www.kitabxana.net
– Milli Virtual Kitabxana
118
ürəyini deĢsə də, getdiyi ünvan narkotika kimi qanına oturmuĢdu. Vaxtı gələndə özünü Bakının
küçələrində tapırdı. Əvvəl vərdiĢ etdiyi kimi otele gedir, sonra onun yanına. Gecə gedərdi. Ona
elə gələrdi ki, əgər gündüz getsə, hamı barmağı ilə onu göstərəcək və -Ey, dayan hara gedirsən-
deyə arxasınca qıĢqıracaqlar. Gecə oteldəki nömrəsindən çıxar, cüssəsinə yaraĢmayan kiçik
addımlarla “Ģirin günah” adlandırdığı gənc sevgilisinin yanına gedərdi. Onun yanında keçirdiyi
gecələri cox vaxt meyxoĢ olardı. Arvadı ilə onun arasında müqayisə aparmaq istəməsə də,
müqayisə istər- istəməz gedirdi. Sevgilisi daha gənc və daha təravətli ruhu ilə onun ağlını
oğurlamıĢdı. Ġki il idi ki, ikili həyat sürürdü. Iki il idi ki, “ayrılacam” sözünü hey vicdanına
verir, amma çifayda.... Bəzən özü-özünə: yəqin bu üsyankar vicdanı oteldə qoyub gedirəm ki,
onun yanında dillənmir -deyə bir yəqinlik uydurmuĢdu.
Nəhayət iki il ərzində toplanmıĢ buludlar baĢının üzərində sıxlaĢmağa baĢlamıĢdı.
Deyəsən gözlədiyi tufan yaxınlaĢırdı. Evdəkilər daha da səssizləĢmiĢdilər. Artıq evdə olan-keçən
xəbərlər belə müzakirə olunmurdu. Arvadı vaxtının çoxunu ya anasıgildə, ya da rəfiqəsigildə
keçirirdi. Hətta onun “necəsən” sualına belə cavab verməmək üçün sualı eĢitməməzliyə vururdu.
“Qiyam yaxınlaĢır”- deyə o düĢünürdü.- amma kim- kimi devirəcək bax orası naməlumdur.
Ona arabir elə gəlirdi ki, dərin bir quyunun baĢındadır və içəridə iki adam var. Amma
burada birinci və ya ikinci məsələsi yoxdur. Bu quyudan bircə adam çıxmalıdır. O bircə adam
....... o bircə adam dilemma olmuĢdu. Bu dəfə Bakıya gəlməzdən öncə o səssiz qadın, onun
dinməz arvadı ayrılmaq istədiyini sakit –sakit bildirdi. Bunu elə adi Ģəkildə dedi ki, sanki min il
idi, bu sözü özü üçün çeynəyib, çeynəyib saqqıza döndərmiĢdi. O, bu sözü, bu çıxıĢı gözləsə də
yenə yaman ağır gəldi on yeddi illik arvadından bu sözləri eĢitmək. Udqundu. Istədi səbəbini
soruĢsun, amma vicdanı yenə onu boğazladı. Arvadı onun üzünə baxaraq nə isə gözlədi. Bu
keçən müddətdə arvadı ilk dəfə idi onun üzünə baxırdı. Dik və yenilməz baxıĢlar məğlubiyyət
ifadə etməsə də, onun vaxtilə canını belə verməyə hazır olduğu o gözlər qıpqırmızı idi. Ürəyi
sıxıldı. Qırmızı gözlər sanki onu bir anda tərkisilah etdi. O, bilmədi onu boğazlayan vicdanı
özündən aralasın, yoxsa yenə qalaqlqanmıĢ yalanlardan birini seçib arvadına desin. Çırpındığı
vəziyyətin içindən çıxmağa çalıĢarkən, arvadı onun üçün hazırladığı çamadanı qapının yanına
qoyub getmıĢdı.
* * *
Bakıya gedən yol acı bağırsaq tək uzandıqca, qəlbindəki sıxıntılar daha da artırdı. “Yox,
o ciddi deyildi, yəqin bir az məni silkələmək üçün o sözləri söylədi. Qadın tayfasıdır da,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
119
aləmi bir-birinə qatmaq xasiyyətləridir. Əlini siqarət qutusuna atanda qutunun boĢ olduğunu
görüb, daha da əsəbləĢdi. Əsəblərini cilovlayıb, olub keçən haqqında məntiqli düĢünmək
üçün maĢının sürətini azaltdı. Motorun uğultusu azaldıqca, beyninin içində qəribə və ikili
dialoq baĢladı.
-
Sən ondan ən azı niyə ayrılmaq istədiyini soruĢmalıydın.
-
Necə soruĢum, axı, üzüm gəlmədi.
-
Bu dünyada o qədər sənin kimi iĢ tutan adamlar var . Sən də onlardan biri. Adəm
babamızdan üzü bəri... Sən indi vicdanlı çıxmısan?!..
-
O bu iki ildə məndən “hara gedirsən”nin hesabını belə soruĢmayıb. Əgər bu qədər müti
bir qadın belə üsyan edirsə, demək bıçaq sümüyə dirənib.
-
Amma sən yenə gedirsən. Bir qucaqdan qopmamıĢ, o birisinə axırsan. Bəs bu hansı ağıla
və məntiqə dayanır?
-
Hə. Mən sözün bitdiyi yerdəyəm.
Əlini yenə özündən asılı olmayaraq siqaret qutusuna atdı. Onun bayaqdan boĢ olduğunun
fərqinə varıb, pəncərədən çölə vızıldatdı.
* * *
Bakıya çatan kimi yenə adəti üzrə maĢını otelə sürdü. Bəxti gətirmiĢdi: həmiĢə qaldığı otaq
boĢ idi. Bu otağa girəndə ona elə gəlirdi ki, köhnə dostunu yanına gəlir. Köhnə və səbirli
dost.....Gecələrin dərdini yüklənə bilən, gündüzlərin cılpaqlığını örtən bu dost onu
sükutundan baĢa düĢürdü.
Otağa yerləĢən kimi aclığına və susuzluğuna baxmayaraq, otelin yaxınkığında əldə etdiyi
siqaret qutusundan birini götürüb pəncərənin qarĢısına keçdi. Bakının əsrarəngiz iĢıqları onu
fikirləri ilə birlikdə qucaqladı.Telefonu əlinə alaraq, istədi ona zəng edib Bakıya gəldiyini
bildirsin, qəfil vaz keçdi. Telefonu əlində oynada-oynada yenə fikrə daldı. Qəlbində gələn
arzularla, ağlından keçən “olmaz” iĢarələri sanki qarĢı-qarĢıya bir-birlərinə qılnc
çəkmiĢdilər. Telefon əlində balıq kimi çırpınanda, telefonu titrəĢımə qoyduğunu xatırladı.
Telefonun ekranına baxanda təəcccubləndi. Gələn zəng Ġzmir nömrəsi idi. Bir anlığa xəyal
onu ağuĢuna alaraq üç ay öncəyə- Ġzmirli günlərinə apardı. Bakıdan qaçaraq özlərini Ġzmirin
qucağına atmıĢdılar. On günə doymamıĢdılar, daha beĢ gün qalmıĢdılar. Gələndə özlərinə
təsəlli olaraq “ Bakı Ġzmirə çox bənzəyir nə fərqi var “ deyərək birtəhər o Ģəhərin sehrindən
www.kitabxana.net
– Milli Virtual Kitabxana
120
qurtara bilmiĢdilər. Telefonun ikinci çırpınıĢı baĢlayanda , birinci zəngə cavab vermədiyini
anladı. Telefonu yaĢıl düyməsini basaraq , qulağına apardı.
-
Salam- telefondan onun tanıĢ səsini eĢitdi.
-
Salam .
-
Nə əcəb Ġzmirdəsən?
-
Artıq bilirsən- deyə telefonda həmiĢə məlahətli gələn səsi bu dəfə xırıldadı.- zəng
eləmiĢəm ki, zəng eləmiĢəm deyəm ki,.............
-
Nə olub niyə sözləri çeynəyirsən?- o artıq nəyinsə baĢ verdiyini anlayaraq cəld soruĢdu.
-
Heç demək istəyirəm ki, daha məni axtarma!
-
Sən Ġzmirdə bizim Ģəhərdə ...............-sözü ağzında qaldı Telefon artıq onun üzünə
söndürülmüĢdü. Əli titrəyə-titrəyə sürətlə həmin nömrəni geri yığdı. Lakin ona yalnız “
bu nömrəyə zəng çatmır “və sairə sözləri tutuquĢu kimi əzbərləyən robotdan baĢqa kimsə
cavab vermədi. Hey elə o nömrəni yığdı, yığdı , axırda boĢ siqaret qutularını vızıdatdığı
kimi otelin pəncərəsindən telefonu qolu gəldikcə qaranlıq boĢluqlara atdı. Gündüzdən
içində açılmıĢ boĢluqda indi elə bil bomba partlamıĢdı. Ozünə otaqda yer tapa bilmədi.
nəfəsi çatmadı əlini atıb pəncərələri açdı. Titrəyə-titrəyə cıbındən ürək dərmanını çıxarıb
dilinin altına qoydu. Ürəyi azca sərinləyən kimi qayıdıb kresloda oturdu. Nə edəcəyini
kəsdirməyə çalıĢdı. Sonra cibindən telefonu çıxarıb arvadına zəng vurdu və bu neçə
illərdən sonra ilk dəfə onun Bakıdan nə istədiyini və nəyi alsa ürəyincə olub olmadığını
soruĢdu.
TAPġIRIQ
Hər ayda bir dəfə qəsəbəyə bir nəfər növbətçi gedərdi. Bu dəfə növbə Fərhada çatanda üzə
vurmasa da, içində donquldana-donquldana yola düĢdü. Əslində ora getmək elə də çətin deyildi,
lakin gecənin o zəhirmarlarını- açcaqanadların diri –diri yemi olmaq əcaib bir duyğu
idi.Qəsəbənin yeganə yanğın qulləsi rayon iĢğal olunandan sonra B rayonuna tabe edilmiĢdi.
Səhər erkən olmağına baxmayaraq günəĢ sanki hakimiyyətini bərqərar etməyə tələsirdi. Fərhad
öz iĢini sevməsə də, bir loxma çörək qıra olub keçmiĢdi boğazına. Arabir heyf deyildi
“subaylıq”- deyib gileylənəndə evdə civildəĢən körpələrə baxıb tez də susardı. QıĢda soyuqdan,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
121
yaydasa istidən gileylənməyi isə heç kəsməzdi. Indi yenə günəĢə acıqlı-acıqlı baxaraq yoldan
keçən maĢınlara əl etməyə baĢladı.
Hər ay belə idi. Yolda girinə keçən bir maĢına minib gedərdi. Gecəni ağcaqanadlarla
müharibə ilə keçirib sabahı gözləri ĢiĢmiĢ Ģəkilə evə qayıdardı. Elə donquldan-donquldana da
evə girərdi” bax bu yanğın qülləsinə nə ehtiyac var. Biz iki ildi orada növbə çəkirik. Hələ bir
dəfə pajar olmayıb. Erməni də gəlib taxıl odlayarsa bunu görməyə qüllə lazım deyil. Bunu elə
hamı görür də.......” əsaslı əsasız ağzı öyrənmiĢdi. Sanki Ģikayet etməsə bağrı yarılacaqdı.
Bir dəfə cavanlardan eĢitmiĢdi ki, yalnız diĢi ağcaqanadlar qan sorur. “Yox qardaĢ, bu
yalan söhbətdi”- boynunda-boğazında əlinin Ģapıldadaraq özü-özünə deyirdi-“ nouldu bunların
hamısı elə diĢi oldu, basıb yedilər ki məni”
Yenə gecənin qara qaydı canını ala –ala yolda keçən maĢınlara əl eləməyə baĢladı.Yayın
istisi bir tərəfə, yoldan keçən maĢınların da tozu dilinə dodağına hopmuĢdu. Nəhayət bir maĢın
insafa gəlib saxladı. Fərhad donquldana – donquldana Allaha Ģükür etməyə baĢladı. MaĢın
erkəndən yola çıxan adamlarla dolu idi. Balaca bir yer var idi, orada Fərhadı sığıĢdırdılar.
Tezliklə sürücünün insfanın əslində tamah olduğunu anlayıb Fərhad buna daha da hirsləndi.
Birtəhər daracıq yerdə hirslə özünə yer edib, gözlərini ətdən divarlardan bir pəncərə qırağı tapıb
zillədi.MaĢında lap qabaqda özünə yer etmiĢ bir Bəxtəvər( Fərhad maĢına miən kimi ona bu adı
ürəyində yapıĢdırmıĢdı) elə hey xəstəliklərdən danıĢır və özünün həkimlərdən çox bildiyini iddia
edirdi.” Bu həkim tayfasına, xüsusilə də Azərbaycanda etibar yoxdur. Hamısı cibiĢdanını güdür”
deyə O, filasofanə Ģəkildə nitqinə son verib qürurla lap qıraqda oturmuĢ qadının üzünə
baxdı.”Ġyrənc oğlu, iyrənc özünü arvadına göstərir and içərəm ki, bu həkimlərdən çox bilən
dördüncü sinifdən qaçıb. Ġndi beĢ- altı qoyunu pulu da onu danıĢdırır.Ağlına gələn bu fikirlərə
görə Fərhad dar yeri azacıq unudaraq özü-özünə gülümsədi. Bəxtəvər sanki fərhadın fikirlərini
oxuyurmuĢ kimi “ Vallah beĢ altı qoyunun çatısını boğazımıza salmıĢıq, yoxsa nə iĢimiz var bu
fermalarda Allahın zülümünü çəkirik.”Fərhad bunu eĢidəndə müĢahidə qabiliyyətinə görə azcıq
qürurlandı. “Mənimki də burada olsaydı, bir az da onun üzünə baxıb mən lovğalanardım.Dodağı
qaçdı, lakin həmin bəxtəvər deyəsən marağını boğa bilməyib qəfil ona tərəf dönəndə Fərhad
ciddi görkəm aldı.
-
Ay qardaĢ, sən hara bu sabahın korunda?- Bəxtəvərin sualı sarımsaq qoxusu ilə fərhadın
üstünə töküldü. Fərhad çımçəĢsə də bunu üzə vurmamağa çalıĢdı və cavabı tez verməyə
çalıĢdı ki bu qoxulu ağız səmtini dəyiĢdirsin.
-
Mən oraya-yanğınsöndürmə qülləsinə gedirəm. Fövqalədə halların iĢçisiyəm.- axırıncı
sözləri pafosla dedikdən sonra özünə möhkəm açığı tutdu. “Elə sadəcə pajarnikəm
www.kitabxana.net
– Milli Virtual Kitabxana
122
desəydim nolacaqdı ki,,” Fərhadın bu sözlərindən sonra kiĢi, deyəsən onun iĢlədiyi yerin
hara olduğunu müəyyənləĢdirmək üçün üzünü çevirərək baĢını qaĢıdı. Köhnə ələngə sıfır
altının çala –çökəyə düĢməsinin yaratdığı səs- küy istisna olmaqla içəri sükut
çökdü.Fərhad bu sükuta görə özünü qınayırdı ki, Bəxtəvər ona tərəf dönərək:
-Mənim bircə balam var .Elə oralarda xidmət edir.Yeddi aydır gedib. Bizim toyuq
qovalayanın azar-bezarı imkan verdikcə- O, baĢı ilə az qala maĢının yarıaçıq pəncərəsinə
yapıĢmıĢ arıq qadına tərəf iĢarə etdi- gedib onu yoxlayıram.- yazıq-yazıq dedi.
Fərhad anladı ki, bu adam onu elə əynindəki hərbi geyimə və bayaq eĢitdiyi nazirlik sözünə
görə onu hərbiçi zənn edib. Fərhad elə bu yanlıĢı düzəltmək istəyirdi ki, sürücü onu
qabaqlayaraq çox bilmiĢ adam tərzi ilə:
-Ay qardaĢ, tanıĢlıq ver tapĢır balanı, nolacaq insanlıq ölməyib ki,
Fərhad ağzını açmağa macal tapmamıĢ kiĢi oğlunun bölməsini , adının Kamal olduğunu,
komandirindən belə, hamısını sadaladı. Fərhad kiĢinin bütün bir həvəslə bunları saydığını
görüb fikrindən vaz keçdi. Hətta iĢi ciddiyə mindirmək üçün cibindən kağız- qələm çıxararaq
bütün lazım olan məlumatları qeyd etdi. O an boynu geri qatlanmıĢ o kiĢinin üzündə elə
ümidli bir ifadə var idi ki, sanki Fərhad göydən enmıĢ bir mələk kimi onun oğlunu mühavizə
edəcəkdi.
Az sonra üzündəki səcdə ifadəsi dəyiĢməyərək kiĢi arvadı ilə xəstəxananın qarĢısında
düĢdülər.. Fərhad onları xəstəxana darvazasına qədər gözləri ilə müĢayət edərək bilmədi nəyə
sevinsin: yerinin geniĢlənməyinə, yoxsa sabahdan canını sığma- boğmaya salan yalandan
canın qurtarmağına.
Ələngə qülləyə qədər gəlib çatmadı. Yolda xarab olan maĢını sürücü və söyüĢləri ilə baĢ-
baĢa buraxıb yarı yola piyada davam etdi. Buraya narazı gəlsə də həmiĢə bu köhnə sovet
dövründən qalma qülləyə dırmaĢmaq ona ayrıca zövq verirdi. Indi də qülləyə yaxınlaĢdıqca
ora dirmaĢmaq istəyi artırdı. Çantasını içəridəki otağa atıb üzünə azacıq su vurub, günəĢ yeri
göyü yandırmamıĢ qülləyə dırmandı. Son zamanlar qüllədə əsmə əmələ gəlmiĢdi. Bunu
yuxarıya- rəisə bildirəndə həmiĢəki əzbərdə olan Ģablonlardan birini eĢitmiĢdi:”yaxınlarda
yoluna qoyulacaq”. “Bu rəis qısmı niyə həmiĢə məchul növdə danıĢırlar: Ediləcək, yoluna
qoyulacaq sonra məlum növdə bir hadisə baĢ verir, biri qüllə və ya nə qarıĢıqsa kəlləmayalaq
gəlir aĢağı və onlar onda nə deyirlər. ƏĢi, nə deyirlər, desinlər bu mənzərənin dadı buradan
yıxılmağa dəyər” deyə O, bu düĢüncələrlə əllərini durbin kimi gözlərinin qarĢısına gətirərək
ətrafı seyr etməyə baĢladı. Buradan ta ermənilərin səngərlərinə qədər görünürdü. Ətrafda
www.kitabxana.net
– Milli Virtual Kitabxana
123
qəribə bir mənzərə yaranırdı. Qüllənin qarĢı tərəfi ermənilərə qədər uzanan boĢ və neytral
zona və ondan bəri sarı lent kimi uzanan taxıl zəmiləri var idi. Hətta buradan azacıq diqqət
edəndə hər iki tərəfdəki səngərlərdəki hərəkəti də sezmək mümkün idi. Qüllənin digər
tərəfləri isə sanki yaĢayıĢ evləri ilə mühasirə edilmiĢdi.Fərhadı bu qüllədəki mənzərə istisna
olmaqla burada heç nə cəlb etməzdi.Xüsusilə üzü gecəyə getdikcə ağcaqanad kabusu ətrafda
vızıldaĢmağa baĢlayanda.
GünəĢ uzun yay günün qürubunu edəndə artıq Fərhad siqaretinin tüstüsü ilə özünə
mühavizə məkanı yaratsa da, siqaret sönəndə ağcaqanadlar onun üzərində istədikləri
təcrübəni keçmək üçün neĢtərlərini itiləyirdilər.Bu axĢam Fərhadın donquldamağa və özü-
özünə gileylənməyə də həvəsi yox idi. Arada bir əsən axĢam mehi üzünə zərif bir qız əli kimi
nazlı-nazlı sığal çəkir, onu xoĢalandırıdı. Yuxusu gəlsə də bunu gözlərindən qovmağa
çalıĢırdı. Ən azından buna cəhd edirdi. Qalxıb özü ilə gətirdiyi yeməyi çantadan çıxararaq
taxta stolun üstünə qoydu. Çörəyi çantanın ön cibindən götürdüyü cırıq qəzet parçasının
üstünə qoydu. Yeməyini çeynəyə - çeynəyə gözlərini o qəzet parçasının üzərində gəzdirdi.
BaĢlığı cırılsa da məqalənin yerdə qalan hissəsində orduda qətllərin və əsgər ölümlərinin
artmasından bəhs olunurdu. Məqaləni sona kimi həvəssiz oxusa da beyninə iliĢmiĢ axmaq bir
fikirdən canını qurtara bilmədi “Axı orada nə baĢ verir, niyə bir əsgər komandirə silah
qaldırsın ki,..... Mən də on beĢ il öncə o xidməti keçmiĢəm. Yəni bu on beĢ ildə nə dəyiĢdi
ki,,,,,,,” Sabahkı maĢında gördüyü o kasıb atanın üzündəki yazıqlıq qarıĢıq ümid iĢartısını
xatırlayanda özünə möhkəm acığı tutdu. Kimlərisə aldatmağa haqqı olmadığını anlayan kimi
yediyi yeməyi də yarımçıq buraxıb bir siqaret yandırdı. Siqareti nə vaxt söndürüb, nə vaxt
yuxuya getməyindən xəbəri olmadı.
Ayılanda bütün bədənin qıc olduğunu hiss etdi. Elə skamyada yuxuya getdiyinin fərqinə
vardı. Əlini, üzünü ağcaqnad dağıtmıĢdı. Amma indi ətrafda biri də qalmamıĢdı.
Cinayətlərini torədib ağzı qanlı uçmıĢdu gecə vampirləri.Elə bundan da səhərə az qaldığını
anladı Fərhad. HəmiĢə beləydi bu qan ovçuları. Danyeri ağarmağa baĢlayanda yoxa
çıxırdılar.” Smeni təhvil verdi əclafuĢağı mənimkinə az qalıb” deyə qıc olmuĢ boynunu o
yan, bu yana hərləyərək açmağa baĢladı. Elə bu an içəridən bir xıĢıltı eĢıtdı. Sanki kimsə
özünə yer düzəldirdi.Fərhad ilk öncə bu səsə elə də fikir verməsə də, sonra taqıltı duyaraq lap
Ģübhələndi.YavaĢca içəri otağın qapısının arxasına keçərək içərini nəzərdən keçirməyə
baĢladı.Ġçərinin yarıqaranlığını ay iĢığı ortadan bölmüĢdü. Qaranlıq tərəfdə bir insan sülueti
güclə sezilirdi. Fərhadın soyuq tər kürəyindən süzüləməyə baĢladı.Ağlına min cür fikir gəldi.
Bu qorxunu içində bir avtomat Ģaqıltısı da eĢıtdi Az sonra ay iĢığının tam ortasına bir hərbi
geyimli adam çıxdı.Fərhad onun heç də xoĢ niyyətindən əmin ola bilmirdi. Hərbiçi birbaĢa
www.kitabxana.net
– Milli Virtual Kitabxana
124
onun tərəfinə gəlirdi. Elə o an Fərhad yeganə çıxıĢın qarĢısında durduğunu xatırladı. Artıq
gec idi. Qapının arxasından çıxaraq bir baĢa yolun üzərində durdu. Hərbiçi qapıdan çıxanda
onu min ildir tanıyırmıĢ kimi süzdü və dedi:
-Durmusan?! Mən gələndə yaman Ģirin yatmıĢdın.
Fərhadın dili- dodağı təpimiĢdi. Hərbiçinin azərbaycanca danıĢması onu bir az sakitləĢdirdi.
Ən azından əsgərin paltarındakı iĢarələr və dili onu erməni olmadığını sübut edirdi. Bu
Fərhadı azcıq da sakitləĢdirdi.Birtəhər özünü ələ alıb:
-
Sən kimsən- deyə soruĢa bildi.
-
Əsgər.
-
Sənin bu vaxtı burada nə iĢin var?- Fərhad əsgər cavabından sonra bir az ötkəm çəkildə
soruĢdu.
-
Komandiri öldürmüĢəm. - Əsgər yumru və uĢaq məsumluğu sifətinə yaraĢmayan dəli
məĢumluqla dedi.
-
Niyə aaadam kooomandiri öldürər?- Fərhad yenə dili dolaĢa-dolaĢa soruĢdu
-
Hə. adam öldürməz amma..
-
Bala, sənin adın nədir? – Fərhad bilmədi hirslə, yoxsa qorxu ilə soruĢduğu bu sualı nə
üçün verdi.
-
Kamal idi. Ġndi yəqin ki, daha belə olmayacaq- əsgər bədbəxtcəsinə dedi. Fərhad elə o an
onun üzünün necə saraldığının fərqinə vardı.
-
Otur, bəlkə sənə çay verim bir az özünə gəl hə..... – Fərhad əlindən gələn yardımı vermək
üçün canfəĢanlıq etdi.Bir qatilə bunu nə üçün etdiyini özü üçün anıĢdıra bilmirdi.Əsgər
yerindən tərpənmədən daĢ kimi qüllənin dəmirinə söykənmiĢdi.
-
Bala, haralasın, kimlərdənsən? – Fərhad aradakı sükutu pozmaq məqsədi ilə ağlına gələn
ilk sualı verdi.
Əsgər onun üzünə uzun müddət nəzər saldıqdan sonra yavaĢça dilləndi. Sözlər ipə düzülmüĢ
kimi onun ağzından tökülməyə baĢladı:
-
Mən onu öldürdüm. Avtomatı qaldırdım və onun bağırsaqlarını yerə tökdüm. Elə bilirsən
özümü öldürə bilməzdim. Vallah özümü öldürəcəkdim. Bu gecə öldürəcəkdim . Gəldi
çıxdı, itoğlu it. Vurdu məni. DaĢ saldım Mayısın baĢına. Mən tək oğulam eyyyy bilirsən?.
Gərək özümü öldürəydim. Haradan gəldi çıxdı. Canımızı boğazımıza yığmıĢdı. Bu iĢi biri
görməli idi.
Fərhad artıq onu eĢitmirdi. Səhər cibinə qoyduğu kağızı bürmələyib ovcunda əzik- əzik
etmiĢdi. əsgər isə dil-boğaza qoymadan rabitəli-rəbitəsiz danıĢırdı.Nəfəsi kəsilənə qədər
www.kitabxana.net
– Milli Virtual Kitabxana
125
danıĢdı.Sonra qüllənin dibinə çökərək ağlamağa baĢladı. Elə hönkürtü vururdu səsi artıq
Fərhadın ürəyini parçalayırdı. Azacıq sakitləĢəndən sonra qəfil qalxdı və dəli bir ifadə ilə
Fərhadın üzünə baxaraq su istədi. fərhad ona su töküb verəndə hər ikisinin əllərinin
tirədiyinin gördü. Ġkisi də sarsılmıĢdı.suyu içəndən sonra əsgər üst-baĢının tozünü çırpıb :
-
Yolçu yolda gərək mən gedim.
Fərhad ona nə isə deməmiĢ artıq əsgər kəndalaĢ kollarının arasına uzaqlaĢırdı.Alatoranda
səma qırmızı bənövĢəyi rəngə boyanmıĢdı. GünəĢ artıq doğmaq üçün zəmin hazırlayırdı.
Fərhad uzun müddət kəndalaĢ kollarının tərpənməsinə tamaĢa etdi. Bir azdan çantasından cib
telefonun zəngini eĢitdi.Onu oradan çıxarıb ekranına baxdı. QardaĢı idi.
-
Salam. Vəziyyətin yaxĢıdı?- cavab gözləmədən davam etdi- sənin yaxınlığındakı hərbi
hissədə bir əsgər komandiri öldürüb. Ehtiyatlı ol,qadası,.oldumu?!
-
Hə oldu, narahat olma .- Fərhad bunu deyərək söndür düyməsinə baĢ barmağını sıxdı.
GünəĢ artıq alovlu nəfəsini püskürməyə baĢlayanda Fərhad həmiĢəkindən fərqli olaraq
səsi- səmirsiz növbəni təhvil verib asfalt yola çıxdı. Dünənki sakit yolların hər tərəfində
polis maĢınları və polislər nəzər çarpırdı.
Dostları ilə paylaş: |