|
Tətbiqi proqramlarTətbiqi-proqramlar-24. Redaktorların növləri
Mətn, sənəd, qrafik verilənlər və rəsmlərin yaradılması və dəyişdirilməsi üçün təyin olunan TPP redaktorlar
adlanır. Redaktorlar öz funksional imkanlarına görə mətn, qrafiki və nəşriyyat sistemlərinə bölünür.
Mətn redaktorları mətnli informasiyanın emalı üçün təyin olunur və əsasən aşağadakı funksiyaları yerinə yetirir:
mətnin fayla yazılması
simvol, sətir və mətn hissəsinin yerlədirilməsi, silinməsi, əvəz olunması
orfoqrafiyanın yoxlanılması
mətnlərin müxtəlif şirftlərlə tərtibi
mətnlərin lazımi formaya salıması
başlıqların hazırlanması, mətnlərin səhifələrə bölünməsi
söz və ifadələrin axtarışı və əvəz olunması
sadə şəkillərin mətnlərə daxil edilməsi
mətnlərin çapı
Mətn redaktorlarından geniş yayılanları aşağıdakılardır: Microsoft Word, Word Perfect, ChiWriter, MultiEdit
və s.
Qrafiki redaktorlar qrafiki sənədlərin, yəni, diaqram, şəkil, cizgi və cədvəllərin emalı üçün tərtib olunub. Bu
redaktorlar fiqur və şirftlərin ölcülərini idarə etməyə, fiqur və hərflərin yerdəyişməsinə və ixtiyari təsvirin
yaradılmasına imkan verir. Fərdi kompüterlərdə çox istifadə olunan qrafiki redaktorlar: Paint, Boienq Graf,
Fanvision, CorelDraw, Adobe PhofoShop və s.
Nəşriyyat sistemləri- mətn və qrafiki redaktorların imkanlarını özündə birləşdirir. Bu sistemlər sənədlərin
nəşrə hazırlığını, yəni, çoxaldılmasını avtomatlaşdırır. Nəşriyyatda bu əməliyyat səhifələmə (verstka)
adlandırılır. Nəşriyyat sistemlərinə Adobe firmasının Page Maker, Corel korporasiyasının Ventura Publisher
və QuarkXPress misal ğöstərmək olar.
5. Ekspert sistemləri
Ekspert sistemlərin məqsədi və tərifi-70-ci illərin sonunda süni intellekt (Sİ) sahəsində çalışan mütəxəssislər başa
düşdülər ki, proqramı intellektuallaşdırmaqdan ötrü onu predmet sahəsi haqqında yüksək keyfiyyətli xüsusi biliklərlə
təmin etmək lazımdır.
Bu faktın başa düşülməsi xüsusi proqram sistemlərinin inkişafına səbəb oldu və bunların da hər biri müəyyən məhdud
predmet sahəsində ekspert kimi istifadə olunmağa başladılar. Bu proqramlar ekspert sistemlər adlandırıldı.
Ekspert sistemlərin qurulması texnologiyası bilik mühəndisliyi adlanır. Bu prosesi təşkil edən mütəxəssislər bilik
mühəndisləri adlanırlar və onlar konkret predmet sahəsinin bir və ya bir neçə ekspertilə qarşılıqlı əlaqə olurlar. Bilik
mühəndisi ekspertlərdən məsələnin həlli üçün lazım olan proseduranı, strategiyanı, emprik qaydaları əldə edir və bu
bilik əsasında ekspert sistem (ES) yaradırlar.
Tərif. Ekspert sistemlər konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı
istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet
sahəsində az təcrübəli mütəxəssislərə qərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların
qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər.
Dostları ilə paylaş: |
|
|