Üç aylıq ədəbiyyat dərgisi
33
nə əllərim o əl deyil,
nə saçlarım o saçlar.
hər gün məni dilim-dilim
bir ayrılıq qucaxlar.
yaşadıqlarımı unutmaq üçündü...bu şeir
də,
yazıb başımı qatıram həriflərlə.
sonra həriflər söz olur,
sonra sözlər ağrı olur.
hara qaçıram üstümə yüyürür
topal misralar.
və şikəst şairliyimin
dizlərində göynəyir
yazmadığım çox şeylər.
iki duzlu göl gəzdirirəm
gözlərimin yerində,
iki qırılmış budaq kimidi qollarım....
və mən küləyin şəhərə yıxdığı
gilənar ağacıyam.
yaşadıqlarımı unutmaq
üşündü...yaşamadıqlarım,
daha yaşaya bilmirəm yaşadıqlarımı,
heç yaşamadıqlarımı
da yaşaya
bilmirəm.
sadəcə...qaraltım qalıb ayaqlarımın
altında.
sadəcə...kölgəm qalıb,
kölgəm də qaranlıq düşən kimi
qaranlığı çoxaldır.
hələ də mən dəli
elə
bilirəm ki, qaranlıq hamının
kölgəsidi.
***
qaranlıqda yüyürənlərə....
gözüyumulu yazıram şeirlərimi...
qaranlığa yazıram
əl havasıynan.
bir az payız yarpaqlarında varam...
onnan yazıram,
yazıram ki, qaranlıqlar da sevsin
payız yarpaqlarının rəngini.
bir az kəndin ağarmış torpaq yolunda
varam...
onnan yazıram.
yazıram ki, qaranlıqlar da bilsin,
bilsinlər ki, kəndimizin yolu qara yol
deyil,
yayda ağappaq olur gün döydükcə...
bir az siqaretlərdə varam...
onnan yazıram...
yazıram ki, siqaret
çəkən adamlara
baxanda
çox kədərlənirəm.
elə bilirəm ki, siqaretin adıdı kədər.
və mən kədər çəkə bilmirəm,
kədər məni çəkir ancaq.
gözüyumulu yazıram şeirlərimi....
qaranlığa yazıram,
heç kəs görmür...
korlar oxuyacaq.
***
kimin nə vecinədir... necə üşüyür
ağaclar,
kimin nə vecinədir... necə üşüyür
budaqlar...
ya necədir... bu payız.
payız kimi yorğunam...bir qadında,
kimin nə vecinədir...
necə üşüyür bir qadında bir qız.
***
döyülməyən qapıların arxasında...
unudulmuşluğum yaslanıb köhnə
qoltuqlara.
ayağını hara bassan...
cırıldayan döşəmə,
süzülmüş pərdələr...
süzülmüş pərdələrin arasından boylanan
saralmış gün işığı...
və gün işığından gözləri ağrıyan bir
şair.
34
№ 2 (14) Yay 2015
bir şairdə nəmlənən xatirələr...
pəncərələrdə gözləyər kimiysə.
kimsə...varmı görən...
yalnızlığı şeirə çıxan,
ayrılığı şeirə çıxan,
umudu şeirə çıxan...
bir də şeiri şairə çıxan.
döyülməyən qapıların arxasında...
bir şeirdə unudulmuş şair var.
mən ondan ayrılanda,
əllərimi aldı şeir yazmağa.
***
bir gəlməyən bahar qaldı
bir gələn payızın arxasında...
gülləri düyməydi- açmadı,
buludu doluydu- yağmadı,
küləyi burmaydı-əsmədi.
amma mən islandım...
islandım payızın arxasında
gəlməyən bahara baxa-baxa.
və...o bahar hələ də gəlmir,
yəqin ki,
heç gəlməyəcək də...
siz də...
anama demiyin,
heç nə demiyin haaa.
demiyin...
sarı potusu çayda axan qızın
bir gəlməyən baharda qaldığını.
***
bilirsən, sevinmək nədir, oğlum!
sənə uşaqlığımdan danışıram haaa...
o vaxtlar sevinməyin başqa dadı
varıydı...
sevinmək - təzə don idi,
əmimin Bakıdan kəndə gəlməyi idi,
bir də şirniquş idi.
ən böyük sevincim qonşu kəndə
gedəndə
ikimərtəbəli evləri şəhərə oxşadan
qardaşımın
məni aldatması oldu.
o günü qızlara dedim ki, şəhər
görmüşəm.
harda? - soruşanda,
əlimi qonşu kəndə uzatdım.
onda elə bilirdim ki, iki-üç dənə
sıralanmış evlərdi şəhər.
elə sevinmişdim ki, heç
əsil şəhəri
görəndə
bir o qədər sevinmədim də.
bilirsən, sevinmək nədir, oğlum!
ehhh... sən kənd uşağı deyilsən...
sənə necə başa salım, nədir sevinmək -
bir şirniquşa,
bir təzə dona,
bir də... nə bilim eee....
***
cıqqılı əllərim itdi
kədərin böyük ovuclarında.
indi kədərin böyük əllərinin
qaranlıq küçələrində
o cıqqılı əlləri axtarıram...
yan-yörəmdən ötən insanların
üzünə baxıram umudla...
bəlkə o cıqqılı əllərin
yerini bilən ola.
amma elə məyus oluram ki...
nəsə
bir söz soruşmağa
heç kimin üzündə şeir yoxdu.
***
heç getmədiyim yerlər var...
həsrətimi çəkirlər,
mənsiz darıxırlar.
heç qaçmadığım yollar var...
ayaq səslərimdən ötrü dəlidilər,
addımların içindən addımımı axtarırlar.
heç çıxmadığım ağaclar var...
budaqlarında yerim göynəyir.
və...bir divar nəm çəkir
kölgə filmlərindən,
filmlər nəm...
divarlar nəm,
Üç aylıq ədəbiyyat dərgisi
35
kölgələr nəm.
heç tanımadığım kimsə... var,
hələ də bilmir ki,
həyatında mən əksiyəm.
***
dünya oynamağa əl havasıdı,
keçib boşluğunnan boşa dəyirəm.
elə bilirəm ki, hələ də yazdı,
yazın içində də qışa dəyirəm.
yola yol çəkməkdən gözüm axsıyır,
dodağım büdrəyir, üzüm axsıyır,
ha şax deyirəmsə... sözüm axsıyır,
axsıya, axsıya daşa dəyirəm.
kölgəmin əli də əldi əlimdə,
o qədər dillər var, dildi dilimdə,
biri içimdədi, biri çölümdə,
özüm öz gözümə qoşa dəyirəm.
***
Mehrinin yoxluğuna... suallar
sənnən əvvəl...nə varıydı, axı nə...
heç bilmirəm... göy varıydı, görəsən.
çox demirəm, gen demirəm, bir tikə
yaşamağa yer varıydı, görəsən...
nə varıydı...dəniz, dalğa, gəmilər,
varıydısa, bilməmişəm niyə bəs.
indiyəcən gözlərimin rəngini,
aynalarda görməmişəm niyə bəs.
gün varıydı...?
günnənirdi sərçələr,
uçuşurdu külək belə, meh belə?
necə olub...o
ağlağan gecələr,
saçlarımda puçurlayıb şeh belə?
sənnən əvvəl...yol varıydı getməyə-
umud yolu, xəyal yolu, su yolu.
bəs görəsən kimlər çəkdi ömrümə,
ayrılığın qollarınnan bu yolu?
heç bilmirəm...onda güllər açırdı,
qış gedirdi, yaz gəlirdi beləcə?
saçlarının uclarıyla oynayan,
bir utancaq qız gəlirdi beləcə?
onda...suya ay işığı düşürdü...
xəlvətlərdə görüş-filan olurdu?
adam durub öz-özünnən küsürdü,
sevmək üçün nəsə...yalan olurdu?
nə varıydı, kim varıydı...ya nələr,
söz varıydı...səssizlikdə dinməyə?
yer kürəsi dayansaydı bir kərə,
harda isə... yer varıydı enməyə?
sənnən əvvəl...heç bilmirəm, bilmirəm,
bu dünyada sən varıydın, görəsən.
sənnən sonra...demirəm e, demirəm,
sənnən əvvəl mən varıydım görəsən.
***
unudulmuĢluğun unudulmaz
Ģeiri...
elə ola...
unudasan birdibli,
sən biləsən, bilməyənlər bilməyə.
xatirinə hamı gələ, gələ eyyy
bircə
dənə o gəlməyə, gəlməyə.
darıxasan, karıxasan içində,
görəsən ki, nəsə...nəsə çatışmır.
xəyalında o adları düzəsən...
bəlkə Süsən,
bəlkə Nisə çatışmır.
elə ola...
yaddaşını siləsən,
o sevdadan bir atardaş qalmaya.
ürəyində buluda da yer ola,
bircə ona yer olmaya-olmaya.
darıxmağın əllərində titrəyə,
barmaqların yuxu görə...görərmi...
əllərinin yuxusuna bir gecə,
o saçların sığal payı girərmi....
elə ola...
unudasan hər şeyi,
unutduqca...aynalardan keçəsən.
qəfil gözün gözlərinə sataşa,
gözlərinə deyəsən ki...necəsən...?
getmədiyin yerlər gələ yadına,
yaddaşının boşluqları dola da.
bu heyində...unutduğun o yerdə,
olmayanlar...elə ola, ola da.
elə ola...belə ola...ola da!