9
sında tanrılara və başqa mifik xarakterlərə inanc dururdu.
Onlar insanın və bütün varlığın işlərinə qarışmış, onları
yönəltmiş, qanunlar qoymuşdurlar. İnsanın bütün həyatı,
düşüncə və davranışları onlara inancla bağlı idi. Eyni za-
manda, qədim Yunanıstanda təktanrılığa keçid əlamət-
lərinə, ənənəvi dinin tənqidinə də rast gəlmək mümkündür.
Qədim yunan dinində bütün təbii və ictimai hadisələr
sayları çox olan tanrılarla əlaqələndirilirdi. Yunanların
düşüncəsində bu tanrıların hər birinin özlərinə məxsus
fəaliyyət sahələrinin olduğu inancı yer alırdı. Yunan pan-
teonunun
1
başında Zeus
2
(yun.
3
Ζεύς) adlı tanrı dururdu.
Yunanların inanclarına görə tanrılar Olimpus dağında
yaşayırdılar və insanların həyatına təsir edirdilər. İnsanların
borcu isə onlara ibadət etmək idi. Bunun üçün tapınaqlar
(məbədlər) və başqa müqəddəs yerlər fəaliyyət göstərirdi.
Orada tanrıların heykəlləri qoyulur, onlara dualar oxunur və
qurbanlar kəsilirdi. Bunların əvəzində isə insanlar tanrı-
lardan müəyyən istəklərinin yerinə yetirilməsini tələb
edirdilər. Nə qədər çox ibadətlər, nəzirlər və qurbanlar
verilirdisə, tanrılar da əvəzində o qədər çox nemətlər ver-
məli idilər. Bundan başqa yunanlar müqəddəs daşlara da
tapınırdılar, kütləvi dini mərasimlər həyata keçirdirdilər.
Tanrılara xidmətçi olan kahinlər ibadətlər təşkil
edirdilər. Orakl (lat.
4
oraculum) adlanan kahinlər də var idi.
1
Panteon (yun. Πάνθειον) – Qədim Yunan dinində tanrıların ümumi təmsil
olunduqları yerdir.
2
Rus ədəbiyyatında onun adı Zevs (Зевс) kimi verilir. Bundan başqa, bu
tanrının adı Dios, Teos, Dii, Dia, Zeu kimi də səslənə bilər.
3
Burada və bundan sonra “yunanca” sözünün ixtisarıdır.
4
Burada və bundan sonra “latınca” sözünün ixtisarıdır.
10
Yunanlar inanırdılar ki, onlar tanrılardan gələcək haq-
qında xəbərlər alır. Orakllardan ən tanınmışı Delfi şəhə-
rində yerləşən Apollon tanrısının məbədində (tapına-
qında) idi.
Qədim yunan dininin hər hansı bir vahid təlimi,
müqəddəs kitabı ya da mərkəzi olmamışdır. Hər yerin öz
adətləri var idi. Ümumiyyətlə, yunanlar Yaxın Şərq
millətləri kimi təəssübkeş dindar olmamışlar, onlar Şərq
xalqlarından fərqli olaraq həyatlarında daha da sərbəst
idilər. Onların əsas əxlaqi dəyərləri igidlik və ədalət
olmuşdur. Bu sərbəstliyin də fəlsəfənin yaranıb inkişaf
etməsində böyük rolu olmuşdur. Sonralar isə yunan dini
dünyagörüşü Romaya da təsir etmişdir.
Təxminən miladdan öncə VII – VI yüzilliklərdə Yu-
nanıstanda Orfizm adlanan bir din yaranmışdır. Onun
təlimində kifayət qədər fəlsəfi görüşlər də olmuşdur.
Orfizmin adı mifik igid, musiqiçi və incəsənətin rəmzi
olan Orfeus’la (yun. Ὀρφεύς) bağlıdır. Əfsanələrə görə o,
çay tanrısı Oyaqros (yun. Οἴαγρος) və Kalliope (yun.
Καλλιόπη) adlı müzun
5
(yun. μοῦσα) oğlu idi. Olimpus
dağının yanında bir qəsəbədə yaşayırdı. Sonra Misirə
səfər etmiş, bir müddət orada yaşamış və kahinlərdən elm
öyrənmişdir.
Orfeus bir neçə döyüşlərdə iştirak etmiş və igidlik
göstərmişdir. O tanrı Dionisusa deyil, günəş tanrısı Apol-
lona tapınmışdır. Apollon da onu sevmiş, ona qızıl lira
5
Müzlər ya da musalar (yun. Μο
ῦσαι) – yunan mifologiyasında incəsənət
və elmlərin himayəçiləri olan tanrıcalardır. “Musiqi” sözü bu sözdən
törəmişdir.
11
bağışlamışdır. Onun vasitəsi ilə heyvanları əhliləşdirmək,
qayaları tərpətmək kimi möcüzələr göstərmək olurdu. Be-
ləliklə, Orfeus ən mükəmməl musiqiçi və incəsənət adamı
olmuşdur.
Orfeus Evridike (yun. Εὐρυδίκη) adlı bir meşə nimfi
6
(yun. νύμφαι) ilə evlənmişdir. Ancaq, az sonra Evridike
ölmüşdür. Onu sevən Orfeus onunla yenidən birləşmək
üçün yeraltı məkana düşmüş və tanrılarla anlaşaraq az qala
Evridikeni oradan çıxarda bilmişdir. Ancaq son anda Ev-
ridike tanrıların qoyduğu şərti pozmuş və yeraltı məkandan
çıxa bilməmişdir. Bundan sonra Orfeus həyatının sonuna
qədər ona sadiq qalmış və ölümündən sonra Evridike ilə
yeraltı məkanda birləşmişdir. Orfeusun ölümü haqqında
çoxlu əfsanələr vardır. Bu rəvayətlərdən birinə görə, onu
tanrı Dionisusun sevgililəri olan mainadalar (yun. μαινάδες)
onların sevgisini rədd etdiklərinə görə parçalamışdırlar.
Orfizm dini cərəyan kimi miladdan öncə VI yüzillikdə
yaranmışdır. Bu dinin yazılı ədəbiyyatı da olmuşdur. Mə-
lumdur ki, orfizm yunanların ənənəvi dini baxışlarından
fərqlənirdi, onlarla rəqabət aparırdı. Bu dinin təlimində ilk
fəlsəfi fikirlər də olmuşdur. Bu da orfiklərin dünyanın ya-
ranması haqqında təsəvvürlərində özünü göstərmişdir.
Orfizmin kosmologiasına
7
görə öncə əbədi zaman olan
Xronos (yun. Χρόνος) var idi. Ondan qarışıqlıq (yun. χάος) və
6
Nimflər – yunan mifologiyasında gözəl qadın görkəmində təsəvvür edilən
çay axarı ya da dağ və meşələrin gözəlliyi kimi təbii olayların
təcəssümüdürlər.
7
Kosmologia – kainatın quruluşu haqqında nəzəriyyələrdir.
Dostları ilə paylaş: |