YANVAR-MART, 2010
5
Arif KƏSKİN
türKİyənİn Orta Şərq sİyasətİndə Paradİqma dəyİŞİKlİyİ......................119
Gülşən PAŞAYEVA
sOVet dİl sİyasətİ standartlarIndan aVrOPa standartlarIna dOĞru:
aZərBayCan nümunəsİ..................................................................................................133
Vladimir SOKOR
aZərBayCanIn qaZInIn İxraCI üÇün Bİr ÇOx VarİantlarI...........................149
Janin MİTÇELL
BütÖV qara dənİZ – CənuBİ qaFqaZ reGİOnunda təKmİlləŞdİrİlmİŞ
enerjİ İdarəÇİlİyİnİn PersPeKtİVlərİ....................................................................157
Reha YILMAZ
etnİK münaqİŞələr qlOBal sİyasətİn PrOBlemİ Kİmİ...................................181
Alexandros PETERSEN
aZərBayCanIn aVratlantİK BaxIŞlarI.................................................................197
İkinci nömrənin mövzusu:
Azərbaycan və Avropa
Bu nÖmrədə
YANVAR-MART, 2010
9
İLİN YEKUNLARINA QISA BAXIŞ
“Sülhü təmin etmək müharibə aparmaqdan daha çətindir”
Corc Klemanso
əsrlər boyu bəşəriyyət ən ali dəyər olan sülhün əsaslarını
gücləndirməyə çalışmış və bu çətin yolda ağır müharibələrdən keçməli
olmuşdur. Bu müddət ərzində beynəlxalq cəmiyyətin təkamül etməsi,
xüsusilə silahlı münaqişələri tənzimləyən prinsip və normaların
beynəlxalq pozitiv hüquqda öz əksini tapması sülhün və təhlükəsizliyin
təmin edilməsində mühüm addımlar olmuşdur. lakin bu gün yeni
əməkdaşlıq və inteqrasiya təsisatlarının inkişaf etməsinə baxmaya-
raq, dünyanın bir çox yerlərində zorakılığın həm klassik, həm də yeni
formaları özünü büruzə verir. soyuq müharibənin başa çatması, eyni
zamanda, dünyada siyasi və iqtisadi sahədə qeyri-sabitliyə, identifika-
siya edilmiş təhdidlərin risklərlə əvəz olunmasına gətirib çıxarmışdır.
müasir dünyanın əsas əlamətlərindən biri də ölkədaxili münaqişələrin
sayının xeyli artmasıdır. yeni xüsusiyyətləri və mürəkkəbliyi ilə seçilən
bu münaqişələrin bəziləri sırf daxili siyasi, iqtisadi, etnik məsələlərlə
bağlı olsa da, digərləri daha çox xarici müdaxilənin həyata keçirilməsinə
rəvac verir. ermənistan-azərbaycan, dağlıq qarabağ münaqişəsi
məhz bu tip münaqişələrdəndir. Belə münaqişələr beynəlxalq sülh və
təhlükəsizlik üçün yeni təhdid təşkil edir və dünya birliyinin ayrı-ayrı
siyasi motiv və baxışlar ətrafında deyil, hüquqi prinsiplərin müdafiəsi
ÖN SÖZ
Ramiz Mehdiyev
azərbaycan respublikası Prezidenti administrasiyasının rəhbəri,
akademik, “azerbaijan Focus” jurnalının redaksiya şurasının sədri