175
1896-cı ildə fransız fiziki Anri Bekkerel (1852–1908) təbii uran duzunda lümi-
nessensiya hadisəsini araşdırarkən onun tərkibi məlum olmayan spontan şüalan-
masını aşkar edir. Maddələrin spontan şüalanması
radioaktivlik (lat. “
radium” –şüa
buraxıram + “
action” – fəaliyyət), belə şüalanmanın özü
radioaktiv şüalanma,
radioaktiv şüalanma xassəsinə
malik maddələr isə radioaktiv maddələr adlandırıldı.
1898-ci ildə fransız alimləri Pyer Küri (1859–1906) və Mariya Skladovskaya-
Küri (1867–1934) yeni radioaktiv elementlər – radium
və polonium
(Mariya Skladovskaya-Kürinin vətəni Polşanın şərəfinə adlandırılmışdır) kəşf etdi-
lər.
1903-cü ildə ingilis alimləri Ernest Rezerford və Frederik Soddi (1877–1956)
təcrübi olaraq müəyyən etdilər ki, radioaktiv şüaların tərkibi müxtəlif xassəyə malik
üç şüalanmadan ibarətdir. Bunlar yunan əlifbasının üç ardıcıl hərfi ilə adlandırıldı:
-şüalanma,
-şüalanma və
-şüalanma.
-şüalanma – helium
nüvələri selindən ibarətdir. O, elektrik və maqnit
sahələrinin təsirinə məruz qalır, yüksək ionlaşdırma qabiliyyətinə malikdir. Belə ki,
o, sərbəst uçuş yolunda
10 cüt ion əmələ gətirə bilir. Bu şüalanma kiçik nüfuzetmə
qabiliyyətinə malikdir: bərk cisimlər üçün 0,1 mm,
qazlar üçünsə bir neçə sm-dir.
Radioaktiv nüvələrin
-şüalanması nüvələrin
-çevrilməsi adlanır.
-çevrilmə-
sinə məruz qalan nüvənin yükü 2e, kütləsi 4 vahid azalır və kimyəvi element Mende-
leyev cədvəlinin başlanğıcına doğru yerini iki xana dəyişir:
→
+
+
. (1)
Radioaktiv nüvənin
-çevrilməsinə nümunə olaraq uranın radioaktiv toriuma
çevrilməsi reaksiyasını göstərmək olar:
→
ℎ +
+
. (2)
Radioaktiv şüalanmanın hansı növüdür?
Məsələ 1. Şəkillərdə radioaktiv şüaların bircins maqnit (
b
) və elektrik sahəsində (
c
) yolları
təsvir edilmişdir. Verilən rəqəmlərlə radioaktiv şüalanmanın hansı növü işarə
edilmişdir?
Nəticənin müzakirəsi:
Radioaktiv şüalanmanın hansı növləri var?
Bu şüalar hansı xassəsinə görə bir-birindən fərqlənir?
(b)
7
8
(c)
9
4
5
6
ARAŞDIRMA
1
LAYİHƏ
176
-şüalanma – enerjisi (5÷10)Mev-ə çatan elektron
(
ə
)
, yaxud
pozitron
(
ə
)
selindən ibarətdir. O, elektrik və maqnit sahələrində güclü
meyil edir, vakuumda işıq sürətinə yaxın sürətlə yayıla bilir və qalınlığı bir neçə mm
olan alüminium lövhə tərəfindən tamamilə tutulur.
Radioaktiv nüvələrin
-şüalanması nüvələrin
-çevrilməsi adlanır.
- çevrilməsinə məruz qalan nüvənin yükü e qədər artır, kütlə ədədi dəyişmir
və kimyəvi element Mendeleyev cədvəlinin sonuna doğru yerini bir xana dəyişir:
→
+
. (3)
- çevrilməsinə məruz qalan nüvənin yükü e qədər azalır, kütlə ədədi dəyişmir
və kimyəvi element Mendeleyev cədvəlinin başlanğıcına doğru yerini bir xana dəyi-
şir:
→
+
. (4)
Radioaktiv nüvənin
– çevrilməsinə nümunə olaraq aşağıdakı reaksiyaları gös-
tərmək olar:
→
+
+
. (5)
→
+
+
. (6)
Radioaktiv nüvənin
-çevrilməsinin (5) və (6) reaksiyalarındakı və
simvolları nəyi
bildirir?
1934-cü ildə İtaliya əsilli ABŞ fiziki Enriko Fermi (1901–1954)
-çevrilmənin kvant nə-
zəriyyəsini
işlədi. Bu nəzəriyyə görə nüvənin
- çevrilməsində nüvə daxilində bir ney-
tronun protona çevrilmə prosesi baş verir. Həmin proses elektrik yükünün və enerjinin
saxlanması qanununa görə iki zərrəciyin – elektron və yük ədədi ilə kütlə ədədi sıfıra bə-
rabər olan zərrəciyin yaranması ilə müşayiət olunur. Fermi həmin zərrəciyi neytrino (ital.
“neytrino” – neytral) adlandırdı:
n → p + e + . (7)
Analoji olaraq
nüvənin
–
çevrilməsində nüvə daxilində bir protonun neytrona çevrilməsi
prosesi baş verir və pozitronla yanaşı, yük ədədi ilə kütlə ədədi sıfıra bərabər olan
zərrəciyin – antineytrinonun yaranması ilə müşayiət olunur:
p → n + e + .
(8)
-şüalanma – çox böyük tezlikli (
10
10
) foton selindən ibarət elektro-
maqnit şüalanmasıdır. O çox böyük nüfuzetmə qabiliyyətinə də malikdir – qalınlığı
bir
neçə santimetr olan qurğuşun divardan keçə bilir
. Bu şüalar elektrik yükünə malik olma-
dığından elektrik və maqnit sahəsinin təsirinə məruz qalmır.
-şüalanması, adətən, nü-
vələrin
- və
- çevrilmələrini müşayiət edir. Belə ki, nüvənin çevrilməyə məruz qalması
– atomu həyəcanlanmış halda olan yeni nüvələrin yaranması deməkdir. Həyəcanlanmış
atom isə
-şüalanmaya malik olan kvant buraxmaqla yenidən əsas halına qayıdır.
Beləliklə:
-şüalanmada nüvənin kütlə və yük ədədləri dəyişməz qalır – radioaktiv yer-
dəyişmə baş vermir.
Bütün nüvə çevrilmələri və nüvə reaksiyaları üçün mütləq şəkildə kütlə və yük
ədədlərinin saxlanması qanunu ödənilir.
LAYİHƏ