23
yer, XV, 1903, s.1-38 (rusca tərcüməsi ilə).
Bartold Drezden nüsxəsinin düzəldilməsi ilə bağlı bəzi mü-
lahizələr irəli sürmüşdür və bir çox yerlərdə də sözü bilmədiyini,
lüğətlərdə də tapmadığını söyləmişdir.
c)
İki hekayə (IV və VI). M.Şakir Ülkütaşır tərəfindən «Ye-
ni Türk Mecmuası»nda (n. 82-85, 1939-1940) yayınlandı.
* * *
Kilisli Müəllim Rifət bəy nəşri Berlindəki surətdən hazırla-
dı: «Kitab-ı Dede Korkut alâ Lisân-ı Tâife-i Oguzân» (İstanbul,
1332/1916, 182 səhifə). Kilisli mətnin fotoşəkli üzərində çalışdı
və diqqəti yaranmış bir çox çətinliklərə çəkməklə yanaşı, mətnin
düzəldilməsinin vacibliyini də vurğuladı. Kilisli nəşrini Drezden
nüsxəsi ilə müqayisə edərkən xeyli dəyişikliklər aşkarladı. Bu
dəyişikliklər Berlin nüsxəsini yazana aiddir.
Orhan Şaik Gökyay Berlin nüsxəsi ilə Drezden nüsxəsinin
fotosurətini müqayisə edərək tərcümə və nəşr edildi (İstanbul,
1938, s.LXXVII). Kilislinin nəşri kimi, bunda da giriş və yuxa-
rıda verilən sıralamaya əsasən 12 hekayə vardır.
O.Ş.Gökyayın nəşrindən sonra hekayələrin bəzi bölümləri
yeni türk antologiyalarına daxil edilmiş və yenə O.Ş.Gökyayın
nəşri bugünkü türkcə (Türkiyə türkcəsi nəzərdə tutulur –
Q.Şəhriyar) ilə yenidən nəşr edilmişdir (İstanbul, 1943).
* * *
Vatikan nüsxəsi
1
«Vat. Turco 102» qeyd nömrəsi ilə (əvvəl-
ki «Vat. Pers. 46») Vatikan Kitabxanasında mühafizə olunur
2
.
P.Horn «Die Persiscihen und Türkischen Handschriften des Va-
tikans» (ZDMG, LI, 1897, s.39) adlı məqaləsində aşağıda da
1
Adı çəkilən məqaləmdə bu haqda məlumat verdim: «Un nuovo
manoscritto del Kitab-ı Dede Gorgut», RSO, XXV, 1950, s 34-43.
2
Assemani-May kataloqunda «Codices Persici 46» kodu altında göstəril-
mişdir: «Codex in 4 bombyc., foliorum 109, persice conscriptus, quo continen-
tur: Sermones de somniis, de fortitudine, de liberitade etc. Is codex ad XV
Christi saeculum videtur referendus».
24
söyləyəcəyim kimi, əlyazmanın birinci qismini tanımış, ikinci
qismində 58b-dən 106a-ya qədər başqa bir mətn olduğunun fər-
qinə varmamışdır. 1-ci vərəqdə də Qahirədə yaşayan Seyid Əh-
məd bin Seyid Həsən Dartari adlı bir nəfərin h.1000-ci ilin mə-
hərrəm/m.1591-ci ilin noyabrında haqq-hesab qeydləri, qahirəli
Əlvan adlı bir nəfərin tarixsiz bir haqq-hesab qeydləri, üçüncü
sırada farsca bir qeydin sahibi tərəfindən Qüdsdə 1024/1615-
1616-cı illərdə Mustafa Əfəndinin qardaşına göndərməsi ilə bağ-
lı qeyd vardır. Qeydin məznumu aşağıdakı kimidir:
a)
Səhifə 2b-58a (Hekayət-i Latîfe-i Ucubə və Mahcûbe-i
Zarife) Sidqi adı ilə tanınan Seyid Əhməd bin Həsən Balinin
farscadan türk dilinə tərcümə edərək Sultan II Bəyazid (1481-
1512) üçün oğlu Aləmşaha (ölümü 918/1512-1513) təqdim etdi-
yi əxlaqi hekayələrdir. Doqquz bölümdən ibarət 918 əxlaqi he-
kayələr sıra ilə ədalət, mərhəmət haqqındadır.
b)
58b-106. Hekayət-i Oğuznâme-i Qazan beg və qayri.
Drezden (və Berlin) nüsxəsindəki «Kitabi-Dədə Qorqud»
başlığından fərqli olmasına baxmayaraq, yenə də ona bənzər bir
başlıqdır. Yenə eyni girişi və on iki hekayədən yalnız altısını
əhatə edir, eyni zamanda hər hansı ümuni bir başlıq da yoxdur.
Yeganə başlıq 105 və 106-cı səhifələr arasında düşən bir vərəq-
dədir. Lakin burada da başlanğıcı və sonu bəlli olan XII hekayə
vardır. 106-cı vərəqdə də son
sözü vardır. Altı hekayə «Vat.
Turco 102»-nin katibi tərəfindən seçilmişdir və ya onun da
əlində olan nümunədə belə idi. Belə bir seçimin və bu seçim nə-
ticəsində baş verən təhriflərin səbəblərini müəyyənləşdirmək o
qədər də asan deyildir: birinci dərəcəli əhəmiyyəti olmayan he-
kayələrin çıxarılması ilə yanaşı, çox vacib olan Qazan və Uruz,
V (Dəli Domrul), VI (Qantural), VIII (Təpəgözü öldürən Basat)
boylar da gözardı edilmişdir. Başlığın belə olması da uyğun gö-
rüldüyü halda, XI hekayənin (Qazanın oğlu tərəfindən azad edil-
məsi) çıxarılmasının səbəbi anlaşılmır. Bununla yanaşı, «Dədə
Qorqud hekayələri»nin ikinci – bütöv şəkildə surətindən bizi
25
məhrum etdiyi üçün belə bir seçimə üzülməkdə haqlıyıq.
Əlyazmanın tarixini qətiliklə müəyyənləşdirmək mümkün
deyildir. Lakin 1000/1591-ci il tarixli alqı-satqı sənədi XVI əsrə
aid ola biləcəyinə dair kifayət qədər ciddi dəlildir. Yazı xüsusiy-
yəti Drezden nüsxəsindən bir az daha əski olduğunu göstərir.
107b-də 956/1549-50 tarixli Sunullahın ölümünü bildirən tarix
vardır. Bu da XVI əsrin ortalarına aid olduğuna dair bir dəlil ola
bilər. Əlyazmanın XVI-XVII əsrlər arasında Misirlə Fələstinə
səyahət etməsi də diqqətəlayiq bir xüsusdur.
Vatikan nüsxəsinin 58-ci vərəqində «Dədə Qorqud»un mət-
ni «Bəsmələ»siz başlayır və ümumi bir başlıq altında Drezden
nüsxəsindəki giriş bəzi dəyişikliklərlə qarşımıza çıxır:
«هن نامز ني ق ي تاي ب ندن يو ب تو قرو ق و لدا ر ب را ىدش م پو ق
ترض ح لوس ر»
1
.
Bunu Dədə Qorquda aid edilən Osmanlı soyu ilə bağlı kəha-
nət, atalar sözləri və sentimental kəlamlar müşayət edir.
Sonra da altı «hekayət» aşağıdakı kimi düşünülmüşdür
2
.
a)
I səhifə 60-67b. (Dirsə) xan oğlu Buğac xanın
hekayəsi «ت ياك ح (هس رد) ناخ ىل غوا چاغو ب ناخ»
3
.
b)
III 67b-84. Bozatlu Bamsı Bayrek (=Beyrək-Bayrek-
Baryek) hekayəsi;
c)
II 84-91b. Salur Qazanın evinin yağmalanması;
d)
IV 91b-100. Qazanın oğlu Uruzun həbs edilməsi;
e)
VII 100-103. Qazılıq Qoca oğlu Yegnək bəyin hekayəsi;
f)
XII 103-106b. Daş Oğuzların İç Oğuzlara qarşı üsyan
etmələri və Bayrekin ölümü hekayəsi (105 və 106-cı vərəqlər
1
Oxunuşu: Qopmuşdu Ər bər (Arper?) odlu Qorqut boyundan boyat
yaqın zamanına Rəsul həzrət.
2
Drezden nüsxəsində olan başlıqlardakı kimi boy deyildir. Həm Drez-
den, həm Vatikan nüsxələrinin hekayələrin sonunda ortaq termin kimi Oğuz-
namə vardır. Bu haqda ətraflı məlumat almaq üçün irəliyə bax.
3
Oxunuşu: Xan Boğac oğlu xan (Dirsə) hekayət.
Dostları ilə paylaş: |