51
Aborigenlərdən Zuni-yə qədər "ən yüksək ehtimallara görə qeyri-
davakar" 395 xalq üçün etnoqrafik dəlilləri sitat gətirir. (1995: 595-619)
Antropoloji ədəbiyyatı gözdən keçirən Bryus D. Bonta (1993)
insanın "sülhməramlılıq" imkanlarını nümayiş etdirən qırx yeddi
cəmiyyəti müəyyənləşdirir.
Sülhməramlılıq… şəxslərarası ahəngin qorunması üçün
nisbətən yüksək dərəcəli şəraitin oldüğü müəyyən edilir;
böyüklər, böyüklərlə uşaqlar, fərdlər arasında çox az fiziki
zorakılıq halları qeydə alınır; konfliktlər və zorakılığın
qarşısını almaqdan ötrü həyata keçirilə bilən strategiyalar
inkişaf etdirmişdir; başqa xalqlarla münasibətdə müharibə
kimi zorakılıqların tətbiq edilməsindən boyun qaçırmağ
məqsədi qoyulmuşdur; onların uşaqları sülh yollarını qəbul
etmək üğrunda tərbiyyə edilir; və özləri sülhsevər kimi güclü
anlayış sahibləridir (4).
Bonta sülhməramlılıq dəlillərini Amiş, Anabaptists, Balines, Batek
Birhor, Brezren, Buyd, Çevong, Douxobors, Fipa, Fore, G/vi, Hatterites,
Ifaluk, Inuit, Jains, Kadar, Kung, Ladaxis, Lepças, Malapandaram, Mbuti,
Mennonites, Montagnais-Naskapi, Moravians, Nayaka, Nubians, Onge,
Orang Asli, Paliyan, Piaroa, Quakers, Rural Norzern Iriş, Rural Thai, San,
Sanpoil, Saltauks, Semai, Tahitians, Tanka, Temiar, Toraja, Tristan
Islanders, Waura, Yanadi, Zapotec və Zuni arasında müəyyən edir.
Sonrakı tədqiqatında Bonta (1996) bu xalqlardan iyirmi dördünün
arasındakı konfliktlərin həllinin öyrənilməsində belə nəticəyə gəlir :
Qərbi alimlər tərəfindən təsdiq edilən bir neçə ümumi anlayış
təxminən münaqişə və münaqişənin həlli onun sülh yolu ilə
həlli naminə, elə bu cəmiyyətlərin müvəffəqiyyətinin xeyrinə
araşdırıla bilər: yəni ki, zorakı konflikt bütün cəmiyyətlərdə
qaçılmazdır; cəza və silahlı qüvvə daxili və xarici zorakılığın
qabağını alır; siyasi strukturlar konfliktlərin qabağını almaq
üçün zəruridir; və konflikt müsbət qarşılanmalı və zərurət kimi
yanaşılmalıdır. Əks dəlillər bunlardır: sülhsevər cəmiyyətlərin
tam yarısında heç bir zorakılıq hadisəsi qeydə alınmayıb; onlar
yetkin insanları nadir hallarda (sürgün etmə təhdidi istisna
olmaqla) cəzalandırırlar; onlar daxili konfliktlərə yanaşdıqları
eyni sülh yollarla xarici cəmiyyətlər ilə konfliktlərə də eyni ilə
52
münasibət göstərirlər; onlar daxili münaqişələr zamanı xarici
hökumətlərə müraciət etmirlər; və onlar konfliktlərə qarşı
olduqca mənfi nöqteyi-nəzərlərə malikdirlər (403).
Uşaq sosiallaşdırılması və cəmiyyətin özünü müəyyənləşdirməsi
zəruri olub cari antropoloji araşdırmaların nəticəsinə əsasən zorakılığın
cəmiyyətlərdə səviyyəsinin yüksək və ya cüziliyini başqa faktorlar
arasında diferensiyalayır. (Fabbro 1978). Onların əhəmiyyətləri Duqlas P
Fray (1994) tərəfindən müqayisəli tədqiqat iki Meksikalı Zapotek
kəndinlərinin oxşar sosial-iqtisadi xüsusiyyətlərində, lakin nəzərə
çarpacaq dərəcədə fərqli zorakılıq hadisələrində öyrənildi . Qətlin
nadirdir olduğu sülhsevər La-Pasda vətəndaşlar özlərini "hörmətli,
sülhsevər, qeyri-xəbis və kooperativ olaraq özlərini qiymətləndirir"(140).
Qonşu zorakı San Andres-də "zorakılığa göz yuman dəyərlər sistemi və
ya geniş kompensasiya edən inam" var (141). Bu münasibətlər qadınlara
qarşı hörmətin çatışmazlığı , arvadını döymə, uşaqların fiziki cəzası,
sözə baxmayan uşaqlar, and içmələr, sərxoş vəziyyətində dava və
seksual rəqabətlər, düşmənçiliklər və qisasçılıqlarla müşayiət edilir.
Maddi və struktur şəraitlərdə demək olar ki, vəziyyət eynilə, San
Andres-də qətl hadisələrinin səviyyəsi 100 000 üçün La-Pasda 3.4 ilə
müqayisədə 18.1-dir. Bu müqayisə bizə insan xüsusiyyəti haqqındakı
pessimizmi başa düşməyə kömək edir və zorakılığa göz yuman
cəmiyyətin normalarını qətl ilə əlaqələndirir; qətldən imtinaya olan inam
və dəyərlər Qeyri-öldürücü etmiş cəmiyyətə meyl oyadır.
İnsanın qeyri-öldürücü bacarıqlarını təsdiqyən dəlillər əsasında elmi
dəstək heyvan davranışları, davranışın genetikası, bioloji antropologiya,
etologiya, neyrofiziologiya, fiziki antropologiya, siyasi psixologiya,
psixiatriya, psixobiologiya, psixologiya, sosial psixologiya üzrə
mütəxəssislərin beynəlxalq qrupu tərəfindən 16 May, 1986-cı ildə tarixçi
Sevilyanın "Zorakılığa dair Ərizə" -də əsasını taparaq nəşr edildi. Onlar
təsdiq etdilər ki:
Bizim heyvan əcdadlarımızdan müharibə etmək üçün
tendensiya aldığımızı demək ELMİ NÖQTEYİ-
NƏZƏRLƏRDƏN YANLIŞDIR… Müharibə və ya istənilən
başqa zorakı davranışın bizim insan təbiətimizdə genetik
proqramlaşdırılmasının deyilməsi ELMİ NÖQTEYİ-
NƏZƏRLƏRDƏN YANLIŞDIR… İnsan təkamülünün
53
gedişində davranışın təcavüzkar formasının mərhəmətli
davranışa üstün gələrək daha güclü çıxmasını demək ELMİ
NÖQTEYİ-NƏZƏRLƏRDƏN YANLIŞDIR… Insanlar
"zorakı beyinə" malikdir demək ELMİ NÖQTEYİ-
NƏZƏRLƏRDƏN YANLIŞDIR… Müharibə 'instinkt' və ya
istənilən hər hansı səbəbdən baş verir demək ELMİ
NÖQTEYİ-NƏZƏRDƏN YANLIŞDIR.
Stanford psixiatrlarının qətldən imtinaya dair nikbinliyə uyğun olaraq
Sevilya alimləri elan edir:
Belə nəticəyə gəlirik ki, insan biologiyası onu müharibəyə
təhkim etmir və humanizm bioloji pessimizmin qeyri-
iradiliyindən insanlığı azad edə bilər, eləcə də bu, Beynəlxalq
Sülh İlində və növbəti illərdə ehtiyac duyulan transformasiya
təşəbbüsü məsələlərinə səlahiyyət verilə bilər. Baxmayaraq ki
bu məsələlər instusional və kollektivdir, onlara görə
pessimizm və nikbinlik kritik faktorlarlardan sayılan fərdi
iştirakçıların şüurundan asılıdır. 'Müharibə etmək düşüncəsi
ilk öncə elə insanlaarın fikirlərindən baş qaldırdıqları üçün,
həmçinin sülh yaratmaq fikri də eyni ilə bizim fikirlərimizin
məhsuludur. Müharibəni icad etmiş eyni şəxslər sülhü də icad
etmək bacarığına malikdırlər. Məsuliyyət bizim hər birimizin
üzərinə düşür. (Adams 1989: 120-1; 1997).
Avqustun 2-si, 1939-cu ildə Albert Eynşteyn Prezident Frenklin D
Ruzveltə yazdığı öz məktubunda atom fizikasının daha inkişaf edərək
irəli getdiyini və bu inkişafın "yeni tipli çox güclü bombalar" -ı "ixtira
edilməsini mümkün etdiyini" xəbər verir. (Natan və Norden, 1968: 295).
Bu, məşvərətçi komitənin formalaşması, bura Birləşmiş Ştatlar
Hökumətinin ilk altı min dollarlıq investisiyasının qoyulması,
milyardlarla dollarlıq Manhettan Layihəsinin təşkilatı və altı il sonra
dünyanın birinci uran və plutonium bombalarının yaradılması və
istifadəsi ilə nəticələndi. Yetmiş il keçəndən sonra insanın Qeyri-
öldürücü bacarıqlarını elmi dəlillər ilə sübut etmək olar, belə ki,
bütövləşdirib inkişaf etdirən insanın özünü tənzimləmə bacarığı eləcə də
sistematik olaraq qətldən imtinaya üstünlük verə bilər. Belə dəlillər
arasında getdikcə daha çox antropologiya, kriminologiya, təhsil, tarix,
dil, ədəbiyyat, fəlsəfə, psixologiya, siyasət elmi, din, sosiologiya, dil və
Dostları ilə paylaş: |