Alınmış nəticələrin doğruluğu ve elmi cəhətdən əsaslandırılması böyük həcmdə eksperimental material, statistik analiz, qabaqcıl avtomatlaşdırılmış radiolokasiya tədqiqat texnologiyası və müasir kompütter analizi metodlarının tətbiqi, radiolokasiya məlumatlarının yerüstü meteorologiya şəbəkəsinin məlumatları ilə tutuşdurulması, irəli sürülmüş tövsiyə və metodların təhlükəli hadisələrin ən qısa müddətli proqnozlarının hazırlanması praktikasında yoxlanılması ilə təmin olunur.
Dissertasiya işi Bakı Dövlət Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitunda yerinə yetirilmişdir. Dissertasiyanın mövzusu üzrə institutda, bilavasitə müəllifin məsul icraçılığı ilə, 2 elmi-tədqiqat işi və bir metodika hazırlanmışdır.
Dissertasiyanın əsas məzmunu təhlükəli təbiət hadisələrinə həsr olunmuş elmi-praktik konfransda (Bakı, 1994), “Təbii ehtiyatların qiymətləndirilməsi və təbiətdən istifadə” mövzusunda elmi-praktik konfransda (Bakı, 2003), “Şəki-Zaqatala zonasının təbii-dağıdıcı hadisələri və regionun ekocoğrafi problemləri” mövzusunda elmi-praktik konfransda (Şəki, 2005), “Физика облаков и активное всздействие на гидрометеорологические процессы” mövzusunda Ümumrusiya konfransında (Nalçik, 2005), dağlıq ərazilərin davamlı inkişafına həsr olunmuş elmi konfransda (Bakı, 2006), «Погода и Биосистемы» mövzusunda beynəlxalq konfransda (Санкт Петербург, 2006), “Energy, Ecology, Economy” mövzusunda 9-cu beynəlxalq konqresdə (Bakı, 2007), “Natural Cataclysms and Global Problems of The Modern Civilization” mövzusunda beynəlxalq simpoziumda (Bakı-İnsburq, 2007), Fövqəladə şəraitlərdə təhlükəsizliyin idarə olunması” mövzusunda 4-cü beynəlxalq konfransda (Bakı, 2007), doluya qarşı mübarizə işlərinin başlanmasının 40 illiyinə həsr olunmuş elmi-praktik konfransda (Nalçik, 2007), “Dağlıq regionların coğrafiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfransda (Tbilisi, 2008), “Росгидромет -175, научные проблемы и пути их решения” mövzusunda elmi konfransda (Moskva, 2008), “The 6-th European Conference on Radar in Meteorology and Hydrology” (Sibiu-Romania, 2010) və bir sıra digər elmi konfrans və seminarlarda məruzə edilmişdir.
Dissertasiyanın mövzusu üzrə 42 elmi məqalə və tezis dərc edilmişdir.
Dostları ilə paylaş: |