20
4.4.
Strategiya üzrə 2015-2020-ci illər üzrə planlaşdırma
“Strategiya” üzrə yuxarıda qeyd olunan tədbirlərin icrasının başa çatdırılması və ya gələcəkdə
genişləndirilməsi nəzərdə tutulmuşdur. Azərbaycanın bütün regionlarında ABOEM sahəsində
uzunmüddətli və effektli fəaliyyətin təmin edilməsi, layihələrin planlı şəkildə və regionların enerji
tələbatına uyğun həyata keçirilməsi üçün Dövlət Agentliyi tərəfindən qəbul edilmiş strateji plana
(2015-2020) əsasən “Azərbaycan Respublikasının ABOEM üzrə inkişaf xəritəsi 2020”, “Azərbaycan
Respublikasının şəhər və rayonları üzrə 2020-ci ilədək ABOEM-in inkişaf xəritələri” və “Azərbaycan
Respublikasının ABOEM üzrə idarəetmə sxemi” hazırlanmışdır.
“Strategiya” Layihəsi üzrə SEQ prosesindən əldə edilən nəticələr üzrə rəy və təkliflər Strategiya,
habelə gələcəkdə Strategiya çərçivəsində hazırlanacaq Fəaliyyət Planında nəzərə alınacaqdır. Hazırda
“Strategiya” üzrə Tədbirlər Planın hazırlanması işləri davam etdirilir.
Plan üzrə Azərbaycan Respublikasında 2020-2030-cu illərdə quraşdırılacaq alternativ və bərpa olunan
enerji stansiyalarının iqtisadi və inzibati rayonlar üzrə bölgüsü aparılmışdır. Bütün iqtisadi və inzibati
rayonlarda qoyulacaq stansiyaların gücü təyin olunmuş və ABEM növlərinə görə bölünmüşdür
(bax
aşağıdakı xəritə).
Stansiyaların tipi regionların ABEOM potensialı və istehlak olunacaq enerjinin miqdarı nəzərə
alınmaqla seçilmişdir. Cədvəldə hər bir rayon üzrə
Günəş elektrik stansiyaları, Günəş istilik
stansiyaları, Istilik nasosları, Bioenerji və kogenerasiya qurğuları, Külək elektrik stansiyaları, Kiçik
Su Elektrik Stansiyaları və geotermal (və geotermik) stansiyalarının gücləri göstərilmişdir.
Məlumdur ki, 2020-ci ilə qədər quraşdırılan stansiyalar hesabına ümumi elektrik enerjisi istehsalında
alternativ və bərpa olunan enerjinin payı
20%-ə qədər çatdırılacaqdır. 2020-2030-cu illərdə göstərilən
stansiyaların quraşdırılmasından sonra ümumi elektrik enerjisi istehsalında alternativ və bərpa olunan
enerjinin payı 50%-ə qədər yüksələcəkdir.
2011-ci ildə elektrik enerjisi istehsalında ABOE-nin payı 10%, o cümlədən, hidroenerjidə 9,8% ,
ümumi istehlakda ABOE-nin payı 2,3% təşkil etmişdir.
Strateji plana əsasən əsas hədəflər olaraq, 2020-ci ilədək ölkə ərazisi üzrə 2065 MVt günəş, 512,5
MVt külək, 515 MVt biokütlə, 60 MVt Kiçik Su Elektrik Stansiyalarının və geotermal istilik
stansiyalarının qurulması nəzərdə tutulur.
Azərbaycan 2020-ci ilədək bərpa olunan energetikanın inkişafı ilə bağlı aşağıdakı
məqsədləri müəyyən
etmişdir:
Elektrik enerjisi istehsalında ABOE-nin payı - 20%;
Ümumi istehlakda ABOE-nin payı - 9,7%;
ABOE-nin müəyyən edilmiş gücü - 2.000MVt.
Aşağıdakı xəritə ABOEM-in təxmini inkişaf sxemi əks etdirir: