1
Aşağıdakılardan hansı və ya hansılar peritisklin funksiyalarına
aiddir? 1.Yan köklərin əmələ gəlməsini təmin edir. 2.Təpə
meristemlərini(apikal) əmələ gətirir. 3.Peridermanın inkişafını
təmin edir. 4.Kökün birinci quruluşdan ikinci quruluşa keçməsini
təmin edir A)3,4 B)1,4 C)1,3,4 D)2,3 E)yalnız4
2
Nöqtələri tamamlayın. Adətən bitkilərdə kök tükcüyünün uzunluğu
1-2mm olur. Ancaq.... 3mm-ə çatır. A)Su bitkilərində
B)Cillərdə C)Paxlalı bitkilərdə D)Epifit bitkilərdə
E)Taxıllarda və cillərdə
3
Rizoderm hüceyrələrində ribosomlar və mitoxondrilər nə hasil
edirlər? A)Ribosomlar ATF;Mitoxondrilər zülal
B)Ribosomlar zülal; Mitoxondrilər lipid C)Ribosomlar zülal;
Mitoxondrilər enerji (ATF) D)Ribosomlar karbohidrat;
Mitoxondrilər ATF E)Ribosomlar ATF; Mitoxondrilər
karbohidrat
4
Aerenximin əsas vəzifəsi nədir? A)Suyun saxlanmasına və ehtiyatla
işlənməsinə kömək edir B)Qaz mübadiləsinin normal getməsini
təmin edir C)Taxılllarda yarpaqların qın hissəsini əmələ gətirir
D)Kökü və yarpaqları oksigenlə təmin edir E)Torpaqdan qidalı
maddələri adsorbsiya edir
5
İkinci meristemləri göstərin. A)Fellogen, kambi B)Peritiskl
C)Fellogen D)Prokambi, fellogen E)Fellogen, peritiskl
6
Hansı mülahizələr hidropotlara aiddir? 1.Su bitkilərində yarpağın
su ilə təmasda olan hissəsini xaricdən örtür 2.
Tək-tək və ya qrup
halında yerləşir 3.Bəzi bitkilərdə xüsusi olaraq soruculuq
funksiyasını yerinə yetirən toxumadır 4.Əsas vəzifələri seçiciliklə
suda həll olmuş mineral maddələri sovurmaqdır 5.Nelüfər
bitkisinin üzən yarpaqlarının alt hissəsində görmək olar A)3,4,5
B)1,2,4,5 C)2,3,5 D)1,4,5 E)1,2,5
7
Epidermis necə toxumadır və onun hansı qabiliyyətləri var?
A)Sadə toxumadır; Bölünmə qabiliyyəti var B)Sadə toxumadır;
Soruculuq, sintezetmə və qıcıqlanma qabiliyyəti var C)Mürəkkəb
və çoxfunksiyalı toxumadır; Soruculuq,sintezetmə və qıcıqlanma
qabiliyyəti var D)Mürəkkəb və çoxfunksiyalı toxumadır; Bölünmə
qabiliyyəti var E)Sadə toxumadır; Yalnız sintezetmə qabiliyyəti
var
8
Epidermis hüceyrələrində rəngsiz plastidlər və duz kristallarının
vəzifəsi nədir? A)Parıltılıq verərək günəş şüalarını əks etdirir və
hüceyrəyə müxtəlif rənglər verir B)Buxarlanmaya kömək edir
C)Su toplama vəzifəsini yerinə yetirir D)Parıltılıq verərək günəş
şüalarını əks etdirir, yarpağı və başqa orqanları qızmağa qoymur,
buxarlanmanın qarşısını alır E)Fotosintez prosesinin getməsinə
xidmət edir
9
Ağızcıq hüceyrələrində hansı ionlar çox olduqda qonşu
hüceyrələrdən susovurma qabiliyyəti yüksəlir və hüceyrənin
osmotik gərginliyi artır? A)Kalium B)Kalsium və Maqnezium
C)Maqnezium D)Kalium və Kalsium E)Natrium
10
Çılpaqtoxumlu bitkilərin ağızcıqları necə adlanır və bu termin kim
tərəfindən müəyyən edilmişdir? A)Hidropotlar; 1857ci ildə Saşina
B)İki mərtəbəli; 1975ci ildə V.X.Tutayuk C)Pinopisoid;1775ci
ildə V.X.Tutayuk D)Batıq ağızcıq; 1986cı ildə Z.H.Hümbətov
E)Pinopisoid; 1975ci ildə Saşina
11
Polidermin ümumi qalınlığı neçə hüceyrə qatından ibarətdir və
xarici qat necə hüceyrələrdən təşkil olunmuşdur? A)15-25; ölü
hüceyrələr B)20-25; canlı hüceyrələr C)10-15; ölü hüceyrələr
D)20-25; ölü hüceyrələr E)35-45; canlı hüceyrələr
12
Tam formalaşmış mantar örtüyü neçə qatdan ibarətdir? A)2 B)3
C)1 D)5 E)4
13
Epidermis hansı bitkilərdə fellogenə özü başlanğıc verir?
A)Armud, əzgil, heyva, söyüd B)Kəndəlaş, söyüd, alma,armud
C)Heyva, şamdangülü, əzgil, alma D)Söyüd, heyva, şamdangülü,
tozağacı E)Tozağacı, kəndəlaş, əzgil, armud
14
Uyğunluğu müəyyən edin. Bitkilərin bəzilərində tükcüklər çevrilir:
Tikana Nektara Liflərə Əmici tellərə
A) Kökdə Pambıqda Çiçəklərdə Qızılgüldə
B) Pambıqda Çiçəklərdə Qızılgüldə Kökdə
C) Qızılgüldə Çiçəklərdə Pambıqda Kökdə
D) Çiçəklərdə Qızılgüldə Kökdə Pambıqda
E) Pambıqda Kökdə Qızılgüldə Çiçəklərdə
15
İlkin mübadilə məhsulları hansılardır? A)Zülallar,efir yağları
B)Flavanoidlər,qətranlar C)Karbohidratlar,tanninlər
D)Saponinlər,steroidlər E)Karbohidratlar,zülallar
16
Uygunluğu müəyyən edin.
1.Birinci quruluş mərhələsinə uğrayır a.ikiləpəlilər
2.İkinci quruluş mərhələsinə uğrayır b.birləpəlilər
3.Üçüncü quruluş mərhələsinə uğrayır c.çılpaqtoxumlular
d.ayıdöşəyikimilər A)1-b;2-a,c;3-d B)1-d;2-a,c;3-b C)1-
a;2-c,d;3-b D)1-c;2-b,d;3-a E)1-a;2-b,c;3-d
17
İfadələrdən hansı endodermin inkişafının ikinci mərhələsinə aiddir?
A)Endoderm hüceyrələri nazik qılafa
malik olmaqla bir-birinə
birləşir B)Endoderm hüceyrələrinin qılafında suberinə oxşar
maddələr toplanaraq odunlaşma gedir C)Xarici tangental divar
qalınlaşmır D)Birləpəlilər ikinci quruluş mərhələsinə uğrayır
E)Endoderm hüceyrələrinin divarları daxildən tamamilə
suberinləşir
18
Mülahizələrdən hansı yanlışdır? A)İri ötürücü topalar
sklerenximlə əhatə olunub B)Xırda ötürücü topalar sıx birləşmiş
əhatəedici parenxim tipli hüceyrələrlə dövrələnir C)İri ötürücü
topalar sıx birləşmiş əhatəedici parenxim tipli hüceyrələrlə
dövrələnir D)Yarpaq,gövdə və saplaqdakı ötürücü topalar adətən
iri və xırda olur E)İri ötürücü topalar hər 2 tərəfdən epidermisə
birləşir
19
İfraz edilən maddələrin miqdarı nədən asılı olaraq azalıb-çoxala
bilir? A)Ziyanvericilərin təsirindən B)Qoruyuculuq
funksiyasından C)Turqorun zəifləməsindən D)İlin fəslindən və
həşəratların oyanma dövründən E)Xarici mühitin təsirindən
20
Nektarlıqlar yerləşməsinə görə neçə yerə ayrılır? A)2 B)4 C)6
D)3 E)5
21
Həzm vəzicikləri hansı bitkilərdə ferment və turşular ifraz edərək tutulan
həşəratı həzm edir? A)Nepentes, su zanbağı B)Su zanbağı, meşəgilası
C)Sarrasensiya,nepentes D)Maqnoliya, sarrasensiya E)Lavr,
zəravənd