34
birbaşa türkmənlər arasında toplanan dastansayağı xəbərlərə
görə çox əhəmiyyətli mənbədir. Burada Dədə Qorqudun və Sa-
lur Qazanın da adları çəkilir. Salur Qazanın macəraları mənzum
şəkildə nəql edilir və «Dədə Qorqud kitabı»nın eyni bölümlə-
rinin mübaliğəli olaraq xatırlanmasını təmin edir ki, bunun üçün
xüsusilə XI hekayəni qeyd edə bilərik
1
.
Deməli, oğuznamə aşağıdakı mənaları vermişdir:
1.
Oğuzların etnik ve mifoloji dastanları.
2.
Səlcuqilər dövründəki qərb türklərinin (oğuz mənşəli)
türkmən soylarının və ilk Osmanlı sultanlarının orta əsrlərin son-
larında meydana gələn hekayə və əfsanə şəklindəki salnamələri.
3.
Oğuz və onun mühitinin ərəbcə «hikayat», farsca «das-
tan» və türkcə «boy» (boy, hekayət və oğuznamə
2
burada tədqiq
etdiyimiz «Dədə Qorqud hekayələri»nin Drezden və Vatikan
nüsxələrində eyni mənanı verir) deyə adlandırılan epik-dastan-
sayağı hekayəsidir.
4.
Bəzən oğuz müdrikliyini göstərən türk atalar sözlərinin
toplandığı bir əsərdir. Oğuzların hikmətini ən gözəl bir şəkildə
əks etdirir. Qaldı ki, Berlində mühafizə edilən bir əlyazmada
(Pertç kataloqu, no. 34) «Hadihi ər-risalə min kəlimət-i Oguz-
name əl-Maşhur bi Ata Sözü»
3
başlığı vardır. Giriş qismində
Dədə Qorquddan da bəhs edilir və burada «Kitabi-Dədə Qor-
qud»un girişindəkilərlə eyni olan bəzi atalar sözləri də mövcud-
1
«Səcəreyi-Tərakimə» adlı əsər A.Tumanski tərəfindən ruscaya çevril-
miş və 1892-ci ildə Aşqabadda nəşr edilmişdir. Cağatayca nüsxənin surəti isə
1937-ci ildə Türk Dil Qurumu tərəfindən nəşr edilmişdir.
Tarixi nağıllar seriyasından olan əsərlər arasında İmami adlı bir şəxs
tərəfindən XVII əsrdə buxaralı özbək sultanının şərəfinə qələmə alınan «Xan-
namə» görürük. Kosmoqonik əfsanələr Adəmdən Çingiz xana qədər xristian
və müsəlman hekayələri ilə doludur. «Şadırvan» dərgisinin (8 (20) Mayıs,
1949, İstanbul) içindəki bir xəbər.
2
Oğuznamə hekayənin sonundakı duanı da göstərə bilər.
3
Mətnin bir hissəsi H.F.Dits tərəfindən «Denkwürdigkeiten von Asien»
(I, s.137-205, II, s.331-338) dərgisində yayınlanmışdır. Giriş isə O.Ş.Gökyayın
tərcüməsi ilə nəşr edilmişdir: Dede Korkut, İstanbul, 1938, s.XXX-XXXIII.
35
dur. Dədə Qorqud atalar sözlərinin birində «gri (boz – Q.Şəhri-
yar) gözlü divlərin qızından
1
doğulmuş olması ilə öyünür». Və-
ləd İzbuduqun yayınladığı əski 885/1480-ci il tarixli «Atalar
Sözü»ndə (İstanbul, 1936) oğuznamə başlığı yoxdur.
Dədə Qorqudun əfsanəvi şəxsiyyəti
Dədə Qorquda (həm Dədəm Qorqud, həm də Qorqud Ata
adlanır) «Kitabi-Dədə Qorqud»da girişdə olduğu kimi hekayə-
lərin hər birində çox sıx rast gəlinir (ətraflı məlumat üçün bax:
mətnin tərcüməsi və sondakı ad sırası
2
). Çox böyük əhəmiyyətə
sahib olan bu şəxs oğuzlar tərəfindən müdrik və müşavir, şair və
musiqişünas kimi böyük hörmətlə təqdir edilir. Bir müsəlman
əzizi mahiyyəti daşımaqla yanaşı, əslində paqan
3
(lâdini) bir
ofsunçudur. «Kitab»a görə, oğuzların Bayat boyundandır və
Hz.Məhəmməd dövrünə yaxın bir zamanda yaşamışdır. Oğuz
hakimiyətinin Qayı boyuna və oradan da Osmanlılara keçəcəyini
əvvəlcədən söyləmişdi
4
.
Girişdə verilən məlumata görə, Dədə Qorqud ona hər möv-
zuda müraciət edən oğuzların dərdlərinə çarə tapır: böyük bir
şeir qüdrəti olan tövsiyələrində qəhrəmanların cəsarətini, comərd-
liyini, qonaqpərvərliyini, səmimiyyətini və doğruluğunu təriflə-
yir, dini öhdəlikləri yerinə yetirməyi, ...qadınların fəzilət və qü-
surlarını həcvlə sadalayır.
«Dədə Qorqud hekayələri»ndə buğa ilə döyüşdə qalib gələn
Bahadır Buğac xan (I hekayə) və Gürcü soyğunçular üzərində zə-
fər çalan Bamsı Beyrəyə (III hekayə) ad verməyə çağırılır
5
. Bu-
1
H.F.Diez «Denkwürdigkeiten»in II cildində I cilddə verilən tərcüməyə
əsasən (Atasözü, 74) eynilə belə tərcümə etmişdir.
2
Müəllif özünün yayınladığı «Dədə Qorqud kitabı»nın tərcüməsini və
əsərin sonunda adlara verdiyi şərhləri nəzərdə tutur – Q.Şəhriyar.
3
Bütpərəst.
4
Bu kəhanətlərlə bağlı irəlidə söz açacağam.
5
Ad vermə bu gün də Anadoluda xüsusilə türkmənlər arasında və eyni
36
nun üçün də Banuçiçəyi istəməyə dəli qardaşı Qarcarın yanına ge-
dir və çətinliklə də olsa, bu təşəbbüsündən ilahi bir hikmətlə qur-
tulur, eyni zamanda bir də çılğın dəliyə oyun oynayır (III hekayə).
Başqa bir zamanda da Dədə Qorqud dişi aslan tərəfindən
böyüdülüb heyvani hərəkətləri ilə seçilən gənc oğuz Basatı tər-
biyə etmək üçün dəvət edilir. Qorqud da ona ad verərək insan ol-
duğunu təlqin edir (VIII hekayə). O, Təpəgöz adlı canavarla
inləyən oğuzlar (Təpəgözün əlindən – Q.Şəhriyar) arasında saziş
bağlamaq üçün göndərilir: onunla quzu və insan qurbanları ilə
anlaşır (VIII hekayə). Oğuzların ən böyük bəyi Gürcüstandan
vergi müqabilində yollanan silahları kimə təslim edəcəyini tə-
rəddüd etdiyi zaman Dədə Qorqud Bəgilə (Bəkil – Q.Şəhriyar)
verilməsini tövsiyə edir və sonra şəxsən silahları geyinərək bir
qəhrəman (alp) qiyafətinə bürünür (IX hekayə).
Bundan başqa, Dədə Qorqud on iki boyun da sonunda ortaya
çıxır, bir oğuznamə yazır, bayram (şadlıq) edir, qopuz çalır
1
,
dinləyicilər və daha doğrusu, yığıncaqda olan xan üçün dualar
edib uğur diləyən sözlər söylədikdən sonra Allahın inayəti, niyaz
və nəvələri üçün cənnət duası oxuyur, eyni zamanda insan
həyatının faniliyi və hamını gözləyən ölüm üçün tövsiyələr verir.
Bütün bunlar Dədə Qorqudun xüsusiyyətləridir: ofsunçu
(baxşı), müdrik, filosof, musiqişünaslıq
2
bacarığı olan və bir islam
əzizi dərəcəsində təzim edilən biridir. Səgrək hekayəsində (X) bir
oğuz alpı yatan digər alpı əlində qopuz tutduğu üçün qoruyur.
Səbəb kimi də «Dədə Qorqudun qopuzuna hörmətən» deyir.
İndi «Kitabi-Dədə Qorqud» dastanından başqa digər mənbə-
zamanda kəndlilər və dağdakı çobanlar arasında çox dəbdə olan bir məra-
simdir.
Buraya qonaqlar dəvət olunur, quzular kəsilir. Xoca yeni doğulan
uşağın qulağına əzan oxuduqdan sonra ad qoyur.
1
Qopuz (qırğızlarda və digər türk topluluqlarında istifadə olunan musiqi
aləti) haqqında ətraflı məlumat üçün bax: F.Köprülü. Millî Tetebbular Mec-
muası, c.7 (1915), s.57-63 (Radlovun qeydləri əsasında).
2
Mahmut R.Kösemihal. Dede Korkut Hikâyelerinde Musiki İzleri».
Ülkü, XII, 1938-1939, s.394-397.
Dostları ilə paylaş: |