İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
“AZƏRİQAZ” İB-nin KATİBƏ-REFERENT
VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR
1.Dövlət Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına
dair təlimatı və kargüzarlıqla bağlı digər qanunvericilik aktlarını;
2.Kargüzarlığın təşkili üzrə qərarları, sərəncamları, ali orqanların əmrlərini, metodiki normativ və
başqa rəhbər sənədləri;
3.Kargüzarlığın vahid dövlət sistemini;
4.Təşkili-göstəriş sənədlərinin təkmilləşdirilmiş sistem-standartını;
5.Kargüzarlığın təşkilini;
6.Sənəd dövriyyəsinin sxemini;
7.İş nomenklaturalarının tərtibi qaydasını;
8.Daimi və müvəqqəti mühafizə olunan işlərin siyahısını;
9.İşlərin arxivə təhvil verilmə müddətlərini və qaydalarını;
10.Sənədlərin icrası üçün nəzarət-təşkilat sistemini;
ƏDƏBİYYAT
1.Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair
Təlimat”.
2.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya
paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və
büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”.
3.“İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri
haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2006-cı il 472 nömrəli Fərmanı.
4.Dövlət və hüquq mühafizə orqanlarına müsabiqə yolu ilə qəbul, Bakı – 2015.
5.Q.S.Süleymanov. Dövlət qulluğu vəzifələrinə müsabiqə yolu ilə qəbul, Bakı – 2018.
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
1.Gətirilən korrespondensiyanın düzgünlüyünü yoxlamaqda məqsəd nədən ibarətdir?
A)Səhvən gətirilən korrespondensiyanı məhv etmək
B)Təyinat üzrə gətirilən korrespondensiyanı aşkar etmək
C)Təyinat üzrə gətirilməyən korrespondensiyanı aşkar etmək
D)Səhvən gətirilən korrespondensiya geri qaytarmaq
E)Təyinat üzrə gətirilən korrespondensiyanı aidiyyəti üzrə göndərmək
2.Sənədlərdə olan təkliflərin, tapşırıqların və məsələlərin icrasına daim nəzarət edilməsində
məqsəd hansı biridir?
A)Sənədlərin qaydalara uyğun qeydiyyatının aparılmasını təmin etməkdir
B)Sənədlərin icra müddəti ərzində icrasına nail olmaqdır
C)Sənədlərin vaxtında və keyfiyyətli icrasına nail olmaqdır
D)Sənədlərin aidiyyəti üzrə içraçılara çatdırılmasına nail olmaqdır
E)Sənədlərdə olan tapşırıqların ardıcıl icrasını təmin etməkdir.
3.Hansı məqsədlərə görə hər il təşkilatın işlərinin ümumi nomenklatur-siyahısı tərtib edilir?
Tam və düzgün cavabı müəyyən edin.
1.Qovluqların düzgün formalaşdırılması
2.İşlərin vaxtında icrasının təmin edilməsi
3.Sənədlərin tez tapılmasının təmin edilməs
4.İşlərin sistemləşdirilməsi və uçotu
5.İşlərin saxlanma müddətlərinin müəyyən edilməsi
6.İşlərin gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi
A) 1, 3 ,4, 5, 6
B) 1, 3, 4
C) 1, 2, 3
D) 1, 2, 3, 4, 5
E) 2, 3, 4, 5
4.Elektron sənədin mühafizəsi hansı sənədlərə uyğun olaraq təmin edilir?
A)”Elektron Azərbaycan” Dövlət Proqramının tələblərinə
B)“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və
“İdarələrarası elektron sənəd dövriyyəsi haqqında Əsasnamə”yə
C)“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa və “İdarələrarası elektron
sənəd dövriyyəsi haqqında Əsasnamə”yə
D)“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununa
E)“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununa və “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında Əsasnamə”yə