I FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASI AVROPA ŞURASININ TAM VƏ BƏRABƏRHÜQUQLU
ÜZVÜDÜR
Avropa Şurası hökumətlərarası beynəlxalq təşkilatdır. Onun üzvləri suveren Avropa dövlətlərdir.
İnsan hüquqlarını, parlament demokratiyasını və hüququn aliliyi
prinsipini müdafiə etmək və
möhkəmləndirmək, təşkilatın üzvü olan dövlətlərin sosial və hüquqi sahədəki uğurlarına əsaslanan
ümumavropa razılaşmaları bağlamaq, ümumi ideya və prinsiplərin müdafiəsi və həyata keçirilməsi
naminə Avropa dövlətlərinin böyük birliyinə nail olmaq, onların iqtisadi, sosial tərəqqisinə kömək
göstərmək təşkilatın başlıca məqsədidir. Avropa Şurası hazırda qitədə 43 dövləti birləşdirən ən
yaşlı siyasi təşkilat hesab edilir.
AŞ 05 may 1949-cü ildə 10 Avropa dövlətinin: Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya,
İsveç, İtaliya, Lüksemburq, Hollandiya, Norveç və Fransanın imzaladıqları "Avropa Şurasının
Nizamnaməsi"nə əsasən təsis edilib.
Avropa Şurası, milli müdafiə məsələləri istisna olmaqla, Avropa cəmiyyətinin bütün mühüm
məsələlərini diqqətdə saxlayır. Onun iş proqramı aşagıdakı fəaliyyət sferaları əhatə edir: insan
hüquqları, kütləvi informasiya vasitələri, hüquq sahəsində əməkdaşlıq, sosial və iqtisadi məsələlər,
səhiyyə, təhsil, mədəniyyət, bəşəri irs, idman, gənclər, yerli demokratiya, sərhədyanı əməkdaşlıq,
ətraf mühit, regional planlaşdırma və s.
1989-cu ildən etibarən Avropa Şurası özünün əsas fəaliyyətini post-kommunist Avropa
dövlətlərində demokratiyanın müdafiəsi istiqamətində qurmuşdur. Bu məqsədlə Mərkəzi və Şərqi
Avropa ölkələrinə orada iqtisadi yenidənqurmaya paralel olaraq - siyasi, qanunvericilik və
konstitusion islahatların Avropa Şurasının standartlarına uyğun olaraq həyata keçirilməsinə yardım
edilir.
Avropa Şurasını obrazlı olaraq "Avropa dövlətləri ailəsi" adlandırırlar. Azərbaycan Respublikasının
30 avqust 1991-ci il tarixli Dövlət Suverenliyinin Bərpası Haqqında Bəyannamə və Azərbaycan
Respublikasının 18 oktyabr 1991-ci il tarixli Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı kimi
tarixi sənədlərlə müstəqilliyini elan etmiş suveren Azərbaycan Respublikasını Avropa dövlətləri
ailəsində görmək respublikamızın hər bir sadə vətəndaşının arzusu olmuşdur.
Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv olmaq gənc Azərbaycan Respublikasının
həyatında mühüm hadisədir1. Azərbaycanın dövlət müstəqilliyi əldə edildikdən az sonra respublika
rəhbərliyi Avropa Şurasına üzv olmaq təklifilə çıxış etmiş və bu barədə təşkilata məktubla müraciət
etmişdir. Keçən müddət ərzində dövlətimiz qarşıya qoyulan məqsədə doğru addım-addım
irəliləmişdir.
Əlbəttə, uzun müddət totalitar rejim şəraitində yaşayan cəmiyyətimizin Avropa Şurasına
inteqrasiyası heç də rahat olmamış, ciddi hüquqi və siyasi islahatların həyata
keçirilməsi və ya buna
cəhd edilməsi nəticəsində baş vermişdir.
Hələ 1993-cü ildə Avropa Şurasına üzv dövlətlərin rəhbərlərinin və hökumət başçılarının Vyanada
keçirilən yüksək səviyyədə görüşündə təşkilatın üzvlərinin genişləndirilməsi məsləhət
görülmüşdür2. Bundan irəli gələrək Parlament Assambleyası 1994-cü ildə Avropa Şurasının
5
genişləndirilməsi haqqında 1247 saylı tarixi tövsiyələrini qəbul etmişdir. Həmin sənəddə birbaşa
göstərilir ki, Avropa ilə mədəni əlaqələri nəzərə alınaraq bu barədəki niyyəti aydın ifadə olunmaq
şərtilə Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaq haqqında xahişlə müraciət edə bilər.
28 iyun 1996-cı il tarixdə Avropa Şurasının Parlament Assambleyası tərəfindən Azərbaycan
Respublikasına "Xüsusi dəvət olunmuş qonaq" statusu verilir.
Az sonra, 13 iyul 1996-cı ildə
Avropa Şurası Nazirlər Komitəsi sədrinin Bakıya səfəri zamanı Azərbaycan təşkilata daxil olmaq
xahişilə ona müraciət etmişdir. Prosedur qaydalarına müvafiq olaraq Avropa Şurasının Nazirlər
Komitəsi 11 sentyabr 1996-cı il tarixli qətnaməsilə təşkilatın Parlament Assambleyasını bu
məsələyə münasibət bildirməyə çağırmışdır.
Avropa Şurasına üzv olmaq barədə vəsatət qaldırmış Azərbaycan Respublikasının bu təşkilatın
standartlarına uyğunluğunu araşdırmaq məqsədilə AŞ Parlament Assambleyasının üç Komitəsi -
Siyasi Məsələlər Komitəsi, Hüquqi məsələlər və İnsan Hüquqları Komitəsi və Üzv olmayan
Avropa ölkələrilə Əlaqələr Komitəsi 1996-cı ilin payızında Azərbaycan üzrə məruzəçilər təyin
etmişlər. Bundan başqa, Avropa Şurasının Parlament Assambleyasının Bürosu məsələ ilə əlaqədar
hüquqşünaslardan ibarət İnsan Hüquqları Komissiyasının nümayəndə qrupu təşkil etmişdir.
Bu müddət ərzində Azərbaycan Respublikasının Avropa Şurası ilə əməkdaşlığı bir sıra məsələlər
üzrə genişlənməyə başlamışdır3.
"Xüsusi dəvət olunmuş qonaq" statusunda Azərbaycanın nümayəndə heyəti Avropa Şurasının
Parlament Assambleyasının fəaliyyətinin müxtəlif sahələrində və hökumətlərarası əməkdaşlıq və
kömək proqramı çərçivəsində ayrı-ayrı komitələrin işində iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1996-cı il tarixli Sərəncamı ilə Avropa Şurası və
Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramını həyata keçirmək məqsədilə tədbirlər
planı müəyyən edilmişdir. Azərbaycan Respublikası parlamentinin nümayəndə heyəti ilk dəfə
olaraq Avropa Şurası Parlament Assambleyasının 1996-cı il payız sessiyasında iştirak etmişdir.
Azərbaycan qısa müddət ərzində təşkilatın bir sıra konvensiyalarına, o cümlədən, Avropa
Mədəniyyət Konvensiyasına, Arxeoloji İrsin Mühafizəsi Haqqında Avropa Konvensiyasına, Birgə
Kino İstehsalı Haqqında Avropa Konvensiyasına, Avropanın Canlı Təbiətin və Təbii sərvətlərin
Mühafizəsi haqqında Konvensiyaya və s. qoşulur. Bu dövrdə Azərbaycan parlamenti tərəfindən
insan hüquqlarına və əhalinin geniş kütlələrinin mənafelərinə mühüm təsir göstərə biləcək bütün
qanunvericilik aktlarının layihələri Avropa Şurasının hüquqi ekspertizasından keçirilmək üçün
göndərilir və oradan alınan səmərəli təkliflər qanunların qəbulu zamanı istifadə edilməyə başlanılır.
Məsələnin belə qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyinin Avropa standartlarına
uyğunlaşdırılması prosesini sürətləndirmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinində qısa müddət ərzində "Polis haqqında", "Əməliyyat-
axtarış fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Notariat haqqında" və s. qanunların, habelə
Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prossessual Məcəllələrin layihələri Avropa Şurasının
tövsiyələri əsasında hazırlanır və qəbul edilir.
Avropa Şurasının Parlament Assambleyasının nümayəndə heyəti Azərbaycan Respublikasında
1995-ci ilin noyabrın 12-də keçirilən parlament seçkilərini, 1998-ci ilin oktyabrında keçirilən
prezident seçkilərini, 2000-ci ilin noyabrında keçirilən parlament seçkilərini, Avropanın Yerli və
6