9
XRĠSTĠANLIĞIN YARANMASI, MƏNBƏLƏRĠ VƏ ĠNKĠġAF
MƏRHƏLƏLƏRĠ.
Ġlk Xristianlığın qısa tarixi icmalı
Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun
bir tərəfdən qədim yəhudi dininə, baĢqa bir tərəfdən isə antik dövr
dünyagörüĢü və fəlsəfəsi ilə sıx surətdə əlaqədar olduğu məlum olur.
Bununla yanaĢı baĢqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin
formalaĢmasında təsiri olmuĢdur.
Tarixdən məlum olduğu kimi, I əsrdə yəhudi dövləti Roma imperiyası
tərəfindən iĢğal edilmiĢdi. Bundan sonra yəhudi cəmiyyəti parçalanmıĢdı və
dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən iĢğala
məruz qalmıĢ bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər
addımbaĢı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Nəticədə isə,
imperiyadaxili çəkiĢmələrin sayı artır, cəmiyyətin təbəqələĢməsi və
parçalanması getdikcə daha da dərinləĢirdi. Bütün bu proseslər yəhudi
cəmiyyətində özünü daha da qabarıq Ģəkildə göstərirdi.
Bu cür acınacaqlı vəziyyətdən çıxmaqdan ötrü imperiyada yaĢayan
xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar. Bu səbəbdən də
yəhudi xalqı arasında Ġsraili xilas edən Məsihin gəlməsinin yaxın olduğu
ideyası geniĢ yayılmıĢdı. Hətta o zamanlar bir neçə Ģəxs özlərini peyğəmbər
elan edərək üsyan etməyə cəhd etsələr belə, sonda fəaliyyətləri məğlubiyyət
ilə nəticələnmiĢdi.
Bu cür gərgin ictimai-siyasi vəziyyətdə, yəhudilər arasında Ġsa adlı bir
adam peyğəmbərlik edərək, bir sıra yeni dini və etik prinsipləri ifadə
etmiĢdir. O, qədim yəhudi dininin bəzi müddəalarına yeni baxıĢlarla çıxıĢ
etmiĢdir. Rəvayətlərə görə Ġsa özünü bir Məsih kimi təqdim etmiĢdi. Ġsa
peyğəmbərin bizim zəmanəmizə gəlib çatmayan, Ġncil adlı Ġlahi Kitab
gətirdiyi haqqında rəvayətlər olsa da, əslində bu kitab yalnız Ģifahi olaraq
onun tələbələrinə (həvarilərə) məlum idi. Çünki bugün mövcud olan
müxtəlif Ġncil adlı kitabların Ġsadan sonra yunan dilində yazıldıqları heç də
sirr deyildir. Halbuki Ġsanın yunan dilində danıĢa bilməsi haqqında heç bir
dəlil yoxdur.
Ġsanın fəaliyyətindən narazı olan yəhudi kahinləri çox çəkmədi ki,
Ġsanı öldürmək fikrinə düĢdülər və bu iĢi həyata keçirmək üçün Roma
imperiyasının Fələstində olan caniĢininə müraciət etdilər. Məqsəd isə
10
Ġsanın Ġsraili xilas edən Məsih
olmadığını sübut etmək idi. Belə
ki, məğlub olan adam Məsih ola
bilməzdi. Məsih yalnız xalqı xilas
edən adam olmalı idi. Bu
məqsədlərinə nail olmaqdan ötrü
isə, onlar az sonra elan etdilər ki,
Ġsanı tutub mühakimə etdikdən
sonra çarmıxa çəkərək edam
etmiĢdirlər. Belə bir hadisənin baĢ
verdiyinin, hətta Ģahidlərinin belə
olduqları ba-rədə məlumatlar
xristian
ənənə-sində də öz
təsdiqini tapdı
1
.
Lakin, eyni zamanda, Ġsa-nın
ölümü xəbərinin həqi qətə uyğun
olmaması da iddia edilir-
di. Belə ki, Ġsanın ardıcıllarının bir hissəsi onun ölümünə inanmırdılar.
Onlardan bəziləri deyirdilər ki, Ġsanın çarmıxda olması yalnız müəyyən
adamların gözünə görsənmiĢdir və xəyaldan baĢqa bir Ģey deyildir. Əslində
isə o edam edilməmiĢdir. Bu fikrə yaxın mülahizələr irəli sürən baĢqa
qruplar isə hesab edirdilər ki, Ġsa həqiqətən də edam olunmayaraq edamdan
qabaq qeyb olduğundan onun yerinə baĢqa bir adam edam olunmuĢdur
2
.
Qeyd edək ki, bu cür fikirin əks olunduğu II əsrə aid olan «Böyük Sifin
ikinci risaləsi» adlı apokrifik Ġncil Misirdə tapılmıĢdır
3
. Bir çox apokrifik
Ġncillərdə isə Ġsa adi insani həyat tərzi aparan bir peyğəmbər kimi təsvir
1
Lukas Ġncili, 23: 35.
2
Свенцицкая И. Раннее Христианство: страницы истории. М.: Политиздат,
1988, c. 270.
3
Böyük Sifin ikinci risaləsi 56;
Ġngiliscə: Second Treatise of the Great Seth // Selection made from James M.
Robinson, ed., The Nag Hammadi Library, revised edition. HarperCollins, San -
Francisco, 1990. http://www.gnosis.org/naghamm/2seth.html
Rusca: Второй Трактат Великого Сифа // Перевод Егоренкова И.С. (СПб
филиал ИВ РАН) по изданиям: Concordance des textes de Nag-Hammadi. Le
Codex VII, R. Charron, 1992./BCNH,SC,1/; 2.La Deuxieme Traite du Grand Seth
(NH VII, 2), L. Painchaud, 1982. /BCNH, ST, 6/.
http://apokrif.fullweb.ru/nag_hammadi/2_sif.shtml
11
olunur
4
. Onun hətta bir qadınla evlənməsi haqqında iĢarəlarə də rast gəlmək
olar
5
.
Beləliklə, Ġsanın ardıcılları arasında onun ölümü, və ya qeybə
çəkilməsi haqqında vahid fikir yox idi. Daha sonralar Ġsanı artıq peyğəmbər
kimi qəbul etmiĢ bəzi yəhudilər, öz əqidələrini Roma imperiyasının müxtəlif
yerlərində yaymağa baĢladılar. Belə ki, çoxlu sayda dini dəvətçilər bu iĢi
həyata keçirməyə baĢladı. Nəticədə isə, dərin mənəvi böhran keçirən Roma
imperiyasının müxtəlif sosial təbəqələri arasında yeniləĢmiĢ yəhudi dininə
meyillər günü-gündən artmağa baĢlamıĢdı.
Bu qəbil dəvətçilərdən biri, təlimin yayılması iĢində böyük rolu olan
ġaul (Pavlus) adında bir yəhudi olmuĢdur. O, əvvəlcə Antioxiyada
6
, sonra
isə bütövlükdə Kiçik Asiya yarımadasında təbliğat aparsa da, bu təlimi heç
də öz ilkin Ģəklində saxlamayıb, onu özünəməxsus bir Ģəkildə yozaraq, yeni
bir keyfiyyətdə təqdim etmiĢdir. Belə ki, Pavlus anlayırdı ki, yəhudi xalqının
dini və yəhudi peyğəmbəri olan Ġsanın təlimi Romanın baĢqa xalqları
arasında özünün ilkin formasında yayıla bilməz. Məsələ bundadır ki, o
xalqlar qədim mədəniyyətə malik idilər və yəhudi ənənəsi və düĢüncə tərzi
onlar tərəfindən qəbul edilə bilməzdi. Ona görə də Pavlus, bu təlimdə
olmayan bir çox yeni ideyalarla çıxıĢ etməyə baĢladı. Faktiki olaraq, o Ġsanın
təlimini Yunan və Roma düĢüncə tərzinə və tarixi ənənəsinə uyğunlaĢdırırdı.
Məhz bu adam ilk dəfə olaraq Ġsanın ilahiləĢdirilmiĢ obrazını yaratmağa
baĢlamıĢdı. Beləliklə də Pavlusun təbliğatında Ġsa ölümündən sonra yenidən
dirilən, günahları silən bir Tanrının oğlu kimi təqdim edildi. Pavlusun
fəaliyyətində diqqəti çəkən baĢqa bir maraqlı məqam isə, onun yəhudi
qanununa əməl edilməsini vacib hesab etməməsi idi. Bu səbəblərə görə də
heç də Ġsanı deyil, elə Pavlusu xristianlığın yaradıcısı hesab etmək olar.
Məhz bu cür yeniliklərin dinə gətirilməsinə görə Pavlusla yəhudi isavilər
4
Bu cur apokrifik Ġncilləri rəsmi Xristian kilsələri rədd edir. Lakin onlarda olan
məlumatları qətiyyətlə təkzib etmək mümkün deyil. Ġsa haqqında çeĢitli, bir çox
hallarda bir-birinə zidd xəbərlər əsrlər boyu mövcud olmuĢdu.
5
Filippos Ġncili, 32;
Ġngiliscə: The Gospel of Philip // Selection made from James M. Robinson, ed., The
Nag Hammadi Library, revised edition. HarperCollins, San-Francisco, 1990.
http://www.gnosis. org/ naghamm/gop.html
Rusca: Евангелие от Филиппа // Русская Апокрифическая Студия
http://apokrif.fullweb.ru/nag_hammadi/ev-phil.shtml
6
Antioxiya – qədim Suriyada Ģəhər (müasir Türkiyənin Antakya Ģəhəridir),
Selevklər dövlətinin paytaxtı olmuĢdu. I əsrdə burada birinci nüfuzlu xristian icması
yaranmıĢdı.
Dostları ilə paylaş: |