Və ora döldən gələn başqa quzular salınır.
Həmin dəlmədə bəzən küçühləri də saxlıyırdılar. Əgər bərk şaxda olsa, seşmə, təmiz cins itin balaları soyuxdan tələf olmasın deyin küçühləri də dəlməyə atırdılar. Quzuların yanına atmırdılar. Ayrıca dəlmə olurdu. Kiçih çileynən bağlı bir deyim var. Deyir ki, ömrüm gödəy olmaseydı, qabağım yaz olmaseydı, küçühləri dəlmədə, gəlinnəri gərdəhdə, qarıların əlin un çualında dondurardım. Kiçih çilənin dediyi dəlmə budu.
166. KÜLFƏ
Külfə böyürə doğru qazılır. Onu yamac yerdən içəriyə doğru qazırdılar. Torpağı oyurdular belə, küyül kimi olurdu. Yenə də onun ağzı bağlanırdı və ora heç bir hava getmirdi. İçindəki qalan hava bəs eliyirdi. O da quzu yeridi, dəlmə də quzu yeridi. Bir günnüh, üş günnüh quzuları orda saxlıyırdılar. Quzu soyux görməsin deyə, soyux onu vırmasın deyə qazılır külfə.
167. GÜNƏBAXAN
Qoyun saxlanılan yerə bizim bölgədə kuz də deyillər, vana da deyillər. Vana da genə qoyun saxlanılan yerdi. Kərəsgə də deyillər, ağıl da deyillər. Onnan sora pəyə də deyillər. Quzuların saxlanası yerə boru deyillər, dəlmə deyillər, günəbaxan deyillər. Olların quruluşunnan asılıdı da ona görə. Günəbaxan yerdən təndir kimi qazıllar. Bir dənə ağızdıx qoyullar ki, günün şüası ora düşsün. Günəbaxanda quzunu əmlihləmmə devranında, körpəlih devrində, xırda devrində saxlanılır.
168-172. TƏRƏKƏMƏ İTLƏRİ
İtdəri fərqləndirəndə qurdağzı deyillər, qurdgöz deyillər. Sora kosa deyillər. Yanı görünüşünə görə onu fərkləndirillər. Qurdağzının ağzının cırımı böyüy olur. Qurtgözün gözdərinin üsdündə, elə bil ki, qaşı da olur. Qurt qəzəblənəndə alnının ortasında qırışdar əmələ gəlir. Həmən o qurtgözdər də acıxlananda, hansısa bir hücum olanda onun sifəti həmən sifəti alır. Kosa tühsüz olur. Bir var qıllı it, bir də var, kosa. (Qoçun da kosası olur. Qoça qoyunu qatanda deyillər ki, o qoç kosadı, onu qatma. Yanı yunu qısadı, barsız olur. Yunu qısa olana kosa deyilir). Deyillər, Elçinin kosa iti var e, bəs mənim canımı boğazıma yığdı, mən də ağacı çəhdim burnunun üsdünə. O da onun xətrinə dəyif da. Nağayrım? Ta uje bilir ki, Elçinin hansı itin ağaşnan vurmuşam. Yaxut da mənim yadımda qalır ki, bı kosa it adamcıldı. O birsinnən qorxmamağ olar, ama bınnan çəkinməy lazımdı. Adamcıl it adamı qapan, adamı gəmirənə deyilir. Tərəkəmə itinin əksəriyəti yad adamı tutur.
Tərəkəmənin itin vurdun, atının quyruğun qırxdın, bir də ki, onun arvadına qarşı olunan hansısa bir saymamazdıx, ya nəsə olarsa, da uje canını qurtara bilməzsən əlinnən. Bu, tərəkəmə üçün ən böyüh təhqirdi.
169.
Qızıl, Bozdar, bir də Qarabaş (söyləyici küzün qarşısındakı itləri göstərir – top.). O balaca itdərə hələ ad qoyulmuyuf. Onnar özünü gösdərənnən sora ad qoyulajax. Burdakılarnan ayaxlaşmalıdı. Gecə onun hürməsi, adamcıl olması, canavara görə səyaxlığı-flanı yoxlanannan sora status veriləcəh ki, burda qalsın. Əgər onnara uyğun gəlməsə, elə gəlip bükülüf bırda yatsa, günnərin birində Əmrah (çoban – top.) onu maşına qoyuf, aparıf, ən azı Ağcabədidə azdırıf gələjəh.
170.
İtin təzə doğulan balasına küçüh deellər. Biraz yekələnəndə erkəyinə ənih deellər, dişi olsa, qancıx. Biraz böyüyənnən sora olur it. Tərəkəmələr it xoşduyur. Çünkü it qoyunu, obanı qoruyub saxlıyır. Məsələn, çoban çörəyə getmirdi? Qardaşımın bir iti vardı, əti kəsif qoyurdu ora, it də qarool çəkirdi oturuf. İt qalırdı qoyunun yanında. Qoyunu da fırrıyır, hərriyir ki, oğru gəlməsin yanına. İtin qulağnı kəsirdilər ki, eşitmə qabiliyəti yaxşı olsun. Həm də guya qulağıynan oynuyur, eliyir. Ona görə də çoban itdərinin çoxusu qulağı, quyruğu kəsih olur. İtin qulağı, quyruğu varsa, tərəkəmə camahatı üçün bu, iti pinti saxlıyırsan deməhdi. İt yalnız qapı-bajanı yox, həm də heyvanı saxlamaxçündü əsas.
Dostları ilə paylaş: |