Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad



Yüklə 57,98 Kb.
səhifə1/5
tarix11.05.2022
ölçüsü57,98 Kb.
#86723
  1   2   3   4   5
kenan etika


Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad

Universiteti Nəzdində Qida Sənayesi Kolleci

Sərbəst iş

Fənn:Pese etikasi ve estetikasi

Müəllimə: Mirzeyeva Gülnarə

Fakultə: Mehmanxana turist sanatoriya-kurort komplekslərində iaşə Ve servis

Mövzu: Elmin etikası

Qrup: MT-020

Kurs: 2

Tələbə: Əhmədli Kənan



Plan:

  1. Giriş

  2. Elmin etikası

  3. Əxlaq və elm

  4. Yevgenika və genetik nəzarət etikası

Giriş


Baxmayaraq ki, bu gün elm və texnologiya bir növ yeni və ya ümumbəşəri etikanın yaradılması zərurətinə səbəb olan amillər sırasındadır, lakin bəlkə də pozitivist ruhda bu vəzifə mümkün deyil və bioloqların, genetiklərin xəbərdarlıqlarını eşitmək daha qorxuludur. , həkimlər bəşəriyyətin zahiri görkəmi, hətta bədən əsaslarının deformasiyası kimi məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyayıq. Genefondun dağıdılması, gen mühəndisliyinin cəsarətli addımları belə yeni üfüqlər açır, eyni zamanda uğursuz imkanlar: «Frankenşteynin Kabusunun yaradılması», insanın təkamül uyğunlaşmalarını təhrif edə bilən «mutant genlərin» sərbəst buraxılması, süni mutantların kütləvi istehsalı. Onun strukturuna düzgün düşünülməmiş müdaxilələr nəticəsində əsas genetik kodun pozulması ehtimalı istisna edilmir. İnsan populyasiyalarının genetik yükü artır.

Ola bilsin ki, qeyri-zorakılıq etikası və yarı ekzotik və sadəlövh-utopik dizayndan gələn dialoq bu sürətlə dəyişən dünyada etik düşüncənin və bəşəriyyətin sağ qalmasının mərkəzi məqamlarından birinə çevrilir. Ona görə də biologiyada, tibbdə, genetikada etik aspektlərlə bağlı gedən müzakirələr təkcə nəzəri maraq doğurmur. Həm də bu və ya digər şəkildə hamımız üçün praktikdir.

Fəlsəfi elmlər sistemində mühüm yer tutan etika insan idrakının ən qədim sahələrindən olan əxlaq haqqında elmdir.

Hələ ibtidai dövrdə insanların müəyyən adət-ənənələr, qaydalar, qadağalar və s. Formada mövcud olan münasibətləri zaman keçdikcə mürəkkəbləşir, yeni məzmun kəsb edirdi. Bu münasibətlər ibtidai insanların dünya haqqında təsəvvürlərini təşkil edən totemizm, animizm, fetişizm və magiyanın təsiri altında dəyişirdi. Həyat fəaliyyəti prosesində inkişaf edən bu təsəvvürlər əsatir fəlsəfəsinin formalaşmasını təmin etdi.

İlk sinifli cəmiyyətdə insanların şüuru xeyli irəliləyərək əsatiri yaratsa da, Qədim dövrə xas olan mifoloji dünyagörüş hələ yalnız «fəlsəfənin kandarına» çatmaqda idi. Bununla belə, sinkretik (bölünməmiş) mifoloji dünyagörüş dünya haqqında tam təsəvvür yaradan, dünyanı bütöv, küll halında öyrənən fəlsəfi dünyagörüşün sələfi oldu. Sinkretik mifoloji dünyagörüş insanların siyasi, hüquqi, dini, elmi, fəlsəfi, əxlaqi, estetik və s. Görüşlərini vəhdətdəəks etdirirdi.

Tam fəlsəfi dünyagörüş isə məhz antik quldarlıq dövründə formalaşdı. Qədim Hindistan və Çindəəsası qoyulmuş müxtəlif fəlsəfi sistemlər məhz antik dövrdə bitkin nəzəriyyə və məktəblər şəklinə düşərək sürətlə inkişaf etməyə başladı.

Mifoloji dünyagörüşün fəlsəfi dünyagörüşə keçə bilməsinin əsas səbəbi fəlsəfənin «əsas məsələsinin» konkretləşməsi oldu. Dünyanın necə yaranması, insanın ölümü, həyatı və s. Kimi suallar insanları hələ qədim dövrdən maraqlandırsa da, o zaman onlar bu problemlərə sırf mifoloji aspektdən yanaşır, bunları fəlsəfi cəhətdən nə ümumiləşdirə, nə də dərk edə bilirdilər. Bu problemlərə fəlsəfi münasibətin bəslənməsi bütün dünyada demək olar ki, eyni vaxtda – təxminən e.ə. I minilliyin ortalarında (b.e.ə.VII əsrdə) baş verdi.

Məhz bu dövrdə Hindistanda, Çində fəlsəfi məktəblər yarandı və tezliklə bu dalğa antik dövrü bürüdü. Müxtəlif fəlsəfi suallarla dolu olan «Avesta» da məhz bu zaman kəsiyində meydana gəldi. Beləliklə, fəlsəfənin əsas məsələsinin 2 tərəfini təşkil edən «dünya nədən yaranıb» və «dünyanı dərk etmək mümkündürmü» sualları konkretləşərək fəlsəfi dünyagörüşün təməlini qoydu. Bu dövrə fəlsəfə tarixində K.Yaspersin sözü ilə «məhvər xətti» və ya «ox xətti» deyilir. Sanki Tanrı insan idrakında sıçrayış etmək məqsədilə dünyanın hər yerində eyni zamanda «ağıllı başlar» yaratdı. Bu başlar cəmiyyəti irəliyə aparmalı və bəşəriyyəti Allahın ona bəxş etdiyi maddi və mənəvi sərvətlərə yiyələnməyə nail olmaq yollarını göstərməli idi. Bu yollar ictimai təcrübə, əmək və mövcud elmlərin nailiyyətlərinə yiyələnməkdən keçirdi. Əsasən fundamental təbiət elmlərinin rüşeymləri mövcud olan Qədim dövrdə fəlsəfənin «əsas məsələsinin» 1-ci tərəfinə — «dünya nədən yaranıb» probleminə istinad edilsə də, sonrakı mərhələ olan Antik dövrdə bu problemin həmçinin ikinci tərəfi – yəni «dünyanı dərk etmək mümkündürmü» sualı da filosofların diqqət mərkəzində oldu.

Antik dövrün ilk fəlsəfi məktəbi olan Milet məktəbinin nümayəndələri – Fales, Anaksimandr, Anaksimen (e.ə. VII əsr), sonrakı dövrdə pifaqorçular (e.ə.VI əsr), daha sonra Heraklit, Demokrit, Empedokl və b. əsasən obyekt-subyekt (yəni dünya-insan) münasibətləri ilə məşğul olur, dünyada baş verən bütün hadisələri kosmosla əlaqələndirirdilər. Bugünkü mənasından daha geniş olan «antik kosmos» anlayışına kosmosla yanaşı təbiət, hətta insan aid idi. Yalnız təbiəti təhlil etməklə məşğul olan filosoflar üçün kosmos ön planda, insan isə arxa planda idi. Dünyaya bu cür yanaşma sonradan «kosmologizm» adlandırıldı. Bu hal e.ə. V əsrədək davam etdi.

Dünyanın mahiyyətini anlamağa çalışan filosoflar fəlsəfənin ənənəvi problemləri olan «dünya necə yaranıb», «dünyanı dərk etmək mümkündürmü», «dünyanı dərk etmək yolları hansılardır» və s. Ilə yanaşı, «insanın dünyada mövqeyi», «insanın həyatı», «cəmiyyətdə fəaliyyəti», «ictimai mahiyyəti», «birgəyaşayış normaları» kimi həyat əhəmiyyətli suallara da cavab axtarmağa başladılar. Artıq filosoflar yalnız obyekt-subyekt (təbiət-insan) münasibətləri ilə deyil, həm də subyekt-subyekt (insan-insan) münasibətləri ilə də maraqlanırdılar. Bu problemin sürətli inkişafı e.ə. V əsrdən, Sokratın dövründən başladı. «Kosmologizm» (dünya əhəmiyyətli problemləri kosmosa istinadən izah etməyə çalışmaq) «antropologizmlə» (antropologiya – insan haqqında elmdir, bu nəzəriyyəyə görə artıq kosmos arxa plana, insan ön plana keçir) əvəz edildi. İlk dəfə olaraq Sokrat fəlsəfənin səmtini «göylərdən yerə» endirdi. «Əxlaq nəzəriyyəsi» haqqında təlim yaradan Sokratın fikrincə idrakın əsas məqsədi özünüdərketmədir. Sokratın məşhur «öz özünü dərk et, onda insanları və allahları da dərk edərsən» ifadəsi müasir fəlsəfə və psixologiya üçün də aktual olaraq qalırdı. Sokratın işlətdiyi «allahları» ifadəsi «politeist» ideologiyanın hökm sürdüyü dövr üçün xarakterik olsa da, biz Sokratın yazılı əsəri olmadığını nəzərə alıb, bu dahi filosofun həmin sözü cəm deyil, tək halda, yəni «Allahı» kimi işlətməsi ehtimalını da istisna etmirik. Beləliklə, insan, onun taleyi, həyatdakı mövqeyi, idrakı, özünüdərketməsi fəlsəfədə mühüm yer tutdu.

İnsanlar arasında müxtəlif ictimai münasibətlərin formalaşması, məsələn, xeyirxahlıq, qarşılıqlı hörmət, əməyə tələbat, bəşəriyyətə xidmət etmək istəyi, dərin və incə hisslər və s. Sosial münasibətlər sistemində mühüm yer tutan vəəxlaqi münasibətləri öyrənən «Etika»nın da fəlsəfənin tərkibinə daxil olan digər elmlər kimi inkişaf edərək müstəqil elmə çevrilməsinə səbəb oldu. Fəlsəfi dünyagörüşə daxil olan, yəni dünyanı fəlsəfi cəhətdən dərketmə vasitəsi olan təbiət elmləri, məsələn, riyaziyyat, zoologiya və s. Inkişaf edib fəlsəfədən ayrıldıqdan və müstəqillik əldə etdikdən sonra daha fəlsəfi elm sayılmadığı halda, etika, estetika, dinşünaslıq və s. Kimi ictimai elmlər fəlsəfədən ayrıldıqdan sonra da fəlsəfi elm olaraq qalır. Çünki bu ayrılma həmin elmlərin fəlsəfi xarakter daşımasına mane olmur. Onların bir-biri və fəlsəfə ilə həm dünyagörüş, həm də mifoloji bağlılığı əvvəlki kimi mövcuddur.

Əxlaq haqqında elm olan «Etika» fəlsəfənin insan həyatının praktik məsələləri ilə daha çox bağlı olan sahəsidir. O, insanın gerçəkliyəəxlaqi münasibətlərinin qanunauyğunluqlarını, cəmiyyətin əxlaqi şüurunun strukturunu, insanların əxlaqi təcrübəsini, əxlaqi görüşlərini, insan əməllərinin məqsədini, insanın rəftarını idarə edən motivləri, onların mənəvi qiymətləndirilməsinin obyektiv meyarını aydınlaşdırır. Etika «insanın davranışı necə olmalıdır», «insan hansı mənəvi keyfiyyətə malik olmalıdır», «hansı normaları rəhbər tutmalıdır» kimi suallara cavab verməyə çalışır.

Əxlaq nəzəriyyəsi olan «Etika» xeyir, şər, ədalət, borc kimi kateqoriyaların münasibətini təhlil edir, mənəvi hisslər, emosiyalar, vərdişlər, adət vəənənələri nəzərdən keçirir. «Etika» insanın sirlərinə, onun digər insanlarla və bütün dünya ilə münasibətlərinə, insan varlığının ən dərin problemlərinə müraciət edir. Beləliklə, «Etika» əxlaqa və əxlaqi dəyərlərə aid hər nə varsa, hamısını öyrənir. Lakin «Etika» nəəxlaqı, nə onun prinsip və normalarını, nə də yeni davranış qaydalarını yaratmır, o yalnız bunların mənbəyini və mənşəyini tədqiq edir, insanın davranışı ilə əlaqədar əxlaqi qiymətləndirmənin xarakter və mahiyyətini öyrənir, bunları ümumiləşdirir və sistemləşdirir, əxlaq nəzəriyyələrini formalaşdırır. «Etika» yalnız bu və ya digər hallarda necə hərəkət etmək lazım olduğunu öyrədən normativ elm yox, həm də mürəkkəb və ziddiyyətli əxlaqi münasibətlərin vəəxlaqın təbiətini öyrənən nəzəri təlimdir. Aristotel «Nikomax etikası»nda (3, I kitab, I fəsil) yazır ki, «Etika»nın əsas məqsədi bilik yox, əməldir.

Digər fəlsəfi elmlər kimi «Etika» da anlayış və kateqoriyalar sistemindən istifadə edir ki, bunlar vasitəsilə gerçəkliyin ayrı-ayrı detalları, tərəfləri deyil, gerçəklik bütövlükdəəks etdirilir. Məsələn, «həqiqəti danışmaq xeyirxahlıqdır» mühakiməsi bütün adamlara və cəmiyyətə aid ola bilər. «Etika» özünəməxsus, ənənəvi kateqoriyalar olan xeyir və şər, ədalət və s. Ilə bərabər, həmçinin əxlaqi şuür, əxlaqi fəaliyyət, norma, məqsəd, münasibət və s. Kimi universal anlayışlardan da istifadə edir.

Əxlaqdan bəhs edən «Etika» yunanca «ethos» (tələffüzdə etos kimi də işlətmək olar) sözündən olub, etimoloji mənası adət, ənənə, xarakter, vərdiş, davranış, temperament deməkdir. Əvvəllər isə, məsələn, Homerin «İliada» əsərində bu söz yurd, birgəyaşayış məskəni mənasını verirdi. Antik fəlsəfədə o, hər hansı fiziki və ya sosial hadisəni bildirərək, terminoloji mənada işlənirdi. Məsələn, Empedokl ilkin ünsür etosu, Heraklit insan etosu haqqında danışırdı.

Etosun mənşəyi belə bir müşahidənin nəticəsi olmuşdur ki, insanların adətləri və xarakterləri birgəyaşayışda formalaşır.

«Etikanın» həm termin, həm də ayrıca elm kimi yaranması Aristotielin adı ilə bağlı olsa da, bu prosesin formalaşması çox-çox əvvəllərə aiddir. İbtidai dövrün dini təsəvvürləri, əsatirlər, nağıllar, atalar sözləri, zərbməsəllər insanın təbiətə münasibətini, insanın dünyadakı mövqeyini, insanlar arasındakı münasibətləri özünəməxsus şəkildə dərk etmək vəəks etdirmək üçün ilk təşəbbüs idi. E.ə. I minilliyin ortalarında cəmiyyətdə baş verən qlobal siyasi dəyişikliklər, qəbilə-icma münasibətlərinin, köhnə adət-ənənələrin sıxışdırılması, dövlətin möhkəmlənməsi və hakimiyyəti öz əlinə alması yeni baxışların, idealların və insanlar arasındakı yeni münasibətlərin formalaşmasına tələbat yaratdı. Bu dövrdə qədim Hindistanda, Çində və Yunanıstanda müxtəlif etik nəzəriyyələr meydana gəldi. Bu ideyaların müəllifləri sırasına Hindistanda Budda, Çində Konfutsi, Yunanıstanda sofistlərdən Hippi, Antifont, sofistlərin müasiri və rəqibi Sokrat, onun şagirdi Platon («Protaqor», «Menon», «Evtifron» və s. əsərləri), Platonun şagirdi Aristotel, stoiklərdən Zenon, Seneka, Epiktet və b. Idi.

İlk dəfə olaraq Aristotel «ethosu» həm isim – «etika», həm də sifət – «ethikos» kimi işlətdi. O, «ethosu» «insanların adət etdikləri yaşayış məskəni», daha sonra isə sadəcə olaraq «adət», «vərdiş», «xarakter», «temperament» kimi mənalardan uzaqlaşdıraraq insan keyfiyyətlərini, insanın fərdi xüsusiyyətlərini ictimai əxlaqın müəyyən adət edilmiş formaları ilə vəhdətdə nəzərdən keçirən «etik» – «ethikos» şəklinə saldı. Aristotelin fikrincə bu keyfiyyətlər «etik fəzilətlər» olub, «Etika»nın əsas tədqiqat obyektini təşkil edir. Etik fəzilətlər insanın xarakterinin, temperamentinin xüsusiyyətləri, həmçinin qəlbinin keyfiyyətləridir. Onlar, bir tərəfdən, bədən xüsusiyyətlərinə aid olan affektlərdən, digər tərəfdən isəəqli xüsusiyyətlərə aid fəzilətlərdən fərqlənir. Buna misal olaraq prof. Ə.Hüseynov (52, səh.9) qorxunu təbii affekt, yaddaşı əqlin xüsusiyyəti, sadəliyi, mərdliyi, əliaçıqlığı xarakterin xüsusiyyətləri hesab edir. Bu haqda biliklərin və etik fəzilətlərin məcmusunu bildirmək məqsədilə Aristotel məhz «etika» terminini irəli sürmüşdür. Adında «etika» sözü olan ilk əsərləri də Aristotel yazmışdır: «Nikomax etikası», «Evdem etikası», «Böyük etika». Etik problemlər Aristotelin digər əsərlərində də mərkəzi yer tutur. Məsələn, «İkinci analitika», «Politika», «Ritorika» və s. əsərlərdə Aristotel etika haqqında əsasən 3 mənada söhbət açır: 1) etik nəzəriyyə; 2) etik kitablar, 3) etik təcrübə. Əsərlərin adlarının məhz «etika» sözü ilə bağlı olması ənənəsi Aristotieldən sonrakı dövrlərdə də davam edir. Məsələn, orta əsr fransız ilahiyyatçısı və filosofu Pyer Abelyarın (1079-1142) «Etika və ya özünü dərk et» əsəri, fəlsəfəsinin əsas hissəsini etik nəzəriyyələrin işlənməsinə həsr edən vəəslən yəhudi olan XVII əsr holland filosofu Benedikt Spinozanın (1632-1677) ömrünün sonunda, yəni 1677-ci ildə yazdığı və ölümündən sonra çapdan çıxan «Etika» əsəri, irrasionalizmin nümayəndəsi olan alman filosofu Eduard Qartmanın (1842-1906) 1898-ci ildə yazdığı «Etik oçerklər» kitabı buna misaldır.

Etika» sözünün tarixi bir daha Roma zəminində təkrar olunur. Romalılar, xüsusən də Siseron yunan təcrübəsinə və birbaşa Aristotelə istinad edərək, öz dediyi kimi, latın dilini zənginləşdirmək məqsədilə Aristotelin yunan dilində olan «etik» anlayışından «moralis», yəni «əxlaqi» terminini yaratdı. O, bunu tək halda «mos», cəm halda «mores» kimi işlədib ki, bunlar da yunanca olan «ethos» sözünün birbaşa latın analoqudur. Bu haqda Siseron «Tale haqqında» adlı əsərində (I kitab, I fəsil) yazaraq əxlaq fəlsəfəsindən danışır və bu zaman Aristotelin «Etika» adlandırdığı biliklər sistemini nəzərdə tutur. Öz yunan sələfi kimi xasiyyət, adət, xarakter, davranış, xassə, qanun, göstəriş, dəb (moda), paltar biçimi (fasonu) mənalarını verən «moralis»dən sonralar, eramızın IV əsrində latın dilində «moralitas» – əxlaq termini yaranır ki, bu da yunan «etika» termininin latın ekvivalentidir.

Beləliklə, yunan dilindəki «ethika» və latın dilindəki «moralitas» sözləri etimoloji məzmununa görə birbirinə uyğun gəlir. Bunlar xalq şüuru ilə deyil, tədqiqat məqsədilə süni surətdə yaradılmışdır. Bu gün dünyanın bir çox ölkələrində «etika» və «moral» (əxlaq) sözləri geniş yayılmışdır.

Müasir etika yalnız fəlsəfənin digər bölmələrini deyil, həmçinin psixologiya, pedaqogika, tarix, etnoqrafiya, sosiologiya, dinşünaslıq, estetika, arxeologiya və hətta biologiya ilə sıx əlaqədə inkişaf edir.

Elmdə əxlaq, əxlaq, əxlaq

Elmi ədəbiyyatda “əxlaq” və “etika” anlayışları çox vaxt bir-birini əvəz edən mənada işlədilir (baxmayaraq ki, onlar eyni deyil). Məsələn, deyirik: peşə etikası normaları, alim etikası, əxlaqi, əxlaqi, əxlaqi normalar və s. Bu ondan irəli gəlir ki, əxlaqın özü bir reallıq kimi bir-biri ilə sıx əlaqədə olan müxtəlif elementləri – şüur, münasibətlər, hərəkətlər (fəaliyyət) ehtiva edir, yəni o, həm də öz norma və prinsiplərinin müəyyən əsaslandırılmasını ehtiva edir, məsələn. əxlaq elmi – əxlaq əxlaqın əxlaqi tərəfinin passiv nəzəri əksi ilə məhdudlaşmır, özü də normativ məzmun daşıyır, konkret davranış nümunələri, lazım olanın əsaslandırmasını işləyib hazırlayır.

Etika tarixində əxlaqa bəzən əxlaqdan fərqli bir şey kimi yanaşılmışdır. Deməli, Hegel etikanı üç yerə ayırır: mücərrəd hüquq, əxlaq və əxlaq. Birincisi xarici davranışı əhatə edir, ikincisi subyektin xüsusi iradəsinin daxili mahiyyətini açır. Hegel mənəviyyata daha yüksək məna verir, onu ideal, öhdəlik və ictimai-tarixi hadisələrə tənqidi münasibət kimi qiymətləndirirdi.

Qeyd edək ki, etikanın predmeti – əxlaq və onun haqqında elm – etika tarixən eradan dövrə dəyişib.

Elmi-texniki inqilabın xüsusiyyətləri müasir təbiət elminin etik problemlərinin formalaşdırılmasına təsir etməyə bilməzdi. Xüsusən də alimlərin məsuliyyət probleminə münasibəti haqqında. Səhnə kimi. Deməli,

təbiətşünasın məsuliyyəti probleminin həlli bilavasitə elmin əlaqəsinin daha ümumi problemindən asılıdır. əxlaq və etika.

Fəlsəfi, metodoloji və sosioloji problemlərin ən geniş spektrini təyin etmək. Bu qarşılıqlı əlaqənin çoxşaxəli aspektlərini əks etdirərək «elmin etikası» terminindən istifadə edin.

Alim etikası öz əhatə dairəsinə görə daha dar bir anlayışdır. Elmin etikasından daha çox. Çünki o, elmdə əxlaqın fəaliyyətinin əsasən tənzimləyici tərəflərini əhatə edir. Alimlərin peşə əxlaqını əsaslandırır və elm etikasının bir hissəsidir, aspektlərindən biridir.

Bu iki anlayışdan (“elm etikası” və “alim etikası”) əlavə olaraq “elmi işçinin etikası”, “elmi yaradıcılığın (fəaliyyətin) etikası (etik aspektləri), “elmin mənəvi funksiyası” kimi anlayışlar da mövcuddur. ”, elmin etikasının bu və ya digər aspektlərini ifadə edən (Drobnitsky, 1977, s.6).

Elmin etikası elm və əxlaq arasında əlaqənin fəlsəfi-sosioloji tədqiqidir: a) elmin əxlaqa, biliyin və elmi tərəqqinin əxlaqa, insanların əxlaqına və cəmiyyətin əxlaqi tərəqqisinə təsiri, təsiri baxımından. əxlaqa dair elmin dəyərlərinin, həqiqətlə yaxşılığın əlaqəsi, əxlaqi hadisələrin həqiqəti və b) əxlaqın elmə təsiri, əxlaq dəyər və normalarının elmdə münasibətlərə və onun nəticələrinə görə. , elmi fəaliyyətin və elmi ünsiyyətin tənzimləyicisi kimi əxlaqın hərəkətinin biliyinə alimin dünyagörüşü, alimlərin mülki-mənəvi məsuliyyətinin məzmununun açılması.

Sosiologiyaya bənzətməklə, elmin etikası da müxtəlif tədqiqat səviyyələrinə malik olmalıdır: elm və əxlaq arasındakı əlaqənin ümumi etik təhlili (fəlsəfi səviyyəyə çıxışla, metodoloji nizamın ümumiləşdirilməsinə qədər), orta səviyyə üçün. Ümumi etik müddəalar metodoloji ilkin şərtlər, konkret olaraq sosiologiya, sosial psixologiya və digər elmlərin metodlarının köməyi ilə elmdə əxlaqi münasibətlərin və adətlərin empirik səviyyədə tədqiqi kimi çıxış edir.

Elmi etika normalarında, ilk növbədə, ümumbəşəri mənəvi tələblər və qadağalar təcəssüm olunur, təbii ki, elmi fəaliyyətin xüsusiyyətlərinə uyğunlaşdırılır.

İkincisi, etik normalar elmə xas olan konkret dəyərlərin təsdiqinə və qorunmasına xidmət edir. Bunlardan birincisi həqiqəti fədakarlıqla axtarmaq və müdafiə etməkdir. Gündəlik elmi fəaliyyətdə, alınan biliyi dərhal həqiqət və ya aldatma kimi qiymətləndirmək adətən asan deyil. Və bu hal elmi etika normalarında öz əksini tapır, hansı ki, nəticələrin yeni biliklər olmasını və bu və ya digər şəkildə məntiqi, eksperimental və s.- əsaslandırılmış olmasını tələb etmir. Belə tələblərə əməl olunmasına görə məsuliyyət alimin özünün üzərinə düşür (Фролов, 1989, s. 407).

Beləliklə, müasir ingilis elm sosioloqu R.Merton hesab edir ki, elmi normalar dörd fundamental dəyər ətrafında qurulur: universallıq, ümumilik, maraqsızlıq (maraqsızlıq) və mütəşəkkil skeptisizm (Philosophy, 1995, s. 513).

Elm və əxlaq mövzusunu müzakirə edərkən sualın kökü, görünür, sadəcə olaraq, bu iki hadisənin ümumilikdə necə əlaqəli olduğunu anlamaqda deyil. Elmlə əlaqəsi olan, narahatlığın mənbəyi olan və bununla da mövzuya marağı artıran hamımız üçün, açıq-aydın, elmin nailiyyətlərindən müasir istifadənin əxlaqi və ya əxlaqsız olması, bu və ya digər fenomen olması ilə bağlı deyil. Müasir elmi araşdırmanın əxlaqi və ya əxlaqsızlığıdır.İnkişaf, hətta maarifçilik dövründən bu əsrin ortalarına qədər son 200-300 ildə etdiyimiz kimi, bu gün də bacarsaq da, hələ də ümidlər var ki, elmi inkişaf, olduğu kimi biliklərin əldə edilməsində və yayılmasında əldə edilən nailiyyətlər insan mövcudluğunun ən mühüm problemlərinin həlli üçün etibarlı baza inkişaf etdirə biləcək, lakin elm, ümumiyyətlə, şüurun xüsusi forması kimi, istisnasız olaraq hamının həllində ən yüksək səlahiyyət sahibi olmaq və qalmaq, ümumi, yəni. Və ideoloji, əxlaqi və bu kimi məsələlər? Əksinə, bu mühakimələrdən bəziləri məsələn. əxlaqi, ümumi humanist və ideoloji, daha mücərrəd mənada olsa da, elmin mühakimələrindən daha yüksək və daha ümumi nizamlı mühakimələr. 50-100 il əvvəl demək olar ki, qeyri-mümkün olan bu cür suallar birdən-birə nədənsə bu gün mümkün oldu və nəinki mümkün, hətta demək olar ki, təbii oldu. Və bu imkan və təbiilik bizə ən yaxın olan əvvəlki mədəni dövrlərin insanlarının şüurları ilə müqayisədə müasir insanın elm və elmlə bağlı şüurunda baş verən son dərəcə mühüm dəyişiklikləri üzə çıxarırAlimin azadlığı və məsuliyyəti

Elmin inkişafının zəruri şərtlərindən və xüsusiyyətlərindən biri elmi yaradıcılıq azadlığıdır. Bütün aspektlərində - psixoloji (azad iradə), qnoseoloji (tanınmış zərurət kimi azadlıq), sosial-siyasi (fəaliyyət azadlığı), bir-biri ilə əlaqəli, elm sahəsində azadlıq xüsusi konkret formalarda özünü göstərir və zəruri əsas kimi çıxış edir. Təkcə alimin deyil, bütövlükdə bəşəriyyətin məsuliyyəti.

Azadlıq təkcə elmin xaricində və köməyi ilə deyil, həm də öz daxilində fikir azadlığının bütün formalarında (elmi problemlərin ifadəsi, elmi fantaziya, uzaqgörənlik və s.), tədqiqat obyektləri və metodlarını seçmək azadlığında təzahür etməlidir. Elmi iş, fəaliyyət azadlığı (təcrübə, elmi nailiyyətlərdən praktiki istifadə və s.), alimin şəxsiyyət kimi sosial azadlığı və s.

Elmi yaradıcılıq azadlığının, dolayısı ilə məsuliyyətin təzahürlərindən biri də alimin qərəzli fikirlərdən qurtulmaq bacarığı, öz işini praktiki olaraq təhlil etmək və başqasının əməyinə mehribanlıqla yanaşmaq, dənəsi görmək bacarığıdır. Içində həqiqət. Nəticələrin və kəşflərin düzgünlüyünə və etibarlılığına daim şübhə etmək elmi vicdanlılığın əsaslarından biri, alimin elmi baxışların həqiqəti üçün məsuliyyət hissidir. Nəticələri yoxlamaq üçün gərgin düşüncə işindən əvvəl gələn şübhənin qələbəsi əsl yaradıcılıq azadlığını ifadə edir.

Müasir elmin xüsusiyyətlərindən biri də onun istehsalla getdikcə daha çox yaxınlaşması, elmi kəşf edildiyi andan onun praktiki həyata keçirilməsinə qədər olan məsafənin azaldılması, alimin məsuliyyətinin artmasıdır. Həmin elmi riskə ehtiyac var ki, onsuz laboratoriya nəticələrini, elmi tapıntıları geniş miqyasda istehsalata çevirmək mümkün deyil. Beləliklə, elmi kəşflərin praktiki tətbiqi məsələsi risk problemini, yəni məsuliyyətin təzahürünün spesifik formalarından biri olan alimin həmin cəsarətin zəruriliyini dərk etməsini nəzərdə tutur.

Elmi riskin təzahür formaları müxtəlifdir, lakin onun məsələsi həmişə alimin mənəvi məsuliyyəti problemi ilə sıx bağlıdır.

Alimlərin müəyyən elmi riskin mümkünlüyünü və ya zəruriliyini dərk etməsində bir tərəfdən elmi yaradıcılıq azadlığının, digər tərəfdən məsuliyyətin ziddiyyətli mahiyyəti özünü büruzə verir.

Alimin məsuliyyəti onun elmi yaradıcılığının azadlığının digər tərəfidir. Bir tərəfdən azadlıqsız məsuliyyət düşünülə bilməz, digər tərəfdən məsuliyyətsiz azadlıq özbaşınalığa çevrilir.

Müasir texnologiyanın bütün gücü ilə silahlanmış və müasir dövlətlərin bütün “sərvətləri” ilə dəstəklənən müasir alim aydın əxlaqi meyarları itirdikdə, “elmin mənafeyində” olarkən, əxlaqdan deyil, çox vaxt kənarda olur. “səbəb”ə, kəşfə və yaradıcılığa sırf “estetik” maraq göstərərək, atomik, bakterial, psixopatogen və s. Silah insanlıq üçün ölümcüldür, onun elm üçün də ölümcül olduğunu deməyək .

Alimin sosial məsuliyyəti və onun fəaliyyətinin mənəvi-etik qiymətləndirilməsi məsələlərinin xüsusilə kəskin və intensiv müzakirə olunduğu elmi bilik sahələri arasında gen mühəndisliyi, biotexnologiya, biotibbi və insan genetik tədqiqatları xüsusi yer tutur. Bunların hamısı bir-biri ilə olduqca sıx bağlıdır.

Məhz genetik mühəndisliyin inkişafı elm tarixində unikal hadisəyə səbəb oldu, o zaman 1975-ci ildə dünyanın aparıcı alimləri könüllü olaraq moratorium elan edərək, təkcə insanlar üçün deyil, həm də digər həyatlar üçün potensial təhlükəli olan bir sıra tədqiqatları müvəqqəti dayandırdılar. Planetimizdə əmələ gəlir.

Moratoriumdan əvvəl molekulyar genetika sahəsində tədqiqatlarda kəskin irəliləyiş baş verdi. Bununla belə, genetika sahəsindəki bu sıçrayışın digər tərəfi insan və bəşəriyyət üçün orada gizlənən potensial təhlükələr idi. Məhz bu cür qorxu alimləri könüllü moratoriumun yaradılması kimi görünməmiş addım atmağa məcbur etdi. Buna baxmayaraq, gen mühəndisliyinin etik problemləri ətrafında müzakirələr heç bir şəkildə səngiməmişdir

Və burada fəlsəfi təhlil vasitələrindən istifadə, fəlsəfi düşüncənin çoxəsrlik təcrübəsinə müraciət nəinki arzuolunan olur, həm də bu problemlərlə üzləşdikdə ağlabatan və eyni zamanda, həqiqi humanist mövqelərin axtarışı və əsaslandırılması üçün vacibdir. Bugünkü dünya. Bu, xüsusi elmin – bioetikanın mövzusuna çevrildi .




Yüklə 57,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə