siyahıyaalma vərəqəsini doldurarkən özünün «məşğuliyyəti,
vəzifəsi, xidməti» barədə qrafada inamla yazmışdı: «Rus
torpağının sahibi». 1902-ci ilin sentyabrında isə çar II N i
kolay Rusiyanın beş quberniyasının volost starşinalarına və
kənd starostalarm a müraciətlə demişdi: «Yadda saxlayın ki,
başqasının malını ələ keçirmək yolu ilə deyil, namuslu
əməklə, qənaətlə və Allahın qanunlarına uyğun yaşam aq
yolu ilə sərvətlənmək olar. İndicə sizə dediyim bu sözləri
kəlməbəkəlmə öz həmkəndlilərinizə çatdırın, onu da deyin
ki, mən onlarm həqiqi ehtiyaclarının qeydinə qalacağam»
(Sitat bu mənbədən gətirilir: История государственного
управления в России. Изд. 2-е, испр. /Под общей редакци
ей Р.Г.Пихои. М : Изд-во РАГС, 2002. с. 189).
M əm urluq xidməti Rusiyada (və əlbəttə, Azərbaycanda
da) yüz minlərlə insan üçün sosial təminatın xüsusi forması
idi. M əşhur rus filosoflarından biri xatırlayır ki, Çində
adamlar salam laşanda «Siz düyü yemisinizmi?» - deyə so
ruşduqları kimi, köhnə Rusiyada da adamlar bir-biri ilə
rastlaşanda soruşurdurlar: «Siz harada xidmət edirsiniz?».
S.Y.Vitte belə hesab edirdi ki, Rusiya çarlarının mövcud
olduğu şərait «insanı öz mövqeyi naminə ... günaha b at
mağa və görmək istəmədiyi şeylərə göz yummağa məcbur
etmir», onların «xüdbin maddi m araqlan» yoxdur.
Qərbdə yalnız 1929-1933-cü illərdəki «böyük böhran»
dövründə yayılmış dövlət tənzimləməsi formaları Rusiya
da artıq 1870-ci illərdən məlum idi və fəal istifadə edilirdi.
Bu siyasət əsaslı siyasət idi, çünki hər yerdə xüsusi
mülkiyyət iqtisadi cəhətdən azlıq edir - «özəl təşəbbüslərin
və özəl sərmayə qoyuluşlarının nöqsanları yalnız «dövlət
sifarişləri çətirinin» köməyi ilə kompensasiya edilir».
Rusiya bir qədər tərəddüd edəndən sonra, ümumiyyətlə
desək, vətənpərvər xarakter daşıyan fəaliyyət xətti qəbul et
di. Bu fəaliyyət xətti, ilk növbədə, Sergey Yulyeviç Vittenin
(1849-1915) adı ilə bağlıdır. Özü alman lüteranlarmın nəs
lindən olan, «pravoslavlıq, mütləqiyyət, xəlqilik» ruhunda
32
tərbiyə edilmiş Vitte deyirdi: «Biz ruslar siyasi iqtisad sahə
sində, əlbəttə, Qərbin yedəyində gedirdik və buna görə də
Rusiyada hökm sürən... təməli olmayan kosmopolitizm
şəraitində... ən səfeh istiqamət seçdik. Bizim iqtisadçılar
Rusiya imperiyasının iqtisadi həyatını kosmopolit iqtisadi
reseptlər üzrə ölçüb-biçmək fikrinə düşdülər. Bunun nəti
cələri... göz qabağındadır».
Çar III Aleksandrın dövründə Rusiyada sənayeləşmə
proqramı qəbul edildi. Bu, ölkənin tarixində dövlət tərəfin
dən qəbul edilmiş ilk təsərrüfat planı idi. Deməli, bu baxım
dan, kommunistlərin qəbul etdikləri beşillik planlar heç də
birinci təcrübə deyildi.
Sürətlə sənayeləşmə ideologiyası
1893-cü ildə ifadə edilmişdir. S.Vittenin II Nikolaya məru
zəsində (1899-cü il) göstərilirdi: «Mən elə güman edirdim ki,
mütləq mənada mükəmməl ticarət-sənaye sistemi yoxdur,
elə bilirdim ki, hər bir sistemin həm müsbət, həm də mənfi
cəhətləri var, lakin praktikada həyata keçirilməli olan sis
temi seçərkən tərəzinin bir gözünə ölkədə artıq mövcud
olan sistem, tərəzinin o biri gözünə isə uğrunda xalqın
müəyyən qədər qurbanlar vermiş olduğu və xalq təsərrüfa
tının artıq uyğunlaşdığı sistem qoyularsa, bu sistemlərdən
ikincisi həmişə ağır gələrdi». Maliyyə naziri S.Y.Vittenin II
Nikolaya ünvanlanm ış bu məruzəsində imperiyanın tica
rət-sənaye siyasətini müəyyənləşdirmək və sonra bu siyasə
tin müəyyən proqram ını dönmədən əməl etmək zərurətin
dən bəhs edilir.
Sürətli inkişaf həmişə məntiqəuyğun və bütün siyasi
rejimlər üçün yararlıdır. Bu mənada, geriləməni aradan
qaldırmaq məqsədilə sənayeləşmə bizim üçün - yeni əsrin
əvvəlində yaşayan insanlar üçün ibrət dərsi ola bilər. Qərbi
«qovub çatm aq» sahəsində bizim Prezidentin yeritdiyi isla
hatlar siyasətini çar hökumətinin siyasəti ilə müqayisə etsək
görərik ki, o dövrdə qısa müddətdə istehsalın çox böyük
həcmini təmin etməyə qadir olan ən iri firmaların rəğbət-
ləndirilməsi kursu həyata keçirilirdi. Hökumət bu cür fir
33
malara mütərəqqi texnika və texnologiyanın daşıyıcıları ki
mi, sənayenin təmərküzləşməsinə isə istehsalın və satışın
daha səmərəli təşkil edilməsi vasitəsi kimi baxırdı. Bunun
nəticəsində iki əsrin qovuşuğunda Rusiyada sənayenin ar
tım sürəti Qərbin daha çox inkişaf etmiş ölkələrindəki ana
loji göstəricilərdən xeyli yüksək idi. Bunun bir m ühüm sə
bəbi də ondan ibarət idi ki, ölkə iqtisadiyyatına xarici k ap i
tal cəlb edilmişdi. Bir məqamı xüsusi qeyd etməliyik ki, indi
olduğu kimi o dövrdə də əcnəbi kapitalın iştirakı problem i
ictimai şüurda kəskin kolliziyalara səbəb olurdu. Son m a
liyyə nazirlərinin, demək olar ki, hamısının fikrincə, xarici
investisiyalar tamamilə zəruri olsa da, torpaq m ülkiyyətçi
ləri olan aristokratiya
və yüksək vəzifəli m əm urların
nümayəndələri bu investisiyaları özlərinin mövqeyinə təh
lükə mənbəyi hesab edirdilər (lakin radikal ziyalılar da
onları dəstəkləmirdi). İstər ölkənin özündə mövcud olan,
istərsə də xaricdən cəlb edilən məhsuldar kapital «əl-qol aça
bilmədi». Bəzi regionlarda torpaq sahibliyi hüquqları m əh
dudlaşdırılmışdı, əcnəbilər öz müəssisələrini yaratm aq üçün
icazə almalı idilər, hökumət səhmdar şirkətlərinin ad m in i
strasiyasının milli tərkibi ilə bağlı tələblər irəli sürür, x ü su
sən bu cür şirkətlərin administrasiyasında xaricdə q o h u m
luq əlaqələri və xalis etnik əlaqələri olan yəhudilərin sayım
məhdudlaşdırırdı (bax: Сорокин A.K. Государство и пред
принимательство в России. (Исторический опыт предок
тябрьской модернизации) //Полис. 1995.ЖЗ. с.151-154).
Rusiya iqtisadiyyatına xas və bizim bugünkü gerçəkliyə
yaxın olan iki mühüm amili
əcnəbilərin qeyri-mütənasib
dərəcədə yüksək rolunu və dövlətin iqtisadiyyata birbaşa
müdaxiləsini xüsusi qeyd etməyə dəyər. Xarici investisiyala
rın həcmi Rusiyada bütün sənaye investisiyalarının həcmi
nin 1/3 hissəsinə çatmışdı. Xarici investisiyalar, xüsusən,
dəmir sənayesi, köm ür, kimya və neft sənayesi kimi mühüm
sahələrdə cəmləşmişdir. Milli iqtisadiyyatda dövlətin rolu
məsələsinə gəldikdə isə, 1860-1900-cü illər müddətində hər
34
onillikdə dövlətin bu rolu artırdı. Rusiyada səhmdar kapi
tallarının məbləği barədə rəqəmlər bu sahədə müəyyən tə
səvvür yaradır: 1912-ci ilin məlumatlarına görə, rus kapita
lının məbləği 371,2 milyon rubl olduğu halda əcnəbi kapita
lın məbləği 401,3 milyon rubla çatmışdı, yəni bütün vəsait
lərin yarıdan çoxu xarici kapitalın payına düşürdü. II N i
kolayın hakimiyyətinin başlanğıc dövründə əcnəbilər R u
siyada kapitalın 20-30%-inə nəzarət etdikləri halda, 1913-cü
ildə onlar Rusiyada kapitalın 60-70%-inə, 1917-ci ilin
sentyabr ayında isə 90-95%-inə nəzarət edirdilər (bax: Мо
солов A.A. При дворе последнего Российского императора.
Записки начальника канцелярии Министерства император
ского двора. М., 1993).
Maraqlı bir məqama fikir verin: imperiya əhalisinin ək
səriyyəti mahiyyət etibarilə, ölkənin «kapitallaşması» p ro
seslərindən kənarda qalmışdı, tnsanlann bazara daxil olm a
sı bazarın özünün inkişaf sürətindən və yeni elitanın var
lanma tempindən açıq-aşkar geri qalırdı. «Kapitalizm R u
siyada dərin kök sala bilmədi», o, «kütləvi şüurun m üqavi
məti ilə üzləşdi». Qərbdəki orta bürgerə xas olan «şəxsi tə
şəbbüskarlıq, fərasət, riskə getməyə hazır olm aq...» kimi
keyfiyyətlər Rusiyada və Azərbaycanda (ən əvvəl Bakıda)
kütləvi şəkildə yayılmadı. «Kapitalizmin Rusiya variantı»
kəndlinin ənənəvi psixologiyasında yalnız «sənaye maşını
nın dişli çarxları olan... zavod sahibləri-kapitalist psixo
logiyasına» çevrilməyə kömək etdi.
Başqa sözlə desək, Rusiyada kapitalizm münasibətləri
dərinləşdikcə, «aşağılar»la «yuxarılar» arasında müharibə
də dərinləşirdi. Özü də bu müharibə Avropada sinfi m üba
rizə adlanan form adan daha sərt formalarda gedirdi. Bu
qəddarlıq xeyli dərəcədə məhz ondan irəli gəlirdi ki, çar
rejimi Qərbi A vropadan və onun iri maliyyə kapitalından
asılı idi.
35