Aylıq
Bülleten
44
., aspian Plaza
C.Cabbarlı küç K
I, 5-ci
mərtəbə
amfa@amfa.az
+994 12 437 16 45
+994 12 437 23 39
Mikromaliyy institutlar n n potensial
ə
ı ı
imkanlar n n
ı ı
gücləndirilməsi və mikromaliyyə birliyinin və onun
müştərilərinin maraqlarının təmin olunması üçün
effektiv birgə fəaliyyətin təşviq edilməsi
1
-c buraxılış
20
i
1
, 201
0 oktyabr
7
Bakı, Azərbaycan
1
2
3
4
5
Üzvlər köşəsi
Gender yönümlü mikromaliyyə
5-ci İnvestorlar Yarmarkası
Bizimlə Əlaqə
B
:
u sayımızda
Miss yamız
i
Peşəkar İnkişaf
120-ci buraxılış
5-ci Investorlar Yarmarkası
AZƏRBAYCANDA MİKROMALİYYƏNİN GƏLƏCƏYİ: ÇƏTİNLİKLƏR VƏ İMKANLAR
Bakı, 6 oktyabr, 2017–ci il. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “Azərbaycanda Mikromaliyyənin Gələcəyi: Çətinliklər
və İmkanlar” adlı ənənəvi 5-ci İnvestorlar Yarmarkasını təşkil etmişdir. Yarmarkanın məqsədi mikromaliyyə təşkilatları, banklar,
kredit ittifaqları və investorlar/donorlar və xidmət təminatçıları arasında əlaqələrin və bugünkü rəqabətli və çətin dövrdə bazarda
yeni imkanların axtarılması və ən vacibi, investorlar və üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarının
yaradılmasına xidmət etmək.
Tədbiri dəstəkləyən Platinium Partnyoru PAŞA Bank, Gümüşü Partnyoru Beynəlxalq Maliyyə Korporasiyası və Creditİnfo
təşkilatları olmuşdur. Bu dəfəki tədbirdə KFW, SoftwareGroup, EFSE/Finance in Motion, İslam İnkişaf Bankı, ResponsAbility, Asiya
İnkişaf Bankı, Oikokredit, Avropa və Yenidənqurma İnkişaf Bankı, Grameen Credit Agricole, MİX, ASPEKT, BFC Consalting kimi
investor və xidmət şirkətləri iştirak edirdi.
Yarmarka Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru Jalə Hacıyeva tərəfindən giriş nitqi ilə açılmış, ardınca isə
AMFA İdarə Heyətinin Sədri Süleyman Kələşovun, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin Sədri Cənab Ziyad Səmədzadənin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcarçı Direktoru Cənab
Vüsal Qasımlının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Cənab
Məmməd Musayevin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktorunun Müavini və
Strateji Xidmətlər Departamentinin Direktor Müavini Cənab Asim Zülfüqarov ölkədə maliyyə sektorunun hazırkı vəziyyəti, inkişafı
və çətinlikləri barəsində xülasə ilə davam etmişdir.
Cari ildə Mikromaliyyə xidməti göstərən kredit təşkilatları 222,899–dən çox müştəriyə xidmət göstərməklə 325,037,221 dollar
həcmində portfelə malikdir.
Assosiasiyanın sədri cənab Kələşov bildirdi:” Hesab edirik ki, dövlətimiz üçün prioritet olan qeyri neft sektorunun inkişafı və ölkə
iqtisadiyyatının diversifikasıyasının təmin edilməsində böyük rolu olan kiçik sahibkarlara dəstək verilməsi dövlət tərəfindən qəbul
olunan proqramların diqqət mərkəzindən kənar qalmamalıdırlar. Regionlarda Mikrobiznes fəaliyyəti ilə məşğul olunması üçün
münbit şəraitin yaradılmasında bütün tərəfdaşlar maraqlı olmalıdırlar. Fikrimizcə, həm dövlətin dəstəyi, həm də investorların
səyləri və texniki dəstək layihələri kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində böyük rolu olan Bank olmayan Kredit
təşkilatlarının davamlı dinamik inkişafına yardımçı ola bilər”.
120-ci buraxılış
Assosiasiyanın icraçı direktoru xanım Jalə Hacıyeva bildirdi:” 15 sentyabr 2017-ci il tarixində cənab Prezident tərəfindən
“Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” və
o cümlədən, AMFA-nın “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə dair təqdim etdiyi
təklifini nəzərə alaraq Kredit Zəmanət Fondunun yaradılmasına dair çox vacib bir fərman imzalanmışdır Buna görə AMFA
adından cənab Prezidentə xüsusi təşəkkürümüzü bildiririk. Mikromaliyyə sektorunu təmsil edən bizness assosiasiyası olaraq
düşünürük ki, yaradılmaqda olan kreditlər üzrə zəmanət mexanizmi kənd yerlərinin kreditləşməsində və yeni iş yerlərinin
yaradılmasında mühum rol oynayan bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının müştərilərinə də şamil edilməsi
maliyyə bazarında ədalətli rəqabəti təşviqinə müsbət xidmət göstərə bilər.”
Konfrans zamanı AMFA ənənəvi olaraq İlin Peşəkarı və İlin üzvü nominasıyasında üzvlərini mükafatlandırdı. BOKT “TBC Kredit”
MMC il ərzində AMFA-nın fəaliyyətinə yaxından dəstək verdiyi üçün “İlin Üzv Təşkilatı nominasiyası və PAŞA Bank ASC-nin Baş
Kommersiya İnzibatçısı, AMFA İdarə Heyətinin Üzvü Melih Mengü AMFA-nın inkişaf strategiyası üzrə birbaşa fəaliyyətlərinə
davamlı dəstəyi üçün “İlin Peşəkarı” nominasıyası ilə mükafatlandırılmışdır. Eləcə də Samir Cəfərli mikromaliyyə karyerası
boyunca göstərdiyi xidmətlərə görə Xüsusi Mükafatla təltif olunmuşdur.
“Mikromaliyyənin gələcəyi: Mövcud vəziyyətdə mikromaliyyəni necə stimullaşdırmaq olar?” adlı birinci sessiyasında iştirakçılar
mikromaliyyənin müvəqqəti çətinlikləri və onun ölkə iqtisadiyyatının diversifikasiyasına təsiri; Maliyyə sektorunu tənzimləyən
orqanların və investorların baxışı:maliyyə/mikromaliyyə sektorunun mövcud vəziyyətdən çıxışı; Beynəlxalq fondların Azərbaycan
Respublikasına olan inamının artırılması, kredit mədəniyyətinin yüksəldilməsi, regionlarda maliyyə xidmətlərinə çıxışın
məhdudlaşması təhlükəsinin aradan qaldırılması mövzularının müzakirəsi aparılmışdır.
Yarmarkanın ikinci sessiyasında “İnkişaf etməkdə olan Maliyyə Texnologiyaları dövrü: Təhlükə yoxsa fürsət” sessiyasında
müştərilərə yeni imkanların yaradılması və onların əməliyyatlara adaptasiyası; çevik və məsuliyyətli bank olmayan kredit
təşkilatları və maliyyə texnologiyaları təqdim edən (FİNTEK) şirkətlər üçün əlverişli vaxt deyilmi?; innovasiya mədəniyyətinin
yaradılması; maliyyə bazarında baş verən dəyişikliklər dövründə uğurları yenidən müəyyən etməklə gələcək mövqeyin
möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi ilə yekunlaşmışdır .
117-ci buraxılış
Gender yönümlü mikromaliyyə
Qadınların səlahiyyətləndirilməsi
UNDP gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə sadəcə insan haqlarının qorunması kimi yanaşmır, həmçinin
Millennium İnkişaf Məqsədlərinə və dayanıqlı inkişafa nail olmaq üçün əsas yolun təmin edilməsinə hədəflənir..
Məqsədlərimiz:
UNDP gender bərabərliyini və qadınların səlahiyyətləndirilməsini yoxsulluğun azaldılmasına, demokratik idarəetmə, böhranın
qarşısının alınması və bərpası və mühit və dayanıqlı inkişafa inteqrasiya etmək üçün qlobal və yerli cəhdləri kordinasiya edir.
Bizim qlobal şəbəkəmizdə qadınların məhkəmə sistemindən dövlət sektoruna, habelə özəl sektorda və vətəndaş
cəmiyyətindəki bütün idarəetmə orqanlarına real səs verməsini təmin etmək üçün çalışırıq və ictimai dialoqda və ailə və
ölkələrin gələcəyini müəyyənləşdirəcək qərarlarda kişilərlə bərabər iştirak edə bilərlərAccessBank nizamnamə kapitalını 20
milyon manatdan çox artırdı
ÜZVLƏR KÖŞƏSİ
PAŞA Bank yerli qiymətli kağızlar bazarında növbəti bir ilkə imza atıb
Ölkənin aparıcı korporativ bankı - PAŞA Bankın törəmə təşkilatı olan PASHA Yatırım Bankası Azərbaycan qiymətli kağızlar
bazarında öz istiqrazlarının yerləşdirilməsini uğurla həyata keçirmişdir. Bu yerli qiymətli kağızlar bazarının tarıxində ilk
emissiya halıdır ki, digər ölkədə qeydiyyatdan keçmiş və orada fəaliyyət göstərən təşkilat Azərbaycanda qiymətli kağızlar
bazarı vasitəsi ilə vəsait cəlb edir. İstiqrazların ABŞ dollarında denominasiya olunması və emitentin xarici qurum olması bu
emissiyanı Azərbaycanda ilk avrobond emissiyası kimi səciyyələndirir. Bu istiqrazların yerləşdirilməsi zamanı anderrayter
olaraq PAŞA Kapital İnvestisiya Şirkəti çıxış etmişdir
İstiqrazlarının yerləşdirilməsini şərh edən PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov qeyd edir ki, bu emissiya ilə
Bank ölkənin qiymətli kağızlar bazarının inkişafına xidmət edən növbəti uğurlu bir təşəbbüsə imza atır.
“Bu və digər oxşar təşəbbüslərimizi diqqət mərkəzində saxlayan beynəlxalq maliyyə ekspertləri PAŞA Bank tərəfindən
ölkənin qiymətli kağızlar bazarında həyata keçirdiyi layihələrini, o cümlədən korporativ istiqraz buraxılışını, market-meyker
xidmətlərinin göstərilməsini yüksək qiymətləndirərək Bankımızı dəfələrlə nüfuzlu mükafatlara layiq görüblər. Sevindirici haldır
ki, bu növ fəaliyyətlərin davamı olaraq həyata keçirilmiş PASHA Yatırım Bankasının istiqrazlarının Azərbaycan bazarında
yerləşdirilməsi uğurla başa çatdırılıb. Ümid edirik ki, gələcək nailiyyətlərimiz də ümumilikdə Azərbaycan iqtisadiyyatının, eyni
zamandamüştərilərimizin və tərəfdaşlarımızın inkişafına əhəmiyyətli töhfə verəcək”, - T.Kazımov fikrini yekunlaşdırdı.
Qeyd edək ki, emissiyasının parametrləri aşağıdakı kimidir:
Ümumi həcm: 25 000 000 USD
Tədavül müddəti: 5 il 3 ay
Kupon faizi: 4.85%
Kupon ödənişi: Hər kvartaldan bir
AccessBank nizamnamə kapitalını 20 milyon manatdan çox artırdı
Bakı, 04 oktyabr 2017-ci il. AccessBank-ın səhmdarları tərəfindən 20 mln manat məbləğində 4.8 mln yeni səhmlərin əldə
edilməsi nəticəsində Bankın nizamnamə kapitalı 140 mln manatadək artırıldı. Səhmlərin emissiyası və qeydiyyatı 30
sentyabr 2017-ci il tarixində başa çatıb.
"Kapitalın ikinci dəfə artırılması bir daha səhmdarlarımızın Bankın kapital mövqeyinin davamlı şəkildə gücləndirilməsi
niyyətini nümayiş etdirir. Bu, bizə müştərilərimizin maliyyə ehtiyaclarını maksimum dərəcədə qarşılamaq və mikro, kiçik və
orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyimizi daha da möhkəmləndirməyə şərait yaradacaq” – AccessBank-
ın İdarə Heyətinin sədri Rolf Reichardt bildirib.
120-ci buraxılış
MFC lik Konfrans
İl
ı
Peşəkar İnkişaf
YENİ RƏQƏMSAL MALİYYE XİDMƏTLƏRİ
2-ci illik konfrans
Back to Boulder: Mikromaliyyə bazarlarında Məsuliyyətli Risk
Aparıcı şirkətlərin CEO və idarə heyətinin üzvləri ilə birlikdə rəqəmsal maliyyə
xidmətləri dünyasını kəşf etməyə qoşulun. Bu sektorda bütün aparıcı peşakarları
öz təcrübələrini bölüşəklər və uğurlu mobil pul strategiyaslarının yerləşdirilməsini
ekspertiza edeceklər
27 noyabr – 1 dekabr, 2017-ci il
Washington, D.C., USA
https://www.bouldermicrofinance.org/boulder/EN/REGISTER/B2B
Belgian documentaries at Imagine Euro Tolerance Festival (13 & 14 Oktyabr)
Cümə günü- 13 OKTYABR @ PARK CINEMA
18:00 (rəsmi mətbuat konfransından sonra) : “Həyat üçün ölüm” (Ərəb və ingilis dilində
altyazısı ilə)
Filmin direktoru ilə müzakirələr, Andrés Lübbert
---
Şənbə günü- 14 OKTYABR @ PARK CINEMA
18:00-18.30 : “Porqué nos vamos ?” (İspan və ingilis dilində altyazısı ilə)
18.30-20.00 : “El Color del Camaleon” (Ərəb və ingilis dilində altyazısı ilə)
Filmin direktorları (Andrés Lübbert və Xavier Solano )ilə müzakirələr
44 C. Cabbarlı küç., Kaspian Plaza I, 5-ci mərtəbə
+994 12 437 16 45
+994 12 437 23 39
Azerbaijan Micro-finance Association
AMFA ( Azerbaijan Micro-finance Association)
Document Outline - Page 1
- Page 2
- Page 3
- Page 4
- Page 5
- Page 6
Dostları ilə paylaş: |