18 avqust 2016-cı il, cümə axşamı
5
Bu gün Azərbaycan dünyada nümunəvi inkişaf
modelinə malik olan bir ölkə kimi tanınır. Davamlı inkişaf
nəticəsində respublikamız Cənubi Qafqazın lider dövləti
səviyyəsinə yüksəlib və buna görə də bölgədə Azərbaycanın
təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni
reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda,
müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq
təşəbbüsləri ilə çıxış edir ki, bunun da hesabına respublika-
mızın beynəlxalq nüfuzu, habelə təsir imkanları əhəmiyyətli
dərəcədə artıb.
Azərbaycanın müstəqillik
tarixində təməli xalqımızın
ümummilli lideri Heydər Əliyev
tərəfindən qoyulan və son 13 ildə
Prezident İlham Əliyevin uğur-
la davam etdirdiyi məqsədyönlü
siyasət sayəsində ölkəmizin iqtisadi
müstəqilliyinin təmin olunması
yolunda inamlı addımlar atılıb. İq-
tisadi müstəqillik Azərbaycanın çox
mühüm perspektivlərə malik ölkə
kimi dinamik inkişafını təmin edib.
Bütövlükdə, Azərbaycanın
sürətli inkişafı və əldə edilmiş
nailiyyətlər Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasi və iqtisadi kursun
qanunauyğun nəticəsidir. Bu gün
Azərbaycanda xalq-iqtidar bir-
liyi islahatların, daxili və xarici
siyasət kursunun səmərəliliyini
təmin edən əhəmiyyətli strateji
amil rolunu oynayır. Eyni za-
manda, mütəmadi surətdə re-
allaşdırılan islahatlar mövcud
inkişafı sürətləndirməklə yanaşı,
yeni inkişaf perspektivlərinin
müəyyənləşdirilməsini şərtləndirir.
Ölkə iqtisadiyyatının inkişafı
üçün mütəmadi surətdə reallaşdı-
rılan praqmatik islahatlar modeli
formalaşdırılıb ki, bu, bütövlükdə,
milli inkişafa təkan verən
əhəmiyyətli amil səciyyəsi daşıyır.
Eyni zamanda, güclü iqtisadi inki-
şafa əsaslanan bir sıra tədbirlərin
həyata keçirilməsi Azərbaycanın
milli tərəqqisini sürətləndirən, milli
gücünü artıran başlıca strateji kom-
ponent kimi mühüm önəm daşıyır.
"Bakı şəhəri Qaradağ rayonu-
nun Ələt qəsəbəsində yeni Bakı
Beynəlxalq Dəniz Ticarət Lima-
nının ərazisi daxil olmaqla azad
ticarət zonası tipli xüsusi iqtisadi
zonanın yaradılması ilə bağlı
tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 17
mart 2016-cı il tarixli sərəncamı da
yuxarıda qeyd edilən fikrin bariz
ifadəsidir. Həmin sərəncama əsasən,
azad ticarət zonası tipli xüsusi
iqtisadi zonanın yaradılmasında
məqsəd iqtisadiyyatın davamlı
inkişafı və rəqabət qabiliyyətinin
artırılması, ölkəmizin logistika və
nəqliyyat mərkəzi kimi mövqeyinin
gücləndirilməsi və ölkədə çoxşaxəli
nəqliyyat infrastrukturunun yaradıl-
masıdır.
Adıçəkilən sərəncama uyğun
olaraq, hazırda Ələtdə azad ticarət
rejimli xüsusi iqtisadi zonanın
təşkili istiqamətində işlər davam
etdirilir.
Xatırladaq ki, müvafiq
sərəncamla Bakı Limanının dünya-
nın məşhur liman mərkəzlərindən
birinə çevrilməsinin hüquqi əsası
qoyulub, bu işə təkan verilib.
Zonanın gələn ildən tam fəaliyyət
göstərəcəyi gözlənilir. Bununla
da Ələtdəki azad ticarət zonası
tipli xüsusi iqtisadi zona dünyanın
Dubay, Honkonq, Şanxay, Sinqapur
kimi nəhəng nəqliyyat-logistika
mərkəzinə çevriləcəkdir.
Limanın sahəsi 400 hektardır
və bu ərazinin 100-115 hektarında
azad iqtisadi zona yaradılacaq. Əgər
bu zonanın yaradılmasında 100-
115 hektar ərazi kifayət etməzsə,
o zaman Bakı Limanının sahəsi
genişləndiriləcək.
Artıq Ələtdəki Yeni Bakı Lima-
nında azad ticarət zonasının (ATZ)
yaradılması ilə bağlı işçi qrupunun
ilk iclası keçirilib. "Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı" QSC-nin
mətbuat xidmətindən verilən
məlumata görə, iclasda xüsusi iqti-
sadi zonalara dair qanunvericiliyin
təkmilləşdirilməsi, Ələt qəsəbəsində
azad ticarət zonasının yaradılma-
sının iqtisadi əsaslandırılması,
inkişaf konsepsiyası, infrastruk-
turu və idarə olunması, eləcə də
həyata keçiriləcək sahibkarlıq
fəaliyyətinin növləri, habelə onların
xüsusiyyətləri ilə bağlı təkliflərin
hazırlanmasi istiqamətində aparılan
işlər müzakirə olunub.
İclasda həmçinin, diqqətə çatdı-
rılıb ki, ATZ-nin planlaşdırılması və
idarə olunması sahəsində ixtisasla-
şan xarici şirkətlə danışıqlar aparılıb
və yaxın zamanlarda həmin şirkət
azad ticarət zonasının yaradılmasına
cəlb olunacaq. Bununla yanaşı, xa-
tırladılıb ki, Ələt qəsəbəsində ATZ-
nin yaradılması ilə bağlı ölkə Pre-
zidentinin müvafiq sərəncamından
irəli gələn tapşırıqların icra olun-
ması Yeni Bakı Limanının Avrasiya
məkanında nəqliyyat və logistika
mərkəzinə çevirilməsini təmin
edəcəkdir. Hazırda işçi qrupuna da-
xil olan 10-dan çox nazirlik, komitə,
agentlik və cəmiyyət rəsmiləri bu
prosesin səmərəli qurulması üçün
öz töhfələrini verirlər.
Onu da qeyd edək ki, Yeni Bakı
Limanında ATZ-nin yaradılması ilə
nəqliyyat və logistika infrastruk-
turunun, neft-kimya və əczaçılıq
sahələrinin qurulması, müxtəlif
çeşiddə malların istehsalı, qablaşdı-
rılması, markalanması və s. işlərin
həyata keçirilməsi planlaşdırılır.
ATZ ilə bağlı qanun layihəsinin
Milli Məclisin payız sessiyasında
müzakirəsi də nəzərdə tutulub.
Mütəxəssislərin fikrincə,
ATZ-nin yaradılması bilavasitə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin respubli-
kamızda qeyri-neft sektorunun inki-
şafı, ölkəmizi Avrasiya regionunda
nəqliyyat və logistika mərkəzinə
çevirmək siyasətinin mühüm
hissəsidir.
Prezident İlham Əliyevin
diqqət və qayğısı sayəsində bu
gün Azərbaycan iqtisadiyyatının
bütün sahələri kimi, nəqliyyat
sektoru da dinamik inkişaf edir.
Bakı Limanının yenidən qurulma-
sı Azərbaycanın müasir tarixinin
əlamətdar hadisələrindən biridir. Li-
manın gələcək inkişaf konsepsiyası
bu qurumun nəqliyyat və logistika
mərkəzinə çevirilmək siyasətinin
dolğunluğunu, iqtisadi-siyasi, sosial
və praktiki əhəmiyyətini, faydalılı-
ğını bir daha sübut edəcək.
Azərbaycan dövləti tərəfindən
son illər ərzində nəqliyyat infrast-
rukturuna, tranzit potensialına xüsu-
si diqqət ayrılıb. Bu sahələrə böyük
investisiyalar yatırılıb. Avtomobil,
hava, dəmir yolları, gəmiçilik, bir
sözlə, adı çəkilən liman da daxil
olmaqla bütün infrastrukturların
beynəlxalq səviyyəyə çatması üçün
addımlar atılıb. İndi isə azad ticarət
zonası tipli xüsusi iqtisadi zona ya-
radılır və tezliklə gücləndirilmiş iş
rejimində bu zona da Azərbaycanın
brendinə çevriləcək.
Mütəxəssislərin fikrincə,
Azərbaycanda iqtisadi zonaların
təşkili haqqında qanun çoxdan
qəbul edilsə də, bu, respublikada
formalaşdırılacaq ilk iqtisadi zona
olacaq. Bu zonanın Ələtdə yaradıl-
masının əhəmiyyəti ondan ibarətdir
ki, adıçəkilən qəsəbədə liman var.
Eyni zamanda, iqtisadi zonalar üçün
ən vacib amil xarici dövlətlərə çıxış
imkanıdır. Yeni layihəyə əsasən,
Azərbaycan xarici dövlətlərə çıxış
imkanı qazanacaq. Bu, çox yaxın
gələcəkdə ölkədəki iqtisadi inki-
şafa öz töhfəsini verəcək. Liman
vasitəsilə yükdaşımalar kəskin
artacaq, yeni istehsal sahələri və iş
yerləri açılacaq.
İqtisadçı alim Vüqar Bayramov
bildirdi ki, yeni yaradılacaq iqtisadi
zona daha çox nəqliyyat, logistika
zonasının formalaşmasına xidmət
edir. İnvestisiyaların cəlb olunması
burada əsas hədəf olaraq nəzərdə
tutulub. Belə bir iqtisadi zonanın
yaradılmasının üstünlüyü ondan
ibarətdir ki, Azərbaycan tranzit ölkə
olaraq öz imkanlarını genişləndirə
biləcək və ölkə ərazisinə daha çox
yükdaşımalara nail olacaq. Son
dövrlər Azərbaycan ərazisində
malların Avropadan və Türkiyədən
Asiyaya aparılmasına olan marağın
artmasını nəzərə alaraq yeni iqtisadi
zonanın yaradılması Azərbaycanın
imkanlarını genişləndirəcək. Yeni
iqtisadi zona, həmçinin dövlət
gəlirlərinin və büdcəyə daxil olan
vəsaitin artmasına da səbəb olacaq.
Bu addım, eləcə də məşğulluğun
inkişafına müsbət təsir göstərəcək.
Çünki yeni investisiyaların cəlb
olunması yeni iş yerlərinin yaran-
ması deməkdir.
V.Bayramovun sözlərinə görə,
sözügedən zona digər sektorlarda
da aktivliyin artmasına münbit
şərait yaradacaq. İnvestisiya qo-
yuluşundan sonra yerli xammala
ehtiyac yaranacaq. Bundan başqa,
yeni iqtisadi zona imkan verəcək
ki, iqtisadçı kadrların işlə təmin
olunması həyata keçirilsin. Bu
baxımdan yanaşsaq, azad iqtisadi
zona ehtiyatda olan məhsulların bir
qisminin daxili bazara çıxarılma-
sına geniş imkan yaradacaq. Bu da
sözsüz ki, öz növbəsində idxaldan
asılılığın aradan qaldırılması və
yerli məhsulun bazara çıxarılması
cəhətdən çox vacibdir.
Sonda onu da vurğulamaq
yerinə düşər ki, Azərbaycanda tran-
zit imkanlarının genişləndirilməsi
məqsədilə aparılan koordinasiya
işlərinin, tranzit yükdaşımaları üçün
yaradılan əlverişli şəraitin nəticəsi
olaraq, cari ilin birinci yarısın-
da ölkə ərazisindən keçən yük
avtomobillərinin sayı 2015-ci ilin
müvafiq dövrü ilə müqayisədə 2,3
dəfə artıb.
Vaqif BAYRAMOV,
"Xalq qəzeti"
Azərbaycanda azad ticarət zonası
tipli xüsusi iqtisadi zona yaradılır
Azərbaycan Dövlət İqtisad Univer-
siteti (UNEC) Fransanın nüfuzlu ali təhsil
müəssisələrindən olan Montpellier Universiteti və
Beynəlxalq Biznes və İdarəetmə Məktəbi (CEFAM)
ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində
2016/2017-ci tədris ilində UNEC-in 10 tələbəsi
adıçəkilən universitetlərdə təhsil alacaqdır.
UNEC və Montpellier
Universiteti arasında reallaş-
dırılan ikili diplom proqra-
mına qoşulan beş tələbə bir
akademik tədris ili ərzində
Fransada təhsil almaqla
dörd illik təhsil müddətinin
sonunda, həm UNEC, həm
də Montpellier Universite-
tinin bakalavr diplomlarını
əldə edəcəkdir. Digər beş
tələbə isə universitetlərarası
tələbə mübadiləsi proqramı
çərçivəsində bir semester
ərzində CEFAM-ın kreditlərini
qazanacaqdır. Sevindirici
haldır ki, bu tələbələrdən üçü,
eyni zamanda, Erasmus+
təqaüdünə də layiq görülüb.
Fransanın Azərbaycandakı
səfirliyində növbəti tədris
ilində Fransada təhsil ala-
caq gənclərlə görüş keçi-
rilib. Görüşdə Fransanın
Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri xanım Aure-
liya Buşez Fransada təhsil ala-
caq 50 tələbəni təbrik edib. O,
Azərbaycanla Fransa arasında
təhsil sahəsində əməkdaşlığın
sürətlə inkişaf etdiyini bildirib
və iki ölkənin universitetləri
arasında ikitərəfli əlaqələrin
əhəmiyyətindən danışıb.
Tədbirdə Fransada təhsil
alacaq gənclər arasında UNEC
tələbələri və məzunlarının
üstünlük təşkil etdiyi diqqətə
çatdırılıb.
Elnarə ÖMƏROVA
UNEC
tələbələri Fransada təhsil alacaqlar
Qışa hazırlığa yaydan başlamağın vacib-
liyi sübuta ehtiyacı olmayan həqiqətdir. Lənkəran
Şəhər İcra Hakimiyyəti başçısı yanında növbəti
şura iclasında bu fikir xüsusi vurğulanıb.
İclasda "2016-2017-ci
illərin payız-qış mövsümünə
hazırlıq sahəsində görül-
müş işlər və qarşıda duran
vəzifələr" müzakirə edilib.
ŞİH başçısının müavini – şəhər
təsərrüfatı şöbəsinin müdi-
ri Möhübbət Babayevin bu
barədə məruzəsi dinlənilib.
O, istilik sistemləri, elektrik
və qaz istismarı sahələrində,
su-kanal , mənzil-istismar və
kommunal, mənzil təsərrüfatı
idarələrində, meşə mühafizəsi
və bərpası, həmçinin şəhər ya-
şıllaşdırma müəssisəsində, 42
saylı yol-istismar idarəsində,
Yuxarı Xanbulançay Hidroqov-
şağı İstismar İdarəsində, tele-
kommunikasiya qovşağında,
təhsil , səhiyyə, mədəniyyət və
turizm sistemində, neft termi-
nalı bazasında, dəmiryol stansi-
yasında, , "Lənkəran-Sərnişin"
ASC-də və şəhərdaxili yollarda
payız-qış mövsümünə hazırlıq-
la əlaqədar görülən işlər barədə
ətraflı məlumat verib, mövcud
nöqsanları diqqətə çatdırıb.
Ayrı-ayrı xidmət sahə-
lərinin rəhbərləri qarşıdakı
payız-qış mövsümünə hazırlıq
sahəsində görülmüş işlərdən
və qarşıda duran vəzifələrdən
danışıb, təkliflərini söyləyiblər.
İclasa sədrlik edən
Lənkəran ŞİH-nin başçısı
Taleh Qaraşov 2016-cı ilin
iş planına əsasən, rayonda
payız-qış mövsümünə hazır-
lıq sahəsində görülmüş işləri
dəyərləndirib, şəhər təsərrüfatı
sistemində işlərin normal
təşkili üçün qalan hazırlıq
işlərinin də qısa müddətdə
tam başa çatdırılacağına və
mövcud nöqsanların aradan
qaldırılacağına əminliyini ifadə
edib. Şəhər rəhbəri noyabrın
birinci ongünlüyündə bu
məsələnin yenidən müzakirə
ediləcəyini bildirib və sonda
xidmət sahələrinin rəhbərlərinə
konkret tapşırıqlar verib.
Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin
bölgə müxbiri
Lənkəranlılar qışa indidən hazırlaşırlar
Tarif (qiymət) Şurası dərman vasitələrinin
qiymətlərinin bahalaşması ilə bağlı kütləvi in-
formasiya vasitələrində yer alan məlumatlara
münasibət açıqlayıb.
APA-nın şuranın saytına
istinadən verdiyi məlumata
görə, şura dövlət qeydiyyatına
alınmış 9850 dərman vasitəsinin
qiymətinin Tarif (qiymət) Şurası
tərəfindən təsdiq edildiyini, on-
lardan 7347 dərman vasitəsinin
(75%-i) hazırda təsdiq edilmiş
qiymətlərlə satışda olduğunu
açıqlayıb: “Digər 2503 dərman
vasitəsinin (25%-nin) təsdiq
edilmiş qiymətləri isə cari ilin
1 sentyabr tarixindən qüvvəyə
minəcək.
1 sentyabr tarixindən
etibarən qiymətləri təsdiq
edilməyən dərman vasitələrinin
satışı yalnız həmin dərmanların
qiymətləri təsdiq olunduqdan
sonra həyata keçirilməlidir”.
Qeyd olunub ki, Tarif
Şurası tərəfindən qiymətləri
təsdiq edilərək qüvvəyə
minmiş dərman vasitələrinin
qiymətlərində Şuranın qərarı ol-
madan hər hansı bir dəyişiklik,
o cümlədən dərman vasitələrinin
qiymətlərinin bahalaşması
mümkün deyil.
Qiymətləri Tarif (qiymət)
Şurası tərəfindən tənzimlənmiş
9850 dərman vasitəsinin
qiymətləri Şuranın rəsmi inter-
net saytında (www.tariff.gov.az)
yerləşdirilib.
Tarif Şurası dərmanların baha qiymətə satılması
barədə məlumatlara münasibət bildirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində
"Dini radikalizmlə mübarizədə dini icmaların
fəaliyyətinin təşkili" mövzusunda seminar-
müşavirə keçirilib. Dini icma sədrlərinin, imam və
axundların, dini ayinlərin icraçılarının, ictimaiyyət
nümayəndələrinin, ağsaqqal və gənclərin işti-
rak etdikləri tədbiri giriş sözü ilə RİH başçısının
birinci müavini Rövşən Ağayev açıb. Geniş məruzə
ilə çıxış edən DQİDK sədrinin birinci müavini
Səyyad Salahlı radikalizmlə mübarizədə dini
icmaların rolu və fəaliyyəti barədə konkret fakt-
lar əsasında danışıb. Qeyd edib ki, radikal və dini
cərəyanlara qarşı ciddi mübarizə ilahiyyat elminə
əsaslanmaqla, dövlət mövqeyində sabit dayanmaq-
la aparılmalıdır.
Məruzəçi dünyanın bir
sıra ölkələrində milli, dini
zəmində münaqişələrin
baş alıb getdiyi bir vaxtda
Azərbaycanda tolerantlıq və
multikultural dəyərlərin hökm
sürdüyünü, dini radikalizm
və ekstremizimlə mübarizədə
milli-mənəvi dəyərlərimizin
təbliğini, tolerant və multikul-
tural ənənələrimizin təşviqinin
böyük əhəmiyyət daşıdığını
vurğulayıb.
Qafqaz Müsəlmanları
İdarəsinin İsmayıllı rayonu
üzrə nümayəndəsi, "Cümə"
məscidinin imamı Şahzadə
Bilalov çıxış edərək deyib ki,
İsmayıllıda dini durum sabit-
dir, qeyri-ənənəvi, radikal dini
cərəyan və təriqətlərə qarşı
mübarizə düşünülmüş qay-
dada, qanuni əsasda aparılır.
İcmaların fəaliyyəti getdikcə
yaxşılaşır. Lakin ilahiyyat
elmini, Quranı dərindən
mənimsəyən, haqqı müdafiə
etməyi bacaran dini kadrlara
daha çox ehtiyac var. Sonda
DQİDK sədrinin birinci müa-
vini sualları cavablandırıb.
İ. MUSAOĞLU,
"Xalq qəzeti"nin
bölgə müxbiri
İsmayıllıda dini radikalizmə qarşı mübarizə
mövzusunda seminar-müşavirə
2016-cı ilin yanvar-iyul aylarında ölkədə
32 milyard 122,6 milyon manatlıq və ya əvvəlki
ilin eyni dövrünə nisbətən 3,0 faiz az ümumi daxili
məhsul istehsal edilmişdir.
Dövlət Statistika
Komitəsindən verilən
məlumatda bildirilir ki,
azalmanın əsas səbəbi tikinti
sektorunda istehsalın 30,7
faiz azalması olmuşdur.
Eyni zamanda, informasiya
və rabitə sahələrində əlavə
dəyər 12,5 faiz, turistlərin
yerləşdirilməsi və ictimai iaşə
sahələrində 3,0 faiz, emal
sənayesində 2,8 faiz, kənd
təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq sahələrində 2,6 faiz,
mədənçıxarma sənayesində
2,5 faiz, ticarət; nəqliyyat
vasitələrinin təmiri sahələrində
isə 2,0 faiz artmışdır.
Cari ilin yanvar-iyul ayları
ərzində istehsal olunmuş ümu-
mi daxili məhsulun 35,2 faizi
neft-qaz sektorunun, 64,8 faizi
isə iqtisadiyyatın qeyri-neft
sahələrinin payına düşmüş-
dür. Bu dövrdə əhalinin hər
nəfərinə düşən ümumi daxili
məhsul 3340,6 manata bərabər
olmuşdur.
Samirə ƏLİYEVA,
“Xalq qəzeti”
Azərbaycanda yeddi ayda 32,1 milyard manatlıqdan
çox ümumi daxili məhsul istehsal olunub
“İdarəetmə elmi və mühəndislik
idarəetməsi” beynəlxalq konfransı (“ICMSEM
2016”) bu il Azərbaycanda keçiriləcək.
Təhsil Nazirliyindən
verilən məlumatda deyilir
ki, 31 avqust–1 sentyabr
tarixlərində keçiriləcək 10-cu
konfransda əsasən, inkişaf et-
miş ölkələrdən (ABŞ, Kanada,
Böyük Britaniya, Almaniya,
Yaponiya, İspaniya, Türkiyə,
Portuqaliya və s.) akademik
səviyyədə təmsilçilik nəzərdə
tutulur.
Konfransın təşkilatçıları
Elm və Mühəndislik
İdarəetməsi Beynəlxalq
Cəmiyyəti, Azərbaycan
Respublikası Təhsil Nazirli-
yi, Azərbaycan Respublikası
Rabitə və Yüksək Texnologi-
yalar Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası,
Azərbaycan Dövlət Neft
və Sənaye Universiteti,
Azərbaycan Dövlət İqtisad
Universiteti, Azərbaycan
Texniki Universiteti və Çinin
Sıçuan Universitetidir.
Qeyd edək ki, “İdarəetmə
elmi və mühəndislik
idarəetməsi” beynəlxalq konf-
ransı 2007-ci ildən etibarən
hər il dünyanın müxtəlif
ölkələrində keçirilir. Bu il
sözügedən konfransa MDB
məkanında ilk dəfə olaraq,
Azərbaycan ev sahibliyi
edəcək.
Samirə ƏLİYEVA,
“Xalq qəzeti”
“ICMSEM 2016”
Azərbaycanda keçiriləcək