11
Çox yerdə dəbdə olan o idi ki, siyasətçilərə, hökumətdə olanlara yuxarıdan
aşağı baxılsın. Mən güman edirəm ki, Prezident Kennedi bunu dəyişdi və
hökumətin ictimai konsepsiyasını başqalaşdırdı. O,
yəqin ki, bunu siyasətdə iştirak
edən adamlar üçün edirdi. Lakin, həm də biz bunu siyasət barədə, qərarların qəbul
edildiyi hökumət meydanı barədə hiss edirik. Bu qərarlar təkcə bizim hamımızın
taleyinə deyil, həm də bizim doğulmuş və hələ doğulmamış uşaqların gələcəyinə
təsir göstərəcəkdir.
Kuba Raket Böhranının son ilində biz müharibənin, bir-biri ilə nüvə
bombardmanları mübadiləsinin mümkünlüyünü müzakirə edirdik və bu vaxt həlak
olacaq adamlar barədə danışırdıq – həmin vaxt axırıncı olduqca əhəmiyyətsiz,
demək olar ki, boş bir şey kimi görünürdü. Onu bir məsələ real olaraq
qayğılandırır, həqiqətən belə məna kəsb edirdi və həmin vaxt daha qorxulu idi ki,
əks halda bizim ölkənin və dünyanın uşaqlarının ölümü spektri – qarşıdurmada
iştirakı olmayan və heç nə bilməyən gənc insanların həyatı başqaları kimi şam
üzərindəki hisə çevrilə bilər – meydana gələcəkdir. Onlara heç vaxt qərar vermək,
seçkilərdə səs vermək, vəzifə tutmaq, inqilab etmək, öz talelərini müəyyən etmək
şansı verilməyəcəkdir.
Biz, bizim nəsil buna malik idi. Və biz səhvə yol versək, özü də təkcə
özümüzə, öz gələcəyimizə, öz evlərimizə, öz ölkəmizə görə deyil, heç vaxt hansısa
bir rol oynamaq, “hə” ya “yox” seçimi etmək; özünü hiss etdiyi kimi etmək imkanı
verilməyənlərin həyatları, gələcəkləri, evləri və ölkələri barədə səhv etmiş
olsaydıq, bu, böyük faciə olardı.
Bonar Lou demişdir: “Burada labüd müharibə üçün elə bir şey yoxdur. Əgər
müharibə başlansa, bu, bəşər müdrikliyinin çatışmamasından irəli gələcəkdir”.
Bu həqiqətdir. Bəşər müdrikliyinə təkcə bir tərəfdən deyil, bütün tərəflərdən
ehtiyac duyulur. Mən bunu əlavə edə bilərəm ki, əgər Amerikan Prezidenti və
həmçinin Baş nazir Xruşşov tərəfindən müdriklik nümayiş etdirilməsəydi, onda
bizim bildiyimiz kimi, dünya dağıla bilərdi. Lakin sonralar gələcək Kubalar da ola
bilər. Gələcək böhranlar da ola bilər. Biz aclıq, laqeydlik, yoxsulluq və əzilənlər
problemlərinə malikik. Onlar daha çox kömək almalıdırlar. 1962-ci ilin
12
oktyabrında artıq qərar tapılmalı olanda, indiyədək üzləşdiyimiz digər problemlərin
də cavabı hökmən tapılmalıdır. Beləliklə, həmin müdrikliyə indiyədək ehtiyac
duyulur.
Con Kvinsi Adams, Deniel Uebster, Sem Hyuston, Tomas Hart Benton,
Edmund T.Ross, Lutsius Kvintus Tsintsinnatus Lamar, Corc Norris və Robert Taft
bizi öz irsləri ilə mükafatlandırmışlar. Onlar gəldilər, öz əlamətlərini bizə miras
qoydular və bu ölkə artıq o adamların yaşadıqları həmin ölkə deyildir, onların
bizim üçün etdikləri işlər çox yaxşı olmalarına görə əzizlənir, qidalanır və
bəyənilir, çünki onlar ölkənin və bizim hamımızın nəfinə bu qədər çox şeylər
etmişlər.
Və bu, həmçinin Con F.Kennedi üçün də belə idi. Digərlərinə belə bənzər
qaydada, onun həyatı da böyük əhəmiyyətə malik idi, o, sağ olan vaxt ölkə üçün
hansısa bir məna kəsb edirdi, ən əhəmiyyətlisi isə o idi ki, onun qoyub getdikləri,
onun başladıqları işlərlə indi biz necə davranırıq. Bu belə bir inam idi ki, Platonun
dediyi kimi, demokratiyada vətəndaşlıq definitsiyası hökumətdə
iştirak etməkdir və
Frensis Bekonun yazdığı kimi, buna “müşahidəçi olmaq vəzifəsi yalnız Allaha və
mələklərə qoyulub gedilmişdir”. Bu belə bir inamdır ki, demokratiya öz xalqının
səyi ilə öz problemləri ilə üzləşməlidir və üzləşə bilər, səbirlilik, təmkinlilik,
ehtiras, həmçinin həlli nadir hallarda asan tapılan qərarlar üçün mübarizədə
müdriklik, qüvvə və igidlik göstərməlidir.
Bu onun inamı idi ki, biz uğurla hərəkət etməliyik, çünki amerikanların
indiki nəslinin mövcud olduğu bu torpaqda bizdən əvvəl həmin adamların igidliyi
baş vermişdir.
“Biz bu gün həmin birinci inqilabın varisləri olduğumuzu unutmağa cürət
etməməliyik. Qoy dünya zaman və məkanda, dost üçün də, düşmən üçün də eyni
qaydada irəli getsin, həmin məşəl amerikanların yeni nəslinin – bu əsrdə
doğulanlara, müharibə tərəfindən mülayimləşənlərin, çətin və acı sülhlə intizama
gətirilənlərin, bizim qədim irsdən iftixar duyanların – və həmin insan haqlarını
yavaş-yavaş pozanlara və ya ona icazə verənlərə şahidlik etməyə meyli