Microsoft Word zvezdocka hot sashe az



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
tarix18.05.2018
ölçüsü9,34 Kb.
#44871

background image
İstifadəsi üzrə təlimat 

 

 



ZVEZDOÇKA HOT   kəndəlaş, moruq, limon dadlı daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz 

ZVEZDOCHKA HOT 

 

Bioloji aktiv əlavə 



 

Tərkibi (1 saşe üçün) 

Təsiredici maddələr: qara kəndəlaş (Sambucus nigra) meyvələrinin ekstraktı 150 mq, askorbin turşusu 300 

mq, inulin 3 q, sink qlükonat 35 mq. 



Köməkçi maddələr: 

kəndəlaş dadlı toz: limon turşusu (E330) 170 mq, kalium asesulfam (E950) 28 mq, kəndəlaş aromatizatoru 

200 mq, natrium sitrat (E331) 55 mq, maqnezium stearat (E572) 25 mq, aerosil 15 mq. 



moruq dadlı toz: limon turşusu (E330) 170 mq, kalium asesulfam (E950) 28 mq, moruq aromatizatoru 200 

mq, natrium sitrat (E331) 55 mq, maqnezium stearat (E572) 25 mq, aerosil 15 mq. 



limon dadlı toz: limon turşusu (E330) 170 mq, kalium asesulfam (E950) 28 mq, limon aromatizatoru 200 mq, 

natrium sitrat (E331) 55 mq, maqnezium stearat (E572) 25 mq, aerosil 15 mq. 

 

Təsir mexanizmi 

Zvezdoçka Hot – qara kəndəlaş meyvələri ekstraktı, C vitamini, sink və inulinin effektiv kombinasiyasıdır. 

Qara kəndəlaş meyvələri immun sisteminin yaxşılaşmasına kömək edir və orqanizmin müdafiə qüvvələrini 

dəstəkləyir. Qara kəndəlaşın tərkibində olan flavonoidlərin antioksidant xassələri vardır və C vitamini ilə 

birlikdə sinergik təsirə malikdirlər. 

Askorbin turşusu (C vitamini) immunitetin möhkəmlənməsinə səbəb olur, bununla yanaşı, öz antioksidant 

təsirləri hesabına hüceyrələri aqressiv sərbəst radikallardan müdafiə edir. 



Sink müdafiə qüvvələrinin mobilizasiyasında mühüm rol oynayır. 

İnulin həzmi və bağırsaq mikroflorasını tarazlıqda saxlayır. 

 

İstifadəsinə göstərişlər 



Zvezdoçka Hot flavonoidlər, C vitamini, sink və inulin mənbəyidir. İmmun sisteminə müsbət təsir göstərir. 

 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, hamiləlik, ana südü ilə qidalandırma, fenilketonuriya. 

 

İstifadə qaydası və dozası 

Böyüklərə: əvvəlcədən qaynar içməli suda (100-150 ml) həll edilmiş 1 paketi gündə 1 dəfə yemək vaxtı qəbul 

etmək. Qəbul olunma müddəti – 1 ay. 

Məsləhət olunan dozaya riayət olunduqda Zvezdoçka Hot insan sağlamlığı üçün təhlükəsiz məhsuldur. 



 

Buraxılış forması 

Daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (kəndəlaş, moruq, limon dadlı). 

3,978 q toz saşe-paketlərdə. 5 saşe-paket içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

15-25ºC temperaturda, quru, işıq düşməyən yerdə saxlamaq lazımdır. 

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

3 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

 



İstehsalçı 

«FORTEKS NUTRASYUTİKALS» MMC 

Proxladen kat küç.10, Suhodol kv., Sofiya şəh. 1362, Bolqarıstan 



Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə