www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
21
21
21
Yeri gəlmişkən, bu baxımdan rəhbərlik etdiyim AYB Analitik
İnformasiya Mərkəzi ilə Yeni Yazarlar və Sənətçilər
Qurumunün nümayəndələri, eləcə də şəxsən özüm dəfələrlə
ölkə xaricində, habelə respublika daxilində keçirilən
tədbirlərimizdə məntiqli aqrumentlərimizi və sübutlarımızı
ortaya qoymuşuq. Bununla yanaşı, təşkilatımız 10-dan çox
İnternet resursu yaradıb və bu saytlar məhz mədəniyyətimiz,
ədəbiyyatımız, kulturoloji proseslər, tarixi və milli sivilizasiya
proseslərimiz barədə maarifləndirici materialları müxtəlif
dillərdə virtual aləmdən istifadə edənlərin ixtiyarına verib.
Yarandığı vaxtdan üzü bəri, 3 illik tarixində 4 milyon
istifadəçiyə xidmət edən www.kitabxana.net ünvanlı Milli
Virtual-Elektron
Kitabxanada,
www.kitab.biz,
www.elmlər.net kimi elektron-intellektual resurslarımızda,
eyni zamanda gündəlik üzvlərinin sayının 40 minə çatan
Feysbuk sosial şəbəkəsindəki qruplarımızda Azərbaycan
mədəniyyəti, həqiqətləri, tarixi, kulturoloji sərvətləri,
intellektual xəzinəsi ilə bağlı materiallara, xəbərlərə, müxtəlif
yazıçılarımıza,
ziyallılarımıza,
dövlət
adamlarımıza,
alimlərimizə, bir sözlə, tanınmış şəxsiyyətlərimizə həsr
olunmuş elektron səhifələr, klassik və çağdaş ədəbi-
intellektual irsimizi özündə cəmləyən elektron kitablara,
nəşrlərə geniş yer ayırmışıq. Bütün bunlar isə informasiya və
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
22
22
ideoloji savaşın kreativ formaları, kulturoloji tərəfləri kimi
düşünülərək reallaşdırılıb.
Bəs ideoloji savaşı - informasiya yarışması sahəsilə bağlı
hansı strategiya daha məntiqli, xeyirgətirici, ağlabatan sayıla
bilər? Zənnimcə ermənilərə, ümumiyyətlə, bizimlə kəskin
rəqabət aparan xalqlara nəyi isə sübut etmək kimi köhnə
metodlardan
imtina
etməliyik.
Azərbaycanımızın
müstəqilliyini, inkişafını, dünya düzənində söz-yer sahibi kimi
güclənməsini sevməyən o qüvvələr, eləcə də ermənilər nə
qədər yalançı siyasət yürütsələr də, saxtakarlıq etsələr də,
onlara qarşı hər yerdə yalnız yüksək mədəniyyət
nümunələrimizi, intellektual-kreativ uğurlarımızı ortaya
qoymaqla, həqiqətlərimizi dünyaya tanıtmaqla, başqa sözlə,
xalqımıza aid yazılı mənbələri, kitabları, materialları xarici
dillərə çevirib bir çox ölkədə, mədəniyyət mərkəzlərində nəşr
etdirməliyik. O materialları isə beynəlxalq təşkilatların
saytlarına, elektron poçtlarına, xarici siyasətçilərə, yazıçılara,
alimlərə, ictimai-siyasi xadimlərinə, kulturoloqlarına və
mədəniyyətşünaslarına göndərməklə ermənilərin bizə qarşı
informasiya savaşını iflasa uğrada bilərik. Nəzərə alsaq ki,
Azərbaycan milli sivilizasiya tarixi bir neçə minilliyi əhatə
edir, ölkədə olan maddi-mənəvi sərvətimiz ermənilərinkindən
qat-qat yüksəkdir, toplum olaraq onlardan sayca dəfələrlə
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
23
23
23
çoxuq,
ədəbiyyat,
mədəniyyət
baxımından
dünya
sivilizasiyasına böyük imzalar vermişik, ermənilərə qarşı çox
güclü kulturoloji-ideoloji silahlarla çıxmış oluruq. Məsələn,
bizim Zzərdüşt peyğəmbər - ―Avesta‖ və "Kitabi-Dədə
Qorqud" kimi milli sivilizasiya pasportumuzu əvəzləyən
yazılı-tarixi kitabələrimiz, Xaqani, Tusi, Nizami, Nəsimi,
Füzuli, Xətai kimi yüzlərlə mütəfəkkirimiz var. Dünyaya
sübut edə bilərik ki, biz bir neçə min il bundan öncə burada
olanda və mədəniyyət əsərlərini yaradanda ermənilər hələ
tarix
səhnəsinə
çıxmamışdılar.
Düşünürəm ki, çox ciddi intellektual-kulturoloji proqram
şəklində aparılması vacib olan bir siyasətin tərkib hissələrini
təşkil edən sahədir. Dövlət qurumları və rəsmi orqanların,
ayrı-ayrı fərdlərin, QHT-lərin, düşünən bütün insanlarımızın,
o cümlədən 50 milyonluq soydaşımızın hansı işlər görəcəyini
planlaşdıran imic xarakterli, həm də düşmənlərimizə layiqli
cavab vermək baxımından bir konsepsiya ərsəyə gətirməyə
ehtiyac var.
50 milyonluq dünya azərbaycanlılarının fəal üzvləri
ermənilərə qarşı informasiya savaşına mütəşəkkil qoşulmaları
üçün təşəbbüslərin reallaşmasına da xüsusi ehtiyac
duyulur. Xüsusən
də
bu
istiqamətdə
yeni
nəslin
nümayəndələri, gənc kreativ və intellektulların, sosial şəbəkə
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
24
24
fəallarının rolu böyükdür. Onların kreativ, innovativ, yeni
texnologiyalara söykənən, qlobal maştabda qəbul olunan
formalara cavab verən təkliflərin reallaşması üçün dövlətimiz
qrantlar
ayıra
bilər.
Dünya
azərbaycanılarının
qurultaylarında,
diaspot
nümayəndələrinin forumlarında çıxış edən dövlətimizin
başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, bütün
azərbaycanlıların prezidentiyəm. Bu baxımdan dünya
azərbaycanlılarının mütəşəkkil hala gəlməsi üçün istər vaxtilə
ümummilli liderimiz Heydər Əliyevin, istərsə də onun layiqli
davamçısı İlham Əliyevin, eləcə də Mehriban xanım
Əliyevanın çoxsaylı təşəbbüsləri, əslində ideoloji sahədə əsl
proqramxarakterli tezislər kimi qəbul olunmalıdır. Dünya
azərbaycanlılarınını qurultaylarının, müxtəlif tədbirlərinin
təşkil olunması, bu mötəbər məclislərdə qarşıya konkret vəzifə
və
tapşırıqlar
qoyulması
soydaşlarımızı
xeyli
mütəşəkkilləşdirib.
Artıq
milli
diaspor
qurumlarımız
formalaşıb
və
soydaşlarımızın yaşadığı ölkələrdə nəinki Azərbaycanla bağlı
təşkilatlarla, eləcə də müxəlif dövlətlərdəki səfirliklərimiz
arasındakı münasibətlər intensivləşib. Eyni zamanda dünyanın
aparıcı ölkələrində mədəniyyət mərkəzlərimiz, Azərbaycanı
tanıtma ocaqlarımız yaradılıb. Avropa və Şərq ölkələrində
Dostları ilə paylaş: |