|
Təranə RƏHİMLİ
TƏRANƏ RƏHİMLİ
ƏDƏBİYYAT VƏ TƏNQİDİN
YARADICILIQ PROBLEMLƏRİ
(Akademik Kamal Talıbzadənin
elmi-nəzəri irsi əsasında)
Dərs vəsaiti
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30
noyabr 2006-ci il tarixli, 866 nömrəli əmri ilə
təsdiq edilmişdir.
BAKI – «AVROPA» – 2009
2
Elmi redaktoru və
ön sözün müəllifi: HIMALAY QASIMOV
filologiya elmləri doktoru,
professor
Pəyçilər: ABBAS HACIYEV
filologiya elmləri doktoru,
professor
ELMAN QULIYEV
filologiya elmləri doktoru,
professor
TƏYYAR CAVADOV
filologiya elmləri doktoru,
dosent
Təranə Rəhimli. Ədəbiyyat və tənqidin yaradıcılıq prob-
lemləri. Bakı, «Avropa», 2009, 252 səh.
Görkəmli tənqidçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik
Kamal Talıbzadənin elmi-nəzəri irsinin tədqiqinə həsr edilmiş bu kitabda
alimin ədəbiyyat və tənqidin müxtəlif yaradıcılıq problemlərinə dair
tədqiqatları sistemli şəkildə araşdırılmışdır. Onun milli ədəbiyyatın tarixi və
nəzəri məsələlərinin, rus ədəbiyyatı ilə əlaqələrinin, milli estetik fikrin
inkişaf tarixinin öyrənilməsi baxımından dəyərli fundamental
monoqrafiyaları, məqalələri Azərbaycan ədəbiyyatının əsas inkişaf meylləri
və istiqamətləri kontekstində tədqiq edilmişdir.
Kitab universitetlərin filologiya fakültələrinin tələbələri, magistrlər,
aspirantlar, ədəbiyyatşünas alimlər üçün nəzərdə tutulmuşdur.
3
ÖN SÖZ
Müasir dövrdə Azərbaycan ədəbiyyatşünaslığının müx-
təlif problemlərinin çağdaş nəzəri düşüncə müstəvisində
araşdırılması elmi-metodoloji baxımdan mühüm əhəmiyyət
kəsb edir. Bu cəhətdən XX əsrin ikinci yarısında milli
ədəbiyyatşünaslığımızı çoxşaxəli tədqiqatları ilə zəngin-
ləşdirən akademik Kamal Talıbzadənin elmi yaradıcılığına
müraciət edilməsi tamamilə təbii və qanunauyğundur.
Akademik Kamal Talıbzadənin elmi-nəzəri irsinin təh-
lilini sərgiləyən «Ədəbiyyat və tənqidin yaradıcılıq prob-
lemləri» adlı tədqiqat əsəri görkəmli ədəbiyyatşünasın yarım
əsrdən artıq böyük bir dövrü əhatə edən elmi fəaliyyətinə həsr
olunmuşdur. Təranə Rəhimli tədqiqatında K.Talıb-zadənin elmi
yaradıcılığını ədəbiyyat və tənqidin çeşidli problemləri
fonunda, çağdaş ədəbiyyatşünaslıq təfəkkürü ilə
araşdırmışdır. Böyük alimin həyat yolunun və yara-dıcılığının
inkişaf mərhələlərinin diqqətlə öyrənilməsi, onun tədqiq etdiyi
məsələlərə dərindən bələdlik, görkəmli ədə-biyyatşünasın elmi
nailiyyətlərinə və yaradıcı şəxsiyyətinə həssas tədqiqatçı
münasibəti T.Rəhimlinin fərqli konseptual mövqeyini aşkara
çıxarır.
Tədqiqatçının yüksək elmi-nəzəri hazırlığı K.Talıbza-
dənin yaradıcılıq irsini müasir Azərbaycan ədəbiyyatşünas-
lığının başlıca inkişaf meylləri və istiqamətləri fonunda
dəyərləndirmək imkanı vermişdir. Araşdırmada alimin XX
əsrin 50-ci illərinin sovet ideoloji düşüncə axarında gerçək-
ləşən tədqiqatlarından başlayaraq milli müstəqilliyimizin ilk
onilliyində – 90-cı illərdə qələmə aldığı məqalələrinə, yaxud
yeni əlavələr etdiyi, təkmilləşdirdiyi monoqrafiyalarına müəl-
lifin məxsusi baxış bucağı vardır.
4
K.Talıbzadənin həyat və yaradıcılığı ilə bağlı zəngin
faktik materiallar, sənədlər, çoxsaylı elmi dəlillər, müla-hizələr
müəllifə tədqiqatını kifayət qədər dərinləşdirmək və
genişləndirmək imkanı vermişdir.
«Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri» adlı
tədqiqatın strukturu onun problematikasını mükəmməl şəkildə
əhatə edən giriş, üç fəsil və nəticədən ibarətdir. Tədqiqatın
«Kamal Talıbzadə yaradıcılığında ədəbi şəx-siyyətlər və
problemlər» adlı birinci fəslinin «Akademik K.Talıbzadənin
həyatının və elmi fəaliyyətinin əsas inkişaf mərhələləri»,
«Abbas Səhhət» monoqrafiyası» yarımbaş-lıqlarında
tədqiqatçının altmış illik elmi yaradıcılığının əsas
uğurlarına münasibət bildirilir, ilk fundamental araşdırması
analitik təhlil süzgəcindən keçirilir. T.Rəhimli «Abbas Səhhət»
monoqrafiyasını 40-50-ci illər Azərbaycan
ədəbiyyatşünaslığının klassik romantizmə ideya-estetik
münasibətini müəyyənləşdirən dəyərli bir tədqiqat əsəri kimi
səciyyələndirir. Burada K.Talıbzadənin XX əsr ədəbi
hərəkatının mühüm bir qolunu təşkil edən romantizm
cərəyanına və onun görkəmli nümayəndələrinə münasibəti,
«Abbas Səhhət» monoqrafiyasının yazıldığı tarixi-ictimai
şərait, əsərin milli ədəbiyyatşünaslıqda romantizmə dair yeni
meyar və prinsiplərin hazırlanması prosesində rolu və s.
məsələlər haqda tutarlı elmi mülahizələr yürüdülür.
«Ədəbi əlaqələrin yeni ideya estetik konsepsiya zəmi-
nində öyrənilməsi» adlı ikinci fəsildə «Problemin qoyuluşu,
nəzəri əsasları», «Qorki və Azərbaycan» monoqrafiyası, onun
milli ədəbiyyatşünaslığın tarixində yeri» yarım-başlıqlarında
K.Talıbzadənin Azərbaycan-rus ədəbi əla-qələrinə dair
tədqiqat əsərindən bəhs olunur. T.Rəhimli belə qənaətə gəlir ki,
görkəmli ədəbiyyatşünas bu sahədə müntəzəm olaraq
tədqiqatlar aparmasa da bir monoqrafiyası ilə ədəbi əlaqələr
elminə daxil ola bilmişdir.
Dostları ilə paylaş: |
|
|