2
Tərtibçilər: Lalə Qəmbərova
Sevil Əhmədova
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Ədalət carçısı: metodik vəsait / tərt.ed. L.Qəmbərova; ix. red.
və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika
Uşaq Kitabxanası.- Bakı, 2017.-28s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçidən
Dünya ədəbiyyatının ən məşhur simalarından olan Viktor
Hüqo bir yazıçı və şəxsiyyət kimi XIX əsr tarixinin və hər
şeydən əvvəl fransız ədəbiyyatının parlaq bir səhifəsidir. Fransız
mədəniyyəti tarixində o, öncə şair, daha sonra isə roman və dram
əsərlərinin müəllifi kimi, dünyada isə ilk növbədə romançı kimi
tanınır.
Geniş yaradıcılığa
malik olan Viktor Hüqo burjua
cəmiyyətinin rəzalətləri ilə barışmayıb onun fövqünə qalxan,
zülmə, istismara, haqsızlığa nifrət edən, azadlıq, bərabərlik,
haqq-ədalət
axtaran
nəcib,
təqlidə
layiq
qəhrəmanlar
yaratmışdır. O, öz əsərlərində mövcud cəmiyyətin şiddətli
istismarına və zülmünə məruz qalan siniflərin əhval-ruhiyyəsini,
onların mübarizəsini əks etdirmişdir.
V.Hüqonun əsərləri öz dərin bəşəri məzmunu, yüksək mənəvi
amalı, bədii kamilliyi ilə həmişə olduğu kimi, bu gün də bütün
dünya oxucularını həyəcanlandırır, tərəqqi, insan şərəfi və
ləyaqəti uğrunda mübarizədə onlara yaxından kömək edir.
Hüqo dühası, Hüqo irsi yer üzünün bütün xalqları üçün doğma
və əzizdir.
Dünya ədəbiyyatının inkişafında mühüm xidmətləri olan
fransız yazıçısı V.Hüqonun anadan olmasıın 215 illiyi
münasibətilə hazırladığımız bu vəsaiti oxucuların ixtiyarına
veririk.
Bu vəsaitin
yazılmasında məqsəd məktəbli və
yeniyetmələrdə, gənclərdə onun haqqında olan məlumat ı
genişləndirmək, təhsil, mədəniyyət müəssisələrində keçiriləcək
tədbirlərə köməklik göstərməkdən ibarətdir.
4
Viktor Hüqonun həyat və yaradıcılığı
Dünya ədəbiyyatının ən görkəmli simalarından olan Viktor
Hüqo 1802-ci il fevralın 26-da Fransanın gözəl Bezanson
şəhərində Napoleon ordusunun batalyon komandiri Leopold
Sijisberin ailəsində anadan olmuşdur.
Abel və Ejendən sonra ailənin üçüncü övladının adı Hüqolar
ocağının yaxın dostu general Viktor Laqoritin şərəfinə Viktor
qoyulmuşdur. Yaxşı savada və dünyagörüşünə malik Hüqonun
anası Sofi uşaqların tərbiyəsilə məşğul olmuşdur.
Hüqo 1817-ci ildə Lui Po Qran liseyinə daxil olmuş və həmin
dövrdən də ədib əsl yaradıcılıq yoluna qədəm qoymuşdur. Bu
vaxta qədər ədəbi aləmdə şeirləri ilə tanınan Hüqo bir il sonra
ilk böyük əsərini – “Büq Jarqal” povestini yazmışdır. Əsəri
ədəbiyyat aləminə nəhəng bir simanın gəldiyini xəbər vermişd ir.
1822-ci ildə Hüqonun “Mədhiyyələr və müxtəlif şeirlər” adlı
ilk kitabı çapdan çıxmışdı. Həmin ildə ədibin həyatında mühüm
hadisə baş vermişdi. O, hələ uşaqlıqdan tanıdığı Adel Fuşe ilə
ailə həyatı qurmuşdu. Onu da xatırlatmaq lazımdır ki, bu
izdivacdan yazıçının beş övladı dünyaya gəlmişdi.
Hüqo yaradıcılığının
birinci
mərhələsində
“Odalar”,
“Balladalar”, “Şərq motivləri”, “Payız yarpaqları”, “Şüalar və
kölgələr” şeir kitabları ilə yanaşı, “Kromvel” (1827), “Hernari”
(1830), “Şahzadə əylənir” (1832), “Mari Tüdor”, “Lükses
Borjiya” (1833), “Rü Bla” (1838) dram əsərlərini, “İslandiya lı
Qan” (1823) romanını, “Klod Kyo” (1834) povestini, məşhur
“Paris Notr-Dam kilsəsi”, “Edama məhkumun son günü”
(1829), “Klod Ge” (1834) romanlarını yazmışdır.
Həyatının 1850-ci ilə qədər olan dövründə Hüqo bir sıra
səyahətlərdə olmuş, bir neçə əzizlərini – anası Sofini, qızlar ını
və 1850-ci ildə böyük dostu Balzakı itirmişdir. Dörd dəfə Fransa
Akademiyasında iştirak etmiş, üç dəfə məğlubiyyətdən sonra,